ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Ukrayna Baş Qərargah İdarəsi Qarabağdakı rus sülhməramlılarının bir hissəsinin Ukraynaya döyüşmək üçün gətirilməsi ilə bağlı məlumatı təsdiqləyib.

Whatsappda Xocalını alıblar, Tiktokda isə Yeravana giriblər, siz hələ burda ordunun yerdəyişməsindən danışırsız.

Azərbaycan XİN rəhbəri türk mətbuatına müsahibə verib deyib ki, Azərbaycan münasibətlərin normallaşması üçün Ermənistana 5 maddəlik yeni (!) 1 səhifəlik təklif verib. 1 il əvvəl də təkliflər ediblər, Ermənistandan cavab gəlməyib. Təkliflərin nədən ibarət olması qeyd edilməyib.

Youtube Rusiya hökumətinin maliyyələşdirdiyi 15-ə yaxın media kanalını bloklayıb.

ABŞ-ın Rusiyaya qarşı bu gün qoyduğu növbəti sanksiyalar: - Rusiya ilə mütamadi normal ticarət münasibətləri ləğv edilir - Rusiyaya dəniz məhsulları, alkaqol və brilyant ixracı dayanır - Oliqarx, məmur və deputatların sanksiya siyahısı artırılır - Rusiyanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan borc alması yasaqlanır - Rusiya iqtisadiyyatının istənilən sektoruna investisiya qoymaq qadağan edilir

⚡️Ruslara qarşı zorakılıq çağırışlarına görə Rusiyada rəsmi olaraq Instagrama giriş məhdudlaşdırıldı.

Putin Lukaşenko ilə görürüşdə: "Ukrayna ilə danışıqlarda müəyyən pozitiv irəliləyiş var. Həmçinin sanksiyalar əvvəl olduğu kimi, son nəticədə fayda verəcək. SSRİ də sanksiyalar altında yaşayıb və böyük uğurlar əldə edib". Lukaşenko: "Bu qoyulan sanksiyalar iyrəncdir. Belarusa hücum planlarını göstərən xəritə gətirmişəm, sizə göstərəcəyəm. İlin sonuna qədər insanlar Ukraynadakı münaqişəni unudacaqlar".

Türkiyə, Rusiya və Ukrayna XİN rəhbərləri arasında keçirilən görüşdən ciddi nəticə əldə olunmadı. Kuleba deyib ki, atəşkəs barədə irəliləyiş yoxdur. Lavrov isə bildirib ki, Rusiya heç bir ölkəyə hücum etməyi planlaşdırmır, heç Ukraynaya da hücum etməyib. Ukraynadakı əməliyyatlar plan üzrə gedir.

Azərbaycan MN bildirib ki, gecə Ağdamın Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı istiqamətindəki mövqelər müxtəlif çaplı silahlardan atəşə tutulub. İtki yoxdur, cavab tədbirləri görülüb. Paşinyan isə deyib ki, Qarabağda vəziyyət gərginləşib, Yerevan vəziyyəti sabitləşdirmək üçün beynəlxalq tərəfdaşlarla iş aparır.

⚡️Azərbaycan MN: “Qarabağda guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır. Bildiririk ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir".

Bəzi mənbələr hazırda Xocalının Pirlər və Xanabad kəndləri istiqamətində hərəkətlilik olduğunu, atəşkəsin pozulduğunu bildirirlər.

Putin iddia edir ki, Ukrayna Şərqdən döyüşçülər (RIA: Türkiyənin əli ilə suriyalılar) gətirib döyüşdürür, Qərb mediaları da yazır ki, Rusiya Suriyadan döyüşçülər gətirib döyüşdürür. Adama deyirlər bu suriyalılar Rembo zaddır? Qarabağda döyüşürlər, Ukraynada döyüşürlər. Belə döyüşkən idilər, elə Suriyada döyüşərdilər də. 🤦‍♂️

Avropa İttifaqı 14 məşhur rus biznesmen və onların ailələrinə və 146 rus deputata qarşı sanksiyalar tətbiq etdi. Onların xaricdəki bank hesabları donduruldu, mülkləri əllərindən alındı, Aİ ölkələrinə səfərləri məhdudlaşdırıldı. Aİ həmçinin Belarusa avro əskinaslarının verilməsinə qadağa qoyduğunu açıqlayaraq, Belarusun 4 bankını SWIFT-dən ayıracağını bildirib.

Siyasi-ictimai fəal Bəxtiyar Hacıyev DİN qarşısında, şəxsi avtomobilinin şüşələrinə "Vilayət Eyvazov, cinayətkarı zərərçəkən, zərəçəkəni təqsirləndirilən tanımaqdan utan!" şüarları yapışdırıb, aksiya etdiyi üçün, YPX əməkdaşları tərəfindən maşının şüşələri sındırıldı, özü isə saxlanıldı.

Qarabağdakı rus sülhməramlılarının bir hissəsinin Ukraynaya göndərildiyi iddia olunur. Dislokasiyanın video görüntüləri yayılıb. Rəsmi məlumat isə yoxdur.

Durexin Rusiyada fəaliyyətini dayandırdığı deyilir. Savaşırsınızsa sevişməyin deyirlər.

Coca-Cola da Rusiyada fəaliyyətini dayandırır.

McDonald's Rusiyada 850 restoranını müvəqqəti bağlayacağını bildirdi. Bundan başqa KFC və Pizza Hut da Rusiyaya investisiya və inkişafı dayandırdığını açıqlayıb.

ABŞ-dan sonra İngiltərə də Rusiya neftindən imtina edir. London 2022-ci ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmağı planlaşdırır. İndi həm ABŞ, həm də Böyük Britaniya bazarında Rusiya idxalının payı 8% təşkil edir. Aİ isə enerji idxalına qadağa qoymayacağını açıqladı.

Co Bayden bildirib ki, ABŞ Rusiyadan neft idxalını qadağan etdi.