ch
Feedback
Hebib Müntezir

Hebib Müntezir

前往频道在 Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

显示更多
阿塞拜疆410未指定类别

📈 Telegram 频道 Hebib Müntezir 的分析概览

频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。

根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”

凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi planlaşdırılır. Bu, İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb. Bundan əlavə işğaldan azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri tikiləcək. Bu arada işğal olunmayan ərazilərdə həmin komplekslər işlək vəziyyətdədirmi?

Azərbaycan Milli Məclisi Fransa Senatının Azərbaycan əleyhinə olan qətnaməsi ilə bağlı Bəyanat qəbul edib. Bəyanata görə Azərbaycanda Fransa rəsmilərinə aid hər hansı aktivləri, mülk və.s aşkar edilərsə dondurulsun və Fransa şirkətlərinin enerji sektorunda əməkdaşlığına yenidən baxılsın.

Paşinyan bugünkü açıqlamasında gələn il Ermənistanın dövlət büdcəsində müdafiə sektorunun xərclərində, 2018-ci illə müqayisədə 113% artım olacağını bildirib. Həmçinin hərbçilərin maaşlarının minimum 2 yaxud 3 dəfə artırılacağının anonsunu verib. Bildirib ki, peşəkar orduya keçidi belə həyata keçirəcəyik. Hərbi peşəni seçən və hərbi təhsil müəssisəsini bitirdikdən sonra gənclərin mənzillə təmin olunacaqlarını da vurğulayıb.

Dünya Bankının son hesabatına görə Cənubi Qafqazda qiymətlərin ən çox bahalaşdığı ölkə Azərbaycandır. Belə ki, Ermənistanda 13,7%, Gürcüstanda 17,6%, Azərbaycanda isə qiymətlər 22,5% bahalaşıb. Bəs bahalaşma sizin gündəlik həyatınıza necə təsir göstərib?

4 gün sonra Qətərdə futbol üzrə dünya çempionatı başlayacaq. Artıq 2 milyon biletin satıldığı deyilir. Amma iddiaya görə azarkeşlərin çoxu gəlmədiyi üçün Qətər hökuməti gündəlik 10 dollar, pulsuz yemək və qalmaq müqabilində Pakistandan onminlərlə "saxta" azarkeş gətizdirib.

Bakının Səbail rayonunda İlkin adlı 15 yaşlı uşaq, Dilbər adlı 25 yaşlı sevgilisi olduğu iddia etdiyi qadını qısqanclıq zəminində bıçaqlayıb. İlkin deyir ki, Dilbər Whatsappda tez-tez onlayn olsa da, ona gec-gec cavab yazırmış. 3 uşaq anası olan Dilbər isə iddia edir ki, İlkin qonşusu olub, ona sevdiyini deyirdi, bu da zarafat kimi qəbul edib ki, uşaqdır. Əslində isə ərli olub, bıçaqlanma hadisəsindən sonra əri boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda İlkinə cinayət işi açılıb, məhkəməsi gedir.

ABŞ prezidenti Bayden Polşadakı partlayışa Ukraynanın Hava Hücumundan Müdafiə raketinin səbəb olduğunu söyləyib. Ərdoğan da bu məsələdə Rusiyaya inandığını açıqlayıb. Polşa isə ölkə ərazisinə raketlərin düşməyinə görə Rusiyanı günahlandırıb, buna görə də Polşa XİN Rusiya səfirini çağıraraq nota verib.

Polşadakı məlum insidentə görə NATO səfirlərinin təcili iclası keçiriləcək, Alyansın nizamnaməsinin 4-cü maddəsi aktivləşdirilir. Bu maddə NATO üzvü olan ölkələrdən biri, öz ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhdid altında olduğunu hesab edərsə, tərəflərin məsləhətləşmələr aparmasını nəzərdə tutur.

Zelenski bildirib ki, Ukrayna Polşanı dəstəkləyir. Baş verən hadisənin eskalasiya (hərbi qarşıdurma) olduğunu və "hərəkətə keçmək" zamanı çatdığını bildirib. Ağ Ev isə rəsmi açıqlama yayaraq Polşanın yanında olduğunu, uyğun addımların atılacağını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi Polşaya 2 rus raketinin düşməsi ilə bağlı xəbərləri təkzib edərək, təxribat adlandırıb. Bildirilib ki, Rusiya tərəfi Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirməyib.

Polşa NATO-ya müraciət etməyə hazırlaşır. Bu arada Macarıstan da Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Bu gün Ukraynanın 18 vilayətinə, təxminən 90-a yaxın roket zərbəsi endirilib. Roketlərin 70-ə yaxını HHM tərəfindən zərərsizləşdirilib. Raket hücumları nəticəsində ölkənin enerji sistemi sıradan çıxıb. Müharibə başlayandan Rusiyanın ən ağır roket hücum əməliyyatlarından sayılır. Roketlərdən biri Polşa sərhəddinə düşüb, bir traktor partlayıb, 2 nəfər ölüb. Təcili olaraq Polşa Təhlükəsizlik Şurası iclas çağırıb.

Fransa senatının aşağı palatası Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib, əks təqdirdə bunlar tələb olunur: • Azərbaycan Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməlidir. • Bütün erməni hərbi əsirlər qaytarılmalıdır. • Erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görülməlidir. • Fransa hökuməti "Dağlıq Qarabağ"da humanitar büro açmalıdır. • "Artsax"ın müstəqilliyi tanınmalıdır. • Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələr yerləşdirilməlidir. Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir. Qeyd edim ki, qətnamə məsləhət xarakterlidir və Fransa hökuməti üçün hələlik hüquqi qüvvəyə malik deyil.

ABŞ dəniz donanması bu gün İrandan Yəməndəki Huti qiyamçılarına partlayıcı materialların daşındığı iddia olunan gəmini batırıb. Bu kimyəvi materiallar raket və mərmilərin yanacağının hazırlanması üçün əsas komponentlərdir. Yəməndə müharibə 2014-cü ildə İran tərəfindən dəstəklənən şiə hutilərin paytaxt Sanada qiyam etməsi ilə başlayıb. Səudiyyə Ərəbistanın başçılığı ilə koalisiya hökumətə kömək etmək üçün Yəmənə hərbi müdaxilə edib. O zamandan bəri yüzminlərlə insan öldürülüb, ölkə aclığa düçar olub.

Az öncə Rusiya Ordusu paytaxt Kiyevdə yaşayış binaları daxil olmaqla, Ukraynanın digər şəhərlərini Lvov, Xarkov, Jitomir və Vinitsanı da raket hücumuna məruz qoyub. Şəhərlərdə elektrik kəsilib. Ölənlərin və yaralıların olduğu bildirilir. İtkilər barədə hələlik rəsmi məlumat yoxdur.

6 ildir Özbəkistanın prezidenti olan Şavkat Mirziyayev öz qızı Səidə Mirziyayevanı Prezident Administrasiyasının İcra Aparatının rabitə və informasiya siyasəti sektorunun müdiri təyin edib. Səidənin əri də atasının, yəni Prezident Administrasiyası rəhbərinin birinci müavinidir. Digər kürəkəni isə Prezidentin təhlükəsizlik xidmətinin rəhbəridir. Kiçik qızı Şaxnoz isə Təhsil Nazirliyində Baş İdarə rəisidir.

BMT Baş Assambleyası Rusiya ilə bağlı qətnamə qəbul edib. Qətnaməyə görə Rusiya müharibəyə görə Ukraynaya təzminat ödəməlidir. Azərbaycan növbəti dəfə səsvermədə iştirak etməyib.

PKK rəsmi olaraq İstanbuldakı terror aktını öz üzərinə götürməyərək, təkzib etdi.

Ötən həftə Qarabağ qazisi, Salyanın Qaraçala kənd sakini Süleyman Dadaşov Əlillərin Bərpa Mərkəzinin qarşısında boğazını iki dəfə kəsərək intihara cəhd edib. O, buna səbəb kimi əlilliyinin verilməməsini göstərib.

Türkiyə Daxili işlər naziri Süleyman Soylu deyib ki, ABŞ-ın başsağlığı “təpəsinə dəysin”.