Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
Azərbaycanın Tehrandakı səfiri növbəti dəfə İran Xarici İşlər Nazirliyinə çağırıldı. İran Azərbaycana nota verdi.
16 874
DTX məlumat yayaraq bildirib ki, İran xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinən 5 nəfər şəxs vətənə xəyanət maddəsi ilə həbs ediliblər. Onlardan biri Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanıdır. İddia olunur ki, bu şəxslər Azərbaycanda mövcud olan hərbi obyektlər, avadanlıqlar haqqında məlumatlar və geolokasiyaları Whatsapp və Telegram vasitəsiylə qarşı tərəfə ötürürmüşlər.
16 874
6 nəfərin öldüyü, 80-dən artıq şəxsin yaralandığı İstanbuldakı terror hadisəsini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü bir nəfər PKK-lı qadının saxlandığı bildirilir. Bundan əlavə 46 nəfər şübhəli də saxlanılıb.
16 874
İstanbulun "İstiklal caddesi"ndə partlayış baş verib. Hadisənin terror aktı olduğu bildirilir. Ölən və yaralıların olduğu deyilir.
16 874
Gəncə şəhər sakini özündən 17 yaş kiçik həyat yoldaşının qollarını bağlayıb, daha sonra bıçaqla gözünü çıxardıb. Və bütün bunları azyaşlı qızının gözü qarşısında edib. Hadisəni törədən şəxs daha sonra özünü bıçaqlayaraq intihar edib. Qadının gözləri müalicə aldığı xəstəxanada amputasiya olunub.
16 874
Azərbaycanda "Tinder ovçusu" kimi hadisə
Anar adlı qaqaşın biri internetdə Nərgiz adlı qızla tanış olur. (adlar şərtidir) Müharibədən sonra ilk tanışlıq zamanı özünü Xarici Kəşfiyyat Xidmətinin “Yarasa” adlı xüsusi təyinatlı dəstənin xidmət vaxtı yaralanması səbəbindən ehtiyata çıxmış zabiti kimi təqdim edib. Anasını götürüb, elçi gedib, anası da oğlanın yalanına şərik olaraq Anarın zabit olduğunu deyib, lakin ailə düşünmək üçün vaxt istəyib. Daha sonra qıza DTX-da işə düzəlmək istədiyini, bunun üçün də 10 min manata ehtiyacı olduğunu bildirib. Qızdan 10 min alıb, bilərəkdən qızla münasibətini pozub, sonra aradan çıxıb. Anar saxlanılıb və sonra 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
16 874
Paşinyan: "Əvvəllər biz təklif etmişdik ki, qoşunların çıxarılması zamanı sərhəddəki vəziyyətə Rusiya tərəfindən nəzarət edilsin. Azərbaycan bunun onlar üçün qəbuledilməz olduğunu bəyan edib. Azərbaycan yeni eskalasiya (hərbi qarşıdurma) üçün bəhanə yaratmağa çalışır. Mən Soçidə bəyan etdim ki, sülhməramlıların mandatının uzadılmasına indidən imza atmağa hazıram. Ancaq razılığa gələ bilmədik. Əliyev Soçidə sülhməramlıların vacibliyindən danışır, 8 gün sonra da bu məntiqə zidd şeylər deyir. Brüsseldə 2 ölkə arasında dəmir yolunun açılmasına dair razılaşır, sonra bundan imtina edir. Azərbaycanla imzalanacaq sülh müqaviləsinin “Rusiya variantı” bizim üçün uyğundur, ilin sonuna qədər imzalamağa çalışacağam".
16 874
İndi də İranın Bakıdakı səfiri Azərbaycan XİN-ə çağırıldı. Əliyev də Səmərqənddə Azərbaycandan kənarda yaşayan 40 milyon azərbaycanlının öz ana dilində təhsil ala bilməməsindən danışaraq mesaj ötürdü. Bu arada ABŞ İrana qarşı Azərbaycanın yanında olduğu barədə rəsmi açıqlama verib.
16 874
Deputat Səməd Seyidov parlamentdə deputatlar üçün əlavə vəsaitin ayrılmasını, deputat Fəzail Ağamalı isə millət vəkillərinin ezamiyyə xərclərinin artırılmasını tələb edib. Varsa yoxsa özləri, xalqı düşünmürlər. Niyə? Çünki xalq tərəfindən seçilməyiblər, ona görə.
16 874
Bu dəqiqələrdə Ukrayna Silahlı Qüvvələrinin Xerson şəhərinə daxil olduğu bildirilir.
16 874
Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə bu gün axşam saatlarında İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirin XİN-ə çağrılmasına Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması səbəb kimi göstərilib.
16 874
Quru sərhədlərnqapalı, insanlar müalicə üçün qonşu ölkələrə getməkdə çətinlik çəkirlər. Qarşıdan daha soyuq aylar, günlər gəlir, immun sistem zəyifləyir, xəstəliklər artacaq. Bunun müqabilində Azərbaycanda bir çox dərmanın qiyməti 2-3 dəfə bahalaşıb. Səhiyyə nazirinin müavinindən səbəbini soruşublar, deyib bizlik deyil, buna "Tarif Şurası" baxır. Tarif Şurasının tərkibinə baxıram, bu açıqlamanı verən səhiyyə nazirinin müavini qurumun üzvüdür. Adam dolayırlar, elə bil ki, Tarif Şurasına AXCP-Müsavat cütlüyü nəzarət edir.
16 874
Bakının Xəzər rayon sakini 50 evdən oğurluq edib, polis də araşdırıb, axtarıb, tuta bilmirmiş. Sonuncu dəfə Sabunçu rayonunda oğurluğu zamanı səhvən evlərin birində şəxsiyyət vəsiqəsini düşürüb və artıq polis tərəfindən saxlanılıb.
16 874
Xalq artisti Emin Ağalarov: "Xəzər dənizdə ada tikəcəyik. Diskoteka da burada olacaq, heç kimə mane olmayacağıq. Bura dünyaca məşhur brendləri cəlb edəcəyik".
16 874
Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsi istiqamətində, əsgər P.A. Aqacanyanın Azərbaycan Ordusunun açdığı atəş nəticəsində yaralanaraq ağır vəziyyətdə olduğunu bildirib. Azərbaycan MN məlumatı yalanlayaraq, təkzib edib.
16 874
Azərbaycan hərbçisi, Xətai rayon sakini, 1984-cü il təvəllüd Baxışov Cavan Cavanşir oğlunun məzuniyyətdə olarkən dünən axşam saatlarında ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib.
16 874
Paşinyanın bugünkü çıxışından: “Dağlıq Qarabağda Ermənistan ordusu yoxdur, "Dağlıq Qarabağ"ın Müdafiə Ordusu var ki, bu da Azərbaycanın soyqırımı siyasətinin həyata keçirilməsinə ciddi maneədir. Ermənistan və erməni xalqını onlarla İslam ölkəsi və xalqları ilə qardaşlıq hissləri və tərəfdaşlıq münasibətləri bağlayır, Azərbaycan isə öz hərəkətləri ilə İslamı gözdən salan "Əl-Qaidə" və "İslam Dövləti"ni xatırladır. İlham Əliyev Berdzor (Laçın) dəhlizinin bağlanması üçün zəmin yaratmağa çalışır. Ermənistan Azərbaycanla sərhəddə keçid məntəqəsi açmağa hazırdır, lakin rəsmi Bakı bundan imtina edir. Sülhməramlılar "Artsax" ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı bütün məsələlər həll olunana yəni qeyri-müəyyən müddətə qədər "Artsax"da (Qarabağ) qalacaqlar".
16 874
Xerson istiqamətində Rusiya Ordusu rəsmi olaraq Dnepr çayının sol sahilinə doğru müdafiəyə geri çəkildiyi açıqlanıb. Ukrayna Ordusunun Xersonun şimal-qərbində bir çox yaşayış məntəqələrini işğaldan azad edərək irəlilədiyi bildirilir. Xerson işğal edilərək Rusiyaya birləşdirilib.
16 874
Müharibədən sonra psixoloji problemə görə, PTSD sindromuna görə, qayğısızlıqdan, məmur özbaşınalığı səbəbindən 40-dan çox intihar edən qazilərin ailə üzvlərini - 80 manatlıq təqaüdlə yaşamağa çalışan qaziləri - hələ də əlillik, müharibə iştirakçısı adı ala bilməyən qaziləri - yaralı olmasına baxmayaraq hələ də dövlətin müalicəsindən kənarda qalan qaziləri - "44 günlük müharibə iştirakçısısan? Yox, onda sənə olmaz" deyib, kənarda qalaraq ayrıseçkiliyə məruz qalan birinci Qarabağ müharibəsi şəhid ailəsi və veteranlarını - övladını müharibədə itirməyinə baxmayaraq şəhid adı ala bilməyən ailələri, qardaşları - "Qarabağda quruculuq" adı ilə dövlət büdcəsindən, fondlardan ayrılan vəsaitləri oğurlanan Azərbaycan xalqını Zəfər Günü münasibəti ilə təbrik edirəm. Hər cür avadanlıq almağa imkanı olan dövlətin, texniki, kommunal şərait cəhətdən, hərbi təchizat və təminat baxımından çətinlik çəkərək, soyuq hava şəraitində ən ucqar təhlükəli zirvələrdə, əldəqayırma çadırlarda gecələyərək xidmət çəkən hərbçiləri də təbrik edirəm. “Dövlətimin yanındayam” deyib, bütün yuxarıda sadaladıqlarımı görməzdən gələnlər, sizin də bayramınız mübarək olsun.
16 874
Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz həyat yoldaşına yüksək maaşlı iş təşkil edən Frankfurt şəhərinin bələdiyyə sədri vəzifəsindən azad olunub. Bunu nə üçün yazıram? Normal ölkələrdə belə olur. Mən hər dəfə bizim məmurların qohum-tanışlarına yüksək vəzifə verildiyini yazanda, altında "Bəlkə layiqli biridir? İndi qohumudur deyə işsiz qalmalıdır? Məmurun qohum-əqrabası işləməməlidir?" kimi yazanların menyusuna gəlsin.
