ar
Feedback
Hebib Müntezir

Hebib Müntezir

الذهاب إلى القناة على Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

إظهار المزيد
أذربيجان410الفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام Hebib Müntezir

تُعد قناة Hebib Müntezir (@hebmun) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 16 874 مشتركاً، محتلاً المرتبة في فئة اخرى والمرتبة 410 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 16 874 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 02 ديسمبر, 2024، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 ديسمبر, 2024) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

16 874
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
5 gün əvvəl erməni iş adamı Vahan Kerobyan Laçında “Əl-Cəzirə”yə verdiyi müsahibədə deyirdi: “Bizə nağıl danışırdılar ki, biz güclüyük. Elə bilirdik, ordumuz çox güclüdür, çox böyükdür, biz istədiyimizi edə bilərik. Amma əslində cəmiyyət real vəziyyəti bilmirdi. İndi biz layiq olduğumuz nəticəni aldıq”. Bir az öncə isə Paşinyan onu İqtisadiyyat naziri təyin etdi.

Azərbaycan Fransaya nota verdi.

Ermənistanın Kəlbəcərlə sərhəddində qırmızı darvaza çəkib, yeni sərhəd yaratmışdı dünənlərdə, yadınızdadır? Bax o darvazanı bu gün Azərbaycan əsgərləri dağıdıb, erməni hərbçilərini döyüblər. 1 saat vaxt veriblər ərazini boşaltmaq üçün. O kənddə Zod adlnan qızıl yatağı mövcuddur və beynəlxalq hüquqa görə Azərbaycanın ərazi bütovlüyünə daxildir.

Kəlbəcər və digər məsələlərə bir balaca aydınlıq gətirmək istəyirəm. Qeyd edim ki, bunlar rəsmi məlumatlar deyil, rəsmilər açıqlama vermirlər. Amma əsasən bəyanata uyğun, ümumi baş verənlərə görə, hər üç ölkənin media və müxtəlif rəsmi açıqlamalarına əsasən bunları demək olar: 1. Kəlbəcərin sadəcə üçdə ikisi Azərbaycana təhvil verilib. Digər 25-ə yaxın kənd rus-erməni nəzarətində qalıb, səbəb isə bu kəndlərin köhnə Ağdərə rayonuna aid olmasıdır, ruslar sovet xəritəsinə görə bölgü həyata keçiriblər. 2. Vəng kəndi və ordakı Xudavəng monastrı Azərbaycan tərəfdə qalacaq. Rus sülhməramlıları isə təhlükəsizliyi təmin edəcəklər. 3. Sərsəng su anbarı və ətrafdakı kəndlər rus-erməni nəzarəti altında qalır. 4. Qızıl yataqlarının bəzisi Azərbaycan, bəzisi isə rus-erməni nəzarətində qalacaq. Məsələn Söyüdlünün (Zod) qızıl yatağı bizdə, Heyvalı kəndi onlarda olur. 5. Ağdam rayonu ilə də eyni bölgü üzrə hərəkət etdilər. Laçın rayonu tam veriləcək, bircə Laçın şəhəri və dəhliz istisnadır. Qazaxın kəndləri və Kərki kəndi haqda da müsbət xəbərlər var. 6. Görünən odur ki, indiki məqamda hər üç ölkə də cəmiyyəti qızışdırmadan, sakit şəkildə təhvilvermə mərhələsini davam etdirirlər. Azərbaycan eyforiyadan və Ermənistan məğlubiyyət ab-havasından çıxandan sonra yeni mərhələyə keçiləcək. 7. Ermənilər əlbəttə daha çox ərazi əldə saxlamaq, bəzilərini Ermənistana qatmaq kimi təxribatlar edəcəklər, istəyəcəklər. Bu baxımdan Azərbaycanın ərazi bütövlü çərçivəsində dövlət olaraq qətiyyəti və güzəştə getməməsi əhəmiyyətli və önəmlidir. 8. Bu məsələdə məni ən çox narahat edən məqamlardan biri erməni silahlı qüvvələrin, yəni separatçıların mövcudluğu və ərazidən tam təmizlənməməsidir. Ümid edirəm Rusiya (ki, onlara inamım azdır) sülhməramlıları bu işi sona çatdırar. Türk əsgəri də gəlsin görək nə olur?! 9. O ərazilərdə, əsasən konfliktli bölgələrdə ermənilər yaşayacaqlar, buna xalq olaraq hazır olmalı, bu həqiqətlə barışmaq lazımdır. Bölgədə sülh və rusun barmağını istəmiriksə təbii ki. Əlbəttə Azərbaycanın nəzarəti və idarəsi olmaqla. 10. Ümumilikdə isə uzunmüddətli və soyuqbaşlı yanaşsaq, geosiyasi vəziyyət və s. nəzərə alanda hər şey Azərbaycan hökumətinin nəzarəti altında görünür.

Bu gün Ermənistan parlamentində iclas zamanı gərgin anlar yaşanıb.

Bəs yaxşı, vitse-prezident Mehriban Əliyeva etiraz üçün Fransanın ən ali ordeni olan "Legion" ordenini Makronun təpəsinə haçan çırpacaq? Fransanın dövlət olaraq mövqeyi dünən bəlli oldu axı, nəyi gözləyir ki? Yoxsa etiraz ancaq rəiyyət səviyyəsində olmalıdır?

Bir çoxu Qazaxın 7 kəndi ilə bağlı suallar soruşur. Cavabım: Qaytarılacaq!

Fransa Xarici İşlər Nazirliyi qətnaməni şərh edib: “Rəsmi Parisin “Dağlıq Qarabağ”ın müstəqilliyini birtərəfli tanıması nə Ermənistana, nə “Qarabağ xalqı”na, nə də Fransanın özünə fayda verməyəcək”. Bir sözlə gora getdi qətnamə…

⚡️ Fransa senatı Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa çağıran məsləhət xarakterli qətnamə qəbul etdi.

Argentinalı dünyaca məşhur futbolçu Diego Armando Maradona 60 yaşında, ürəktutmadan vəfat etdi.

Ermənilər əvvəllər Ağdərə rayonunun kəndləri olan, hazırki Kəlbəcərin Çərəkdar və Tərtərin Umudlu kəndlərindəki evlərini 2 gün əvvəl yandırıb çıxmışdılar. Bu gün isə sakinlərə deyiblər ki, qayıdın, kəndlər erməni tərəfində qalır. 🤦‍♂️

Azərbaycanın daha 6 hava limanı beynəlxalq uçuşların həyata keçirilməsi üçün rəsmi olaraq təsdiqlənib. Bunlar Zabrat, Yevlax, Naftalandakı hava limanları ilə yanaşı, işğaldan azad edilən Ağdam, Füzuli və Xankəndində (Xocalı) yerləşən hava limanlarıdır.

Estoniyanın təhsil naziri istefa verib. Səbəb isə xidməti avtomobilini bir neçə dəfə uşaqlarını məktəbə aparmaq üçün istifadə etməsi olub. Qeyd edim ki, nazir 6 uşaq anasıdır. Səhvini etiraf edib, üzr istəyib və istefa ərizəsini imzalayıb. Biz də nazir balalarının avtomobil kolleksiyasını sayıb qurtara bilmirik.

Azərbaycan Ordusu Göygöl rayonunun Toğanalı kəndi istiqamətindən Kəlbəcər rayonuna daxil oldu.

İlkin mərhələdə Füzulidən Şuşaya avtomobil yolu üçün 50 milyon manat, Bərdədən Ağdama isə dəmiryolu üçün 5 milyon manat vəsait ayrıldı. Bu yollar uğrunda onlarla şəhid verilib, canlar gedib. Ayrılan vəsaitin qəpiyinə toxunmaq o insanlara təhqir, hörmətsizlik olar. Xalqa bu xəyanəti etməyin.

Müdafiə Nazirliyi Şuşadan geniş görüntülər paylaşıb

Türkiyə müdafiə naziri Hulusi Akar: “Qarabağda atəşkəsi müşahidəetmə ilə bağlı işlər davam edir. Türk əsgəri Qarabağda qurulacaq müşahidə postları arasında patrul xidməti aparacaq, həmçinin bölgənin minalardan təmizlənməsində də iştirak edəcək”.

Ağdam şəhərində yerləşən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı. İşğaldan ƏVVƏL və SONRA.
Ağdam şəhərində yerləşən Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı. İşğaldan ƏVVƏL və SONRA.

Bu gün Tərtərin Suqovuşan kəndində, meyitlərin dəyişdirilməsi zamanı minaya düşərək şəhid olan polkovnik Babək Səmidlidən başqa, bir rus sülhməramlısı yaralanaraq Bakıya müalicəyə gətirilib, 4 Ermənistan hərbçisi də ağır yaralanıb. Hadisə Azərbaycan ərazisində olub, o boyda polkovnik şəhid olub, Azərbaycan Müdafiə Nazirliyi yenə susub, ictimaiyyətə açıqlama verilmir. Xəbəri isə erməni-rus mənbələri bildirir, azərbaycanlılar da öz torpağında baş verənləri onlardan tərcümə edib yayırlar.

İlham Əliyev işğaldan yenicə azad olunmuş Ağdama səfər edib.