SALEH▪️NASIROV
前往频道在 Telegram
📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览
频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 34 931 名订阅者,在 新闻与媒体 类别中位列第 7 215,并在 阿塞拜疆 地区排名第 84 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 34 931 名订阅者。
根据 06 七月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 3 448,过去 24 小时变化为 5,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 26.50%。内容发布后 24 小时内通常能获得 11.67% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 9 246 次浏览,首日通常累积 4 072 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 42。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”
凭借高频更新(最新数据采集于 07 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
34 931
订阅者
+524 小时
-297 天
+3 44830 天
帖子存档
34 939
Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi nəhayət ki, açıqlandı.
Yeni qanun layihəsində müstəqil jurnalistlərin və ekspertlərin də gözlədiyi kimi qadağalar və yeni tələblər müəyyən edilib. Onların bəziləri;
▪ Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;
▪ Azərbaycanın dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;
▪ Dövlət dili normalarına riayət edilməlidir;
▪ İrqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;
▪ Terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;
▪ Əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;
▪ Şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;
▪ Şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;
▪ Böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;
▪ Sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;
▪ Faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;
▪ Parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;
▪ Pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
▪ Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
▪ “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;
▪ “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın yayımlanmasına yol verilməməlidir.
Layihədə yer alan qanunlardan biri media orqanları və jurnalistin hansı məlumatları yayması ilə bağlı qaydadır.
Hansı məlumatlar yayıla bilməz:
▪ Şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına;
▪ Məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına;
▪ Təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına;
▪ Azərbaycanın Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına;
▪ Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına;
▪ “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına;
▪ İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına.
▪ Redaktor, jurnalist istintaqı aparılan yaxud məhkəmə icraatında olan işlə əlaqədar Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz.
34 939
Hamı soruşur instagram.com/saleh.nasirov səhifəsində yeni paylaşımlar niyə görsənmir?
CAVABI👆VİDEODA
34 939
DİQQƏT! GIVEAWAY MAŞEYNİKLƏRİ!!!
Deməli, maşeyniklər tanınmış giveaway yarış keçirənlərin adından “QAZANDIZ, YARIŞ NƏTİCƏLƏRİ” adlı saxta səhifələr açaraq və yarışlara qoşulan şəxslərin direktlərinə “TƏBRİKLƏR Siz iPhone 13 QAZANDIZ” mesajını yazaraq, 42 manat gömrük rüsümünü tələb edirlər və sadəlöv insanlar, uşaqlar bunların qurbanlarına çevrilirlər!
Ən dəhşətlisi isə yarışı keçirənlər bu maşeyniklər haqqında məlumatlıdırlar, lakin auditoriyalarını XƏBƏRDAR etmitlər 🤷🏻♂️😔🤦🏻♂️
Əslində onlar ilk həyacan təbili çalanlardan olmalı və cəmiyyətə səslənməlidirlər; Heç bir hədiyyə üçün kiməsə/harasa pul ödəmək/köçürmək lazım deyil və hədiyyələri şəxsən yarışı aparan şəxs təqdim edir.
İnsanlar aldanmasın!
34 939
Bu murdarı tanıyan varsa mənə yazsın 🙏
instagram.com/reel/CXQZoh2A69Z
Xəstə Xəstəliyi yayır, Pandemiya dövründə 🤦🏻♂️
34 939
OXU və PAYLAŞ 🏢 EVSİZLİK və BOŞANMALAR
https://www.instagram.com/saleh.nasirov/reel/CXFCa-hKJNN
SUAL: Gəlin qaynanaya uyğunlaşmalıdır, yoxsa qaynana gəlinə?
CAVAB: HEÇ BİRİ!
QAYNANA vs GƏLİN - ƏBƏDİ PROBLEM!
Sirr deyil ki, əksər hallarda, istisnaları çıxmaq şərtilə, qaynanalar gəlinlərlə yola getmirlər!
Nəticədə dava-qırğın, söz-söhbət və boşanma, bəzi hallarda qocalar evi və ya daha dəhşətlisi - ölüm.
Bu halların qarşısını almağın və yeganə çıxış yolunu mən gənc ailələrin, cütlüklərin ayrı yaşamasında görürəm!
Bir evdə iki "xozayka" birmənalı ola bilməz!
Odur ki, oğlanlar xanımınızı ata/ana evinə gətirməyin!
Xanımlar, ayrıca evi olmayan oğlana ərə getməyin!
İpoteka götürün, kirayə qalın, nə edirsinizsə edin valideyinlərinizlə bir evdə yaşamayın!
Cütlüklər arasında min söz-söhbət, mübahisə, gərginlik ola bilər və bu normaldır!
Niyə valideynlər və ya üçüncü şəxslər bunların şahidi olmalıdılar, müdaxilə etməlidirlər?
Hələ, evdə rahat gəzib, uzanıb, hamama gedib və sekslə məşğul olmaqdan danışmıram!
İmkan verməyin kimsə şəxsi həyatınıza müdaxilə etsin!
Onsuzda cütlüklər sonda dil tapıb, barışacaqlar!
EVSİZLİK
Boşanmaların səbəblərindən biri də EVSİZLİKDİR!
Ölkədə gənc ailələr üçün güzəştli, sərfəli şərtlərlə, aşağı faizlə (illik 2%) uzun müddətli və əlçatan İPOTEKA kredit sistemi (mortgage loans) tədbiq olunsa, boşanmaların və sosial gərginliyin sayı da azalacaq!
Ən asası isə, boşanmalar nəticəsində ortada qalan uşaqlar ana və ata sevgisindən, qayğısından məhrum olmayacaqlar, bəzi hallarda işgəncə və zorakılıqlara məruz qalmayacaqlar 👦🏻👧🏻
P.S. Məlumat üçün bildirim ki, Azərbaycanda hər ay minlərlə ailə dağılır və dövləti bu sosial problemlər narahat etməyə bilməz!
Sonda hər bir sosial problem Bumeranq effekti verərək cəmiyyətin, ölkənin başında sosial partlayışla nəticələnir!
Hörmətlə,
@NasirovSaleh
34 939
NÖVBƏTİ QADIN ZORAKILIĞI 🤦🏻♂️
Azərbaycanda neçə-neçə qadın müxtəlif formalarda şiddətə məruz qalırlar. Zərif cinsin çox sayda nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər.
Ən dəhşətlisi isə həmcinslərimizin xüsusi amansızlıqla qətlə yetirilməsidir. Övladlarının gözü qarşısında onları psixoloji, fiziki,cinsi zorakılığa məruz qoyaraq bıçaqlanır, qətl edilir.
Eləcə də, təcavüz görən qadınlar bağlı qorxunc, üzücü xəbərlər aldıq. Onlardan biridə elə bu qadındır.Ailəsində baş verən hadisəni qeyd eləmək olar.
Belə ki, narkotik maddələrin istifadəçisi olan yoldaşı fiziki, psixoloji zorakılığa məruz qoyduğu üçün DİN-nin əməkdaşları tərəfindən sığınacağa yönəldilmiş və cinayət məsuliyyətinə cəlb olunması barədə iş başlanmışdır.
34 939
Mənə də maraqlıdır, necə olur bu manyakın tel, ünvan, Ş.V. və şəkillərini @naxcivan.mr.din @polisazerbaycan @prokurorluq @azerbaijandtx təqdim etmişəm, lakin o hələ də azadlıqdadır və mənəvi terroru davam edir? 😳🤷🏻♂️😔
https://www.instagram.com/reel/CW5iHboAqfm/?utm_medium=copy_link
34 939
Hüquq mühafizə orqanlarının nəzərinə.
Birdə ki, bu oğlan hansı taksi şirkətində çalışır? Maşının nömrəsi nədir? Özünün və maşının sənədləri, xanımın şikayət ərizəsi və sair…
34 939
İzləyicim yazır👇
Bax bu manyaki polisler qoymamalidirlar axi ictimai neqliyyat vasitelerine
Men bugun qizimla ve yanimdaki xanimla wok kecirdim
Goresen bunun qohumlari Sizi izleyirler? Qoy baxib onu danlayib, cirpib, bawa salsinlar!! Bele manyakin, pati cekenin insanlarin arasinda yeri olmamalidir!!!
Defelerle gormuwem polislerin bawi qiziwir sohbete hec kime fikir vermirler. Bunun sifetinden artiq bilinir ki, bu normal insan deyil. Polislerin reaksiyasi, smikalkasi hani bessss??
34 939
“Zəfər günü” münasibətilə İlk əhf olunanlar
17 saylı cəzaçəkmə müəssəsindən isti-isti
Azsonra xəbərlərdə də çıxacaq 😉
Ümumi 16 min nəfər azadlığa çıxacaq! 🔥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
