ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Türkiyə tarixində seçkilərdə rekord sayda seçici aktivliyi qeydə alınıb - 93,6%.

Sizcə Türkiyə prezidenti kim olacaq?
Anonymous voting

Türkiyədəki seçkilərdə yaşanan maraqlı məqamlar: 1. Seçici aktivliyinin rekord həddə olduğu deyilir. 2. Səsvermə zamanı 3 nəfər səs verərkən infaktdan keçinib. 3. Bəzi məntəqələrdə seçki möhürü bərk vurulmaqdan qırılıb. 4. Edirnədə bir seçici möhürü vurarkən öz əlini qırıb. 5. Bir vatandaş səs verərkən dövlətin masası qırılmasın deyə özü ilə masa gətirib. 6. Bir gənc atası Ərdoğana səs verməsin deyə qapını üzünə bağlayıb, kişi qalıb evdə. 7. Urfa-Akçakale seçki məntəqəsində bülletenlərə toplu şəkildə Ərdoğanın xeyrinə möhür vurulması videosu yayılıb. 8. Vətəndaşlardan biri "hörümçək adam" geyimində səs verib.

Türkiyədə seçkinin önəmi: 1. Türkiyə, Şanlıurfa. Oksigen balonuna bağlı yaşayan qadın oğlunun köməkliyi ilə səs verməyə gəlib
Türkiyədə seçkinin önəmi: 1. Türkiyə, Şanlıurfa. Oksigen balonuna bağlı yaşayan qadın oğlunun köməkliyi ilə səs verməyə gəlib. 2. İstanbul. Yataq xəstəsi olan bir vətəndaş təcili yardım vasitəsi ilə seçki məntəqəsinə səs verməyə gəlib. Səsinə dəyər verən, seçkinin əhəmiyyətini anlayan toplumlar azad və hürr yaşamağa layiqdir.

Bugünkü lokal döyüşlər nəticəsində Azərbaycan Ordusunun hərbiçisi Qarayev Məhəmməd Mahir oğlunun şəhid olduğu deyilir.
Bugünkü lokal döyüşlər nəticəsində Azərbaycan Ordusunun hərbiçisi Qarayev Məhəmməd Mahir oğlunun şəhid olduğu deyilir.

Erməni mənbələri bir erməni əsgərinin öldüyü, digərinin yaralandığını bildirir. Hazırda sərhəddə gərginliyin səngidiyi deyilir.

Sərhəddəki Zərkənd (Kut) və Zod (Sotk) kəndləri istiqamətindəki mövqelərdə vəziyyətin gərgin olduğu bildirilir. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Ordusuna məxsus PUA-nın zərərsizləşdiriliyini bildirib.

Bu gün ərzində Azərbaycan Ermənistan sərhəddi boyunca atəşkəs pozulub, silah səsləri dinməyib. Hər iki tərəfdən toplar, minaatanlar və artilleriya zərbələrinin atıldığı bildirilir. Heç bir tərəfdə itki olmasa da, erməni tərəfində 2 nəfər yaralının olduğu deyilir. Atışma davam edir.

Türkiyədəki zəlzələ zamanı ehtiyaclı vətəndaşlara çadır satdığı iddia olunan Qızıl Aypara (Kızılay) sədri Kerem Kınık 3 ay sonra tutduğu vəzifədən istefa verib. Dünən Ərdoğan gənclərin suallarını cavablayarkən bu hadisəyə görə üzüldüyünü və səhvin düzəldilməli olduğunu demişdi.

Kılıçdaroğlu Rusiya hökumətinin "deep fake", yəni süni zəka ilə hazırlanmış saxta məlumatlarla Türkiyədəki seçkilərə Ərdoğanın xeyrinə müdaxilə etdiyini, əlində konkret sübutların olduğunu açıqlayıb. Rəsmi Moskva isə iddiaları əsassız adlandırıb, yalan olduğunu deyib.

Türkiyədə seçkilərə son 2 gün qalır. Azərbaycanın şəhid anaları Türkiyə vətəndaşlarına müraciət ünvanlayıb ki, seçkilərdə Kılıçdaroğluna yox, Ərdoğana səs versinlər. Bu müraciəti Azərbaycan hökumətinə bağlı saytlar yayıblar.

Türkiyədəki prezident seçkilərinə digər namizəd Sinan Oğanın da namizədlikdən geri çəkiləcəyi iddia edilir.

Muharrem İnce Türkiyədəki prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqladı. Qeyd edim ki, bir neçə gündür onun sosial şəbəkəkərdə bir qadınla açıq görüntülərinin yayıldığı bildirilirdi.

Bu gün sərhəddə, Kəlbəcərin Zod kəndi istiqamətində baş verən atışmalar nəticəsində bir Azərbaycan hərbçisi, 1998-ci il təvəl
Bu gün sərhəddə, Kəlbəcərin Zod kəndi istiqamətində baş verən atışmalar nəticəsində bir Azərbaycan hərbçisi, 1998-ci il təvəllüdlü, Ağstafanın S. Vurğun qəsəbə sakini, Novruzəlizadə Orxan Elxan oğlunun şəhid olduğu deyilir. Daha bir Azərbaycan əsgərinin ağır yaralandığı, Ermənistan tərəfində isə 4 hərbçinin yaralandığı bildirilir. Hazırda gərginliyin azaldığı deyilıir.

Ermənistanda əsir saxlanılan Azərbaycan əsgərləri Aqşin Bəbirov 11 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hərbçi "sərhəd
Ermənistanda əsir saxlanılan Azərbaycan əsgərləri Aqşin Bəbirov 11 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hərbçi "sərhədi qanunsuz keçmə, odlu silah və döyüş sursatlarının dövlət sərhədindən qanunsuz keçirilməsində" ittiham olunub. Digər hərbçi Hüseyn Axundovun istintaqı davam edir, o da zavod gözətçisini öldürməkdə ittiham olunur.

Bu gün İlham Əliyev atasının 100 illiyi ilə əlaqədar "Müstəqillik tarixinin ən böyük əfv aktı" adlandırılan sərəncam imzalayıb. 801 nəfər azadlığa buraxılıb. Onların içində 10 və 8 il həbs edilən MTN-in 2 əməkdaşı, 8 il iş alan mədəniyyət nazirinin sabiq müavini, VİP sədri Əli Əliyev, “Tərtər işi”nə görə 4 nəfər, “Gəncə işi”nə görə isə 2 nəfər var.

Türkiyədə tarixi seçkilərə 1 həftə qalıb və hazırda seçki təşfiqat kampaniyası gedir, son baş verənlər: - Ərdoğanın İstanbul mitinqində Kılıçdaroğlunun reklam çarxına PKK-nın liderlərindən biri Karayılanın kadrları əlavə edilərək, montajlanıb və xalqa göstərilib. - Məlum olub ki, rəsmi iştirakçının 1,7 milyon olduğu elan edilən Ərdoğanın İstambuldakı mitinq ərazisinin sahəsi 55 min m²-dir və maksimum 277 min nəfər tutur. - İmamoğlunun Ərzurumdakı mitinqinə MHP və Hudapar dəstəkli qrupların daş atıb, provakasiya etdikləri, seçki avtobusunu daşa basdıqları bildirilir. - Bursada AKP-ni təmsil edən Sənaye və Texnologiya naziri Mustafa Varankın seçki avtobusuna HDP qruplarının hücum etdiyi deyilir. - Kılıçdaroğlu həyatının ən böyük layihəsini açıqlayıb. Türkiyə ilə Çini birləşdirmək üçün təxminən 5500 km uzunluğunda avtomobil və dəmir yolu qoşa xəttinin çəkilişini nəzərdə tutaraq, "Türk yolu" adlandırdığı “İpək Yolu”nu Türk Dünyasının ticarət qapısına çevirəcəyi vədini verib. Lakin bəzi azərbaycanlılar Azərbaycanın adını çəkməyərək yolun "Zəngəzur dəhlizi"ndən yan keçməsini qınayıblar.

Xəzər rayon sakini, 44 günlük müharibə iştirakçısı, qazi Hüseynzadə Elçin Xalid oğlunun əlilliyini ala bilmədiyi və süründürm
Xəzər rayon sakini, 44 günlük müharibə iştirakçısı, qazi Hüseynzadə Elçin Xalid oğlunun əlilliyini ala bilmədiyi və süründürməçiliyə məruz qaldığı üçün intihar etdiyi bildirilir. Bununla bağlı cibindən məktub tapılıb, prokurorluğa verilib.

Deməli Bakıda bir qadın Araz marketdən "Azərlotereya"nın Poz-Qazan mərc oyunundan 1 manata lotoreya alır. 25 min manat udur və satıcıya göstərir. Satıcı kuponu ondan alır, təbrik edir. Lakin qadın uşağı ilə bu sevinci bölüşdüyü zaman, satıcı kuponu udulmamış kuponlardan biri ilə dəyişdirir. Baş verənlər nəzarət kameralarına düşür. Satıcı qadına bildirir ki, siz səhv görmüsünüz, əslində udulmamış kupondur. Nə isə, mübahisə yaranır, vətəndaş polisə müraciət edir. 32-ci polis bölməsinin əməkdaşları satıcını saxlayırlar. Amma 3 saatdan sonra buraxırlar. Qadın şikayərçi olsa da, nəzarət kameralarına baxılmasını tələb etsə də onu dinləyən olmur. 1 aydan sonra qadına xəbər verirlər ki, istintaq tamamlandı, kamera görüntülərində heç bir şey yoxdur, satıcı günahsızdır, kupon isə udulmamışdır.

Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyada COVID-19 üçün pandemiya statusunu ləğv etdi. Amma yeganə Azərbaycan hökumətidir ki, pandemiyaya görə quru sərhədlərini hələ də bağlı saxlayır.