ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və Bumerang TV aparıcısı Elçin Rəhimzadənin hüquq mühafizə orqanları, "Qaramaskalılar" tərəfindən saxlanıldığı deyilir.

Binəqədi bələdiyyəsinin keçmiş sədri, YAP Gənclər təşkilatının sədr müavini Aytac Əliyeva və bacısı 389 min manata görə həbs olunublar. Bacılar qızıl alveri məqsədilə vətəndaşlara qarşı dələduzluq etmək və bələdiyyə adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satmaqda ittiham olunurlar.

Keçən il İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edilən, daha sonra 22 milyon manat yeyinti etdiyinə görə həbs edilən və xərçəng xəstəsi olduğu üçün azadlığa buraxılan “Azərxalça”nın sabiq sədri Vidadi Muradov dünən gecə vəfat edib. Onun, 30 milyon manat dəyərindəki əmlak və aktivlərinə həbs qoyulmuşdu. Bu son günlər həbs edildikdən sonra ölən ikinci yüksək vəzifəli şəxsdir. Bundan əvvəl Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev koronavirusdan ölmüşdü.

Bu gün KİVDF sabiq icraçı direktoru Vüqar Səfərlinin məhkəməsi keçirilib. Jurnalistlər binasının həbsdə olan komendantı prosesdə deyib ki, layihədə evlərdə yerə parket vurulması qeyd olunmuşdu və bunun üçün vəsait ayrılmışdı amma yeyinti etdiklərinə görə laminat vurublar. Dəymiş ziyanla bağlı 18 milyon manata yaxın məbləğin təqsirləndirilən şəxslərdən alınaraq Media İnkişaf Agentliyinə ödənilməsi istənilib. Təsəvvür edin ki, bütün dövlət tərəfindən sifariş verilən layihələrdə bu cür yeyintilər edirlər və büdcədən pullar oğurlanır, ora köçənlər, yaşayanlar da sonra zülm çəkirlər. İlham Əliyev də çıxır deyir ki, fısqırıq inkişaf edirik, islahat aparırıq.

Bu günün bahalaşmaları: Spirtli içkilərin aksiz dərəcəsi 3.2 AZN-dən 4 AZN-ə. Siqaretin aksiz dərəcəsi 35 AZN-dən 38,5 AZN-ə. Avtomobil, alkoqollu içki və siqaretdən ƏDV geri qayıtmayacaq. Bu da bahalaşmaya təsir edəcək. Ölməyə tələsməyin; Ölən vətəndaşın əmlak vergisi borcunu varisləri ödəyəcək.

8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan ediləcək və müharibə iştirakçısı olan və yaxud onların yaxın qohumu olan məhbuslar azadlığa buraxılacaq. Qeyd edim ki, siyasi fəaliyyətlə məşğul olan bir neçə Qarabağ qazisi var ki, şərlənərək həbs ediliblər.

Azərbaycanda dərman monopolisti kimi tanınan, deputat Cavanşir Feyziyevin ailəsinin adına Londona köçürülmüş 20.5 milyon dollara həbs qoyula bilər. Bu barədə Böyük Britaniyanın Milli Cinayət Agentliyi məhkəmə önündə vəsatət qaldırıb. Çünki pullar Britaniyaya saxta sənədlər əsasında, çirkli pul yuma mexanizm ilə köçürülüb. Deputatlar parlamentdə qiymətləri artırırlar, burdan da ölkədən pullar çıxarırlar. Deputatı saxta, dərmanı saxta, pul köçürülməsi saxta... adamların hər işləri saxtadır.

Bu hələ son deyil, hazırlaşın, maliyyə nazirinin müavini bildirib ki, hazırda 266 dövlət rüsumunun məbləğinə yenidən baxılacaq. Bu da o deməkdir ki, digər rüsumlarla bağlı qiymətlər də artacaq.

Azərbaycanda qiymət artımları davam edir. Belə ki, Milli Məclisdə “Dövlət rüsumu haqqında” qanuna təklif edilən yeni dəyişikliklərə görə: - Xarici pasport üçün 40 AZN-dən 60 AZN-ə, - Nikahın qeydə alınması 5 AZN-dən 10 AZN-ə, pozulması 15 AZN-dən, 20 AZN-ə, - Balıqovlama və ovçuluq bileti 25 AZN-ə, - Soyadın, adın və ata adının dəyişdirilməsi 10 AZN-dən 15 AZN-ə, - Avtomobil nömrəsi 22 AZN-dən 30 AZN-ə, - Sürücülük vəsiqəsi 20 AZN-dən 40 AZN-ə, - Və ən son vətəndaşlıqdan çıxmaq üçün 110 AZN-dən, 200 AZN-ə qaldırılır.

İmişlidə 11 yaşlı uşaq ana olub. Ailə yeni doğulan körpədən imtina edib. Uşaq 10 yaşında olarkən 43 yaşlı atalığı tərəfindən dəfələrlə zorlanıb. Qızın anası isə zorlayan şəxsdən, yəni hazırki ərindən şikayətçi olmadığını bildirib. Şübhəli şəxs artıq saxlanılıb, cinayət işi açılıb.

Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatına görə dövlət rüsumunun məbləği artırılacaq. Bununla da həm maşınların, həm də telefonların qiyməti bahalaşacaq. Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq, daha sonra da İlham Əliyev tərəfindən təsdiqlənəcək. Bu dəfə Tarif Şurasını söyə bilməyəcəksiz.

44 günlük müharibədə övladını itirən Vüsalə Gülbala qızı Məmmədova bu gün dərman içərək intihara cəhd edib. Yaxınları deyir ki, o, hazırda Gəncədə yerləşən 3 saylı xəstəxanadadır, vəziyyəti çox ağırdır. Ötən il 17 oktyabrda Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olan 21 yaşlı Sahib Azər oğlu Həsənovun anası bu gün kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir. Bir il ərzində Gəncənin icra başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq onu qəbul etməyib. O da başçının etinasızlığı və laqeydliyindən bezərək intihara cəhd edib. İlham Əliyev tərəfindən Gəncəyə icrabaşı təyin olunan Niyazi Bayramov özü birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu deyir. Gərək vətən uğrunda canında keçən şəxslərin ailə üzvlərinə qarşı bu cür saymazyana, bivec davranmasın, vətəndaşların ölümünə səbəbkar olmasın. Şəhid ailələrinə, müharibədən zərər görən ehtiyaclı vətəndaşlara dövlət büdcəsindən milyonlarla vəsait ayrılır ki, evlə, işlə və s. imtiyazlarla təmin edilsinlər. Başçı isə 1 ildir anaya görüş üçün belə vaxt ayıra bilmirsə, bunun adı qudurğanlıqdır. Paylaşaq, ictimailəşdirək.

İşğaldan azad olunan ərazilərdə ilk aeroport, Füzuli hava limanı təxminən 10 ay sonra Ərdoğanın rəsmi səfəri ilə açıldı. Bundan başqa Zəngilan və Laçında da aeroportlar tikilir. Rəsmi məlumata görə Ərdoğan və İlham Əliyev Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizinin) təməlini qoyublar. Bəs görəsən Ermənistanın bundan xəbəri varmı? Ehtimal edirəm ki, artıq Paşinyanla razılaşma əldə edilib və gələn ayın əvvəlləri bu barədə rəsmi sənədlər imzalanacaq.

Qubadlıda şəhid atası İlham Əliyevə deyib ki, parlamentdən xahiş edəcək ki, ona “Azərbaycanın daimi Prezidenti” adı verilsin. Xahiş edib ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin. Mehriban Əliyeva deyib ki, biz hazırıq. İlham Əliyev də gülə-gülə zarafatca deyib ki, bu qanuna veto qoyacaq çünki belə bir hüququ var. Sonra deyib onu məcbur edirlər ki, yenidən müharibə etsin, o həm döyüş meydanı, həm də siyasi meydanda buna hazırdır. Amma indi qarşısında böyük quruculuq işləri dayanır. Qələbədən sonra irəliyə ancaq düz yolla gedəcəklərini bildirib və ömrünün sonuna qədər bu yolla gedəcəyini qeyd edib. Lakin hansı statusla, vəzifə ilə bu yolu gedəcək, onun, ikinci məsələ olduğunu vurğulayıb.

Deputat Cavanşir Paşazadə Facebookda Özbəkistandakı seçkilərdə müşahidəçi olduğu haqda status yazıb. Bir cümlədə 7 səhv buraxıb. Daha sonra statusdakı səhvlərə görə deputatın sürücüsü işdən çıxarılıb. Allah üzümüzə baxıb, villasındakı bağbanı da qova bilərdi, yaxşı qurtarmışıq.

Gələn ayın ilk 10 günlüyündə Putin, Paşinyan və İlham Əliyevin Moskvada görüşəcəyi bildirilir. Üçtərəfli yeni sənədin imzalanacağı gözlənilir. Sənədin əsasən sərhədlərin dəqiq müəyyən edilməsi və Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olduğu deyilir.

Ermənistanda QHT nümayəndəsi Aşot Arutyunyan erməni mediasına bildirib ki, rəsmi Bakı qondarma rejimin rəhbəri Arayik Arutyunyandan Qarabağdakı silahlı birləşmələri dağıtmağı və buraxmağı tələb edib, o da bu niyyətdə olduğunu bildirib. Separatçı rejimdən isə bunu təkzib ediblər.

İran öz nəqliyyat daşıyıcı şirkətlərinin Qarabağa qanunsuz daxil olmasına qadağa qoydu. Bundan sonra rəsmi dövlət sərhədi xaricindən Azərbaycan Respublikasının ərazisinə istənilən giriş Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qəbul ediləcək.

16 yaşında Sənay Yağmura təcavüzdə ittiham edilən xalası oğlu Əsgər Yusif oğlu Ağazadənin şübhəli şəxs qismində saxlanıldığı deyilir.

İlahiyyatçı Hacı İlqar İbrahimoğlunun DTX tərəfindən saxlanıldığı deyilir. Evində axtarış aparılıb.