ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Qarabağda bugünkü atışmalar nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

Erməni mənbələri səhər saatlarında Azərbaycan Ordusunun atəşi nəticəsində 3 nəfər erməni polisin öldürüldüyünü iddia edir. Azərbaycan tərəfi isə Laçın dəhlizinə alternativ yolla, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə silah daşındığını iddia edərək, 3 separatçının zərərsizləşdirildiyini bildirir. Rəsmi olaraq hər iki tərəfdən itkilərin olduğu deyilir.

Neftçala sakini, 1995-ci il təvəllüdlü hərbçi Hüseynov Kamran Namiz oğlunun bu gün qar uçqunu nəticəsində həlak olduğu bildir
Neftçala sakini, 1995-ci il təvəllüdlü hərbçi Hüseynov Kamran Namiz oğlunun bu gün qar uçqunu nəticəsində həlak olduğu bildirilir. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi btirən zabit bu gün doğulduğu şəhərdə torpağa tapşırılıb. Bu barədə heç bir rəsmi məlumat yayılmayıb.

DİN Xətaidəki "Bravo" marketində cinayət əməlini törətməkdə şübhəli bilinənənlərdən bir nəfərin saxlanıldığı, polisə silahlı müqavimət göstərildiyi deyilən digər bir nəfərin isə öldürüldüyünü açıqladı. Vətəndaşlar Tarqovı istiqamətində atışma səsləri eşidildiyi deyilir. Əməliyyat tədbirlərinin davam etdiyi bildirilir.

Bu gün "Bravo" marketdə silahlı basqında öldürülən, Bakının Səbail rayon sakini 1988-ci il təvəllüd Həşimov Rüfət Rahib oğlu
Bu gün "Bravo" marketdə silahlı basqında öldürülən, Bakının Səbail rayon sakini 1988-ci il təvəllüd Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub. O, kikboks üzrə respublika mükafatçısı olub. Rüfət ikinci Qarabağ müharibəsinin könüllü iştirakçısı idi. O, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdi.

Bakının Xətai rayonunda yerləşən “Bravo” marketdə atışma olub. Terminaldakı inkassatorlara qəfil hücum olub, 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Hadisəni törədənlər aradan çıxa biliblər. Onların saxlanılması, zərərsizləşdirilməsi yalan xəbərdir. KİV-də yayılan fotolar Lənkəranda baş verən əməliyyatdandır. Hipermarketə hücum edən şəxslərin axtarışı isə davam edir.

Türkiyədə prezident seçkilərində müxalifətin vahid namizədini müəyyən etmək üçün “Altılı masa” ətrafında toplaşan partiyalar Mansur Yavaş və Əkrəm İmamoğlunun prezidentliyə namizədliyini rədd ediblər. Bundan sonra İYİ partiyası masadan geri çəkildiyini açıqlayıb.

YAP üzvü, "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının nümayəndəsi kimi fəaliyyət göstərmiş Cəbrayıl Fərzəliyev yarım milyondan çox vəsaitin yeyintisində ittiham olunur. İddia edilir ki, o, "Paşa Bank"dan, Gənclər Fondundan müxtəlif işlər görmək adı ilə ümumilikdə 527 min manat vəsait götürüb və mənimsəyib. “Qayıdışın izi ilə” adlı film çəkəcəyini bildirsə də, ayrılan vəsaitlər təyinatı üzrə xərclənməyib. Fərzəliyev politoloq kimi YAP-ın rəsmi saytına, AZƏRTAC dövlət informasiya agentliyinə tez-tez müsahibələr verir, ölkədəki prosesləri şərh edirdi.

Artıq bildiyiniz kimi ilahiyyatçı Şahin Həsənli dünyasını dəyişib. Ailəsinin bildirdiyinə görə, dünən Hacı özəl tibb müəssisələrdən birində müayinədən keçib. Bu gün səhər saatlarında ürəyində problem yaranıb, təcili yardıma müraciət olunub. Təcili yardım çatana qədər, ürək tutmasından həyatını itirib. Baş Prokurorluq Hacı Şahin Həsənlinin ölümü ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Aclığının 51-ci günündə siyasi-ictimai fəal Bəxtiyar Hacıyevin aclığı dayandırdığı bildirilir.

3 gün əvvəl atası, əri və qaynanası tərəfindən qaçırılan qadının 22 yaşı var imiş. Dəfələrlə elə bu sadalanan şəxslər tərəfindən şiddətə məruz qalıb, döyülüb, xəsarətlər alıb. Sosial mediada fotolar yayılıb. 3 yaşlı balasını əlindən alıblar, boşanmaq istəyir, lakin zorakılıq görür. Qaçırılma hadisəsindən sonra polislər atasını və ərini heç yarım sutka saxlamadan sərbəst buraxıblar. Biz "Qadın qətilləri siyasidir" deyəndə, həm də bunu nəzərdə tuturduq.

Türkiyənin ən əhəmiyyətli turizm obyektlərindən biri olan, 650 milyon dollara tikilən Bodrumdakı "Mandarin Oriental" istirahə
Türkiyənin ən əhəmiyyətli turizm obyektlərindən biri olan, 650 milyon dollara tikilən Bodrumdakı "Mandarin Oriental" istirahət mərkəzinin 50% səhmlərinin "Paşa Holdinq" tərəfindən satın alındığı bildirilir. Bodrumdakı Yalıkavak sahilində yerləşən "Allium Bodrum Resort&SPA" mərkəzinin də sahibi olan "Pasha Holdinq" şirkəti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalara məxsusdur.

Dünən Rusiya sülhməramlıları, Azərbaycan hökumətinin nümayəndələri və Qarabağdakı ermənilərin nümayəndələri arasında görüş olub. Erməni mənbələri iddia edir ki, təbii qaz və elektrik enerjisinin fasiləsiz təchizatının bərpası barədə razılıq əldə olunub. Bundan başqa Qarabağdakı mədənlərin yoxlanılması barədə də razılıq əldə edildiyi bildirilir. Qısa zamanda Laçın dəhlizindəki yolun açılması barədə danışıqlar getdiyi deyilir.

Salyanın Cadırlı kəndində 4 nəfər 13 yaşlı qızı zorlayıb, onlar həbs olunub. Bakıda isə 15 yaşlı qızı 53 yaşlı qohumu qaçıraraq yaşadığı mənzilində zorlayıb, zorlayan tutulub. Bakıda boşanmaq istəyən qadın atası, əri və qaynanası tərəfindən zorakılıqla maşına mindirilərək qaçırılıb. Son 20 gündə Azərbaycanda ən az 11 qadın qətlə yetirilib, onlarla qadın isə zorakılığa məruz qalıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimallarını nəzərə alaraq Azərbaycanın “Trendyol”a qarşı tədbirlər görə biləcəyini açıqlayıb. Bağlayın, aman verməyin, bir balaca xalqın xeyrinə olan bir deşik gördükdə, ora bir paz tıxayın.

Ruben Vardanyanın Qarabağdakı rejimin naziri vəzifəsindən azad edildiyi deyilir.

Azərbaycanda iki rayonu birləşdirən, Göygöl-Goranboyun dəmir körpüsünü söküb, oğurlayıblar. Körpünü oğurlayan Şəmkir rayon sakinləri polis tərəfindən saxlanılıb. Oğurluğa heç bir halda bəraət qazandırmıram, amma bölgələrdə insanlar artıq gör hansı vəziyyətə çatıblar ki, metal satmaq üçün körpü oğurlayırlar.

D18 Hərəkatının üzvü Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası verildi. Digər üzv Samir Sultanov haqqında qərar hələ açıqlanmayıb, Rza Səfərovdan isə xəbər yoxdur. Onlar Bəxtiyar Hacıyevin dünənki məhkəmə prosesi zamanı saxlanılmışdılar.

Türkiyə və Suriyada son günlər baş verən təkanlardan fərqli olaraq daha güclü, 6.4 bal gücündə zəlzələ baş verdiyi deyilir. Dağıntıların olduğu ilə bağlı məlumatlar var.

Apelyasiya məhkəməsi Bəxtiyar Hacıyevi həbsdə saxladı. Vəkili Aqil Layıc yazıb ki, adam rəsmən ölür, yolda öd qusub…