ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Bir şeyi də aydınlaşdırım, görürəm camaatı səhv istiqamətləndirənlər var: Xankəndidəki Xocalı hava limanına beynəlxalq uçuş lisenziyasının verilməsi Azərbaycan üçün keçərlidir. Ermənilər heç bir halda o hava limanından beynəlxalq uçuşlar üçün istifadə edə bilməyəcəklər.

Rus sülhməramlıları Laçın şəhərində bələdiyyə binasında qondarma “rejim Artsax"ın bayrağını çıxarıb atıblar. Bələdiyyə sədri bu haqda məlumat verib və narahatlığını ifadə edib.

Türkiyə Müdafiə Nazirliyi xüsusi mina təmizləmə qruplarının, Qarabağda minaları təmizləmək üçün köməyə gələcəyini və eyni zam
Türkiyə Müdafiə Nazirliyi xüsusi mina təmizləmə qruplarının, Qarabağda minaları təmizləmək üçün köməyə gələcəyini və eyni zamanda Azərbaycan ordusunda mina təmizləyən qruplara xüsusi təlimlər keçəcəyini bildirdi.

Hazırda Yeravanda etiraz aksiyası başlayıb. Etirazçılar mərkəzi yolu bağlamağa cəhd ediblər. Polislərlə qarşıdurma yaranıb, xeyli sayda saxlanan var. Onlar Paşinyanın istefasını tələb edirlər.

Qarabağ xəbərləri: - Qondarma rejim rəsmiləri Qarabağa 55 min nəfərdən çox erməninin qayıtdığını iddia edirlər. - Rəsmi Tehran Qarabağın dağılmış bölgələrinin bərpasında iştirak etməyə hazır olduğunu bildirib. - Ümumi 24 hektardan çox ərazi təmizlənib, 750-dən çox partlayıcı zərərsizləşdirilib. - Qondarma rejimin rəhbəri bildirib ki, daha 600-dən çox cəsəd münaqişə zonasından çıxarılıb. - Baş nazir Nikol Paşinyanın Rusiyaya səfəri ləğv edilib.

Laçın rayon kəndləri və şəhərin özünün də yol işarələri hazırdır. Son 1 gün… @hebmun
Laçın rayon kəndləri və şəhərin özünün də yol işarələri hazırdır. Son 1 gün… @hebmun

Bu günə Qarabağ xəbərləri: - Rusiya MN xəbər verir ki, 60-a yaxın hərbi həkim Xankəndinə gətirilib. Onlar hava limanının uçuş zolağı yaxınlığında səhra xəstəxanasına yerləşdirilib. - Şuşadan çıxarılan daha 400 nəfərdən çox erməni hərbçisinin cəsədi təhvil verilib. - Azərbaycana gələn rus sülhməramlıların hərbi kontingentin bir hissəsi Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə təyinat məntəqəsinə çatıblar. - Qarabağa gələn erməni əhalinin sayı 23 500 nəfəri keçdi.

Bu sual da çox verilir deyə aydınlıq gətirim: Qubadlı və Zəngilanın elan olunmayan bütün kəndləri qaytarılacaq, 1 dekabra qədər tam təhvil veriləcək. Və həmçinin beynəlxalq hüquqda tanınan Azərbaycanın Ermənistanla sərhədləri bərpa olunacaq. Ermənilər xeyli vəsait xərcləyib Gorus-Qafan arasında yeni yol çəkmişdilər. Yol Qubadlının bir neçə kəndindən keçirdi, əsasən Eyvazlı kəndi. O yol da ləğv olunacaq.

Bu saata olan Qarabağ xəbərləri: - Azərbaycan MN Kəlbəcərin Vəng kəndi, ordakı məşhur Xudavəng-Dadivank monastrından video yayımladı. - Qondarma rejimin ombudsmanı bildirib ki, Azərbaycanda 30-a yaxın erməni əsiri var. - Rus sülhməramlıları sadəcə 1 gün ərzində daha 104 mina və partlayıcıları zərərsizləşdiriblər. - Rusiya MN bildirib ki, atəşkəsdən bəri Ermənistandan 21 mindən çox qaçqın Qarabağa qayıdıb.

Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində mülkü avtomobil minaya düşüb, 5 nəfər həlak olub. Ölkə nəzarətsizdir? Hərbi vəziyyət elan edilməyib? Kim hara, necə istəsə gedə bilər? Niyə hökumət üzərinə düşən vəzifələri icra etmir?

Azərbaycan əsgərləri rus sülhməramlılarına salam dedirdirlər

Qazax icra başçısı Rəcəb Babaşov: "Qazaxın düşmən tapdağı altında olan 7 kəndi - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndləri də tezliklə işğaldan azad olunacaq".

İranın nüvə alimlərindən biri olan Muhsin Fəxrizadə bu gün Tehranda sui-qəsd nəticəsində öldürülüb. Bununla da son illər İranda öldürülən nüvə alimlərinin sayı 6 nəfərə çatıb. Hökumət bu sui-qəsd və terrorlarda bir-başa İsraili günahlandırır.

Şuşa şəhəri yaxınlığında erməni hərbçiləri tərəfindən əsir götürülən Amin Musayevin yeni fotosu yayılıb. Azərbaycanlı hərbçi
Şuşa şəhəri yaxınlığında erməni hərbçiləri tərəfindən əsir götürülən Amin Musayevin yeni fotosu yayılıb. Azərbaycanlı hərbçi sağ-salamatdır və hospitalda müalicə alır. Onun və digər əsirlikdə olanların azad olunması üçün həm hökumət, həm də beynəlxalq qurumlar təcili çalışmalıdır.

Dünəndən bu günə Qarabağ xəbərləri: - Qarabağda döyüş əməliyyatlarının dayandırılmasından sonra 2 livanlı erməni itkin düşüb. - Qondarma rejim rəsmiləri iddia edirlər ki, rejimin özünümüdafiə ordusu buraxılmayacaq. - Ermənistanın sabiq baş prokuroru Qriqor Kostanyan: "Azərbaycanın Ermənistana qarşı 50 deyil, hətta 100 milyard məhkəmə iddiası qaldırmasının qanuni əsasları var". - Şuşada Azərbaycan Ordusunun 2 hərbi avtomobili yolun bərbad olması ucbatından aşıb, xəsarət alanlar yoxdur. - Xankəndinə gələn internet xətləri Şuşa və Kəlbəcərdən olduğu üçün artıq bir neçə gündür ki, şəhərdə internet və telefon xəttlərində problem yaşanır. - Rus sülhməramlılar Qarabağda 150-dən çox partlayıcı maddə zərərsizləşdiriblər.

Erməni rəsmiləri noyabrın 30-a qədər ermənilərin Laçın şəhərini boşaltmaqlarını tələb edirlər.

Fransa XİN “Dağlıq Qarabağ Respublikası”nı tanımayacağını bildirdi.

Azərbaycan hərbçiləri Zod qızıl yatağı ərazisində 3 post quraraq Azərbaycanın Ermənistanla sərhəd xəttini bərpa etdi, nəzarəti əlinə aldı.

Keçən il Ağsu İcra Hakimiyyətinin başçısı təyin edilən Vahid Tağıyev bu gün 59 yaşında koronavirusdan dünyasını dəyişdi.

Ermənistan ərazisi Gümrüdəki rus hərbi bazasının yaxınlığında, 36 yaşlı rus hərbçisinin cəsədi naməlum vəziyyətdə tapılıb. Hazırda cinayət işi açılıb, araşdırma aparılır.