ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Rusiya Müdafiə Nazirliyi Kiyev və Çerniqovda hərbi əməliyyatları kəskin şəkildə azaltdığını bəyan edib.

Rusiyanın deputatı Mixail Delyagin Azərbaycanı “proksi dövlət” adlandırıb, bundan başqa Azərbaycanın neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunmasını dilə gətirib. Peskov isə bildirib ki, deputatın fikirləri rəsmi Moskvanın mövqeyinə uyğun gəlmir.

Ermənistan Təhlükəsizlik Şurası Azərbaycanın Qarabağda yeni hərbi qarşıdurmanın ola biləcəyini istisna etmir. Şura Qarabağdakı vəziyyəti son dərəcə gərgin qiymətləndirir. Rəsmi Yerevan Bakını hərtərəfli sülh sazişi üzrə danışıqlara dərhal başlamağa dəvət edir.

Rusiya mənbələri bildirir ki, Rusiya sülhməramlıları Azərbaycan ordusunun daha da irəliləməsinin qarşısını almaq məqsədilə Fərrux kəndj yaxınlığına əlavə qüvvə cəmləyib.

Bu gün bir qrup hərbçi Müdafiə Nazirliyinin önündə aksiya keçirərək onlara "Müharibə veteranı" adı verilməsini tələb ediblər. MN isə Səfərbərliklə cəlb edilən bəzi hərbçilərin tamamlama məntəqələrində olduqları üçün birbaşa döyüş əməliyyatlarında iştirak etmədiklərinə görə onlara “Müharibə veteranı” adının verilməsinin qanuna uyğun olmadığını bildirib.

"Azəriqaz" bu gün Ermənistandan gələn və Şuşadan keçərək Xankəndiyə gedən qaz xəttini təmir edərək, qazın bərpa olunmasını təmin edib. Xankəndi və digər ərazilərdə yaşayan ermənilərə kommunal xidmətlər pulsuzdur, rəsmi Yeravanın ayırdığı təxmini 300 milyonluq vəsaitlə təmin olunurlar.

Azərbaycanda önümüzdəki 2 ay ərzində Tarif Şurası yeni sudan istifadə tariflərini müəyyən edəcək və bununla da suyun qiyməti bahalaşacaq.

Rusiya hökuməti dünyada rus dilini bilənlərin hamısını "həmvətən" kimi tanımağa hazırlaşır. Bununla bağlı Dövlət Dumasına qanun layihəsi təqdim edilib. Bu qanunun SSRİ-nin dağılmasından sonra yetişən "yeni nəsil soydaşlar"a şamil olunacağı deyilir. 🤦‍♂️

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov 84 yaşında vəfat edib.

Azərbaycan MN: "Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir".

Rusiya Müdafiə Nazirliyi bildirib ki, danışıqlardan sonra Azərbaycan tərəfi öz silahlı bölmələrini Qarabağın Fərrux yaşayış məntəqəsi ərazisindən çıxarılmasını təmin edib.

Deputat Cavid Osmanov: "Xocalı rayonunun Fərrux kəndi Azərbaycanın tam nəzarəti altına keçib".

Azərbaycan Müdafiə Nazirliyi: - Rusiya Müdafiə Nazirliyinin açıqlaması Üçtərəfli Bəyanata ziddir. - Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. - Bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır. - Azərbaycan Ordusu bölgədə dislokasiya yerlərinin dəqiqləşdirilməsi işlərini görür. - Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur.

Erməni mənbələri bildirir ki, qondarma rejim Qarabağda hərbi vəziyyət elan edib.

Rusiya Müdafiə Nazirliyi: "Azərbaycan silahlı qüvvələri üçtərəfli bəyanatın müddəalarını pozaraq, məsuliyyət zonasına daxil olub. Fərruz kəndində "Bayraktar" ilə Dağlıq Qarabağ silahlı birləşmələrin hərbi bölmələrinə 4 zərbə endirilib. Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib".

Milli Məclisdə xalqın səsi ilə yox, təyinatla deputat olan və heç vaxt parlamentin iclaslarında danışıb fikir bildirməyən Mixail Zabelinin sədri olduğu "Azərbaycan Rus İcması" Rusiya ordusunun Ukraynanı işğal etməsini dəstəkləyən bəyanat yayıb.

Azərbaycan mənbələrinin bildirdiyinə görə səhər 7 nəfərdən ibarət erməni diversiya qrupu Fərrux kəndi istiqamətində hücuma cəhd edib. Azərbaycan Ordusunun xüsusi təyinatlıları onları zərərsizləşdirib. 2 nəfər ölüb, 2 nəfər yaralanıb və sağ qalanların geri çəkildiyi bildirilir.

Erməni mənbələrinin yaydığı məlumata görə, bugünki atışmada ölən ermənilərin sayı 3-ə yüksəlib.

Erməni mənbələri Azərbaycan tərəfinin PUA hücumu nəticəsində Xocalının Fərrux və Pirlər kəndi istiqamətində 14 nəfər erməninin yaralandığını iddia edir. Həkimlər 10 nəfərin vəziyyətini yüngül, birinin orta, birini ağır, digər iki nəfərin həddindən artıq ağır kimi qiymətləndirir.

Erməni mənbələri bildirir ki, atəşkəsin pozulması nəticəsində iki erməni əsgər həlak olub, bir neçə nəfər də yaralılar var.