ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
İtaliya, Niderland, Fransa, İspaniya və Norveç də hava məkanını Rusiya üçün bağlayır. Bundan əvvəl isə 17 Avropa ölkəsi eyni addımı atmışdı. Sadəcə 5 Avropa İttifaqı ölkəsi qaldı. Bir azdan bütün Avropa məkanı Rusiya vətəndaşlarının üzünə tamamiylə qapanacaq. Bu arada Kanada da hava məkanını Rusiya üçün bağlayır.

Gərginlik yüksəlir: Putin hazırda müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşür. Putin Qərbin aqressiv bəyanatlarına cavab olaraq Müdafiə Nazirliyinə silahlı qüvvələri xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edib. Bunun mənası "Nüvə silahlarının hazır vəziyyətə gətirilməsi" deməkdir.

Son dəqiqə: Ukrayna Belarusun Qomel bölgəsində Rusiya heyəti ilə görüşünü qəbul etdi. Mənbə: Belta

Kadırov Putinə müraciət edərək "Ukraynanın bütün istiqamətlərində və ərazisində genişmiqyaslı əməliyyata başlamaq üçün" icazə istəyib. Britaniyanın xarici işlər naziri isə Ukraynada rus qoşunlarına qarşı döyüşmək qərarına gələn ayrı-ayrı britaniyalıları qeyd-şərtsiz dəstəkləyəcəyini deyib. Vəziyyət kontroldan çıxır.

Bakıda Ukraynaya dəstək aksiyasından. Paylaşın mümkünsə.

Rusiya Federasiyasının birinci kanalında Müdafiə Naziri Şoyqunun əmri səsləndirilib, sarkastik də olsa: 06:00 - Oyanmaq 07:00 - Tualetə getmək 08:00 - Səhər yeməyi 09:00 - Ukraynaya hücum 12:00 - Nahar 13:00 - Kiyevin işğalı 18:00 - Qazmanovun konserti 21:00 - Atəşfəşanlıq

"Putin rədd ol", "Ukrayna Azərbaycan səninlədir" - Polis dəstək üçün gələnlərə ara küçələrdə maneələr törədsə də Bakıda keçirilən aksiyaya yüzlərlə insan qatıldı. Paylaşın. Video: Abbas Q.

Hazırda Bakıda Ukraynaya dəstək aksiyası gedir. CANLI YAYIM

Bu gün Almaniya, İsveç, Avstriya, İslandiya, İrlandiya, Danimarka və Belçika hava məkanını Rusiya üçün bağlayır. Bundan əvvəl isə 10 Avropa ölkəsi eyni addımı atmışdı.

Bu gün saat 15.00-da, düz bir saat sonra Bakıdakı Ukrayna səfirliyi önündə "Ukraynaya dəstək" aksiyası olacaq. Aksiyaya yüzlərlə insanın qatılacağı gözlənilir.

Ukraynada baş verən hadisələr zamanı daha 4 azərbaycanlı həlak olub. Odessada həlak olan azərbaycanlıların adı açıqlanıb: Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılov. Xarkovda isə döyüşlər vaxtı şəhərdən çıxa bilməyən azərbaycanlı tələbələrdən biri qətlə yetirilib.

⚡️Britaniya Xarici İşlər Nazirliyi: "Rusiya hərbi əməliyyatları dayandırmasa, bu, NATO ilə münaqişəyə gətirib çıxaracaq".

Elon Musk “Starlink”in artıq Ukraynada mövcud olduğunu söylədi. Starlink sürətli və pulsuz internetdən istifadə etməyə imkan verən qlobal peyk sistemidir.

Paytaxt Kiyevi çətin gecə gözləyir. Artıq Rusiya Ordusuna aid desantlar Kiyevin səmasından paraşütlə enişlər edirlər. Artıq şəhər mərkəzindən atışma səsləri eşidilir. Rəsmilər əhalinin sığınacaqlara enməsini şiddətlə tövsiyə edirlər.

Gecə ilə Putin İlham Əliyevə zəng edib 🙄

"Instagram" 4.7 milyon izləyicisi olan Çeçenistan prezidenti Ramzan Kadırovun hesabını bağladı

1-ci gün ola bilsin ilk tır Bakıdan Ukraynaya yola çıxsın. Sabah kimin nəyə gücü çatır Ukrayna səfirliyinin qarşısına gətirsin. Xahiş edirəm, maksimum paylaşın. Səfirliyin verdiyi siyahı budur: 1. Pamperslər 2. Geyimlər 0+ (uşaq və böyüklər üçün ) yaxşı vəziyyətdə 3. Quru uşaq yeməkləri 4. Maska, anti-septik, spirt, bint 5. Dəsmal və yataq dəsti (ədyal, yorğan yastıq, döşəkağı) 6. Qab qacaqlar, qazan, 7. Dənli bitkilər, su, tez hazırlanan qidalar (makaron, vermeşil, konserva, çay, şəkər, duru yağ) 8. Sabun, diş məcunu, diş fırçaları, şampun, quru və nəm salfetkalar, paraşok və yuyucu məhsullar 9. Qadın gigiyenik əşyaları 10. Fanar, şamlar, batareyalar 11. Çarpayılar (Raskladuşka) Məhsulların istehsalçısına diqqət edin, Rusiya istehsalı olan məhsullar qəbul edilmir. Ukrayna səfirliyinin ünvanı: Yusif Vəzir Çəmənzəminli küçəsi, Milyonerlər məhləsi. Aksiya hər gün saat 09:00-dan 19:00-a kimi, 10 gün davam edəcək. Əlaqə nömrəsi: 099 391 53 33

Son məlumatlar: Kiyevdə həyəcan siqnalı, bombardıman gözlənilir. Paytaxtın ətrafında da döyüşlər gedir. Həmçinin Xarkovda da şiddətli döyüşlər gedir. Mariupol şəhərinə isə hücum gözlənilir.

Zelenski son çıxışında deyib ki, bizə neft məhsulları lazım olduğunu İlham Əliyevə dedim. O da Ukraynaya neft məhsulları ilə bağlı yardım edəcəyinə söz verdi. Bu arada SOCAR petrolları Ukraynada təcili yardım avtomobillərinə ödənişsiz yanacaq verəcəyi barədə məlumatlar var. Qeyd edim ki, Ukraynada SOCAR-ın 59 yanacaqdoldurma məntəqəsi var.

Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Rusiya təyyarələrinin bundan sonra Kalininqraddan Moskvaya necə uçacağını göstə
Rusiyanın Kalininqrad vilayətinin qubernatoru Rusiya təyyarələrinin bundan sonra Kalininqraddan Moskvaya necə uçacağını göstərib. Bu arada Sloveniya da Rusiya təyyarələri üçün hava məkanını bağlayır. Bu artıq 11-ci Avropa ölkəsidir. Rusiya isə ilk dəfə hava məkanını Rumıniya üçün bağlayacağını bildirib.