Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
44 günlük müharibə iştirakçısı, Göyçayın İnçə kənd sakini, 1995-ci il təvəllüd Cavid Sərvər oğlu Məcidovun evinin həyətində benzin tökərək özünü yandıraraq intihar etdiyi deyilir. Qazinin bunu hansı səbəblə etdiyi bilinmir. Mətbuatda isə onun otbiçən maşının mühərrikinin partlaması nəticəsində öldüyü barədə məlumat yayılıb. Bu müharibədən sonra intihar edən sayca 45-ci qazidir.
16 874
Müsavat partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu bu gün səhər evinin önündə saxlanılaraq naməlum istiqamətə aparılıb. Başqa fəalların da aaxlanıldığı deyilir. Bu gün Milli Məclisin önündə, saat 16:00 radələrində AXCP-nin təyin etdiyi aksiya gözlənilir. Saxlanmaların bununla əlaqəli olduğu istisna edilmir.
16 874
Keçmiş MTN əməkdaşları tərəfindən İsmayıllıda saxlanılıb şərlənərək 11 il müddətinə azadlıqdan məhrum edilən ruhani Hacı Abgül Süleymanov bu gün həbs müddəti bitdiyi üçün azadlığa çıxıb. O, təhsil müəssisələrində hicab qadağasına qarşı çıxan inanclı fəallardan biri idi.
16 874
Paşinyan bugünkü çıxışında beynəlxalq sülhməramlı qüvvələrin (ATƏT, BMT) Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsini tələb edib. Rusiya XİN isə açıq şəkildə bəyan edib ki, rəsmi Moskva Ermənistan və Azərbaycan sərhədində "beynəlxalq müşahidəçilər"in yerləşdirilməsinə qarşıdır.
16 874
Azərbaycandakı İran səfirliyi önündə bir qrup millətçi vətəndaşlar etiraz aksiyası keçirib. Etirazçılar "Cənubi Azərbaycana azadlıq", "Molla rejimi rədd olsun", "Fars rejimi rədd olsun", "Ölüm olsun İrana", "Diktator rədd olsun", "Molla rejimi qətliamı dayandır" , "Azadlıq, ədalət , "Milli Hökümət", "Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun" kimi şüarlar səsləndiriblər. Polislər aksiya iştirakçılarını dinc şəkildə səfirlik önündən uzaqlaşdırıb. Aksiyada saxlananlar olmayıb.
16 874
Məktəb önündə narkotik satdığı iddia olunan 20 yaşlı məhkum: “Mən narkoman olmuşam, məktəblilərə dərman satmağım barədə deyilənlər yalandır. Məni o qədər döydülər ki, dözə bilmədim, nə sənəd verdilərsə imzaladım. Üzərimdən tapıldığı iddia olunan narkotik və dərmanı əslində, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları qarşıma qoyublar".
16 874
Putin səfərbərlik elan edəndən sonra Rusiyada 50-dən çox Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Voenkomat) binaları yandırılıb, atəşə verilib. Bir "voenkom" isə güllələnərək, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ölkəni isə yüzminlərlə insan səfərbərlikdən yayınmaq adı ilə tərk edib, mindən çox insan saxlanılaraq hərbi xidmətə göndərilib. Bəzi qaça bilməyən gənclər bir-birilərinin əl-qollarını sındırırlar ki, hərbi xidmətə yollanmasınlar. Sadalanan bütün faktların video görüntüləri sosial mediada yayılıb.
16 874
Qarabağ qazilərindən rüşvət almaqda ittiham olunan Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının (Papanindəki) bölmə rəisi Vüsal Eyvazov 2 il, hospitalın digər əməkdaşı Hüseyn Ağayev isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar özlərini qismən təqsirli biliblər.
16 874
Bakıda narkotik satmaqda ittiham edilən 20 yaşlı qızın məhkəməsi bitib. O, Binəqədidəki 179 saylı məktəbin önündə 7 və 8-ci sinif şagirdlərinə narkotik maddəni əvvəlcə konfet adıyla pulsuz verdiyini, onlarda asılılıq yarandıqda isə hər birini 15-20 manata satdığını etiraf edib. Ona 6 il həbs cəzası verilib.
16 874
Ermənistan Müdafiə Nazirliyi bugünkü sərhəddəki atışma zamanı 3 erməni hərbçinin öldüyünü bildirdi.
16 874
⚡️Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə hərbçi İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görüldüyü deyilir.
16 874
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova birotaqlı ev verib. Lakin o mənzildən imtina edib. Sənan Əhmədov bildirib ki, ailə üzvlərinin sayına görə bu təklifə rədd cavabı verib. Deyir qardaşım evə görə döyüşməyib, yaşasaydı, dekabr ayında mənzil alacaqdı. Nazirlikdən bildiriblər ki, evi qardaşına görə yox, internat məzunu olduğu üçün veriblər. Çünki qanunla qardaş şəhid ailəsindən hesab olunmur. Amma mən düşünürəm ki, istisna hallarda, məsələn əgər şəhid internat məzunudursa, valideynlərini erkən yaşda itiribsə onun qardaşı və bacısı şəhid ailəsindən hesab edilməlidir. Milyonların oğurlanıb, yüzlərlə qanunsuz villaların tikildiyi Azərbaycanda bu cür güzəştlərin edilməsi problem yaratmamalıdır.
16 874
Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra şərlənərək həbs olunan 6 nəfərdən daha biri – ictimai-siyasi fəal Malik Rzayev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmüylə, narkotikdə ittiham edilərək 7 il azadlıqdan məhrum edilib. Bundan əvvəl isə Pünhan Kərimli şərlənərək 6 il həbs edilmişdi.
16 874
ABŞ və Polşanın Moskvadakı səfirliyi öz vətəndaşlarını dərhal Rusiyanı tərk etməyə çağırdı.
16 874
Rəsmi məlumata görə, ötən il Azərbaycanda 15-17 yaşında 1 bəy və 137 gəlin nikaha daxil olub. Onlardan 5 nəfər gəlin boşanıb. Qeyd edim ki, Azərbaycanda qanunvericiliyə görə cinsindən aslı olmayaraq nikah yaşı 18-dir.
16 874
2022-ci ilin fevralından Müdafiə Nazirliyi sistemindəki yeyintilərlə bağlı DTX-da aparılan istintaq nəticəsində Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilərək həbs olunub. İndiyədək nazirliyin 10-a yaxın yüksək rütbəli hərbçisi həbs edilib. Bu cinayət işi üzrə 100 milyonlarla manatlıq yeyintidən söhbət gedir.
16 874
İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin həyat yoldaşı Aygün Hacıyevanın SOCAR-ın prezidentinin müşaviri təyin olunduğu deyilir. Rövnəq Abdullayevdən sonra yeni gələnlərin qohumları SOCAR-da vəzifə bölüşdürürlər, nepotizm "islahat"ı davam edir...
16 874
AXCP 30 sentyabr tarixində "Siyasi Partiyalar Haqqında Qanun"a ediləcək dəyişiklərə etiraz olaraq Milli Məclisin qarşısında saat 16.00 üçün aksiya təyin edib. Bakı Şəhər İcra Hakimiyyəti Milli Məclisin qarşısında aksiya keçirilməsini məqsədəuyğun hesab etməyərək, icazə verməyib.
