Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Deməli Bakıda 187 saylı orta məktəbin direktoru, sələmbaz Nailə Məmmədova karantin qaydalarını pozaraq, özünə 60 illik yubiley təşkil edib. Əylənməyi ilə də qalmayıb, bunu Qubadlının işğaldan azad olunması ilə əlaqələndirib ki, buna görə tədbir təşkil etmişəm. Xeyli sayda adamin toplandığı ad gününə vətən mövzusunu əlavə edərək bəraət qazandırıb. Qanunu pozmağı cəhənnəmə, vətəni buna alət edir. Belələri minlərlə şagirdə nümunədir, dərs verir, tədris edirlər.
Təhsil nazirliyi, dövlət qurumları nə ediblər? Heç nə, sadəcə quru şiddətli töhmətlə məsələni qapadıblar. Səbəb? Çünki Nailənin oğlu prezidentin Xüsusi Dövlət Mühafizə Xidmətində çalışır. Çünki yeznəsi Prezident Administrasiyasında işləyir. Çünki qardaşı İctimai Nəzarət Koalisiyasının sədridir. Çünki müəllimənin şagirdlərin boğazından kəsdiyi pullardan meşok-meşok sərvəti var.
Sıradan biri olsaydı pul cəzasından başlamış, inzibati həbsə qədər gedərdi amma. Cəzasızlıq sistemində başqalarından qanuna itaət gözləyənlər, ilk növbədə vəzifəli şəxslərdən bunu tələb etməli, hər bir vətəndaş prezidentindən tutmuş, ən sıravi vətəndaşına qədər əməl etməlidir.
16 874
Bu gün Müdafiə Nazirliyi məlumat yayıb və bildirib ki, Müdafiə Nazirliyinin əsgərləri siqaretlə təmin etmək kimi bir öhdəliyi yoxdur, heç bir qərarda bu nəzərdə tutulmayıbmış. Bununla belə humanitar yardımlar arasında siqaretlər paylanıbmış.
Hərbi xidmətkeçmə haqqında əsasnamənin 21-ci maddəsində qeyd olunur ki, Səfərbərlik elan olunursa, cəlb edilmiş hər bir şəxs üçün müəyyən edilmiş normada pul və natural təminat verilməlidir. İcbari olaraq, könüllü olaraq vətəndaşlar hər bir şeyindən keçib vətəni qorumağa gediblər, onlara ən yüksək şəkildə təminat dövlətin, nazirliyin borcudur, bunlar isə minnət qoyaraq münasibət bildirirlər.
Həm heç kim sizə demir ki, siqaret paylayın filan. Azərbaycan xalqı cibindən, maaşından kəsib, xeyli sayda əsgərlərə, hərbçilərə, ön cəbhəyə pay göndərib. Bu göndərilən paylar gedib əsgərə çatmır, əvəzində onu götürüb əsgərə satır sizin yüksək vəzifəli əməkdaşlarınız. Söhbət bundan gedir və bunun qarşısını almalısınız, bununla mübarizə aparmalısınız.
Nazirlikdəkilərə isə deyirəm əsgərə haqqı olanı verin, onun adına göndəriləni mənimsəyib yeməyin, onlara əziyyət verməyin. Generalların əsgərlərin hesabına aldıqları ərazilərdə oğurluqlarına və mənimsəmələrinə göz yummayın. Abrına, arına qısılan, səsini çıxarmayan əsgərlərin hissləri ilə oynamayın.
Bu gün İlham Əliyev işğaldan azad olunan ərazilərə səfər etdiyi üçün yazıq əsgərlər şikayət etməsin, təminatdan, şəraitdən danışmasın deyə Zəngilandakı 850 metr hündürdəki dağa çıxartmısız, ac-susuz əziyyət edirsiz. Bravonuzdan 1 paket məhsul verməklə əsgərləri dilənçi vəziyyətinə salıb, kameraya çəkib, AZTV-dən reklam etməklə müzəffər adlandırılan ordunu gözdən salmayın, şəxsiyyətiniz, mənliyiniz olsun.
İndi ki, belədir, mən əsgər qardaşlarımdan xahiş edirəm, mənə özlərini təsdiq etmək şərti ilə bank hesablarını yollasınlar, onlara əsgər payları çatmırsa, heç olmasa çalışaq pul göndərək, siqaret və digər lazımı təminata əlçatımlı olsunlar. Kömək edəcək imkanlı şəxslərdən, vətəndaşlardan da xahiş edirəm mənə yazsınlar, çalışaq hərbçilərimizi darda qoymayaq. Paylaşaq, könüllü qruplar, təşkilatlar, fərdi şəxslər aktiv olaq.
16 874
Rəsmi məlumata görə sentyabrın 27-dən səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş hərbçilərə hər ay üçün 360 manat ödəniləcək. Yəni hər bir hərbçi 3 ay üçün 1080 manat alacaq. Gündəlik təxmini 12 manat edir. Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə 50 milyon manat ayrılıb.
16 874
Azərbaycan MN: "Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların yaxın vaxtlarda mərhələli tərxisi gözlənilir".
16 874
Azərbaycan Mərkəzi Bankı məlumat yayıb ki, şəhidlərin 830-nun kredit borcu silinib. Həmçinin şəhidlərin ailə üzvlərinə aid olan 286 sayda krediti, yaralı hərbçilərin 1323 sayda krediti, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəlikləri tamamilə silinib.
16 874
Hazırda Ermənistanda 20-yə yaxın müxalif partiya Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə ümumxalq etiraz aksiyası keçirir. Etirazçılar artıq hökumət və prokurorluq binasını mühasirəyə almağa hazırlaşdıqlarını bildiriblər.
16 874
Azərbaycan Əsgərlərinin təminatı hardadır? PAYLAŞ
Bərdə rayonu Qazıqurdalı kəndində satışı qadağan olunan əsgər payı konservlərini satırlar. Qeyd edim ki, kənd 3 gün ac olduğu üçün mahnı oxuyan (mənbə dayısı) və sosial şəbəkələrdə məşhurlaşan şəhid Xudayar Yusifzadənin kəndidir.
16 874
İqtisadiyyat nazirliyi Xocavəndin Hadrut qəsəbəsi, Tuğ kəndi ətrafında ermənidən qalan nə qədər mal-qara var yığıb aparıb Bakıya. Heç olmasa əsgərlərimiz kəsib yeyirdilər. Amma deyəndə ki, niyə hərbçilərin təminatı yoxdur, zəyifdir, deyirlər yollar bərbaddır, hava şəraiti, nə bilim relyef zad. Verməyə gələndə bəhanə çox, amma almağa, aparmağa, satmağa gələndə işləyirlər. Sizə deməyə artıq söz tapmıram...
16 874
Bu qədər xəbərdarlığa, narazılıqlara baxmayaraq Füzulidə 4 mülkü Azərbaycan vətəndaşı yenə tank əleyhinə minaya düşərək həlak olublar.
16 874
Mehriban Əliyevanın təşəbbüsü ilə hərbçilərə dəstək aksiyası keçirirlərmiş. Əsgərə bir torba ərzaq verirlər, bunu da video, foto zadla, az qala dronla çəkib yayırlar. Utanmaz media da bundan xəbər hazırlayır. Azərbaycan Əsgərini dilənçi gününə salıb, sonra özlərinin reklamını edirlər. Ayıbdır, yekə adamları sıraya düzüb tamaşa qurmayın, maksimum təminat lazımdır hərbçilərə də, onların ailələrinə də. Dövlətsən e sən, dövlət. Özünüzü 3 qəpiklik şirkətlər kimi aparmayın.
16 874
TƏBİB deyir ki, cəmi 100 nəfər əməkdaşımız var, bütün həkimlərə nəzarət etmək imkanımız yoxdur. Mən 3600 km kənardan yazıb, TƏBİB-ə kömək edirəm. Demək olar bütün koronaviruslu pasientlərin müalicə aldığı xəstəxanaların qarşısında və içində bazar və alver gedir. Mən detalları yazıram, çatdırın, paylaşın, oxutdurun. İnsanımız yazıqdır, onsuzda bəla bütün dünyaya yayılıb, vətəndaşların bədbəxtliyi üzərindən alver etməsinlər:
1. Xəstəxanalarda yemək çatdırmaq - 2 manatdan başlayır 5 manata qədər.
2. Təcili tibbi yardım xəstəxananın reytinqinə görə çatdırır - 20 manatdan 100 manata qədər (rayonları bilmirəm).
3. Dərmanlar pulsuzdur, AMMA "Камфорное Масло" istəyirsən al və ya alaq, kürəyini çırpaq, Kleksan dərmanı (tapılmır, qan durulducu) al gətir, ya da biz alaq hardasa 50-70 manat arası. Yəni, dərmanlar havayı da olsa, kənar dərman preparatlarını baha qiymətə aldırırlar, bazarda olmasa da, hardansa təşkil edirlər.
4. Modul tipli xəstəxanaya tanışsız və pulsuz ümumiyyətlə giriş mümkün deyil, 500 manatdan bazar qiyməti başlayır. Xəstəxanaların qarşısında maklerlər dayanır, tanışlıqla, pulla pasient üçün yer təşkil edirlər.
5. Yeməkləri buz kimi verirlər, qızdırmağa da şərait yoxdur.
6. Hamam, tualet otağının içində olmağını istəyirsənsə (bu vip sayılır) o da əlavə qiymətdir. Qalanları ümimi hamam-tualetdir.
7. Xəstə baxımı da pulludur. Xəstəni qoydun, dərman havayı da olsa, əlavə 100 manat verirsən ki, xəstənin yanında ol.
8. Həkimlərin maaşları yüksəkdir, ancaq gözüdoymayan həkimlərdən bir çox nümunələr var. Bəzi həkimlər dərmanları oğuryıb, xəstə yaxınlarına satırlar. Məsələn evdə xəstən var, pulun yoxdur xəstəxanaya aparmağa, yaxınlaşırsan həkimə, dərmanları sənə təşkil edir, aparırsan evə, zəng ilə evdəki xəstəni müalicə edir. Müalicəyə görə də əlavə pul verirsən.
9. Bəzi nümunələr: Bir tanış evdə müalicə alıb 800 manat xərci çıxıb, bir digəri 1200 manat xərcləyib. Yaşlı adam var, imkanlıdır, həm də onda xəstəlik ağır keçib, 5000 manatdan çox xərci çıxıb.
10. Məhəmmədli, Saray, Bilgəh və Atletlər kəndində hamısında vəziyyət acınacaqlıdır. Siz təxmin edin ki, regionlarda vəziyyət nə yerdədir.
16 874
Qarabağdakı məğlubiyyətə görə Ermənistanda 900-ə yaxın cinayət işi açılıb, onlarla insana ittiham irəli sürülüb. Araşdırılan istintaq materiallarına Semyon Peqovun (“WarGonzo” layihəsinin müəllifi) videoreportajları da daxil edilib.
16 874
Müdafiə Nazirliyi dəfn olunan şəhidlərin yeni sayını 2802 nəfər, itkin düşmüş hesab olunan hərbçini 40-a yaxın, şəxsiyyəti müəyyən olunmayan hərbçinin isə 60-dan artıq olduğunu açıqladı.
16 874
Dedilər, yazdılar ki, faktla yaz, ad çək, buyurun, paylaşın:
Kəlbəcərdəki real vəziyyəti yazıram. 470 nəfər hərbi qulluqçu ordudan tərxis olunmaq üçün raport yazıblar. Səbəb əsgərləri incidirlər. O soyuqda, qarda "çeçenka" papaq qoymaq qadağandır. Ancaq hərbi baş geyim. Qulaqlar açıq qalıb, uşaqlar donurlar. Hamıya altdan mülki geyim geyinmək qadağandır. Təminat sıfır səviyyəsindədir, ərzaq, lazımı avadanlıq demək olar ki, gəlmir.
Hərbi çadırlarda, suyun, qarın içində qalırlar. Bölgədə şəbəkə var amma interneti kəsiblər ki, əsgərlər şikayətini, etirazını çəkib sosial şəbəkələrdə paylaşmasın. Hərbçilər deyir yenə ailəmizlə danışırdıq görüntülü, indi kəsiblər. Vəziyyət acınacaqlıdır.
Korpus komandiri general-mayor Ənvər Əfəndiyev və korpus komandirinin müavini polkovnik Məzahir Ağayev hərbçiləri bezdiriblər. Məzahir nazir Zakir Həsənovun dostudur, Daxili Qoşunlardan qovulub, indi gəlib hərbçiləri incidir. Korpusun mühəndis xidmət rəisi polkovnik Tofiq Orucov haqsızlığa dözməyib Ənvərlə mübahisə etdiyi üçün sərəncama çıxarılıb.
Generalın yaxınları isə bu yazılanları təkzib edirlər.
16 874
İndi də başlayıblar sosial şəbəkələrdə dərdini danışıb, etiraz edən əsgərləri incitməyə. Hərbçilərin vəziyyətini yaxşılaşdırmaq əvəzinə, onları tapıb, problemi çözmək əvəzinə, əsgərə könüllü göndərilən əşya və ərzaqları oğurlayıb onların özünə satan şərəfsizləri cəzalandırmaq əvəzinə, bunu yazan, deyən əsgərləri tuturlar. Qalib ordunun, məğlub və ədalətsiz siyasi sistemi qanunsuzluqda sərhəd tanımır.
16 874
Yayılan, amma rəsmi olmayan xəbərə görə səfərbərlik zamanı orduya çağırılan və həqiqi hərbi xidməti bitirmiş şəxslər sabahdan, yəni 21-29 dekabr arası tərxis edilməyə başlayacaqlar.
16 874
Ermənistan mənbələri bildirir ki, qondarma rejimdəkilərə Rusiya pasportlarının veriləcəyi məlumatı dezinformasiya və şayiədir. Bu söz-söhbətlər qondarma rejimin rəsmiləri tərəfindən yaradılır və yayılır. Məqsəd qaçqınları qayıdış təhlükəsizliyinə inandırmaqdır.
16 874
Erməni mənbələrinin videolarına görə Azərbaycan Əsgərləri Gorus-Qafan yolunun üzərində görülüblər. İddiaya görə yolun üzərindəki Vorotan (Qubadlının köhnə Şahverdilər) kəndinin bir hissəsi sərhədlərin demarkasiyasından sonra Azərbaycana təhvil veriləcək.
16 874
Erməni hərbçiləri tərəfindən son döyülmə videosu yayılan iki Azərbaycan hərbçisi, Nurlan Əlizadə və Nahid Həmidov əsirlikdən geri qaytarılıb, Bakıdadırlar, salamatdırlar. Video isə köhnə tarixdə çəkilib.
16 874
İki Azərbaycan hərbçisi ermənilərə əsir düşüb, fiziki işgəncəyə, döyülməyə məruz qalıblar. Kimlikləri barədə məlumat yoxdur. Rəsmi açıqlama olmayıb.
