ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Erməni mənbələri iddia edir ki, Qarabağa yeni təyin olunan general-polkovnik Aleksandr Lentsov Azərbaycan tərəfi ilə danışıqlar zamanı nəzarət-buraxılış məntəqəsinin yığışdırılmasına və yalnız rentgen skanerlərin quraşdırılmasına nail olmaq istəyir. Yəni, Qarabağa daxil olan yük maşınları birbaşa Rusiya sülhməramlılarının nəzarəti altında yoxlanılsın və Azərbaycan tərəfi prosesi yalnız onlayn izləsin.

Türkiyə prezidenti Ərdoğanın qatıldığı Ülke TV canlı yayımında vəziyyətinin pisləşdiyi və buna görə də yayıma fasilə verildiyi deyilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni təyin olunmuş rəisi Mürsəl İbrahimov özünə Tehran Babatovu baş köməkçi təyin edib. Polkovnik Tehran Babatov ləğv edilmiş MTN-də işləyib, Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu dövrdə (2004/2015-ci illər), nazirin korrupsioner "kassir"i kimi tanınıb, Kadrlar Baş İdarəsinin rəis müavini olub. O, əvvəllər Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsində işləyib, yol verdiyi ciddi nöqsanlara və rüşvətxorluğa görə işdən azad edilib.

Deputat Vahid Əhmədov bloger Mehman Hüseynova nələr deyib? - Regionlarda işsizlik çoxdur, əhalinin dolanışığında problemlər var. - Deputat, vəzifəli şəxs bizneslə məşğul ola bilməz. Amma bizdə kifayət qədər var. - 280 manatla deputat mümkün deyil, dolana bilməz. - Məmur balaları cibində "paçkayla" dollar gəzdirir, amma kasıb tapa bilmir. - Azərbaycanda xeyli sayda korrupsiya faktları var. - İndiki dövrdə dövlətin apardığı siyasət nəticəsində müxalifət olmaq asan məsələ deyil. - Türkiyə bizə qardaş dövlətdir, bizə çox köməklik edib amma yenə Azərbaycanda "gözü var". - 20-30 il normal vəziyyət keçsə Azərbaycan ən inkişaf etmiş dövlətlər səviyyəsinə gəlib çıxa biləcək.

Rusiya Müdafiə Nazirliyi məlumat yayaraq bildirib ki, Azərbaycan tərəfi birtərəfli və razılaşdırılmamış hərəkətlər nəticəsində Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingentinin 1 saylı müşahidə məntəqəsi (Həkəri çayı üzərindəki körpü) ərazisində nəqliyyatın hərəkətini bağlayıb. Qeyd olunub ki, hazırda sülhməramlı kontingentin komandanlığı yolun açılması üçün Azərbaycan tərəfi ilə danışıqlar aparır.

ABŞ Laçında nəzarət-buraxılış məntəqəsinin yaradılmasına görə narahat olduğunu bildirib. Fransa Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasını pisləyib. Rusiya isə 3 tərəfli razılaşmanın pozulduğunu bildirərək tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırır.

Rəsmi məlumata əsasən, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindəki mexanizm Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək.

Erməni mənbələrinə istinadən Geğarkunik rayonunun Sotk (Basarkeçər - Zod) qəsəbəsi istiqamətində bir erməni hərbçinin qarşı tərəfdəki snayperdən açılan güllə nəticəsində öldürüldüyü bildirilir. O istiqamətdə vəziyyətin gərgin olaraq qaldığı deyilir.

Azərbaycanın rəsmi bəyan etdiyi Laçın-Xankəndi yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsi Laçın karidorundakı yeni çə
Azərbaycanın rəsmi bəyan etdiyi Laçın-Xankəndi yolunun başlanğıcındakı sərhəd-buraxılış məntəqəsi Laçın karidorundakı yeni çəkilən yolun üzərində yerləşir. Yəni köhnə yolla əlaqəsi yoxdur. Məntəqə Azərbaycan Ermənistan sərhəddini ayıran Həkəri çayının üzərindəki körpünün Azərbaycanla olan hissəsində qurulub. Google xəritədən baxa bilərsiniz.

DSX məlumat yayaraq bildirib ki, qeyri-qanuni erməni silahlı dəstələri üçün silah-sursat daşınmasının qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Söhbət Həkəri çayı üzərindəki körpü istiqamətində qurulan məntəqəfən gedir.

Siyasi-ictimai fəal Bəxtiyar Hacıyev azadlığa buraxılması üçün İlham Əliyevə müraciət etdiyini, bundan sonra da əfv ərizəsi yazmağa, başqa lazım olan addımları atmağa hazır olduğunu bildirib: “Əgər müraciətim kifayət etmirsə, desinlər. Mən kommunikasiyaya hazıram. Məndən tələb olunan nədir, onu desinlər…”.

Müdafiə Nazirliyi tərəfindən Hərbi Baş Klinik Hospitalında uzun müddətdir komada olan və müalicə alan hərbçi, Bərdənin Mustafaağalı kənd sakini, 2003-cü il təvəllüd İsmayılov Pənah Pərviz oğlunun vəfat etdiyi bildirilir.

Azərbaycanın kosmosdakı 50 milyonluq “Azersky” adlı peykinin meteorit ilə toqquşduğu və sıradan çıxdığı deyilir. Peyk 45 milyon manat məbləğində sığortalanıb və sığorta vəsaiti “Paşa Sığorta” tərəfindən ödənəcək.

Vilayət Eyvazovun əmri ilə Abşeron DYP-də baş inspektor işləyən Vüsal Qələndərov Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin edilib. Qeyd edim ki, Vüsal Qələndərov əvəllər Nəsimi DYP-nin rəisi olmuş, keçən ay Bakı Beynəlxalq Avtovağzalının direktoru təyin edilən Qəhrəman Qələndərovun oğludur.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun anası və 30 ildir Həmkarlar İttifaqı Konfederasiyasının sədri işləyən, millət vəkili Səttar Möhbalıyevin bacısı olan Yeganə Möhbalıyeva “Rübabə” MMC adlı yeni şirkət açıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Suraxanı rayonu, Z. Zeynalov küçəsi ev 35-də yerləşir. Bu ünvan Seymur Orucov və anası Yeganənin qeydiyyatda olduğu ünvandır. Yeganə Möhbalıyeva eyni zamanda Sosial Müdafiə Fondunun (DSMF) Xətai rayonu 2 saylı Xidmət Nümayəndəliyinin direktor müavini vəzifəsində çalışır. Gəlini Çeşmi Hacıyeva isə Azərbaycan Dillər Universitetinin multikulturalizm məsələləri üzrə müşaviridir. Bu arada Səttar Möhbalıyevin xanımı Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Özü isə prezidentin sabiq köməkçisi Əli Həsənovun qudasıdır.

İlham Əliyevin fərmanı ilə 8 ildir yaradılan və milyonlarla vəsait ayrılan BNA-nın fəaliyyətinə xitam verilib, əmlakı isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına veriləcək.

10 milyon manatdan çox dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan Şəmkirin 7 il icra başçısı olmuş Alimpaşa Məmmədovun məhkəmə prosesi keçirilib. Proses zamanı məlum olub ki, Alimpaşa Elşən Hüseynov adlı şəxsə tenderdə qalib olması üçün şərait yaradıb. Həmin şəxs Şəmkirdə uşaq bağçalarına qida məhsulları paylayıb. Artıq qalan mallar isə Elşən İsmayılovun supermarketində satılıb, pullar da Alimpaşa Məmmədova çatdırılıb.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyul tarixinə qədər uzadıldı. 3 ildən artıqdır bağlı qalan quru sərhədləri haqqında heç bir müsbət qərar verilmədi. Yalnız dünən Türkiyədə təhsil alan tələbələrin Azərbaycana quru sərhədi vasitəsiylə keçməsinə icazə verilmişdi.

Bu gün İlham Əliyev və Mehriban Əliyeva Neftçalanın Yenikənd kəndində balıq və kürü istehsalı ilə məşğul olan “Azerbaijan Fish Farm” MMC-nin 58 hektarlıq Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar. “Azerbaijan Fish Farm” şirkəti "LU-MUN" Holdinqə aiddir. Holdinqin rəhbərliyində ARDNŞ nümayəndəsi Məmməd Nəzərəliyevin adı hallanır. Bu arada Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrində qanunvericiliyə zidd olaraq hər iki şirkət haqqında məlumatlar ictimaiyyətə açıqlanmır. "LU-MUN" Holdinq “Paşa Holdinq”lə eyni, Neftçilər PR. ev. 153 ünvanında qeydiyyatdan keçib, adı mətbuatda Pasha Holdingin “qohumu” kimi hallanır.

Ermənistan ərazisinə əsir düşmüş azərbaycanlı əsgər Hüseyn Axundov Zəngəzur mis-molibden zavodunun gözətçisinin qətlində təqsirləndirilir.