ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Antikorrupsiya idarəsinin 2021-ci ilin aprelində həbs etdiyi "Yeni Klinika”nın keçmiş direktoru Pərviz Abbasov həbsdən azad edilib. O, xəstələrin klinikada müalicə alması müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunuraraq 8 il 6 ay həbs cəzası almışdı. Sonra Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya, Ali Məhkəmə isə 3 ilə endirib. İndi də 2 ili tamam olan kimi sərbəst buraxıldı. Siyasi məhbusların günə-gün yatdığı ölkədə, korrupsiyonerlər yığdıqları rüşvəti paylayıb, cəzadan azad olurlar.

Azərbaycanda azsaylı azad medialardan biri olan RLC (Red Line Channel) onlayn kanalı Bakıdakı ofisindən çıxarılaraq, fəaliyyəti dayandırılıb. Kanal hakimiyyətin manipulyativ siyasətini tənqid edən verlişlər yayımlayırdı. Yeni “Media haqqında” qanundan sonra müstəqil fəaliyyət göstərən kanallara təzyiqlər gözlənilən idi.

Rusiya Ordusuna məxsus “Vaqner” muzdlu hərbi təşkilatı 9 aydan çoxdur qızğın döyüşlərin getdiyi Ukraynanın Baxmut şəhərindən geri çəkilərək çıxmaq qərarı verdiyini bildirib. Donetsk vilayətinin strateji əhəmiyyət kəsb edən bu şəhərindən çıxma səbəbi kimi silah-sursat çatışmazlığı göstərilib.

ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərlərinin apardığı danışıqlar nəticəsində sülh və dövlətlərarası münasibətlərin qurulması haqda ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edilib, eyni zamanda tərəflər bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

TƏBİB-ə məxsus “Yeni Klinika” tibb müəssisəsi mühafizə xidmətlərinin həyata keçirilməsi məqsədi ilə tender elan edib və qalib “Gesco” ASC adlı şirkət olub. Klinikanın 8 ay ərzində mühafizəsinə görə “Gesco” şirkətinə 638 min 946 manat 40 qəpik ödəniləcək ki, bu da aya təxminən 80 min manat edir. "Avropa Oyunları", "Formula 1" və bu qəbildən ölkə əhəmiyyətli tədbir və yarışlarda mühafizə xidməti təşkil edən şirkət DTX sədri Əli Nağıyevin oğlu İlham Nağıyevə aiddir.

Tarif Şurasının bu gün keçirilən növbəti iclasının qərarı ilə 95 yeni dərmanın qiyməti təsdiqlənib. Bundan başqa 47 dərman vasitəsinin qiyməti isə artırılıb.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, bu gecə Ukrayna Silahlı Qüvvələri Putinə sui-qəsdə cəhd kimi PUA-lardan istifadə edərək Kremlə zərbələr endirməyə çalışıb. Qeyd olunur ki, PUA-lar sıradan çıxarılıb. Rusiya tərəfi lazım bildiyi yer və zamanda cavab tədbirləri görəcəyini deyib.

Füzuli rayonu N saylı hərbi hissənin hərbçisi Məmmədov Ramil İlham oğlunun odlu silahdan atəş açaraq özünü öldürdüyü bildirilir. İntiharın səbəbi bilinmir. Yaxınları bildirir ki, səhər zəng edib, hər şeyin yaxşı olduğunu, pula ehtiyacı olduğunu deyən adam, axşam niyə özünü güllələsin? Cinayət işi açılıb, faktla bağlı araşdırma aparılır.

Türkiyənin aparıcı e-ticarət platforması olan “Trendyol” Azərbaycanın birinci ailəsinə aid “PAŞA Holding” ilə müqavilə bağlayaraq onlayn ticarət xidmətinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər. Ekspertlər bunun onlayn alış-veriş qiymətlərinin bahalaşmasına təsir edə biləcəyini deyirlər.

Dünən BMT-də Rusiyanın təcavüzkar ölkə olmasına səs verilib. 122 ölkə lehinə, 5 ölkə əleyhinə səs verib. Azərbaycan yenə səsvermədə iştirak etməyib. İlk dəfə Ermənistan, Türkiyə, Çin, Macarıstan, Qazaxıstan və Gürcüstan Rusiyanı təcavüzkar ölkə hesab edib. Belarus, Şimali Koreya, Nikaraqua, Suriya və Rusiya əleyhinə səs verib. İran isəbitərəf qalıb.

Azərbaycan hökumətinin ayırdığı maliyyə vəsaiti ilə zəlzələdən zərər çəkən Kahramanmaraşda Azərbaycan adlı qəsəbə tikiləcək. Məktəblər, məscid, yataqxanalar, 1000 mənzil və sosial binalardan ibarət layihənin təməli İlham Əliyev tərəfindən atılıb. Binalar 1 il ərzində MİDA tərəfindən inşa olunacaq.

Azərbaycan hakimiyyəti müqaviləni yenilədi, "Formula 1" yarışı daha 3 il, yəni 2026-cı ilə qədər Bakıda keçiriləcək.

Rəfael Bayramov adlı şəxs dünən 3 mülki geyimli "Bandotdel" əməkdaşları tərəfindən 28 may metrosu istiqamətində oğurlandığını, önünə bir "salofan nəşə" qoyularaq hədə qorxu gəlindiyini yazlb. Sonra polislərin onu yerə yıxıb döyməyə çalışdıqlarını, böyük bir dubinka göstərib, "bunu sənə soxacağıq" deyib qorxutmağa çalışdıqlarını bildirib. Daha sonra dostunun vasitəsiylə 5 min manat ödəyərək oradan qurtulduğunu deyib. Sosial şəbəkədəki uzun statusundan sonra bu gün isə yazıb ki, dünən yazdıqları yalandır və hamıdan silməsini xahiş edib. Azərbaycan vətəndaşlarını bu cür mafioz üsullarla alçaldan, narkotik, dubinka ilə qorxudan, şər-böhtan mexanizmi DİN və onun "BANDİTizm" qurumundan kimə şikayət etmək olar?! İlham Əliyev deməyin, o Azərbaycan polisini hər zaman qoruyacağını bildirib.

Tərtərdə minatəmizləmə zamanı 3 nəfər ANAMA əməkdaşının minaya düşərək həlak olduğu bildirilir.

Rusiyada vətənə xəyanətə görə ömürlük həbs cəzası veriləcək. Əvvəl 20 ilə qədər idi. Putin bununla bağlı fərman imzalayıb. Həmçinin Rusiya vətəndaşlığı almaq istəyənlər üçün 20-dən çox tələb də azaldılıb.

Milli Məclisin İntizam Komissiyası bloger Mehman Hüseynovla müsahibəsində həqiqətləri dediyi üçün deputat Vahid Əhmədova töhmət verdi. Bu o deməkdir ki, təkrarlansa, mandatı əlindən alına bilər.

138 gündür davam edən azərbaycanlı ekofəal deyilən etirazçıların Laçın-Xankəndi yolunda keçirdikləri aksiya müvəqqəti dayandırıldı. Etirazçılar bildirir ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin yaradılması onları sevindirib. Qeyd ediblər ki, aksiya hədəfə tam olaraq çatmayıb, çünki təbii sərvətlərin qanunsuz istismarına son qoyulmayıb.

"Formula 1" Qran-prisi ilə bağlı Bakıda taksi xidmətlərinin 30 faizə yaxın bahalaşdığı deyilir. Bahalaşmanın səbəbi yarışların keçirildiyi mərkəzi yolların bağlı olması və benzin sərfiyyatının artması ilə əlaqədar olduğu bildirilir.

Dünən xeyli yazılıb, soruşulub deyə qeyd edim ki, məndə olan məlumata görə Azərbaycan Ordusu hər hansı yeni ərazi və yüksəklikləri işğaldan azad etməyib. Nə sərhəddə, nə də Qarabağda hər hansısa qarşıdurma, hərəkətlənmə olub. Böyük və Kiçik Qaladərəsi, həmçinin yüksəkliklərlə bağlı yazılanlar martın 30-a aid məlumatdır. Cəbhədə də, sərhəddə də sakitlikdir. Qarabağda minaların və partlamamış döyüş sursatlarının utilizasiyası (zərərsizləşdirilməsi) həyata keçirilib. Bir də hərbi vəzifəlilər praktiki atış çalışmalarını icra ediblər. Ərazidən yayılan səs-küy bunun əks-sədasıdır.

Həbsxanada 80 gündür aclıq etdiyi deyilən AXCP Salyan rayon təşkilatının sədri Əlizamin Salayevin vəkilləri onun koma vəziyyətinə düşdüyünü bildirir. Əlizamin Salayev xuliqanlıq maddəsi ilə ittiham olunsa da, özü şərləndiyini deyir.