ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
Çeçenistan başçısı Ramzan Kadırov öz qızı Ayşat Kadırovanı ölkənin mədəniyyət naziri təyin edib. 23 yaşlı yeni nazir, indiyədək mədəniyyət nazirinin birinci müavini idi. Onun digər qızı, 21 yaşlı Xadicat Kadırova isə Qroznı şəhərinin məktəbəqədər təhsil departamentinin rəhbəridi. 23 yaşlı qardaşı oğlu da Çeçenistanın Təhlükəsizlik Şurasının rəhbəridir. Gənc və perspektivli kadrlar ölkəni (oxu: restoranı) idarə edir.

AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov partiya sədrini satmadığına görə, əqidəsinə sadiq qaldığına görə bu gün şərlənərək 13 il müddətinə azadlıqdan məhrum edildi. Cəbhədə sivilləri, əsgərləri qətl edənlərə 6 ay cəza verib, ölkələrinə təhvil verən Azərbaycan məhkəməsi onu terrorçuluğu maliyyələşdirmədə ittiham etdi.

Azərbaycansayağı yeyinti Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin İşlər idarəsi Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin məhkəməsi keçirilib. Çap işi ilə məşğul olan şirkət sahibi şahidlərdən biri deyib ki, şirkəti 2011-2017-ci illərdə keçirilən 1 milyon manat vəsaitdən çox tenderin qalibi olub. Şirkətini tenderdə qalib etməsinə görə Səlim Əlizadəyə 61 min manat rüşvət verib. Digər taksi sürücüsü şahid isə deyib ki onun xəbəri olmadan adına 5 şirkət təsis edilib və Rövşən adlı şəxs həmin müəssisənin adından pul çəkib.

Yazıçı Kəramət Böyükçöl Maştağadakı Respublika Narkoloji Dispanserinə yerləşdirilib. İçki asılılığını müalicə etdirmək üçün bu addımın atıldığı deyilir. Ailəsi isə narahatdır. Qeyd edim ki, son dəfə o sosial şəbəkə hesablarında prezident İlham Əliyevi sərt şəkildə tənqid etmişdi.

Artıq Azərbaycan rəsmi şəkildə Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Eyniylə Ermənistanın mülki təyyarələri də Azərbaycanın hava məkanından istifadə edə biləcəklər. Bundan sonra AZAL Bakı-Naxçıvan reysini yerinə yetirərkən sadəcə İran üzərindən keçən dəhlizlərdən uçmayacaq. Ermənistan üzərində hava yolunun açılması Azərbaycanla Türkiyə arasında məsafəni, bununla da yanacaq sərfiyyatını xeyli azaldacaq. Bəs görəsən AZAL od qiymətinə olan biletləri ucuzlaşdıracaq? Yoxsa Cahangir yenə xalqın cibinə girib, sərvətini artırmaqla məşğul olacaq?

Sabunçu rayonunda narkotik aludəçisi 36 yaşlı ata, 15 yaşlı oğlunu yer yıxıb, ondan narkotik almaq üçün pul tələb edib. Münaqişə zəminində oğul özünü qorumaq üçün daş parçası ilə atası Vüqar Eyyubovun başına bir neçə dəfə zərbə vurarkən, özünümüdafiə həddini aşaraq onu öldürüb.

İran-Azərbaycan gərginliyi davam edir: Bu gün İran Azərbaycana rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu bildirib. Rəsmi Bakı isə Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Nicatın Bakıdakı ofis və məscidini koronavirusa görə bağlayıb.

İlham Əliyev üç il əvvəl Gədəbəyə icra başçısı təyin etdiyi Mustafayev İbrahim Ənvər oğlunu bu gün vəzifəsindən azad edib.

Facebook və Instagram da geri gəldi

Whatsapp geri gəldi

- "Facebook"un çökdüyü yox, tamamilə silindiyi iddia edilir. - Böhrana görə dünya iqtisadiyyatına $500 milyon zərər dəyib. - "Gmail" və "Linkedin"də çökmələr yaşanır. - Hakerlərin 1.5 milyard "Facebook" istifadəçisinin məlumatlarını satdığı deyilir.

- İlk dəfədir ki, Facebook, Instagram və Whatsapp 4 saatdan artıq çöküb. - Facebookdakı problemə görə Zuckerberg 7 milyard dollar itirib. - Facebook işçilərinin binaya daxil olmada problem yaşadığı bildirilir. - Telegram və Twitterin də funksiyalarında bəzi problemlər yaşanır.

İlham Əliyev Cəbrayılda, Arazın sahilində səfər zamanı İranın ittihamlarına cavab verərək bildirib ki, əsassız ittihamlar cavabsız qalmayacaq. İsrailin Azərbaycandakı mövcudluğunu təkzib edib və İran rəsmilərindən bununla bağlı sübut tələb edib. İranın, onun əyalət mollasının dediklərini iftira adlandırıb.

“Günay Bank”ın 7 saylı filialının müdir müavini Rauf Hüseynov 2018-2021-ci illər ərzində yaxın qohum və tanışlarının adına 585 şirkət təsis etməklə həmin şirkətlərin müvafiq dövlət orqanlarında qeydiyyata alınmasına nail olub. Bununla da o, 54 milyon manatlıq vəsaitin mənimsənilməsində ittiham olunur.

"London Azərbaycandır!" Beynəlxalq araşdırmaçı jurnalistlər şəbəkəsinin faktlarla açıqladığı ofşor şirkətlərə dair "Pandora Sənədləri"nə əsasən, İlham Əliyev və ailəsi son illərdə Britaniyada təxminən 700 milyon dollar dəyərində 17 bahalı daşınmaz əmlak əldə edib. Əliyevin oğlu Heydərin hələ 11 yaşı olanda Londonun Meyfer səmtində, 44.7 milyon dollarlıq dörd binaya sahibləndiyi qeyd olunub. Əliyev administrasiyası, ailə üzvləri iddiaları cavablandırmayıblar.

Saakaşvili Gürcüstan polisi tərəfindən Tbilisidə saxlanılıb. O, hakimiyyətdən sui-istifadə, büdcə vəsaitlərinin talanında günahlandırılır. Onu 7 ilə qədər həbs cəzası gözləyir. Ukrayna buna görə Gürcüstana nota verib. Gürcüstan səfiri isə Ukrayna XİN-ə çağrılıb. Sabah Gürcüstanda Bələdiyyə seçkiləri keçiriləcək.

Bakıda milliyətçi gənclər İran səfirliyinin binasının önünə İran bayraqları rəngində 3 ədəd aftafa qoyublar.
Bakıda milliyətçi gənclər İran səfirliyinin binasının önünə İran bayraqları rəngində 3 ədəd aftafa qoyublar.

Bu yaxınlarda ev dustaqlığına buraxılan Yevlaxın sabiq icrabaşı Qoca Səmədov bu gün yenidən 7 il müddətinə həbs cəzası verilərək həbsxanaya qaytarılıb.

Azərbaycanda bir qadın polis olan ərinin zorakılığı ucbatından öz təhlükəsizliyi üçün polis bölməsinə şikayətə gəlir, polisə sığınır. Elə həmin bölmədəcə başqa bir polis nəfəri bu barədə ərinə xəbər verir, o da gəlib xidməti silahı ilə qadını güllələyib öldürür.

Azərbaycanda çoxuşaqlı ana və atalara sosial müavinətin verilməsi qaydası dəyişib. Belə ki, əvvəllər əgər 3 uşağı olan valideynlər uşağı tək böyütdüyü üçün sosial müavinət alırdısa, indi bu rəqəm 5-dən başlayacaq. Siyasi fəallar "uşaqpulu" istədikcə, hakimiyyət daha da qanunları sərtləşdirir.