856
订阅者
无数据24 小时
-27 天
-530 天
帖子存档
Zeyqarnik effekti
Tamamlanmamış işlər beyninizi məşğul edirsə, Zeyqarnik effektinə məruz qalmısınız. Bu hal ilk dəfə Bluma Zeyqarnik adlı sovet psixoloqu tərəfindən müşahidə edildiyi üçün onun şərəfinə adlandırılıb.
İşi tamamlamadıqda o, zehni gərginlik yaradır və təkrar-təkrar yada düşür. Buna görə də yarımçıq işlərin detallarını tamamlanmış işlərdən daha yaxşı xatırlayırıq. İş tamamlandıqdan sonra isə onu asanlıqla unuduruq.
Zeyqarnik effektinə görə serialların davamını səbirsizliklə gözləyirik, yaxud oxunmamış elektron məktublarda nə olduğu bizi maraqlandırır.
Amma Zeyqarnik effektinin yaxşı tərəfləri də var. Uzun müddət təxirə saldığımız işləri yerinə yetirmək üçün Zeyqarnik effektindən istifadə edə bilərik. Bunun üçün xırda bir şeydən başlaya bilərik. Məsələn məqalə yazmalıyıqsa, kompüteri açıb məqalənin adını yazıb yarımçıq saxlasaq, zehnimiz tez-tez bizə məqalənin yarımçıq qaldığını xatırladacaq və beləliklə, narahatlığımıza son qoymaq üçün məqaləni bir neçə günə tamamlayacağıq.
Hazırladı: Madam Helpful
Data analitika sahəsini öyrənərkən SQL ilə yanaşı, Power BI proqramında da işləməyi bacarmalısınız.
Çünki SQL-də aldığınız nəticələri daha yaxşı analiz edə bilmək üçün onu vizuallaşdırmalısınız.
Bu mərhələdə isə təbii ki, "Power BI" sizə yardım edəcək! 😎
Data Analitikanın "rəssamı" olan POWER BI təlimi haqqında məlumat almaq və ya qeydiyyatdan keçmək üçün yaza bilərsiniz! 👀👍
Data analitika sahəsini öyrənərkən SQL ilə yanaşı, Power BI proqramında da işləməyi bacarmalısınız.
Çünki SQL-də aldığınız nəticələri daha yaxşı analiz edə bilmək üçün onu vizuallaşdırmalısınız.
Bu mərhələdə isə təbii ki, "Power BI" sizə yardım edəcək! 😎
Data Analitikanın "rəssamı" olan POWER BI təlimi haqqında məlumat almaq və ya qeydiyyatdan keçmək üçün yaza bilərsiniz! 👀👍
"SQL" öyrənərək sorğular yaratmaq istəyirsən? 😎
Elə isə sən də İnnaba qoşul!
Data analitikasının ayrılmaz tərkibi olan "SQL" sorğu dilini təlimçilərimizin izahı ilə daha dərindən öyrənəcəksən! ✅
Təlim və qeydiyyat haqqında məlumat almaq üçün şərhdə "➕" qeyd edə bilərsiniz.
MALİYYƏ HESABATLARININ TƏHLİL MƏRHƏLƏLƏRİ
1.İlk öncə təhlilin nə üçün edildiyinə baxmaq lazımdır. Burada təhlil edilən və istinad edilən mənbələr təhlilin məqdəsi ilə üst-üstə düşməlidir. Səhv müqayisə mənbələri,yanlış istinad edilən məlumatlar nəticədə səhv təhlillərin aparılmasına dəlalət edir. Nümunə: (ACD MMC- Pərakəndə satış nöqtələri olan müəssisədir. Müəssisənin keçən illə nisbətdə bu il üçün satışların artım və ya azalma dinamikasının təhlilini və müqayisəsini aparın. Burada ilk öncə ötən il və bu ilin eyni vaxtlarında fəaliyyət göstərmiş subyektlərə baxmaq lazımdır. Ola bilər ki, müəssisənin ümumilikdə satış gücü artmışdır(yeni subyektlər açaraq),lakin ötən illə bu il eyni fəaliyyət göstərən satış nöqtələrində dəyişiklik baş verməmişdir. Nəticə olaraq təhlil olunan subyektlər mütləq ahəng təşkil etməlidir)
2. Təhlil məlumatlarının, cədvəllərin və hesabatların toplanması: Təhlil olunan müəssisə haqqında ilkin başlanğıc məlumatlardan onun son mərhələsi olan mənfəət və ya zərərlə işləməsinə qədər ki, bütün prosseslər haqqında məlumatları buraya daxil etmək olar. (Nümunə: Yaranma tarixi,fəaliyyət sahəsi,işçi sayı,obyetkəri haqqında məlumat, maliyyə nəticələri əks etdirən hesabatlar və s.)
3. Toplanmış məlumatların emal edilməsi: Məlumatlar ümumi qəbul edilmiş nisbətlər və əmsalları əsasında emal edilir. Emalın məqsədi təhlilin işinin sürətləndirilməsi və əminliyinin təmin olunmasıdır.
4. Emal edilmiş məlumatlarının təhlili: Burada qurulan qrafik,diaqramlar və cədvəllərin izahları əsaslı şəkildə təqdimat edilir.
5. Hesabatlılıq: Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və təhlillərin yekunlaşdırılması.
6. Təhlillərin yenilənməsi və davamlılığı: Biznes prosseslərinə və fors major hallara uyğun olaraq aparılan təhlillər mütləq qaydada daimiliyini qorumalı və yenilənməlidir.
MALİYYƏ HESABATLARININ MAHİYYƏTİ
Maliyyə hesabatları:
Müəssisənin istinad olunan hesabat dövründə, onun fəaliyyət nəticələrini, maliyyə vəziyyətini, pul vəsaitlərinin hərəkətini və əmlak vəziyyəti haqqında konkret informasiya verən hesabatlardır.
Maliyyə hesabatları müəssisənin keçmiş fəaliyyətində iqtisadi vəziyyətinin necə dəyişdiyi barədə məlumat verir.
Əsas maliyyə hesabatlarının təhlil edilməsi: Təhlil, müəssisə haqqında qərar qəbul etmək, onun gələcək fəaliyyəti istiqamətlərini müəyyən etmək, müəssisənin borc almasına və ya borc verməsinə qərar vermək, fəaliyyət davamlılığının öyrənilməsi təmin etmək məqsədi daşıyır.
Əsas maliyyə hesabatları:
*Mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabat
*Maliyyə vəziyyəti haqqında hesabat
*Pul vəsaitinin hərəkəti haqqında hesabat
* Kapitalda dəyişikliklər haqqında hesabat
Əlavə maliyyə hesabatları:
*İzahlı qeydlər
*Menecment hesabatları
*Audit rəyləri
"DMA" və "İNNAB"MMC-nin birgə əməkdaşlığı çərçivəsində "Mühasibat uçotu və 1C" təlimini uğurla başa vuraraq işlə təmin olunan məzunumuz Rüstəm Kərimov.👏
Onu İnnab ailəsi olaraq təbrik edir, karyera həyatında uğur və müvəffəqiyyətlərinin davamını diləyirik! 🙂
"İşSizlikdir" layihəmizə qoşulan tələbələrimizdən daha biri işlə təmin edildi! 😎👏
Rəqsanə xanımı İnnab kollektivi olaraq səmimi qəlbdən təbrik edirik!
İş həyatında ona bol uğur və müvəffəqiyyət arzulayırıq! 👍🏻
Namizədin xalis təşviqçi balı (cNPS - Candidate Net Promoter Score)
Tez-tez sosial şəbəklərdə müxtəlif şirkətlərin işəqəbul prosesindən narazı qalan namizədlərin hekayələrini oxuyuruq. İş üçün müraciət edən namizədlərin məmnunluğu da müştəri məmnuniyyəti qədər əhəmiyyət daşıyır. Bəs necə etmək olar ki, namizədlər hətta işə qəbul olunmasalar belə, bizdən razı qalsınlar?
cNPS işəqəbul prosesini daha effektiv təşkil etmək və işəgötürən brendini təkmilləşdirmək üçün istifadə olunan əmsaldır. Bu əmsal namizədlərin müəssinin işəqəbul prosesini nə dərəcədə bəyəndiklərini ölçür.
Təşkilatlar sorğular vasitəsilə lazımi məlumatları toplayırlar. Sorğuda namizədlərdən işəqəbul prosesinə əsaslanaraq təşkilatı başqalarına nə dərəcədə tövsiyə edəcəkləri soruşulur. Namizədlər sualı 0 (qətiyyən tövsiyə etmərəm) və 10 (məmnuniyyətlə tövsiyə edərəm) arasında bal verməklə cavablayırlar.
Namizədlər verdikləri cavablara əsasən, 3 qrupa bölünür:
☹️ 0-6 arası bal verənlər – başqalarını təşkilatdakı vakansiyalara müraciət etməkdən çəkindirənlər;
😐 7-8 bal verənlər – təşkilatı aktiv şəkildə tövsiyə etməsələr də, işəgötürən brendini zədələyəcək sözlərdən də çəkinən passivlər;
🙂 9-10 bal verənlər - başqalarını təşkilatda işləməyə təşviq edənlər.
Hər 3 qrupda neçə namizədin olduğu hesablanır. cNPS aşağıdakı düsturla hesablanır:
cNPS = təşviqçilərin faizi – çəkindirənlərin faizi
Hesablama zamanı passivlər nəzərə alınmır.
Nəticənin 0-dan yüksək olması yaxşı, 30-70 arası olması olduqca yaxşı, 70-dən yüksək olması isə əla hesab olunur.
Nümunə. Ümumilikdə 20 namizəd sorğuda iştirak edib. Onların qruplar üzrə bölgüsü aşağıdakı kimidir:
☹️ 4 nəfər çəkindirən (20%);
😐 6 nəfər passiv (30%);
🙂 10 nəfər təşviqçi (50%).
cNPS= 50 – 20 = 30
Artıq namizədlər əmək müqaviləsi imzalamazdan öncə işəgötürən brendini nəzərdən keçirirlər. İşəgötürən brendinin yüksək olması digər təşkilatlarla rəqabətdə qalib gələrək yüksək ixtisaslı namizədləri cəlb etməyə kömək edir.
Hazırladı: Madam Helpful
İş rotasiyası
İş rotasiyası təşkilat daxilində işçiləri bir vəzifədən başqasına keçirmə prosesidir. Rotasiya əksər hallarda üfüqi, yəni eyni səviyyəli vəzifələr arasında baş verir və vəzifədə irəli çəkilməni əhatə etmir. İşçi müəyyən müddət başqa vəzifədə çalışdıqdan sonra əvvəlki işinə geri qayıdır.
Rotasiyanın həm işçi, həm də işəgötürən üçün bir sıra faydaları var:
1️⃣ Öyrənmə. Rotasiyanın nəticəsində işçi yeni bilik, bacarıq və səriştələr əldə edir. Məsələn, istehsal prosesinin müxtəlif hissələrində müəyyən müddət çalışan işçi məhsul istehsalı barədə tam məlumatlı olur. Eyni zamanda, menecerlər daha yüksək vəzifələrə hazır olmaq üçün müxtəlif struktur bölmələrdə təcrübə qazanmalıdırlar. İnsan resursları üzrə mütəxəssislərin biznes proseslərindən məlumatlı olması üçün digər struktur bölmələrdə təcrübə qazanması da buna aiddir.
2️⃣ Elastiklik. Müxtəlif sahələrdə təcrübəli olan işçilərdən vakant vəzifələrin qısa müddətdə doldurulması üçün istifadə olunur.
3️⃣ Əvəzetmə. Müəyyən səbəbdən (məzuniyyət, ezamiyyət, xəstəlik) işdə olmayan işçini əvəz etmək üçün rotasiya prosesini keçmiş işçilərdən istifadə olunur.
4️⃣ Oriyentasiya. Adətən yeni məzunlar 2 il ərzində 4 müxtəlif vəzifədə çalışırlar ki, onların istedadları üzə çıxsın və hansı vəzifəyə uyğun olduqları müəyyən edilsin.
5️⃣ İşçi məmnuniyyəti. İşçi 4-5 il ərzində eyni vəzifəni icra etdikdə sıxılır və işdən çıxma ehtimalı artır. Rotasiya vasitəsilə işçilər dəyişiklik imkanı əldə edirlər və onların məmnunluğu yüksəlir.
İş rotasiyasının çatışmazlıqları aşağıdakılardır:
1️⃣ Səmərəliliyin azalması. İşçi yeni vəzifəni icra etməyə başladıqda öyrənmə ilə əlaqədar olaraq, lazımi məhsuldarlıq səviyyəsi əldə olunanadək müəyyən müddət keçir. Bu isə məhsuldarlığı zəiflədir.
2️⃣ Narazılıq. İşçi istəmədiyi vəzifəyə rotasiya olunduqda motivasiyası aşağı düşür.
Hazırladı: Madam Helpful
"İşSizlikdir" layihəmizə qoşulan tələbəmiz artıq işlə təmin olundu! 😍👏
Nazpəri xanımı İnnab kollektivi olaraq ürəkdən təbrik edir, karyera həyatında bol nailiyyətlər arzulayırıq! ✌
"İnnab" MMC yalnız tələbələrə təlim tədris etmir, həmçinin işsiz şəxslərə dəstək olmaq üçün, onlara investisiya edərək, işlə təmin olunmasına köməklik göstərir!
Dəyərli məzun, yolunuz açıq olsun! ☺️
SMM ilə ÖZ BİZNESİNİZİ İDARƏ EDİN! 😍
İnnab-ın SMM təliminə qoşularaq müasir dövrün ən çox tələb olunan sahələrindən birini öyrənmə şansı qazanın!
Təlim gedişatı ərzində siz, sosial media strategiyasının yaradılmasını, yaradılan doğru strategiyalarla sosial mediadakı biznes səhifənizi idarə etməyi,həmçinin onlayn satış işini ən ideal formada həyata keçirə bilməyiniz üçün lazım olan əsaslı qaydaları öyrənəcəksiniz.
Bunlarla yanaşı siz, təlim sonunda Instagram və Facebook-da effektiv reklamlar hazırlamağı və idarə etməyi, o cümlədən reklam zamanı yaranan texniki problemləri qısa müddətdə həll etməyin yollarını daha dərindən mənimsəyəcəksiniz!
Aprel ayında başlayacaq qrupumuz üçün QEYDİYYATIN SON GÜNLƏRİDİR! ⏳
Yerlər məhduddur, TƏLƏSİN!
Təlimçi: Vüqar Bəykişiyev.
Ətraflı məlumat üçün bizə yaza və ya rəy bölməsinə "+" qeyd edə bilərsiniz.
Daha çox məlumat üçün:
📲 (+994 50) 290 61 21 / (+994 50) 299 61 21
☎️ (012) 465 20 71
📢İNNAB-da yenilik! 📢
İnnab Biznes Məktəbi olaraq Kamal Mahmudovun təqdimatında "PRAKTİKİ SATIŞ" təliminə START VERİRİK! 🥳
Bu təlim sizə müasir dövr üçün satışı bağlamaqda vacib olan bütün müasir alətləri verməklə yanaşı, eyni zamanda müştəri psixologiyasını da tam anlamağa yardım edəcək ✌🏻
Əgər deyilənləri tətbiq etsən, təlim müddəti ərzində satışın aşağıdakı sirrlərini öyrənəcəksən :
1️⃣ - Satışlarındakı artımı dərhal hiss edəcəksən
2️⃣ - Satışlarını rahatlıqla bağlayacaqsan
3️⃣ - Müştəri maneələrinin sayı 55% azalacaq
4️⃣ - Gətirilən maneələrin arxasındakı səbəbi öncədən aşkarlaya biləcəksən
5️⃣ - Müştəri ilə həyəcanlamadan, özünü itirmədən, rahatlıqla ünsiyyət quracaqsan
Və ən əsası, təlim sonunda sən də ürəkdən "Satmaq belə asan olmamışdı!" deyə biləcəksən! 💸🤩
Elə indi Qeydiyyatdan keç və satışın bütün sirrlərini İNNAB-la öyrənməyə başla!
Ətraflı məlumat üçün bizə şəxsidən yaza və ya rəylərdə "➕" qeyd edə bilərsiniz.
Növbəti məzunumuzun uğurunu sizinlə paylaşırıq!
"Data analitika" təlimimizi uğurla başa vurub yeni işə başlayan məzunumuz Kamran Süleymanlı! 👏🏻 İnnab komandası olaraq işsiz şəxslərə daim dəstək olur, onların işlə təmin olunmasına hər zaman kömək edirik! ✅
Uğurlarınız bol olsun!
"Data Analitika" təlimimizdən görüntülər! 😍 Təlimçimiz Tunar Süleymanlının izahı ilə Data Analitikanın Excel modulu haqqında biliklərinizi daha da təkmilləşdirə bilərsiniz! 👍
QEYD: Sizlərin tələbi əsasında İLK DƏFƏ "Data Analitika" təliminin GÜNDÜZ QRUPLARI üçün Qeydiyyat elan edirik! ✅
Qoşulmağa tələsin! 👀⏳
📢 İtaliyada təqaüdlə təhsil alan tələbələrimizdən biri də siz olun! İtaliyada təqaüdlə təhsil ilə bağlı suallarınıza ödənişsiz seminarımızda cavab tapa bilərsiniz!
📆 12 mart 2023
⏰ 12:00
📍 Instudy ofis
Seminarın mövzusu:
✔️ İtaliyada təqaüdlə təhsil şərtləri
✔️ Tələb olunan sənədlər, deadline
✔️ Sənədləşmə prosesi
✔️ Təqaüdə müraciət
✔️ Viza tələbləri
💡 Qeydiyyat üçün link:
https://forms.gle/rRth6oA6TmEEUp2o7
❗️Qeyd: Yerlərin məhdud olduğunu nəzərə almağınızı xahiş edirik.
🖇Bizimlə əlaqə:
📲 050 299 61 01
📍 Fətəli Xan Xoyski 118a (5 nömrəli xəstəxana ilə üzbəüz, Talassemiya Mərkəzinin yaxınlığında)
7 mart tarixində başlayacaq olan "İnsan Resurslarında Performansın İdarəedilməsi " təlimimizə qeydiyyat üçün SON Gün! ⏳
Hazırda İnsan Resursları sahəsində çalışan peşəkar şəxslər və karyerasını bu istiqamət üzrə davam etdirmək istəyən yeni çalışanlar təlimə qoşula bilərlər! 😎👍🏻
Təlimçimiz HR üzrə mütəxəssis Tural İslamovdur.
Qeydiyyatdan keçmək üçün rəy bölməsinə və ya mesaj qutumuza “➕” göndərə bilərsiniz.
İNNAB-dan Xanımlar üçün 8 Marta özəl 9 Təlimə 10% ENDİRİM kampaniyası! 🥳
Yalnız 5 gün ərzində Qeydiyyatdan keç və 10% ENDİRİM təklifimizdən yararlan! 😍
Əziz xanımlar, tələsin, bu fürsəti qaçırmayın! ✌🏻😎
Kampaniyaya daxil olan 9 Təlim:
1. Data Analitikası
2. Mühasibat uçotu və 1C, ACCA F3
3. SMM
4. MS Excel, Excel VBA
5. MS Office
6. Vergi uçotu
7. SQL ilə data analitikası, Power BI
8. MOSE (MO-201)
9. Əmək məcəlləsi, İnsan Resurslarının İdarə Edilməsi
Ətraflı məlumat üçün rəylərə "+" qeyd edə bilərsiniz! ✅
“Vergi uçotu” təlimi üçün qrup yığımına START verdik! 📢QEYDİYYAT üçün TƏLƏSİN!!! 🤩
Qrupda yerlər məhduddur!
1️⃣2️⃣ Keys müsahibəsi namizəddən hipotetik vəziyyət üzrə həll yolları təqdim etməyi tələb edir. Bu zaman namizədin problem həll etmə və analitik düşünmə bacarıqları yoxlanılır. Bu tip müsahibə zamanı namizədə nəzərdən keçirmək üçün bir sıra təlimatlar və həllini təmin etmək üçün müəyyən vaxt verilir.
1️⃣3️⃣ İşçi müsahibədə namizədlərdən müsahibənin bir hissəsi kimi işlə bağlı tapşırığı yerinə yetirmələri tələb edilir. Bu zaman tapşırığı yerində və ya müəyyən müddət ərzində evdə icra etmək tələb edilə bilər. Məsələn, informasiya texnologiyaları üzrə müsahibədə namizəddən müəyyən bir məsələ ilə bağlı kod yazmağı xahiş edə bilərlər. Bəzi işçi müsahibələrdə namizədlərə bu tapşırıqları yerinə yetirmək üçün pul ödənilir, lakin digərləri bunu müsahibə prosesinin ödənişsiz hissəsi kimi qəbul edir.
Hazırladı: Madam Helpful
