ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Gecə Xocalının (köhnə Əsgəran) Fərrux kəndi istiqamətində atəşkəs ciddi şəkildə pozulub və nəticədə Azərbaycan Ordusunun 4 hərbçisinin yaralandığı deyilir. Həmçinin erməni silahlı birləşmələrinə aid 5 hərbçi də yaralanıb. Hazırda isə vəziyyət stabildir. Azərbaycan hərbçiləri Rusiya SM-nın müşayiəti ilə Qarakolluq yüksəkliyinə gedən yolu qardan təmizləyərək traktorla öz mövqelərini bərkidir və daha da əlverişli edir. Bu arada Şoyqu Zakir Həsənovla telefonla gecə baş verən atışmanı müzakirə ediblər.

Erməni mənbələri keçmiş Əsgəranın, indiki Xocalı rayonunun Fərrux kəndinin bütünlüklə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdiyini iddia edirlər. Bildirilir ki, hazırda Rusiya sülhməramlıları danışıqlar yolu ilə irəliləyişi dayandırmağa və onları ilkin mövqelərinə qaytarmağa çalışırlar. Xocalı rayonunun Pirlər kəndinin əhalisinin də təxliyə edildiyi deyilir.

Almaniya dövləti artan enerji qiymətlərindən dolayı vətəndaşları dəstəkləmək üçün birdəfəyə yardım paketini açıqlayıb: - Çalışan şəxslərin hər birinə 300 avro enerji dəstəyi - Sosial yardım alan ailələrə adambaşı 100 avro - Uşaqlara isə hər birinə 100 avro - 3 ay boyunca ictimai nəqliyyatdan istifadə 9 avroya (normalda 80-90 avrodur) endirilir - Əlavə olaraq benzinin 1 litrəsinə 30 sent, mazuta isə 14 sent endirim ediləcək

Ermənistandan Xankəndiyə gedən qaz xətti Azərbaycan ərazisindən keçir. 2 həftə əvvəl qaz xətti partlayıb. Daha sonra təmir olunsa da yenidən ərazidə qaz və işıq sistemində problem var. Ermənistan Azərbaycanı etnik təmizləmədə ittiham edir. Azərbaycan isə rəsmi olaraq bölgədəki silahlı qüvvələrin qalıqlarının çıxarılmasını tələb edir. Paşinyan bu gün çıxış edərək Azərbaycanın müharibəni yenidən qızışdırdığını, Ermənistanın isə sülh istədiyini bildirib.

Azərbaycanlı tələbə, 20 yaşlı Hüseyn Abdullayev Mariupolda Kadirovçuların dəstəsində hələ də girovluqdadır. Moskvada adlı-sanlı azərbaycanlılardan kim var, Kadırovla arası yaxşı olan? O cavan uşaq yazıqdır, ailəsi də pərişan durumdadır. Onun müharibə ilə, savaşla heç bir əlaqəsi yoxdur. Danışıb, sağ-salamat ailəsinə çatdırılmasına vasitəçi olsunlar. Maksimum paylaşaq, kimsə görər bəlkə, mənlə əlaqə saxlasın.

Ukraynanın Mariupol şəhərində girov düşən tələbə Hüseyn Amin oğlu Abdullayevdən xəbər var. Hüseyn Rusiya ordusuna məxsus Çeçen hərbi dəstələrinin əlindədir. Özünün bildirdiyinə görə çox pis vəziyyətdə döyülüb və işgəncələrə məruz qalıb, əlinə avtomat verilərək üzr vidoesu çəkilib. Yəqin yaxın saatlarda yayılacaq.

Ukraynanın Mariupol şəhərində tələbə olan, 2002-ci il təvəllüd, Azərbaycan vətəndaşı Hüseyn Amin oğlu Abdullayev Rusiya ordus
Ukraynanın Mariupol şəhərində tələbə olan, 2002-ci il təvəllüd, Azərbaycan vətəndaşı Hüseyn Amin oğlu Abdullayev Rusiya ordusunun əsgərləri tərəfindən girov götürülüb. Azərbaycan səfirliyi yoxdur, çıxıb aradan, heç olmasa Azərbaycan hökuməti təcili şəkildə hərəkətə keçməli və öz vətəndaşına sahib çıxaraq onu girovluqdan xilas etməlidir. Maksimum paylaşaq, mümkünsə.

Əvvəl Astaranın, daha sonra Biləsuvarın ümumilikdə 14 il sabiq icra başçısı olmuş, İlham Əliyev tərəfindən "Vətənə xidmətə görə" ordeni almış Mahir Quliyevə 11 il həbs cəzası verildi. O səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham olunurdu.

"Azərbaycanlılar Rusiya sərhəddində meşələrdə gecələyirlər. Azərbaycanlılar Rumıniya-Ukrayna sərhədində yiyəsiz qalıblar. Həmvətənlərimiz Polşa-Ukrayna sərhədində ac-susuz qalıblar". Neçə gündür oxşar başlıqlı videolar, xəbərlər görürük, oxuyuruq. İlham Əliyevin bu ölkələrə təyin etdiyi səfirlər, səfirliklər nə işlə məşğuldur? Niyə hökumət öz vətəndaşlarına həftələrdir, günlərdir sahib çıxmır, onlara kömək etmir? Nə vaxta qədər azərbaycanlıların səfil, yiyəsiz gündə görüntülərini mütəmadi hadisələrdə şahid olacağıq? Niyə oxşar videoları qonşu ölkələrin vətəndaşlarından görmürük? Bu səfirliklərə, dövlətin aidiyyatı qurumlarına dövlət büdcəsindən milyonlarla vəsaitlər ayrılır. Nə zaman bu pullar vətəndaşların ehtiyacına xərclənəcək? Paylaşaq, ictimailəşdirək, aidiyyatı orqanlar təcili hərəkətə keçsin.

Azərbaycanın yeganə ən böyük su mənbəyi olan Kür çayı çox ciddi şəkildə quruyur. Ekspertlər bunun iqlim dəyişikliyi ilə əlaqəsinin olduğunu bildirsələr də, əsasən insan amilinin, yəni yanlış idarəetmədən də qaynaqlandığını dilə gətirirlər. Məsələn, uğursuz və yöndəmsiz aquaparkların tikilməsi, su qaynaqlarının toplanmasında vacib rol oynayan meşələrin məhv edilməsi, sudan istifadədə səmərəsizlik, çay hövzələrinin düzgün idarə edilməməsi, çayın təbii axınına edilən təsirlər, öncədən həyacan siqnallarının çalınmasına rəğmən hökumətin qabaqlayıcı tədbirlər görməməsi və s. Hazırda Kür sahilində olan rayon və kəndlər demək olar ki, şirin su üzünə həsrət qalıblar. Kənd təsərrüfatı fəaliyyəti, suvarma-becərmə işləri minimuma enib. Alimlər artıq Neftçala, Salyan rayonlarının 250 minlik əhalisinin köçmək məcburiyyətində qala biləcəyindən bəhs edirlər. Hökumət təcili bu işə əl atmasa bir azdan Kür çayı tarixə qovuşacaq və sıradan bir kanala çevriləcək, quraqlıq yaranacaq. Bu ciddi şəkildə ekoloji, iqtisadi və sosial faciəyə çevriləcək.

Avropa Şurası Nazirlər Komitəsi Rusiyanı təşkilatdan xaric etdi. Avropa Şurası önündəki bayraqlar meydanı. Rusiya bayrağı bu
Avropa Şurası Nazirlər Komitəsi Rusiyanı təşkilatdan xaric etdi. Avropa Şurası önündəki bayraqlar meydanı. Rusiya bayrağı bu dəqiqələrdə endirildi.

Keçən il 8 nəfər gömrükçünü rüşvət almaqda ittiham edərək həbs etmişdilər. Bu gün onlarda yeddisi azadlığa buraxıldı, hətta birinə bəraət də verildi. Halbuki prokuror 8 il iş istəmişdi. Məlum olub ki, azadlığa çıxanlar arasında bir sıra yüksək vəzifəli şəxslərin qohumları da var. Məsələn: 1. Gömrük komitəsinin "Azterminal" idarəsinin rəisinin kürəkəni Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektoru Emin Xəlilov 2. Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkəni Orxan Zöhrabov 3. Bakı icrabaşının müşaviri polis general-mayoru Sahib Mirzəyevin qardaşı oğlu Elmar Mirzəyev 4. 20 il Naxçıvanın baş naziri olmuş Əlövsət Baxşıyevin qardaşı oğlu Bakı Baş Gömrük İdarəsinin maliyyə inspektoru Azər Baxşıyev

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan: "Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır".

⚡️ Rusiya Avropa Şurasından çıxdığını bəyan etdi.

⚡️ Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Federasiyyası ABŞ prezidenti Bayden və XİN rəhbəri Blinkenə qarşı sanksiyalar tətbiq edib. 🤦‍♂️

Türkmənistanda rəsmi məlumata görə 97 faiz seçicinin iştirak etdiyi seçkilərdə 16 il prezident olan Qurbanqulu Berdiməhəmmədovun oğlu 40 yaşlı Sərdar Berdiməhəmmədov 72.97% səslə qalib gəldiyi açıqlanaraq, 7 il müddətinə prezident təyin olunub. 72% səsi elan etməklə açıq sözlü olduqlarını nümayiş etdiriblər.

Ermənistan XİN bildirib ki, Azərbaycanın son göndərdiyi 5 təklifə cavab olaraq beynəlxalq sənədlərə istinadla, sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqların təşkili üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət ediləcək.

Azərbaycan XİN Ermənistana münasibətləri normallaşdırmaq üçün təqdim edilən 5 təklifi açıqlayıb: - Suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin qarşılıqlı tanınması; - Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı hüquqi təsdiqi; - Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən çəkinmək; - Dövlət sərhədlərinin müəyyən olunması, diplomatik münasibətlərin qurulması; - Nəqliyyat və kommunikasiya xətlərinin açılışı və digər sahələrdə əməkdaşlığın qurulması.

Azərbaycanın Mərkəzi Bankından bildirilib ki, Rusiyaya tətbiq edilən sanksiyaların müəyyən qədər Azərbaycana da mənfi təsiri olacaq.

Qarabağda nə baş verir? 5 gündür ki, mərkəzi qaz xəttində yaranmış problemə görə Xankəndində və digər ərazilərdə istilik sistemi sıradan çıxıb. Bununla bərabər elektrik də çox yükləndiyi üçün artıq 2 gündür ki, ciddi kəsintilər yaşanır. Təmirlə bağlı tərəflər razılığa gələ bilmirlər. Xocalı və Xocavənd istiqamətindəki bəzi kəndlərdə mütəmadi atışmalara görə sakinlərin bəzilərinin köçdüyü deyilir. Hər hansı hərbi əməliyyatların getməsi və yaxud şəhər, kəndlərin alınma xəbəri doğru deyil. Rus sülhməramlılar ərazilərə nəzarət edirlər. Rəsmilər isə artıq dialoq və sülh sazişindən bəhs edirlər.