ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Suraxanı Rayon Polis İdarəsinin rəisi, polkovnik Süleyman Neymətov rəsmi olaraq Naxçıvanın daxili işlər naziri təyin edildi.

Qarabağdakı ermənilər bildirir ki, azərbaycanlıların Laçın yolunu bağlaması səbəbindən qızıl mədənlərində fəaliyyət göstərən "Base Metal" şirkəti işini müvəqqəti dayandırmağa qərar verib. Qeyd edim ki, Laçın yolundakı aksiya 17 gündür ki, davam edir.

Bir vaxtlar Ramiz Mehdiyevin ailə biznesini idarə edən, "Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edildi. O, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və bənzəri maddələrdə ittiham olunurdu. Ümumilikdə 200 milyon manat mənimsədiyi iddia edilir.

Naxçıvan Daxili İşlər Nazirliyinin ləğvi olunduğu, əvəzində isə Azərbaycan DİN-in tabeliyində Naxçıvan Baş Polis İdarəsinin yaradıldığı deyilir. İdarəyə rəis postuna Suraxanı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Süleyman Nemətovun təyinat aldığı bildirilir. DİN-də "Çakır" ləqəbi ilə tanınan Süleyman, 2010-cu illərin əvvəllərində müxalif çevrəyə, əsasən də aksiyalarda iştirak edən fəallara çox tanış simadır. Zamanında aqressivliyi və qəddarlığı ilə seçilən mayorlardan olub. Sabah sərəncam imzalanacağı gözlənilir.

Azərbaycanda kadr islahatı davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışan Orxan Nuriyev bu gün Dövlət Gömrük Komitəsində Əməliyyat İstintaq Baş İdarəsinə rəis təyin olunub. Orxan Nuriyev baş prokuror Kamran Əliyevin kürəkənidir. Bundan əlavə isə onun: ▪️Atası Eldar Qasim oğlu Nuriyev Ədliyyə nazirinin müavinidir. İlham Əliyev tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. ▪️Anası Afaq Abdullayeva məşhur ginekoloq, həkimdir və səhiyyə nazirliyinin əməkdaşıdır. İlham Əliyev tərəfindən "Tərəqqi" medalı da alıb. ▪️Bacısı Nigar Eldar qızı Nuriyeva Qida Təhlükəsizliyi Agentliyinin Strateji təhlil və planlaşdırma sektorunun müdiridir. ▪️Qardaşı Cavanşir Eldar oğlu Nuriyev Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavinidir. ▪️Digər qohumu Nuriyev Elnur Aləm oğlu Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimidir.

XİN rəhbəri Ceyhun Bayramovun bugünkü illik hesabatından əsas başlıqlar: - Ləkəli keçmişi olan şəxs (Vardanyan) Qarabağa göndərilib, bu təxribatın qarşısını almağa hazırıq. - Rəsmi Bakının Qarabağdakı ermənilərlə təmasları olub, bundan sonra da olacaq. - Delimitasiya prosesində 8 kənd Azərbaycana qaytarılmalıdır. - Rusiya Qarabağın statusu ilə bağlı məsələnin gələcək illərə qalmasını təklif etmişdi, biz bunu qəbul etmədik. - Azərbaycanla İran arasında Araz çayı üzərində körpü tikirik, bununla Zəngilandan Naxçıvana qısa yol olacaq. - Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyi elə onun özünə ziyan vuracaq. - Bu il Azərbaycandan 30 milyondan artıq humanitar yardım Ukraynaya göndərilib.

"Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışan polкovnik Bəhmən Rza oğlu Babayev Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsinə təyin olunub. O, Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusunun кomandiri general-mayor Münasib Balaca oğlu Babayevin əmisi oğludur. Bəhmənin bir qardaşı general-mayor Rasim Babayev də Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində çalışır. Bu vəzifədə olan general-leytenant Niyaməddin Tağıyev isə qurumun mərkəzi aparatında idarə rəisi təyin olunub. O isə Azərbaycan Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyevin bacısı oğludur.

"Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışan polкovnik Bəhmən Rza oğlu Babayev Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsinə təyin olunub. O, Müdafiə Nazirliyinin 4-cü Ordu Korpusunun кomandiri general-mayor Münasib Balaca oğlu Babayevin əmisi oğludur. Bu vəzifədə olan general-leytenant Niyaməddin Tağıyev isə qurumun mərkəzi aparatında idarə rəisi təyin olunub. O isə Azərbaycan Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyevin bacısı oğludur.

Bu gün Anti-Korrupsiya İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Masallı xəstəxanasının baş həkimi Eşqin Əliyev saxlanılıb. O əvvəllər eyni xəstəxanada şöbə müdiri işləyib. Qeyd edim ki, xəstəxananın əvvəlki baş həkimi Cəlil Nəzərov da 675 min manat mənimsəməkdə ittiham olunaraq həbs edilmişdi.

Xankəndidə yaşayan yüzdən çox erməni hazırda Laçın-Xankəndi yolunun qapalı hissəsinə yürüş təşkil edirlər. Onlar dəhlizin sərbəst şəkildə açılmasını tələb edirlər. Qeyd edim ki, azərbaycanlıların Laçın-Xankəndi yolunda etiraz aksiyası 13-cü gündür ki, davam edir.

Bu gün aksiya zamanı saxlanılan Tofiq Yaqublu xuliqanlıqda ittiham edilərəк 30 sutka inzibati həbs cəzası verildi.

Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri sülh danışıqları çərçivəsində Moskvada görüşməli idilər. Lakin Ermənistan tərəfi Laçın dəhlizindəki böhrana görə görüşə qatılmadı. Lavrov belə bir imkanın əldən verilməsinə görə təəssüfünü bildirdi. Daha sonra Rusiya sülhməramlılarının böhranı həll etmək üçün çalışdıqlarını vurğuladı. Ceyhun Bayramov isə Ruben Vardanyanın regionu nə qədər tez tərk edərsə, hamı üçün bir o qədər yaxşı olacağını, onun Qarabağa heç bir aidiyyatının olmadığını dilə gətirib. Lavrov Vardanyanın Rusiya ilə heç bir əlaqəsinin olmadığını, Qarabağa göndərmədiklərini, onun öz xahişi ilə Rusiya vətəndaşlığından çıxarıldığını qeyd edib. Lavrov deyib ki, Qarabağda ekoloji monitorinqin keçirilməsi barədə razılaşmanın pozulması Azərbaycan və ya Rusiyanın günahı deyil.

Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında, məhkəmə prosesi zamanı külli miqdarda dələduzluqda ittiham olunan Naxçıvan Ə
Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında, məhkəmə prosesi zamanı külli miqdarda dələduzluqda ittiham olunan Naxçıvan Ədliyyə Nazirliyinin sabiq əməkdaşı, 62 yaşlı Qədimov Şəmil Əli oğlu qəflətən halı pisləşərək yerə yıxılıb və vəfat edib.

Jurnalist Türkan Bəşirin DİN əməkdaşları tərəfindən zorakılıq tətbiq edilməklə saxlanıldığı bildirilir. Bundan əlavə evlərindən çıxarkən, yolda, şəhərin müxtəlif yerlərində AXCP, Müsavat, ADR və D18 üzvlərindən ümumilikdə 25 nəfərdən çox şəxsin saxlanıldığı deyilir. "Bəxtiyar Hacıyevə azadlıq" tələbilə keçirilən aksiyada isə 10 nəfərə yaxın şəxsin saxlanıldığı bildirilir.

Bakının Xəzər rayon sakini, AXCP-nin Gülnarə Akiq qızı Rahimova adlı üzvü bu gün öz qızını məktəbə yola salıb. Bu zaman onu m
Bakının Xəzər rayon sakini, AXCP-nin Gülnarə Akiq qızı Rahimova adlı üzvü bu gün öz qızını məktəbə yola salıb. Bu zaman onu mülki geyimli şəxslər həm piyada, həm də avtomobillə izləyiblər. İzləyən maşınlardan birinin dövlət nömrə nişanı "99-RA-315" nömrəlidir. Uşağı məktəbə qoyub qayıdarkən iki nəfər mülki geyimli DİN əməkdaşları tərəfindən ona hücum olunur və oğurlanır. O bütün bu prosesi 15 dəqiqəlik canlı yayım videosu ilə çəkərək sosial mediada paylaşıb. İndi DİN rəsmilri açıqlama verib, bütün bunları təkzib edəcək, danacaqlar. Bütün bu polis sistemini idarə edən Vilayət Eyvazov, onları təyin edən İlham Əliyevdən mükafatlar alacaq. Amma mən sizi videonu başdan sona qədər izləməyə, maksimum yaymağa dəvət edirəm. Azərbaycanda vətəndaşların təhlükəsizliyini qorumaq üçün yaradılmış, dırnaq içində hüquq mühafizə orqanlarının qanunsuz adam izləmə, adam oğurlama, təhdid, qorxu yaratmaqla məşğul olduğunun daha bir bariz nümunəsinin şahidi olacaqsınız. Videonun linki.

Bu gün İlham Əliyev Zaur İntiqam oğlu Fəti-zadəni Azərbaycanın Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edib. Bu qurum çirkli pulları araşdıran dövlət qurumu kimi fəaliyyət göstərir. Qeyd edim ki, vergi generalı Zaur Fəti-zadə bu il vəzifə başında vəfat edən maliyyə nazirinin birinci müavini olmuş İlqar Fəti-zadənin qardaşı oğludur. Əmisi oğlu Sabit Fətizadə isə Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının müdiridir. Mətbuatda onun həmin bankda brilyanta oxşar daşları brilyant adı ilə rəsmiləşdirdiyi, Beynəlxalq Banka girov qoyaraq qohumlarının adına külli miqdarda kreditlər götürdüyü yazılıb. Bu yollarla əlində milyonlarla pul cəmləşdirən Sabit Fətizadənin Gəncə və Bakı şəhərlərində xeyli sayda mülk sahibi olduğu bildirilir. İddialara görə, S. Fətizadənin Çexiyada hoteli belə var. Zaur müəllim bu iddiaları nəzərə alıb, birinci öz qardaşı oğlunu araşdırsa məntiqli olar.

İlham Əliyev fərman imzalayaraq Naxçıvan Muxtar Respublikasında özünün səlahiyyətli nümayəndəliyini təsis edib.

Azərbaycanın sabiq Müdafiə nazirinin müavini, özünü qondarma Talış-Muğan Muxtar Respublikasının lideri kimi təqdim edən, separatçılıqda ittiham edilərək həbs edilən, siyasi-ictimai xadim Ələkrəm Hümbətov 74 yaşında mühacirətdə yaşadığı Niderlandda vəfat edib. O, bir neçə müddət idi ki, xəstəxanada müalicə alırdı.

2 ilə yaxın mədəniyyət naziri vəzifəsini icra edən Anar Kərimov vəzifəsindən azad edildi. Heydər Əliyev Mərkəzinin direktor müavini olan Adil Qabil oğlu Kərimli mədəniyyət nazirinin birinci müavini təyin edildi. Çox güman ki, bir neçə ay sonra nazir təyin olunacaq.

Azərbaycan Ordusunun zabitləri Araz Fazil oğlu Nazarov və İlkin İmdadlı Füzulidə ağır yol qəzasında həlak olublar. Kapitan A.
Azərbaycan Ordusunun zabitləri Araz Fazil oğlu Nazarov və İlkin İmdadlı Füzulidə ağır yol qəzasında həlak olublar. Kapitan A. Nəzərov top divizyon komandirinin müavini, İ. İmdadlı isə ordunun baş leytenantı olub. Onlar 44 günlük müharibədə iştirak edib və medallarla təltif olunublar.