ar
Feedback
MU'MİNUN🖋️

MU'MİNUN🖋️

الذهاب إلى القناة على Telegram

Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️‍🩹

إظهار المزيد
399
المشتركون
+124 ساعات
-27 أيام
-130 أيام
أرشيف المشاركات
Repost from ixlasla.com
Şeyx Saleh əl-Fovzan, Ramazanı gözəl tamamlamaq barəsində.. 🌙 https://youtu.be/J1EznQxGZG8

رسالة فيديو00:58

Repost from Sa'adatul Quran

photo content

Bəqərə surəsi 216) Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz. 🌷

🌷
🌷

Repost from İSLAM VƏ SUNNA
✨Qədr gecəsinin 27 ci gecə olmasına dəlillər✨ 1⃣ Zirr ibn Hubeyş Ubey ibn Kəbin (Allah hər ikisindən razı olsun) belə dediyini rəvayət etmişdir: «Tək olan Allaha and olsun ki, mən bilirəm Qədr gecəsi hansı gecədir. Qədr gecəsi o gecədir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə o gecəni ibadətdə keçirməyi əmr etmişdir. O gecə iyrimi yeddinci gecədir. O gecənin səhəri günəş şüasız doğar». (Səhih Muslim, 762). 2⃣ Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib belə dedi: - Ey Allahın Rəsulu! Mən yaşlı və xəstə bir kişiyəm. Davamlı gecə namazı qılmaq mənə ağır gəlir. Sən mənə bir gecəni ibadətdə keçirməyi əmr elə, ola bilsin Allah məni qədr gecəsinə müvəffəq edər. Rasulullah(Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: «İyirmi yeddinci gecəni ibadətdə keçir». (Müsnəd Əhməd, 2149, Əhməd Şakir səhih olduğunu deyib) 3⃣ İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir : «Qədr gecəsini axtaran onu iyrimi yeddinci gecədə axtarsın». Başqa bir rivayətdə buyurmuşdur: «Onu iyrimi yeddinci gecədə axtarın» (Müsnəd Əhməd, 4808, hədis səhihdir) 4⃣ Muaviyə ibn Əbu Sufyan (Allah hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: «Qədr gecəsi iyrimi yeddinci gecədir» (Sünən Əbu Davud, 1386, Albani səhih deyib). 5⃣ İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir: «Qədr gecəsinin iyrimi yeddinci gecə olduğunu: Ömər, Huzeyfə İbn Yəmən, Ubeyy ibn Kəb, Zirr ibn Hubeyş, Abdə İbn Əbu Lubəbə (Allah həmısından razı olsun) və digər səhbələr deyiblər və o gecənin iyrimi yeddinci gecə olduğundan şəkk etməyiblər». (Şərh Sahih Muslim) 6⃣ Şeyx Albani(Allah ona rəhmət etsin) Sünən Əbu Davudda (1247) demişdir: «Əksər hədislərə və racih olan görüşə görə Qədr gecəsi iyrimi yeddinci gecədir». 7⃣ Şeyx Səd Xaslən (Allah onu qorusun) demişdir: «Daha doğru olan görüş odur ki, Qədr gecəsi bütün illərdə sabitdir, dəyişmir çünki o gecənin şərəfi onda Quranın nazil olmasıdır. Quranın da bir gecədə nazil olub dəyişməməsi Qədr gecəsinin hər il bir gecədə olması ilə ziddiyyət təşkil edir. Əgər Qədr gecəsi dəyişən gecə olsaydı Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) həmin gecəni ümmətinə xəbər vermək istəməzdi. Sonra iki müsəlmanın davasına görə unutdurludu. Qədr gecəsinin dəyişməyən gecə olması səhabələrdən nəql olanla da sabitdir. Belə ki, onlardan kimsə o gecənin hər il dəyişdiyini deməyib. Onun dəyişdiyini yalnız sonradan gələn alimlər deyiblər». 8⃣ Şeyx Xalid Huveysin (Allah onu qorusun) demişdir: «Qədr gecəsi iyrimi yeddinci gecədir, dəyişmir və bu haqda səhih hədislər var. Mən iyrimi ildən artıq bir zaman izləmişəm və onun iyrimi yeddinci gecə olduğunu görmüşəm. Həmin gecənin iyrimi yeddinci gecə olduğu haqda Munziri və Qurtubi müstəqil başlıq zikr ediblər. İmam Əhməd və İshaq ibn Rahavey də iyrimi yeddinci gecə olduğunu deyiblər» . Kanala abunə olub öz səhifələrinizdə paylaşmaqla xeyrin yayılmasına səbəb olun https://telegram.me/islamveelm

‎بنت منصور kişisinden ses

🎙Nicat Həşimov

photo content

تلاوة_خاشعة_لسورة_الفجر_القارئ_سعود_آل_جمعة_6_11_1436MP3_320K.mp38.44 MB

📖 Həqqa surəsi, 13-18 🎙 Muhammad Al Luhaidan
Qeyd: Bu videonu YouTube-da paylaşa bilmədim. Səbəbi isə videoda müəllif hüququ problemi var. YouTube videomda istifadə etdiyim səsi avtomatik olaraq başqa bir şəxsə aid edib və bu şəxsin müəllif hüquqları ilə qorunduğu üçün videonun görünməsi məhdudlaşdırılıb. Yəni, video hazırda heç kim tərəfindən görülə bilməz.

🌙 RAMAZAN AYI ARTIQ SƏFƏRƏ HAZIRLAŞIR

‎بنت منصور kişisinden ses

Repost from MU'MİNUN🖋️
Qədr gecəsi min aydan xeyirlidir. [Qədr surəsi, 3]
🌌https://youtube.com/shorts/zmwCSELXgyE?si=rnPsD47UVqqrovqn

⏪️ƏL-AFUV⏩️ Şeyx AbdurRazzaq əl-Bədr 🇧🇼 Allah əzzə va Cəllənin Əl-Afuv adından öz kitabında bəhs edərkən buyurur: 😀 ➰..Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım!➰(Zumər, 53) Bu ayəni oxuduqda mənə çox təsir edən odur ki, baxın, qul həddini aşır, amma Allah Subhənəhu və Təalə ona necə xitab edir? ➰Ey Mənim qullarım➰ deyir. Necə ki, məsələn, övladımız özünü pis aparsa da onu sevdiyimizdən müraciət edərək deyirik ki: ➰Ay mənim özünü pis aparan balam➰. Qul həddini aşır, amma Allah Subhənəhu və Təalə xitab edərkən demir: ➰Ey qullar, ey insanlar, ey möminlər➰. Deyir ki: ➰Ey Mənim qullarım➰. Sonra deyir ki: ➰Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!➰ (Zumər, 53). Qüdsi hədisdə Allahu Təalə buyurur ki: 😀 ➰Ey Adəm övladı, sən nə qədər ki, Mənə dua edirsən, Mənim mərhəmətimə ümid edirsən, Mən sənin günahlarının hamısını bağışlayaram və günahın çoxluğuna, böyüklüyünə əhəmiyyət vermərəm. Ey Adəm övladı! Əgər sənin günahların yerdən göyədək olsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram və günahın çoxluğuna, böyüklüyünə əhəmiyyət vermərəm. Ey Adəm övladı! Əgər sən yer dolusu günahla Mənə tərəf gəlsən və heç bir şeyi Mənə şərik qoşmadan hüzuruma çıxsan, Mən də sənə yer dolusu məğfirətlə gələrəm.➰ Allahın əfvindəndir ki, saleh əməllər pis əməllərə kəffarədir. Allah Subhənəhu və Təalə buyurur: 😀 ➰Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır➰. (Hud, 114) Peyğəmbər 🕋 də buyurub: 😀 ➰Günahın ardınca yaxşı əməl et ki, günahı silib aparsın➰. Həmçinin, Allahın əfvindəndir ki, müsibətə düçar olmuş qula həmin müsibət kəffarədir. Xüsusən də əgər bu müsibətdə Allahdan savabı umarsa, səbir edib Allahın təqdir etdiyindən razı qalarsa. Allahın Ona tövbə edən qulun tövbəsinə necə sevinməsi haqqında biz bilirik. Halbuki Allahu təalənin buna heç bir ehtiyacı yoxdur. Çünki Allah Subhənəhu və Təalə əl-Ğaniy və Həmiddir. Yəni heç nəyə və heç kəsə ehtiyacı olmayan və bütün feillərində və sözlərində tərifəlayiqdir. Yəni itaət edənlərin itaəti Ona fayda, asilik edənin asiliyi Ona zərər verməz. Qulun bu elmi bilməsi onun üçün əzəmətli bir qapıdır. Nə üçün? Uca məqamlara çatmaq üçün. Xüsusən də nəfsi ilə cihad apardıqda ki, bu adların tələb etdiklərini həyata keçirsin, istiğfar etməkdə davamlı olsun, Allahın məğfirətinə ümid bəsləsin və günahın bağışlanmasını böyük görməsin. Günah nə qədər böyük olursa olsun, Allah üçün onu bağışlamaq ağır deyil. Qeyd: Bir neçə kəlmə şeyxdən bu faydaları nəql edən dəvətçinin sözləridir.

🔖Rabbənəə əətinə fid-dunyəə həsənətən və fil axirəti həsənətən və qinə azəbən-nər.🔖 🔖Ey Rəbbimiz! Bizə dünyada da, Axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!🔖
📔 əl-Bəqərə, 201.