ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
⚡️Paşinyan: “Ermənistan Praqada əldə olunan razılaşmalar əsasında rəsmi Bakı ilə sülh sazişi bağlamağa hazırdır”.

Tiktokda bir gənc bəzi polisləri təhqir edib. Azərbaycan polisi də bunu tutub, saçına "bantik "vurub. Sonra da başını keçəl qırxaraq təhqir edib, şəkillərini çəkib, sosial şəbəkələrdə yaydırıb ki, başqalarına dərs olsun. Hər hansısa vətəndaş cinayət törədibsə bunun cəzası qanunla, hüquqla verilməlidir. Mafia qanunları ilə idarə olunan ölkələrdə polis bu cür davrana bilər.

DİN məlumat yayaraq bildirib ki, yaşayış yerindən kənarda 60 gündən artıq qalmaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində polisə məlumat verməlidir. Əks təqdirdə inzibati məsuliyyətə cəlb olunaraq xəbərdarlıq ediləcək və 30 manat cərimə olunacaq. Quru sərhədlər onsuzda bağlı, bu gedişlə sizdən ölkə daxilində də viza zad istəyəcəklər.

Almaniyanın müdafiə naziri Lambrecht istefa verib. Səbəb isə media tərəfindən tənqid edilməsidir. Nazirin 21 yaşlı oğlu ilə birgə ordunun helikopterindən (xərclərin nazirin özü tərəfindən ödənilsə belə) şəxsi məqsədlər üçün istifadə etdiyi iddia edilirdi.

Azərbaycan Ordusunun hərbiçisi, Şirvan şəhər sakini Xankişiyev Mətin İsrəfil oğlunun N saylı hərbi hissədə xəstəlikdən vəfat
Azərbaycan Ordusunun hərbiçisi, Şirvan şəhər sakini Xankişiyev Mətin İsrəfil oğlunun N saylı hərbi hissədə xəstəlikdən vəfat etdiyi deyilir. Müdafiə Naziriliyi əsgərin vəfat xəbərini təsdiqləyib.

Siyasi-ictimai fəal Bəxtiyar Hacıyevə daha 2 ittiham irəli sürərək işini ağırlaşdırdılar. Bununla da o məhkəməyə hörmətsizlik və xuliqanlıq maddələrindən əlavə, məhkəmənin fəaliyyətinə müdaxilə etmə və hakimiyyət nümayəndəsinə müqavimət maddələri ilə ittiham edilir. Vilayət Eyvazovu tənqid etdiyi üçün şərləndiyini deyən fəal 5 gündür ki, aclıq aksiyası edir.

10 milyon manatdan çox dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan Şəmkirin 7 il icra başçısı olmuş Alimpaşa Məmmədovun məhkəməsində məlum olub ki, keçmiş icra başçısının 42 ədəd şəxsi avtomobili var imiş. O, bildirib ki, avtomobilləri ona hədiyyə ediblər. Öz növbəsində hakim "həmin adamsan, bəs indi niyə sənə hədiyyə vermirlər?", - deyə soruşub. Sabiq başçı sualı cavabsız qoyub.

İlham Əliyevin bugünkü sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bəzi qurumlarda 15%, həmçinin bir sıra təqaüd və müavinətlərdə də artım baş verdi. Bir çox kateqoriyalardakı bu artımlar təqribən 15-20 faiz civarındadır. Ölkədəki qiymətlərin bahalaşması isə bugünkü maaş və pensiya artımlarını iki dəfə üstələyir. Qazilərin 80 manatlıq müavinətinin növbəti artımlarda dəyişəcəyi gözlənilir.

Vasif Talıbov Naxçıvan Xanı vəzifəsindən istefa verdikdən sonra həmçinin: - özü 1995-ci ildən sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Naxçıvan MR təşkilatı sədrliyindən çıxarıldı; - qızı Baharxanım Talıbova “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasındakı üzvlüyündən çıxarıldı; - oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektor vəzifəsindən uzaqlaşdırıldı. Ölkədən çıxışına "stop" qoyuldu; - qardaşı Məhərrəm Talıbov Naxçıvan prokurorunun müavini vəzifəsindən azad edildi; - qaynanası Sənifə Sultanova Naxçıvanın ZAQS idarəsinin rəhbəri vəzifəsindən azad edildi; - oğlu Rza Talıbovun da Dövlət Miqrasiya Xidmətində baş idarə rəisi vəzifəsindən uzunmüddətli məzuniyyətə göndərildiyi deyilir.

Dünən İlham Əliyevin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərurda görüş keçirib. Şərur YAP-ın sədrini ayağa qaldırıb soruşub ki, bu il nə ilidir? O da qayıdıb deyib dovşan ili. Xatırladım ki, İlham Əliyevin sərəncamı ilə 2023-cü il "Heydər Əliyev ili" elan edilib.

Balakən rayonu İtitala kənd sakini Osmanov Zamir Şakir oğlu 2 ildən çoxdur Bakıda müalicə aldığı hərbi hospitalda dünyasını d
Balakən rayonu İtitala kənd sakini Osmanov Zamir Şakir oğlu 2 ildən çoxdur Bakıda müalicə aldığı hərbi hospitalda dünyasını dəyişib. İkinci Qarabağ müharibəsi iştirakçısının cənazəsi Balakənə aparılaraq ailəsinə təhvil verilib. Oğlunun ölüm xəbərini eşidən anası Əsma Çiliyevanın da ürəyi dayanıb.

Azərbaycan Ordusunun hərbiçisi, əsgər Məmmədov Vüsal Akif oğlunun bu gün odlu silahdan atəş açmaqla özünü öldürdüyü bildirilir. İntiharın səbəbi açıqlanmayıb. Məlumatı Gəncə hərbi prokurorluğu yayıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun media monitorinqinə əsasən 2022-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 145 hərbi qulluqçusunu itirib. Onlardan 87 nəfəri döyüş (85 nəfər erməni gülləsi, 2 nəfər mina partlayışı), 58 nəfəri isə qeyri-döyüş itkiləridir.

Putin yanvarın 6-sı Moskva vaxtı ilə saat 12:00-dan yanvarın 7-si saat 24:00-dək Ukraynada tərəflər arasında bütün cəbhə boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib, Ukraynanı da atəşkəsə əməl etməyə çağırır.

İlham Əliyev 2023-cü il üçün minimum aylıq əməkhaqqının məbləğini 300 manatdan 345 manata, əmək pensiyasının minimum məbləğinin isə 240 manatdan 280 manata çatdırılmasına, yəni 20% artırılmasına dair sərəncam imzaladı. Rəsmi rəqəmlərə görə ötən il bahalaşma 20% üstələyib, qeyri-rəsmi rəqəmlər isə 40% üzərindədir.

Bu gün baş prokuror Kamran Əliyev Vasif Talıbovun qardaşı Məhəmməd Talıbovun əvəzinə, Naxçıvan prokuroru müavinin yerinə Sənan İsa oğlu Paşayevi təyin edib. Sənan Paşayev kimdir? Hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl, həmçinin Meydan TV və Azadlıq Radiosunun fəaliyyəti ilə bağlı istintaq prosesindəkı pozuntularda adı hallanıb. O, məhz bu fəaliyyətinə görə İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Onun adı həmçinin AXCP üzvü, Qarabağ qazisi Babək Həsənova işgəncə verdirməkdə də hallanıb.

14 ildir Naxçıvanın baş prokurorunun müavini olan, Vasif Talıbovun general qardaşı Məhərrəm Talıbov da istefa verdi. Bir zamanlar Heydər Əliyyevin mühafizə xidmətində işləyib, cangüdəni olub. General-mayor III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. O, həmçinin Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Naxçıvan Boks Federasiyasının isə sədridir. Vasif Talıbovun ailəsi bir-bir aradan çıxır...

Bakı sakini Balakənə bacısı gilə qonaq gedib. Sonra Bakıya qayıtmaq üçün Balakən avtovağzalına gəlib. Orada Bakıya gedən avtobus tapmadığına görə dayanacaqda dayanmış VAZ-21074 markalı maşını oğurlayaraq qaçıb. Həyəcandan Zaqatala ərazisində idarəetməni itirib və qəza törədib. Adama 2 il həbs cəzası verdilər. Bu da bədbəxt kasıbın oğurluq hekayəsi.

Adam öldürmə, qaçırma, hədə qorxu, şantaj, mənimsəmə, quldurluq, cinayətkar dəstə yaratma, bir sözlə Cinayət Məcəlləsinin 18 maddəsi ilə ittiham edilib, barəsində 12 il azadlıqdan məhrum etmə cəzası kəsilən, amma 5 il yatıb İlham Əliyev tərəfindən əfv olunan MTN-in sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun müsadirə olunmuş 30 milyonluq əmlakı ona və ailəsinə geri qaytarılıb. Ədalətli Azərbaycan məhkəməsi qərara gəlib ki, bu əmlaklar Çovdarovun ailəsinə məxsusdur. Siyahı şərhdə.

Naxçıvanda taksi sürücüləri etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb isə taksi sürücülərinə 16 min manatlıq "NAZ Lifan" avtomobillərinin 35 min manata satılmasıdır. Bu arada indiyə qədər muxtar respublikada sadəcə bir taksi şirkəti vardı, "Taksi MMC", onu da Naxçıvanın Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyevin bacısının yeznəsi Rasim İsmayılov idarə edirdi. Bildirilir ki, fərdi taksi fəaliyyətlərinə qoyulan qadağa artıq aradan qaldırılıb.