ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Prezident seçkilərində 3 milyona yaxın səs alaraq üçüncü olan, ATA İttifaqının namizədi Sinan Oğanın ikinci turda dəstəkləyəcəyi namizəd üçün 6 şərti: - Anayasanın ilk 4 maddəsi dəyişməyəcək. - Güzəştsiz olaraq "FETÖ" ilə mübarizə aparılacaq. - Güzəştsiz olaraq "PKK" ilə mübarizə aparılacaq. - Təriqət və camaatların (dini icmalar) bürokratiyadakı hakimiyyətlərinə son qoyulacaq. - Miqrantların 1 il ərzində ölkəsinə dönməsi təmin ediləcək. - Daxili işlər nazirliyi, Müdafiə Nazirliyi və Təhsil Nazirliyi ATA İttifaqı və Zəfər Partiyasına həvalə ediləcək. Mənbə: Zəfər Partiyası

Türkiyədə parlamentə seçilən və seçilə bilməyən maraqlı və müzakirə mövzusu olan şəxslər: - Daha çox miqrantlara qarşı qurulan Zəfər Partiyasının sədri Ümit Özdağ millət vəkili seçilə bilmədi. - Türkiyə İşçi Partiyasının məşhur simalarından biri, aktyor Barış Atay parlamentə girə bilmədi. Çünki "Gezi davası"na görə həbsxanada olan dostu və partiya yoldaşı Can Atalay məclisə girərək sərbəst qalsın deyə başqa yerdən namizəd olmuşdu. - Ankaranın keçmiş bələdiyyə sədri, AKP-nin sosial media fenomeni Melih Gökçek'in oğlu Osman Gökçek millət vəkili oldu. - CHP (Tahsin Ocaklı) 43 ildən sonra ilk dəfə Ərdoğanın vətəni Rizədən millət vəkili seçildi. - AKP-dən millət vəkili olmaq üçün Ağrı Bələdiyə sədrliyindən istefa verən Savcı Sayan parlamentə girə bilmədi. - Terror təşkilatı kimi tanınan Türkiyə Hizbullahı ilə əlaqələri olduğu iddia edilən, "HÜDAPAR" AKP-nin siyahısından 4 namizədlə parlamentə girə bildi. - Türkiyə Dəyişim Partiyasının sədri, sosial media fenomeninə çevrilmiş Mustafa Sarıgül də Cumhur İttifaqı sayəsində məclisə girdi. - 15 yaşında uşaqların evliliyini dəstəkləyən Yeniden Refah Partiyasının sədri, Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan və 4 partiyadaşı AKP siyahısından məclisə girdi. - AKP və tərəfdarlarının terorist PKK ilə işbirliyi etdiyi dediyi Yeşil Sol Partiya (Köhnə HDP) 61 millət vəkili ilə məclisə seçildi.

Rəsmi rəqəmlərə görə Millət İttifaqı (Kılıçdaroğlu) səslərini artırsa da parlament seçkilərində qalib Cumhur İttifaqı (Ərdoğan) oldu. Prezident seçkilərində isə açılan 99% sandığa görə Ərdoğan 49.40%, Kılıçdaroğlu isə 44.96% yığdığı üçün seçki ikinci tura qalır. YSK hələ də sayılmayan 400 min səsin olduğunu açıqlayıb. İkinci tur 28 may tarixində sadəcə iki namizəd, RTE-KK arasında keçiriləcək.

İlham Əliyev Ərdoğana zəng edərək onu seçkilərdə səs çoxluğu qazanması münasibətilə təbrik edib. Qeyd edim ki, seçkilərin nəticələri rəsmi olaraq tamamlanmayıb və YSK hələ də səslərin sayıldığını açıqlayıb.

YSK-nın son məlumatı - Açılan sandıq: 94,26% Erdoğan: 49,48% Kılıçdaroğlu: 44,79% Sinan Oğan: 5.30% Bu arada az sonra "Altılı Masa" liderlərinin xalqa müraciəti olacaq.

Ərdoğan ənənəvi balkon çıxışıdı edir: “Dəqiq nəticələr hələ bəlli olmasa da, səslərdə böyük fərqlə öndəyik".

YSK-nın rəsmi məlumatı: Açılan sandıq: 84,86% Erdoğan: 49,85% Kılıçdaroğlu: 44,41% Sinan Oğan: 5.31% Belə qənaətə gəlmək olur ki, digər agentlik və kanallarla demək olar ki, eynilik təşkil edir.

YSK: "Rəsmi olaraq sandıqların 69,12 %-i açılıb".

AA-nın məlumatına görə Kılıçdaroğlu Ankarada səs çoxluğu ilə önə keçdi. Ərdoğan paytaxtı da uduzdu.

AA nəticələrinə görə açılan sandıq 88% Erdoğan: %49.94 Kılıçdaroğlu: %44.30 Sinan Oğan: 5.30% Bu nəticələrlə seçkinin ikinci turuna gedilir. Amma müxaliflərin nəticələrinə görə isə ilk turda Kılıçdaroğlu qazanacaq. YSK isə deyir ki, səslərin 47% hesablanıb.

Yüksek Seçim Kurulu: “Hazırda yerli səslərin 47,08%, xarici səslərin isə 12,60% faizi hesablanıb”.

Ərdoğan Sinan Oğan üçün seçkidən əvvəl "Onu saymağa belə dəyməz" demişdi. Sinan da cavabında "Cücəni payızda sayarlar" kimi cavab vermişdi. İndi onun "Payız yaxınlaşır" tviti Ərdoğana söz soxmaq və Millət İttifaqına "göz qırpaq" kimi dəyərləndirilir. İkinci tura qalınarsa ki, belə görünür qalınacaq, Sinan Oğan bu turda önəmli rol oynayacaq.

AKP: "Həm prezident, həm də millət vəkili seçimlərində açıq-aşkar öndəyik".

Sandıqlar açıldıqca Kılıçdaroğlunun səsləri yüksəlir, Ərdoğanda isə azalır. 20 milyon səs sayılacaq hələ. Deyəsən ikinci tura gedilir: AKP mediası AA - açılan sandıq 72% Erdoğan: %50 Kılıçdaroğlu: %44 Sinan Oğan: 5% CHP mediası ANKA - açılan sandıq 65% Erdoğan: %48 Kılıçdaroğlu: %46 Sinan Oğan: 5%

CHP: "Kılıçdaroğlu Türkiyə üzrə 50%-ə yaxınlaşır".

Halk TV istinadən imzalı olan bülletenlərə görə: Kılıçdaroğlu 47.71% Erdoğan 46.51%

Kemal Kılıçdaroğlu "Öndeyiz" deyə tvit atdı, digər namizəd Sinan Oğan isə "Payız is coming" deyə mesaj yazıb.

CHP dəstəkli "ANKA"ya görə açılan sandıq: %11 Erdoğan: %50 Kılıçdaroğlu: %44 Sinan Oğan: 5% TRT və Anadolu Ajansına görə açılan sandıq: %38 Erdoğan: %52 Kılıçdaroğlu: %41 Sinan Oğan: 5%

Anadolu Ajansına görə açılan sandıq: %9,1 Erdoğan: %59,47 Kılıçdaroğlu: %34,8

İlkin nəticələr: Ərdoğan: %49.8 Kılıçdaroğlu: %45.7 Sinan Oğan: %3.9 Vacib qeyd: Sandıqların 1.5% açılışına görə.