SALEH▪️NASIROV
前往频道在 Telegram
📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览
频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 34 943 名订阅者,在 新闻与媒体 类别中位列第 7 296,并在 阿塞拜疆 地区排名第 68 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 34 943 名订阅者。
根据 04 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -424,过去 24 小时变化为 -27,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 21.34%。内容发布后 24 小时内通常能获得 8.23% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 7 457 次浏览,首日通常累积 2 876 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 46。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”
凭借高频更新(最新数据采集于 05 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。
34 943
订阅者
-2724 小时
-837 天
-42430 天
帖子存档
34 933
From MASAZIR with QONKA
Yenə də düz və işıqlı yol olsaydı dərdi yarı! Qonkalamaq GECƏ vaxtı, QARANLIQ və PAVOROTLU yolda 🤯🤦🏻♂️ Bu da ACI NƏTİCƏ!
İki gün əvvəl Masazırda ölümlə nəticələnən dəhşətli qəzanın anbaan görüntüsü yayılıb.
Masazır qəsəbəsi ərazisində BMW və "Hyundai" markalı minik avtomobilləri toqquşub. Nəticədə BMW alışıb, qəza sonrası avtomobilin sürücüsü Qurbanəli Əlizadə həlak olub. "Hyundai" markalı avtomobildə olan digər iki şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların hazırda müalicəsi xəstəxanada davam etdirilir.
34 933
👨✈️Kapitan; “Əziz sərnişinlər! 🛬 Təyyarənin təkərləri yerə dəyən kimi yerindən durub, baqajını götürməyənlər - mənim ürəyimsiz! 🫶 Hər kəsə iyi uçuşlar!” ✈️
Əzizlərim! Samalyotdan birinci və axırıncı çıxan da eyni vaxtda aeroporta avtobusla gətirilir onsuz. Ona görə oturun yerinizdə və mədəni şəkildə sıranızı gözləyin. Bir neçə saat dözmüsüz, bir azca da gözləyin bari. Dünyanın sonudur məyər? Nəyə lazımdır bu təlaş, bardak, xaos? 🤷🏻♂️😞
Təmkinli və Hörmətli plz! 🙏
S▪️N
34 933
HƏRBİ MAŞENNİK
İzləyicim: “Salam Saleh bəy. Oğlum əsgərlikdədir, məndə evimizin həyətində maqazində işləyirəm. Bir nəfər gəldi dedi ki, bu evdən uşaq əsgərlikdədir, dedi bəli mənim oğlumdu. Dedi mən oğlumun yanından gəlmişəm sizin uşaqdan da xəbər gətirmişəm. Mən də oğlumla təzə danışmışdım demişdi ki, qızdırmam var bu adamın gəlməyi məni hədsiz sevindirdi ki, oğlumu yaxından görüb. Və dedi ki, oğlumu Gəncədə rabitədə saxlayacam onunla bərabər bir neçə uşaqları saxlamaq istəyirəm rabitədə. Atamın nömrəsini verdim ki, danışsın. Danışdılar elə danışdı ki, atam o adama inandı. Özünü komandir kimi təqdim etdi. Atama dedi ki, uşaq qızdırmalı olduğu üçün onu məzuniyyətə gətirəcəm, süfrə açarsınız gəlib özümdə oturacam süfrənizdə. Həm evə gətirmək üçün, həmdə rabitə də saxlamaq üçün 250 manat pul istədi. Məndə lotoreya oynamışdım, qızımın təhsil haqqını ödəmək üçün, o puldan götürüb verdim. Amma nə yazıq ki, mən oyuna gətirildim. Əgər mümkünsə sizin vasitənizlə tapılsın 0706894669”
34 933
Bakı küləyinə proriv gedən və qalib gəlmək istəyən Çəhrayı Flamingo.
Buzovnadan İncilər 🦩
34 933
From Gəncə with İşgəncə
İzləyicim: “Salam Saleh bey. Gence İcra hakimiyyeti hergün qetliama davam edir. Hal hazirda Gence Kamsamol ərazisinde itleri kütlevi şekilde zeherleyibler. Heyvanlar yagişin altinda can çekişir. Balalar anasinin can vermesini seyr edir. Bu hansi vicdana, insanliğa sigir?”
34 933
MƏHSƏTİ GƏNCƏVİ
Əbülfəs Qarayevin qızının Suada Qaranın “Məhsəti” qısametrajlı bədii filminə Bakı Film Festivalında nümayişinə qadağa qoyuldu! SƏBƏB: Rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir, filmdə görkəmli şairə Məhsəti Gəncəvi gəzəyən əxlaqsız qadın kimi təqdim edilir. Eləcə də obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqlar qeydə alınıb.
Filmin ayrı-ayrı fraqmentlərində mövzunun daxili məzmununa və Məhsəti Gəncəvinin ideya-mənəvi irsinə zidd olan sətiraltı mesajlar, manipulyativ təqdimatlar və kontekstdənkənar mənalandırma cəhdləri müşahidə edilir.
Qeyd edək ki, görkəmli şairəmiz Məhsəti Gəncəvinin zəngin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər kimi təbliğ olunur. Belə bir tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi, təhrif edilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi qətiyyən yolverilməzdir və geniş ictimaiyyət, eləcə də ziyalı təbəqəsi tərəfindən ciddi narazılıqla qarşılanacağı şübhəsizdir.
Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Bədii Şurası tərəfindən “Məhsəti” filmi üzrə lisenziyanın verilməsi və qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib.
Qeyd edək ki, Suad Qarayeva sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır. O, instaqram hesabında paylaşım edərək bildirib ki, “Məhsəti” filmi Mədəniyyət Nazirliyinin Film Şurası lisenziya vermədiyi üçün Bakı Film Festivalının proqramından çıxarılıb. Şura filmin mənəvi dəyərlərə uyğun olmadığını əsas göstərib. S. Qarayeva özü də paylaşımında qeyd edib ki, filmdə Məhsəti obrazını canlandıran aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.
34 933
Anti Parkinq Sistemi 🤪
İzləyicim; “Salam Saleh bəy, Zəhmət olmasa köməklik göstərin.
Mirəli Seyidov küçəsi, İlahiyyat məscidinin yanı, 28-ci Polis Bölməsinin ərazisi, Bakı Universiteti MTK-nın qarşısı.
Video dünən çəkilib 04.12.2025”
34 933
YENƏ YANĞIN və YENƏ ÖLÜM
Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında həlak olanlarlardan ikisi uşaqdır.
Partlayışa mənzildəki kombinin partlaması səbəb olub.
Hadisə nəticəsində eyni evdə yaşayan iki məktəbli və onların anası ölüb.
Təxminən 65–70 yaşlarında olan bir kişi isə qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib. Onun arxasınca gələn həyat yoldaşının isə tüstüdən zəhərlənərək xəstəxanaya çatdırıldığı bildirilir.
34 933
Hacıbəla demişkən; Ənənıni pozmaq olmaz! Əvvəl asfalt, sonra onu qazıb kanalizasiya çəkmək lazımdır.
İzləyicim; “Salam Saleh bey. Umid edirem yaxsısız. Demir yolu vagzalının arxası bugundedi. 5,11 nomreli avtobusun yolu bugundedi. Neçe saat avtobus gozleyir camahat. Paylaşsaz sevinerem”
34 933
🔞⚠️TikTokda Canlıda 31 vurdu 🤦🏻♂️🤬
Yaxşı, bunlar dəlidir, xəstədir, polis bunların iynəsini vurub, sağaldar. Bəs bu güclü kuralları olan TikTok bu canlını necə efirə verib, spam, blok etməyib hesabı?! Bu necə qanun və qaydalardır? Mənim HEÇ BİR QAYDALARI POZMAYAN və digər sosial şəbəkələrdə problemsiz paylaşılan videoları TikTok SƏBƏBSİZ SİLİR, Strayk verr, amma bu və öncə paylaşdığım siqaret, söyüş, epilyasiya və sair iyrənc videolar paylaşır?
İKİLİ STANDARTLAR və QƏRƏZ!
34 933
Dünən izləyicim mənə bu xəbəri və şəkilləri göndərdi. Amma mən paylaşmadım. Bu gün görürəm əksər səhifələr “Mavi 🐳 Balinadan” yazır 🫣 yox bir Yaşıl🦎Kərtənkələ 🤦🏻♂️ VİDEO
Hər şəkil çəkən uşaq intih@r edir? Məsuliyyəti öz üzərindən atmaq üçün gic oyunları misal gətirməyin plz. Uşaqlarla maraqlanmırlar, psixoloqa aparmırlar, iqnor və tərk, bəzən təhqir, təhtid, taciz, təcavüz, fiziki, mənəvi, psixoloji şiddət edirlər, sonra da deyirlər Mavi Balina, Sosial Şəbəkələr, Cin-Şeytan 🤦🏻♂️
Bu keys və valideynlər başda olmaqla qıza yaxın olan hər kəs ciddi araşdırılmalıdlr!
34 933
Bu vəhşiliyə son qoyulmalıdır! 🐕 Sahibsiz küçə itlərilə bağlı lazımi SİVİL tədbirlər görülməlidir. Neçə ildir deyirəm hər rayonda sahibsiz küçə itləri üçün SIĞINACAQLAR yaradılsın, onlar STERLİZƏ olunsun? Niyə edilmir? 🤷🏻♂️🤦🏻♂️
Sahibsiz 🐕 itlərlə bağlı konkret olaraq aşağıdakılar edilməlidir👇
☑️ Sahibsiz itlər baytarlar tərəfindən SİVİL QAYDADA tutulub STERLİZASİYA olunmalıdırlar!
☑️ İtlər sığınacaqlara yerləşdirilməlidirlər.
☑️ Bir qismi tam sağlam və steril vəziyyətdə, qulaqlarına çip/halqa vurularaq təkrar küçələrə buraxılmalıdır.
Onsuz da onlar əməliyyatdan sonra balalamayacaqlar artıq!
☑️ Küçə heyvanlarına qarşı rəhmsiz rəftara görə yüksək cərimələr və həbslər tədbiq olunmalıdır!
☑️ Baxça və Məktəblərdə heyvanlara qarşı humanizm, qayğı, diqqət və sevgi aşılanmalıdır.
KİV-də, Mediada maarifləndirici məlumatlar daima təbliğ edilməlidir!
Hörmətlə,
S▪️N
34 933
Bolt sürücüsü sərnişini təhqir etdi — AYNA sürücünün fəaliyyətini dərhal dayandırdı
Bakıda Bolt taksi sürücüsünün 3 yaşlı uşağın ayaqqabısının oturacağa toxunduğu üçün sərnişini təhqir etməsi ilə bağlı yayılan şikayətdən sonra AYNA operativ müdaxilə edib.
Qurumun münasibətinə əsasən, araşdırma nəticəsində sürücünün sərnişin daşıması dayandırılıb və avtomobilinə blok qoyulub və sahibkar AYNA-ya çağırılıb. AYNA bildirir ki, sərnişin təhlükəsizliyi və etik davranış qaydalarının pozulması qəbuledilməzdir və bu səbəbdən sürücünün xidmət göstərməsi dayandırılıb.
Şikayətçi qadın qeyd edib ki, sürücü uşağın ayağının oturacağa toxunmasını əsas gətirərək onu yüksək səslə təhqir edib və bu, sərnişində ciddi gərginlik yaradıb. O, hadisə ilə bağlı polisə müraciət edəcəyini də bildirib.
Qeyd edək ki, AYNA-nın məsələyə dərhal reaksiya verməsi və sürətli tədbir görməsi sərnişin hüquqlarının qorunması baxımından müsbət qarşılanıb.
https://t.me/nasirovsaleh/8537
34 933
Sanjik də belə getdin🤦🏻♂️
Nə qədər bloxer, kaper, infoçiqan varsa hamısa ya axtarışdadır, ya da həbsdə.
Sanjik həbs edilib və hazırda məhkəməyəqədər həbsdədir - onu 10 ilə qədər həbs cəzası gözləyir.
Ali Məhkəmə blogger Səncər Kərimovun 273-cü maddənin 2-ci hissəsi və 25-ci maddə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsinə hazırlıq), eləcə də 112-ci maddə (qəsdən adam öldürmə və ya zorakılıqla hədələmə) ilə bağlı cinayət istintaqının bir hissəsi olaraq məhkəməyəqədər həbsdə saxlanıldığını təsdiqlədi. Onu 10 ilə qədər həbs cəzası gözləyir.
34 933
SUBONU CANLIDA DÖYDÜLƏR
Azərbaycan əsilli bloqer Sübhan Məmmədov (“Subo”) Dubayda canlı yayım zamanı fiziki hücuma məruz qalıb.
İnsident “Subo”nun MMA döyüşçüsü Şovhal Çurçayev barədə səsləndirdiyi sözlərdən sonra baş verib.
Belə ki, bloqer canlı yayımda döyüşçünün guya UFC rəhbəri qarşısında diz çökərək yarışlara dəvət istədiyini iddia edib. Bu ifadələri özünə ağır təhqir hesab edən Çurçayev əsəbiləşərək bloqerə zərbələr endirib.
Xatırladaq ki, bu ilin əvvəlində “Subo”nun Rusiya vətəndaşlığı ləğv olunub və onun ölkəyə girişinə qadağa qoyulub.
