ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

SALEH▪️NASIROV

SALEH▪️NASIROV

前往频道在 Telegram

🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər

显示更多

📈 Telegram 频道 SALEH▪️NASIROV 的分析概览

频道 SALEH▪️NASIROV (@nasirovsaleh) 阿塞拜疆语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 34 912 名订阅者,在 新闻与媒体 类别中位列第 7 298,并在 阿塞拜疆 地区排名第 69 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 34 912 名订阅者。

根据 04 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -424,过去 24 小时变化为 -27,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 21.34%。内容发布后 24 小时内通常能获得 8.23% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 7 457 次浏览,首日通常累积 2 876 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 46。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər”

凭借高频更新(最新数据采集于 05 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 新闻与媒体 类别中的关键影响点。

34 912
订阅者
-2724 小时
-837 天
-42430 天
帖子存档
Hər şey bu videodan sonra baş verdi

SUBONU CANLIDA DÖYDÜLƏR Azərbaycan əsilli bloqer Sübhan Məmmədov (“Subo”) Dubayda canlı yayım zamanı fiziki hücuma məruz qalıb. İnsident “Subo”nun MMA döyüşçüsü Şovhal Çurçayev barədə səsləndirdiyi sözlərdən sonra baş verib. Belə ki, bloqer canlı yayımda döyüşçünün guya UFC rəhbəri qarşısında diz çökərək yarışlara dəvət istədiyini iddia edib. Bu ifadələri özünə ağır təhqir hesab edən Çurçayev əsəbiləşərək bloqerə zərbələr endirib. Xatırladaq ki, bu ilin əvvəlində “Subo”nun Rusiya vətəndaşlığı ləğv olunub və onun ölkəyə girişinə qadağa qoyulub.

Bolt yenə Qaykasını itirdi 🤦🏻‍♂️ Sərnişini təhqir etdi! 😞 Nədir nədir 3 yaşlı uşağın ayaqqabısı maşının sideniyasına dəyib, çirklənib, sürücü dəli olub qadına ağzına gələni deyib! 🤦🏻‍♂️ Götür yaş salfeti sil, nə böyük problem olmuş 🤷🏻‍♂️ və xahiş et anası uşağın ayaqqabısını çıxarsın…Niyə qadına, uşağa bu stresi yaşadırsan? Güya dedin nə əldə etdin? Sideniya təmiz oldu? Yox. Əksinə, daha çox pronlem qazandım. İndi get cəmiyyətə, polisə izahat ver. İzləyicim; “Salam Saleh bey. Qucagimda uşag bir taksiye minmişdim ağzina geleni dedi mene usagin ayagi sideniyaya deyir deye o geder qorxdumki sesimi bele normal cixara bilmedim tek olsaydim neyse korpe usag qucagimda. Polisede verecem birazdan gedib. Men ömur heyatimda bele heyecan kecirtmemişdim Taksinin nömrəsi +994515621212”

Elm və Təhsil Nazirliyinin dəstəyi, “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə keçirilən Məktəblilərarası Milli Hakaton – 2025 ölkə üzrə minlərlə məktəblini innovasiya və texnologiya ətrafında bir araya gətirib. Layihə şagirdlərdə innovativ düşüncə, komandada işləmək və rəqəmsal bacarıqları inkişaf etdirməyi hədəfləyir. Yarışa 350.000-dən çox məktəbli qoşulub, onlardan 300 nəfər final mərhələsinə vəsiqə qazanıb. Final mərhələsi 28–30 noyabr tarixlərində baş tutacaq. Müsabiqənin qaliblərinin mükafatlandırılması isə 1 dekabrda keçiriləcək. Finalda komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət üzrə layihələr hazırlayaraq veb-saytlar, mobil tətbiqlər və oyunlar təqdim edəcəklər. Yarışın yekununda 30 qalib müəyyən olunacaq. Məktəblilərarası Milli Hakaton – 2025 gənc istedadların texnologiya sahəsində inkişafını dəstəkləyən mühüm təşəbbüsdür. Elm və Təhsil Nazirliyi bu kimi layihələrlə şagirdlərin innovasiya potensialını daha da gücləndirməyi məqsəd qoyur.

Dünya mediyası Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında yerinə yetirdiyi inanılmaz elementlə görə azərbaycanlı gimnast Tofiq Əliyevdən danışır! Oğlum yaşında olan və tarix yazan Tofiqin sabah 29 noyabr 20 yaşı tamam olur! Səmimi gəlbdən onu təbrik və yeni yeni uğurlara, rekordlara imza atmaq arzulayıram! Var ol! Halal olsun!

DÜNYA OD TUTUN YANIR 🔥 Honq Konq polisi Tay Po rayonunda yaşayış kompleksində çox sayda insanın öldüyü yanğınla bağlı üç nəfəri saxlayıb Saxlanılanlar binalarda təmir işləri aparan tikinti şirkətinin iki direktoru və bir məsləhətçi-mühəndisdir. Yanğında yaralananların 100 nəfərə çatıb, 280 nəfər itkin düşüb

🚑 Təcili yardıma 39 min dəfədən çox əsassız çağırış edilib 🤦🏻‍♂️ 2025-ci ilin 10 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə ümumilikdə 39 325 əsassız çağırış qeydə alınıb.

Sürətin qurbanı olan gənc sürücü həyatını itirdi 26.11.2025-də Abşeronun Məmmədli–Fatmayı yolunda baş verən qəzada “Chevrolet” sürücüsü E. Ələsgərov dünyasını dəyişib. İlkin ehtimala görə, qəzaya sürətin artırılması və əks zolağa çıxma səbəb olub. Sürücülər, xahiş edirik — yollarda ehtiyatlı olun. Bir neçə saniyənin tələskənliyi bir ömrə başa gələ bilər.

From İTALİYA with ANALOQSUZ DƏLƏDUZLUQ 🫣 İtaliyada bir kişi anasının cəsədini gizlətməkdə və özünü anası kimi göstərərək pensiyasını almağa çalışmaqda ittiham olunur. Qəribə dələduzluq hadisəsi Mantua şəhərinin şimalındakı Borqo Virgilioda yaşanıb. Belə ki, 56 yaşlı kişinin 2022-ci ildə anasının ölümünü hakimiyyət orqanlarına bildirmədiyi, pensiyasını almağa davam etdiyi bildirilir. Deyilənə görə, o, anasının saç düzümünü təqlid edən parik taxıb, makiyaj edib, zərgərlik taxıb və yaşlı qadın kimi gəzməyə çalışıb. Adı açıqlanmayan şəxsin pensiyanı almağa davam etmək üçün şəxsiyyət vəsiqəsini yeniləməyə çalışıb. Bu zaman bələdiyyə işçisi kişinin boynunun “çox qalın” olduğunu və əllərindəki qırışların 85 yaşlı bir qadının əllərinə bənzəmədiyini görərəkvəziyyəti administratorlara bildirib. Onlar isə polisə məlumat veriblər. Daha sonra polis kişinin evinə gedib və yaşlı qadının cəsədini camaşırxanada aşkarlayıb. Borqo Virgilio meri Fransesko Aporti kişinin əməllərindən danışarkən deyib: “O, dodaq boyası, dırnaq boyası çəkir, zərgərlik əşyaları və köhnə dəbli sırğalar, tünd qəhvəyi parik taxırdı. Qadın kimi danışmağa çalışırdı, amma bəzən kişi səsi çıxarırdı”. Məlumata görə, işsiz tibb qardaşı olan kişi anasının maaşından və sahib olduğu üç əmlakdan ildə təxminən 53 min avro qazanıb. Qeyd edək ki, İtaliyada oxşar hallar daha əvvəllər də yaşanıb. 2023-cü ildə Veronada bir kişi anasının cəsədini 5 il evində gizlətməklə maaşını almağa davam etmişdi. Elə həmin il Apuliyadakı başqa bir kişinin atasının cəsədini 10 il evində gizlətdiyi aşkar edilmişdi.

Erros Ramazzottinin komənsertindən İNCİLƏR 👀🤦🏻‍♂️

From QARAÇUXUR with ƏSƏB Sonra da deyirlər xəstəlik elə, xəstəlik belə zırt-pırt 🤦🏻‍♂️ Nə qədər demək olar, həyətdə, küçədə, yolda heyvanı kəsmək olmaz! Ayrıca xüsusi yerlər ayrılmalıdır bu işlər üçün. Uşaqlar, camaat bu vəhşi, şok edici, travmatik və antisanitar mənzərənin şahidi niyə ollmalıdır?! Aidiyyatı qurumlar bu məsələni niyə hələ də həll etməyib? 🤦🏻‍♂️ İzləyicim; “Saleh bəy Sabahınız xeyir bura Qaraçuxurdu Zaur Şərifov küçəsi. Heyvana əziyyət verərək öldürdülər və buradan uşaqlar keçib məktəbə gedir. Müəllimənin üstü qan oldu. Qaraçuxur Tatlı Un tərəf tanınır ora”

photo content

Heydər Əliyev prospektində mikroavtobus yanır

🫣🤯 SADƏCƏ DƏHŞƏT‼️Bakıda 41 yaşlı Pərvanə Eyvazovanın 3 günlük körpəsini dənizə ataraq öldürməsinin bəzi təfərrüatı məlum olub. Hava limanında çalışan Pərvanə Eyvazova 6 ay öncə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həyat yoldaşı Həmid Eyvazovdan rəsmən boşanıb. Onların birgə nikahdan üç övladı olub. Böyüyünün 25 yaşı var. Pərvanə Eyvazova hamiləlik dönəmində xüsusi korsetdən istifadə etdiyi üçün hamilə olduğu bilinməyib. Onun keçmiş əri Həmid Eyvazov bildirib ki, 2 ildir Pərvanə Eyvazova ilə münasibəti yoxdur, bu səbəbdən yeni doğulan körpə ilə bağlı DNT analizinin aparılmasını istəyib. Keçmiş ərinin bu təklifindən sonra P.Eyvazova uşağı Türkan qəsəbəsində əvvəllər yaşadıqları evin arxasına dənizə atıb. H.Eyvazov keçmiş həyat yoldaşını yalan danışmaqda ittiham edib: "Əvvəl dedi ki, uşaq ölü doğulub. Sonra dedi ki, iş yerinə vermək üçün xəstəxanadan uşağın ölü doğulduğuna dair sənəd ala bilmir. Birlikdə xəstəxanaya getməyimizi təklif etdim. Çıxılmaz vəziyyətdə qaldı və dedi ki, körpəni 3 min manata TikTok-dan tapdığı adama satıb, amma həmin adama zəng çatmır. Dedim polisə bildir ki, uşağımı aparıblar. 3 saat sonra zəng etdim, telefonu polis açdı və bildirdi ki, Pərvanə körpəni Türkanda kiməsə verib. 10-11 gün polislər Türkanda uşağı axtardılar. Ötən həftənin 5-ci günü polisə gedib və deyib ki, körpəni diri-diri dənizə atıb. Hər kəsə yalan danışıb. Ona inanmıram. Lap tutaq ki, uşağın atası mənəm, niyə öldürürsən? Özüm baxardım, niyə özünü övlad qatili elədin?!". Faktla bağlı araşdırma aparılır. https://t.me/nasirovsaleh/8505?comment=164691

DİQQƏT! SÖYÜŞ VAR! 🔞 Mənim qaydaları pozmayan mütləq paylaşımlarımı TikTok səbəbsiz və şərtsiz silir, burada isə SİQARET çəkilir özü də CANLIDA, heçnə etmir, hələ söyüşləri demirəm 🤦🏻‍♂️ Ala sənə ikili standartlar və qərəzli yanaşma. Bu azmış kimi bu cür kontentləri TikTok KƏŞFİYYATA salır. Çində öz uşaqlarını, yeniyetmələrini QORUYUR, dünyaya isə ƏXLAQSIZLIĞI TƏŞVİQ EDİR TikTok! 🤦🏻‍♂️

Deyilənə görə yağ yanıb RƏSMİ AÇIQLAMA Bakının Nizami küçəsində baş verən yanğın qurumuş yağ qalıqlarının qısaqapanma yaratması nəticəsində başlayıb. Qısaqapanma naticəsində lokal alovlanma müşahidə olunub. Hadisə yerində olan işçi vəziyyəti aradan qaldırmaq məqsədilə həmin sahəyə su tökdükdə suyun isti yağla reaksiyası nəticəsində alovlanma güclənərək açıq yanğına səbəb olub. P.S.Məktəbdə Kimya dərsini oxusaydı, belə olmazdı 🤦🏻‍♂️

Tarqovuda Yarmarka yanir