Hebib Müntezir
前往频道在 Telegram
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
显示更多阿塞拜疆410未指定类别
📈 Telegram 频道 Hebib Müntezir 的分析概览
频道 Hebib Müntezir (@hebmun) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 16 874 名订阅者,在 其他 类别中位列第 ,并在 阿塞拜疆 地区排名第 410 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 16 874 名订阅者。
根据 02 十二月, 2024 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.”
凭借高频更新(最新数据采集于 03 十二月, 2024),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
16 874
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
16 874
O gün xəbər çıxdı ki, Naxçıvan xanı Vasif Talıbov YAP-ın 30 illik yubiley tədbiri üçün Bakıya gəlib, içəri buraxmayıblar. İndi də məlumat var ki, DTX Vasifin bacısının əri Səbuhi Novruzovun sədr müavini olduğu Gömrük Komitəsində əməliyyat aparır, saxlananların olduğu deyilir. Gömrük Komitəsinin sədri isə AMEA-nın yeni prezidenti İsa Həbibbəylinin oğlu Səhət Həbibbəylidir.
16 874
Valideynlərdən pul tələb etməsilə bağlı səs yazısı yayılan 45 nömrəli məktəbin direktoru Axundova Nəcibə Novruz qızına şiddətli töhmət verərək 34 nömrəli məktəbə direktor təyin ediblər.
16 874
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə 3 il 6 ay həbs cəzası verildi. O, kamera yoldaşını vurub xəsarət yetirməkdə ittiham olunurdu. Partiya sədri isə ona şər atıldığını və həbsin siyasi sifariş olduğunu bildirir.
16 874
3 gün öncə, Azərbaycan hərbçisi Beyləqanın Yeni Mil qəsəbə sakini, 1990-cı il təvəllüd MAXE Fərhad Yusif oğlu Savalanovun hərbi hissələrin birində əsgər yoldaşı tərəfindən öldürüldüyü bildirilir. O, ikinci Qarabağ müharibəsi iştirakçısı kimi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdi. Hadisə ilə əlaqədar rəsmi məlumat yayılmayıb.
16 874
Berlində yaşayan siyasi tənqidçi bloger Orxan Ağayevin evinin önündə bıçaqlı şəxslər tərəfindən hücuma məruz qaldığı bildirilir. O, başından yaralanıb, hazırda xəstəxanadadır. Bloger bu hücumun onun çıxışlarına görə olduğunu və bunda Azərbaycan hakimiyyətini ittiham edir.
16 874
Bu gün özünü müxalifət partiyası adlandıran təşkilatların rəhbərləri İlham Əliyevin sədri olduğu YAP-ın 30 illik yubiley tədbirində iştirak etmək üçün qatılıblar. İlham Əliyevin məhkəmələri siyasi fəaliyyətlərinə görə Haqq və Ədalət Partiyasının sədri Əli İnsanova 14 il həbs, REAL Partiyasının sədri İlqar Məmmədova 6 il həbs, Ağ Partiyanın sədri Tural Abbaslıya 2 il 6 ay həbs, Ümid Partiyasının sədri İqbal Ağazadəyə isə 17 ay həbs cəzası kəsmişdi.
16 874
İran rəsmisi: “Azərbaycan xalqı bizim gözümüzün işığıdır. Son həftələr kimlərsə cəhalətdən, kimlərsə qərəzdən İranın Azərbaycanla müharibə etmək istədiyi barədə şayiələr yayır. Bu, İrana qarşı çirkin böhtandır. İran istər Qafqazda, istərsə də başqa yerdə qonşuları da daxil olmaqla, heç bir ölkəyə hücum etmək fikrində deyil. Azərbaycan hansısa dövlətin hücumuna məruz qalacağı təqdirdə İran Azərbaycanı dəstəkləyəcək".
Azərbaycan rəsmisi: "Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İranın bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Azərbaycan Respublikası bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb".
16 874
BMT Baş Assambleyası İran hökumətinin insan haqları pozuntularını pisləyən qətnamə qəbul edib. Ermənistan, Rusiya qətnamənin əleyhinə çıxıb. Türkiyə və Gürcüstan səsvermədə ümumiyyətlə iştirak etməyib. Azərbaycan isə səsvermədə bitərəf mövqe nümayiş etdirib. Bütün gün Təbrizin hava proqnozundan danışmaqla deyil ki.
16 874
Sabahdan bir aylıq futbol karnavalı başlayır. 1994-cü ildən azarkeşi olduğum ölkə Braziliyadır. Bu çempionatda da Braziliya millisi güclüdür, gənclərdən ibarət maraqlı komandaları var. Favoritlərim: Braziliya, Argentina və Fransadır. Siz də öz təxminlərinizi və azarkeşi olduğunuz klubu yaza bilərsiz.
16 874
Əziz Azərbaycan xalqı, diqqətlə oxuyun, maksimum paylaşın:
Yenidənqurma, təmir, tikinti adıyla işğaldan azad olunan ərazilərə dövlət büdcəsindən milyardlarla vəsait ayrılır. Bunun sayəsində iri miqyaslı meqa layihələr həyata keçirilir. Geniş obyektlər, magistral yollar, körpülər tikilir, kəndlər, şəhərlər salınır. Ayrılan vəsaitdən oğurlayırlar, korrupsiya ilə məşğuldurlar.
Korrupsiya — dövlətin hər hansısa qurumunda çalışan şəxsə etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halıdır. Əgər prosesdə tanışlıq, qohumluq, maraqların toqquşması varsa bu korrupsiya sayılır.
Sistem belədir, irimiqyaslı tender layihələri həyata keçirilir, bu tenderləri özlərinə yaxın adamlar, qohumlar qazanırlar. Bunun da sayəsində çox rahatlıqla maliyyə maxinasiyaları ilə məşğul ola bilirlər. Külli miqdarda maliyyə vergi fırıldaqları ilə pulları mənimsəyirlər.
Milyonlarla vəsaiti “Əmtəəsiz əməliyyatlar” aparmaqla “nağdlaşdırma” əməliyyatlarını həyata keçirib, dövlət büdcəsinə ödənilməli vergilərdən yayınırlar. Bu əməliyyat beynəlxalq aləmdə "pulyuma" adlanır.
Bundan əlavə nəzərdə tutulan vəsait sənəddə çox göstərilsə də alınan materialların, malların keyfiyyəti aşağı olur. Keyfiyyətdən qırpırlar, fəhlənin pulun kəsirlər, bəzi ərazilərdə əsgərlərin əməyini istismar edirlər, onları pulsuz işlərə cəlb edirlər. Ayrılan vəsaiti də yeyirlər.
O ərazilərdə milyardlıq layihələr icra olunur, amma rəsmi statistikaya nəzər salanda yeni açılan iş yerlərinin sayı əvvəlki illərdən çox-çox aşağıdır. Sual olunur, niyə, bu necə olur?
"Əcəb edirlər, yaxşı edirlər, bomba edirlər" deməklə bu qanunsuzluqlara haqq qazandıranlar var. Dövlət büdcəsindən ayrılan hər bir qəpik bahalaşmaya, maaşların, pensiyaların azlığına, sizin cibinizə, sağlamlığınıza təsir edir, övladınızın boğazından kəsilən pullardır. Bu pullar sayəsində yuxarıdakılar daha çox varlanır, daha çox rahat həyat yaşayır. Siz isə dilənçi günündə, "sabaha necə sağ çıxa bilərəm?" qayğısı ilə keçinib, sürünürsünüz.
10 minlərlə əsgər döyüşdü, 3 mindən artıq şəhid verildi ki, bunlar həmin ərazilərdə oğurluqla məşğul olsunlar? Bütün yuxarıda sadaladıqlarımı mütəmadi araşdırdığım zaman dəhşətə gəlirəm. Hər birinin sənədlərlə, faktlarla, sübutlarla, şahidlərin dilindən təsdiqi var. Zamanla böyük araşdırmalarla sizi tanış edəcəyəm.
16 874
Dünən İlham Əliyev Qarabağdakı ermənilərlə birbaşa danışıqlar aparmaq istədiklərini, bu prosesin artıq başladığını bildirmişdi. Bu gün qondarma rejimin xarici işlər naziri David Babayan birbaşa danışıq təklifi ilə razı olmadıqlarını, ancaq beynəlxalq formatda, vasitəçilərin iştirakı ilə mümkünlüyünü dilə gətirib.
16 874
Şəki sakini Məmməd Məmmədov yazır: "1988-ci ilin noyabr ayında Şəkidə indiki Cümə məscidinin yerində fəaliyyət göstərmiş Uşaq-Gənclər İdman Məktəbinin yerləşdiyi bina yanaraq yararsız hala düşüb. Həmin vaxtdan idman məktəbi 19 saylı orta məktəbin şəraitsiz idman zalında fəaliyyət göstərir. Şəkidə fəaliyyət göstərmiş "Məhsul" idman cəmiyyətinin zalı sökülərək, yerində hotel tikilib. Şəkidə Fizuli parkının həyətində fəaliyyət göstərmiş Əl Oyunları Stadionu "Billur Saray" şadlıq evinin avtomobil dayanacağı kimi fəaliyyət göstərir. Şəki Uşaq Şahmat Məktəbi binasının isə qəzalı vəziyyətdə olduğu deyilir. Amma əsas olan odur ki, Şəkidə İdman Bayramı keçirilir".
16 874
Azərbaycan hərbçisi mayor Paşayev Elşad Şirağa oğlunun yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat etdiyi deyilir. Digər hərbçi Hümmətyarov Ruslan Şükür oğlunun isə meningitdən müalicə aldığı Baş Klinik Hospitalında həkimlərin səyinə baxmayaraq vəfat etdiyi bildirilir. Hər iki məlumat da rəsmi təsdiqlənib.
16 874
Azərbaycan MN məlumat yayaraq bildirir ki, Rusiya sülhməramlının müvəqqəti yerləşdiyi Ağdam və Xocalı ərazilərində qeyri-qanuni erməni silahlı birləşmələri döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra edirlər. Azərbaycan Ordusu bunun qarşısını alınmaq üçün zəruri tədbirlər görüb.
16 874
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə atəşkəsin pozulduğu və bir erməni əsgərin yaralandığı barədə məlumat yayıb.
16 874
Bir çox banklarda yüksək vəzifələrdə işləmiş, eks millət vəkili Nurəddin Əhədovun oğlu, əvvəl Mehriban Əliyevanın köməkçisi olan Xalid Nurəddin oğlu Əhədov İlham Əliyevin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. Atası bir zamanlar Müsavat Partiyası Divanının üzvü olub, rayon təşkilatı sədri olub. Hazırda da Müsavatın üzvüdür. Nurəddin Əhədov Ali dərəcəli Həkimdir, “YAŞAM” Tibb Mərkəzinin kardioloqudur.
16 874
İlham Əliyev: "Onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Əgər onlar Qarabağda ermənilərin hüquq və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib".
Replika: Mənim fikrimcə həm Paşinyanın, həm də Əliyevin son açıqlamaları onu deməyə əsas verir ki, sülh sazişinin imzalanması mümkünsüzləşir, ehtimallar azalır. Ermənistan ciddi şəkildə silahlanır, müdafiə xərclərini artırır, Azərbaycan da həmçinin. Bu gedişlə bölgədə sabitlik olacağı real görünmür.
16 874
Azərbaycanda kənd yumurtasının qiyməti artıb. Bakının bəzi marketlərində yumurtanın qiyməti 40 qəpik olub. Bir neçə mağazalarda ağ yumurtanın qiymətinin 13-16 qəpik, kənd yumurtasının isə 33-40 qəpik arası olduğu müşahidə olunur. Bəs siz yumurtanı neçəyə alırsınız?
16 874
Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Silahlı Qüvvələrində xarici vətəndaşların xidmət keçməsi qaydası haqqında fərman imzalayıb. Müvafiq fərmana əsasən, xarici vətəndaşlığı olan Rusiya vətəndaşları da Rusiya Silahlı Qüvvələrində hərbi xidmətə çağırılacaqlar. İndiyədək ancaq Rusiya vətəndaşı olan şəxslər bu ölkədə hərbi xidmətə çağırılırdı. Bu Rusiyada yaşayan ikilivətandaşlığı olan azərbaycanlıları da təhlükəyə atır.
