ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Putin telefonla Makrona deyib ki, Ukrayna ilə razılaşma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqları qeyd-şərtsiz nəzərə alınarsa mümkündür: • Krım üzərində Rusiyanın suverenliyinin tanınması. • Ukrayna dövlətinin silahsızlaşdırılması və nasistlərdən təmizlənməsi. • Ukraynanın neytral statusunun təmin edilməsi.

Kreml deyirdi ki, Ukrayna xalqı Rusiya ordusunu gül-çiçəklə, qırmızı bayraqlarla qarşılayır. Buyurun, işğal edilmiş Berdyansk vilayətində vətəndaşlar Rusiya hərbçilərinə "evə gedin" şüarları səsləndirirlər.

Gərginlik artır: Rusiya bütün Avropa Birliyi daxil, ümumi 36 ölkəyə hava məkanlarını bağladı, uçuşlar ləğv olundu. Lavrov BMT sammitinə, Cenevrəyə gedə bilmir. Bu arada Rusiya Kanada səfirini çağıraraq nota verib. Belorus isə Minskdəki ABŞ səfirliyini bağlayıb. Çin nüvə məsələsində Rusiyanı təmkinli olmağa çağırıb.

Rus və Ukrayna heyətinin Qomeldəki danışıqları: Ukrayna nümayəndə heyəti bütün Rusiya qoşunlarının, o cümlədən Krım və Donbassdan çıxarılmasını tələb edir.

Müdafiə Naziri Şoyqu Putinə bildirib ki, onun tapşırığı ilə nüvə qüvvələri hazırlıq vəziyyətinə gətirilib. 🤔

Yaponiya "hücuma" keçdi: Yaponiya Lukaşenkoya şəxsi sanksiyalar tətbiq edəcək. Bundan başqa Ukraynaya 100 milyon dollar yardım edəcək. Həmçinin Yaponiyanın baş naziri Fumio Kişida Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq etmək qərarına gəldiklərini bəyan edib.

5 il əvvəl icrabaşı təyin edilən Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.

Yaponiya bildirir ki, indi Ukrayna işğal olunduğu kimi Yaponiyanın şimalı, Kuril adaları da Rusiya tərəfindən işğal olunub. Hamının dərdi açılıb.

Dünən Belarusda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib. MSK bildirib ki, səsvermə qanunauyğun keçib. Lukaşenko referendumla həm də "ölkənin nüvə silahsızlaşdırılması" statusunu ləğv edilərək Rusiyanın köməyi ilə nüvə silahının zənginləşdirilməsinin önünü açıb.

Avstraliya Putinə və Rusiya Təhlükəsizlik Şurasının üzvlərinə sanksiya tətbiq edərək onların ölkəyə girişinə qadağa qoyan ilk ölkə oldu. Onu da deyim ki, hazırda tətbiq edilən sanksiyalar nəticəsində Rusiya iqtisadiyyatı çox ciddi böhran yaşayır.

Lukaşenko: "Bizə iqtisadi və siyasi sanksiyalar tətbiq olunur: Qaz-neft, SWIFT. Bu müharibədən də pisdir. Dolayı yolla Rusiyanı üçüncü dünya müharibəsinə sürükləyirlər. Bu da nəticə etibari ilə nüvə savaşına çevriləcək. Təmkinli olmaq lazımdır, sanksiyaları ləğv etmək lazımdır".

Rusiyanın bəzi bankları SWIFT sistemindən kənarlaşdırıldı. Həmçinin PayPal Rusiya bankları ilə əməliyyatları dondurdu.

FİDE (Beynəlxalq Şahmat Federasiyası) də şahmat oyunlarında Rusiya və Belarus təmsilçilərinə bayraq və himn qadağası qoydu.

Putin: “Qərb silahlarının Ukraynaya ötürülməsində cavabdeh olanlar, bunu dəstəkləyənlər də hədəfə alınacaq”.

FIFA Rusiyanın ölkə daxilində bütün oyunlardan məhrum edildiyini açıqladı. Milli komanda bayraqsız və himnsiz oynayacaq. Ev oyunları neytral meydanda, azarkeşsiz keçiriləcək.

Türkiyə boğazları Ukrayna və Rusiyadan gəmilərin keçidi üçün bağladığını rəsmən təsdiqləyib. Mənbə: Kommersant

Ukraynanın Türkiyədən aldığı Bayraktar dronların əməliyyat kadrları yayıldı

Avropa İttifaqı və Komissiyası Rusiya Mərkəzi Bankı ilə bütün əməliyyatları qadağan edir. Tam olaraq hava məkanını Rusiya üçün qapadır. RT, Sputnik və onların törəmə şirkətlərinin Avropada fəaliyyəti yasaqlanır. Əlavə olaraq Belarusa qarşı iqtisadi və şəxsi sanksiyalar paketi də hazırlanır.

Ukrayna DİN müşaviri Anton Qeraşenko iddia edib ki, Rusiya ordusu Belarus ərazisindən “İsgəndər” raketləri ilə Ukraynanın Jitomir hava limanına zərbələr endirib və hücumun video görüntüsünü paylaşıb. O, bildirib ki, biz gərək həm də belarus işğalçılarına qarşı mübarizə aparaq.

Ukrayna XİN: "Danışıqlarda ilk şərtimiz atəşkəs və rus qoşunlarının Ukraynanın bütün ərazilərindən çıxarılmasıdır. Ukrayna Rusiya ilə danışıqlar nəticəsində təslim olmaq və kapitulyasiya etmək niyyətində deyil. Ukrayna öz ərazisinin bir qarışını belə təslim etməyəcək. Belarus qoşunları döyüş əməliyyatlarına başlamağa çox yaxındır. Bizi nüvə silahı ilə də qorxuda, dayandıra bilməzsiniz".