ar
Feedback
Hebib Müntezir

Hebib Müntezir

الذهاب إلى القناة على Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

إظهار المزيد
أذربيجان410الفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام Hebib Müntezir

تُعد قناة Hebib Müntezir (@hebmun) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 16 874 مشتركاً، محتلاً المرتبة في فئة اخرى والمرتبة 410 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 16 874 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 02 ديسمبر, 2024، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 ديسمبر, 2024) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

16 874
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
Nizami rayonu, 24-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevin qardaşı Samir Qarayev idmançı dostu ilə birgə sahibkarlardan birinin ofisinə daxil olaraq mübahisə edib, dəmir çayniklə sahibkara xəsarət yetirərək onu xəstəxanalıq ediblər. Nərimanov Rayon Məhkəməsi Samir Qarayev barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

Bu gün Bakıda çəkilən foto. Bu arada Türkiyəyə yardım göndərmək istəyənlər yardımları Əl Oyunları Sarayına apara bilərlər. Ya
Bu gün Bakıda çəkilən foto. Bu arada Türkiyəyə yardım göndərmək istəyənlər yardımları Əl Oyunları Sarayına apara bilərlər. Yardım üçün təzə isti geyimlər, yorğan-yastıq, təmiz uşaq geyimləri və qidalar gətirilməsi rica olunur.

SOCAR Türkiyə zəlzələ bölgələrindəki özünə aid olan yanacaqdoldurma stansiyalarından təcili yardım, yanğınsöndürən, AFAD və digər xilasedici texnikanın benzin və dizellə pulsuz təmin ediləcəyi barədə məlumat yayıb.

Paşinyan Ərdoğana zəng edərək başsağlığı verib. O, erməni xilasedicilərin və yardımların Türkiyəyə yola düşdüyünü bildirib.

İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Azərbaycanda içki və siqaret bahalaşacaq. Belə ki, alkoqollu içki və tütün məmulatlarının aksiz dərəcəsi artırılacaq.

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı - 1980-ci il təvəllüdlü, Suraxanı sakini Nailə Aydın qızı Bünyatovanın həlak olduğu deyilir. Bunu Türkiyədəki Azərbaycan səfirliyi bildirib.

Türkiyədə zəlzələdən zərərçəkənlərin əsasən, qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var. Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır. Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır. Türkiyənin Azərbaycandakı səfirliyi də məlumatlıdır, TIR-ların yerinə çatdırılmasına dəstək olacaqlarını bildiriblər.

Ərdoğan zəlzələ ilə əlaqədar son statistikanı açıqlayıb: - Ölüm sayı 3549 - Yaralı sayı 22168 - Qurtulanların sayı 8000 nəfərdən çox - 13 milyondan çox insan zərər görüb - 70-dən çox ölkə Türkiyəyə yardım təklif edib - Qətərdan 10 min konteyner yardım gələcək - 10 bölgədə 3 aylıq fövqəladə vəziyyət elan edildi

Türkiyədəki zəlzələdən son statistika: - Ölənlərin sayı 3432 nəfər, - Yaralıların sayı 21103 nəfər, - Dağılan bina sayı 5775, - Qurtarılan insan sayı 8 mindən çox, - Dağıntılar altında 194 min insanın olduğu deyilir.

Türkiyənin bu xaotik matəm dövründə ən azından oradakı azərbaycanlı tələbələr üçün quru yollarını açmaq lazımdır, şərtdir. Nigaran qalan ailələri, istər-istəməz panika yaşayan tələbələri bir neçə yüz manatlıq təyyarə biletlərinə məcbur və möhtac etmək, etik deyil. Ümumiyyyətlə quru sərhədlərinin qapalı qalması qeyri-qanuni qərardır, ləğv edilməlidir.

Malatyadakı zəlzələ nəticəsində dörd azərbaycanlı tələbənin dağıntılar altında qaldığı bildirilirdi. Bunlar Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir. Xilasedicilər tələbələri səsləyiblər, onlar da adlarını sayaraq salamat olduqlarını bildiriblər. Xilasetmə işləri davam edir.

Zəlzələ nəticəsində Kahramanmarşda yaşayan azərbaycanlılardan itkin düşmüş Günel Qayıbova axtarışlar nəticəsində tapılıb, hazırda vəziyyəti normaldır. Ondan 6 km uzaqlıqdakı bacısı Nərgiz Qayıbova və övladlarının axtarışı davam etdirilir.

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə, yaralı sayı 7634 nəfərə, dağılan bina sayı isə 2834-ə çatdı.

Malatyadakı zəlzələ nəticəsində dörd azərbaycanlı tələbənin dağıntılar altında qaldığı deyilir. Bunlar Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir. Qeyd olunur ki, onlar İnönü Universitetində oxuyan tələbələrdir. Kahramanmarşdakı tələbələr Nərgiz və Günel Qayıbova bacılarından isə məlumat yoxdur.

İndicə Türkiyənin bir neçə şəhərində yenidən zəlzələ hiss edilib. Bəzi şəhərlərdə yeni dağıntıların olduğu bildirilir. Son nəticələrə görə: ölü sayı 1000 nəfərdən çox, yaralı 5000-dən çox.

Ərdoğan 7,7 ballıq zəlzələ ilə əlaqədar son məlumatları paylaşıb: 🔴 912 nəfər hayatını itirib. 🔴 5385 nəfər yaralanıb. 🔴 2470 nəfər xilas olunub. 🔴 2818 bina dağılıb.

Türkiyə və Suriyada gecə 7.4 bal gücündə baş verən zəlzələ nəticəsində artıq hər ki ölkədə də ayrı-ayrı 400 nəfərdən çox şəxs ölüb, 500 nəfərdən də çox yaralı var. Yüzlərlə insan isə dağıntılar altında qalıb. Bir çox ölkələr həmçinin Ermənistan yardım üçün hazır olduqlarını bildiriblər, bir çox ölkədən həmçinin Azərbaycandan artıq yardımlar yola çıxıb. Bu arada hollandiyalı geoloq 2 gün əvvəl Türkiyə və Suriyada güclü zəlzələ olacağını proqnozlaşdırıb və gücünü də dəqiq təyin etmişdi.

Fotoqraf-jurnalist Vəli Şükürov 27 saylı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Səbəbi hələ ki, bilinmir. DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, siyasi motivli saxlanma deyil, mətbuata ətraflı məlumat veriləcək. İddia olunur ki, o, məmurların maşın nömrələrini mediaya sızdırıb. Jurnalistin məlumat əldə etmək, yaymaq hüququ var, istənilən müdaxilə söz və mətbuat azadlığına basqıdır. #icazəlimediaistəmirik

Azərbaycanda şadlıq saraylarında menyu qiymətləri bahalaşıb. Belə ki, 40 manatadək olan menyular 30%, 40-80 manatlıq menyular 20%, 100 manatdan yuxarı menyular isə 17% bahalaşıb. Qiymətlərin daha da artmaması üçün restoranlar çəkiliş və musiqi heyətini bəzən menyudan çıxarırlar.

Bakının Nizami rayonu, 24-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Seymur Qarayevin qardaşı Samir Qarayev saxlanılıb. O, Nərimanov rayonu ərazisində yerləşən obyektlərdən birinə basqın edərək, obyekt sahibi Musa Allahverdiyevi ağır şəkildə döyməkdə ittiham olunur. Sahibkar xəstəxanaya yerləşdirilib.