MU'MİNUN🖋️
الذهاب إلى القناة على Telegram
Mu'minun surəsi, 1: ❞ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ❝ Möminlər, həqiqətən də, nicat tapmışlar; ❤️🩹
إظهار المزيد399
المشتركون
+124 ساعات
-27 أيام
-130 أيام
أرشيف المشاركات
399
▫️Bu Cümədə bir neçə fəzilətlər cəm olmuşdur:
1️⃣Cümənin fəziləti;
2️⃣Ramazanın fəziləti;
3️⃣Ramazının son on gününün fəziləti;
4️⃣Duanın qəbul olmasını gərəkdirən iki böyük səbəb: Cümənin son saatı və oruclunun duası.
🌷Gəlin bu fürsətdən maksimum dərəcədə faydalanaq!
399
Repost from MU'MİNUN🖋️
🍃Dua
🎙Maher Al Muaiqly
Paylaşaraq xeyirə vəsilə olun! ✨
t.me/muminuntelegram
399
Furqan surəsi
70) Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! 🌷
399
Repost from Tənzil
‼️‼️‼️‼️
Şeyx Salih əl-Fəuzən (həfizahullah) buyurur:
- "Musiqinin yerinə naşid dinlə" sözü, "Sidiyi sidiklə yu" deyənin sözü kimidir...
(İğhasətul Ləhfənin şərhi, 26.05.1437 h)
_______
📲 Telegram kanalına daxil olmaq üçün: https://t.me//attanziil
📲 İnstagram səhifəmiz:
https://www.instagram.com/attanziil
399
📚 Peyğəmbər ﷺ dedi:
Kim elm öyrənmək üçün yola çıxarsa, Allah bununla onun üçün Cənnətə gedən yolu asanlaşdırar.📎 Muslim rəvayət etmişdir. @https/t.me//muminuntelegram
399
Repost from 🌎«𝐁𝐮 𝐝ü𝐧𝐲𝐚𝐧ı𝐧 𝐜ə𝐧𝐧ə𝐭𝐢 𝐞𝐥𝐦 𝐭ə𝐥ə𝐛 𝐞𝐭𝐦ə𝐤𝐝𝐢𝐫.»
SubhənAllah....
📣📣Oxuyun və sevdiklərinizlə paylaşın..
İnsan bilməlidir ki, xəlvətdə etdiyi əməllər – istər yaxşı, istər pis – onun həyatına, imanına, əməl dəftərinə , ümumən Allah subhənəhu və təalədən ona gələcək olan hər bir xeyrə böyük bir təsir göstərir, nəinki aşkarda olan əməllər. Yəni insanın gizlində etdiyi əməllərin təsiri daha böyükdür.
▫️İnsanın heç kim görmədən Allah yolunda sədəqə verməsi, Quran oxuması, namaz qılması, Allahdan qorxaraq göz yaşı axıtması, vaxtını Allah yolunda sərf etməsi – bunlar hamısı xəlvətdə edilən yaxşı əməllərə daxildir. Mömin gərək xəlvətini aşkarından daha gözəl, daha ixlaslı etsin. Bu çox uca bir məqamdır.
▫️Bu məqamdan sonra görürsən ki, qullar arasından Allahın dostları, xas qulları, seçdiyi qulları çıxıb. Ona görə də bu məqam Allah qatında da çox dəyərli, qiymətli məqamdır. Bu məqama çatmaq böyük cəhd tələb edir. İnsan aşkarda insanların ibadətini görüb həvəslənir, eşitdiyi hər hansısa bir kəlamdan təsirlənir və himməsini qaldıraraq saleh əməllər edə bilir. Lakin xəlvətdə qaldıqda onun himməsinə təkan verən yalnız onun ixlasıdır. Bu ixlası insan qəlbində bərpa etməlidir. Özümüzü xeyirlə məşğul etməliyik. Bilməliyik ki, əgər biz özümüzü xeyirlə məşğul etməsək, nəfsimiz bizi şərlə məşğul edəcəkdir.
Bu qaçılmazdır. Sən istəsən də, istəməsən də əgər özünü xeyirlə məşğul etməsən, nəfsini şərrə qarışmış, günahlara düşmüş şəkildə görəcəksən.
...Zaman keçdikcə insanın xəlvətindəki xüsusiyyətləri onun adi halına çevrilir.
▫️Əgər o xəlvətdə günah edənlərdəndisə, günahkarlardan yazılır. Və bu şər onun bütün həyatını əhatə edir.
Əksi də əksi. Əgər insan xəlvətdə ibadəti adət edərsə, özünü Allahın nəzarəti altında hiss edərsə, günahlardan çəkinib, ibadətlə, Allaha yaxınlaşmaqla məşğul olarsa, beləliklə qəlbindəki ixlası bərpa edər. Çünki xəlvətdə nə bir insan olur yanında, nə kiminsə düşüncəsini, nə rəyini, nə baxışını heç nəyini düşünmür. Sadəcə Allaha olan ixlasla gözəl əməl edir.
▫️Daxilini islah edən o qədər kəslər olub ki, qurtulublar. Ona görə də heç bir kölgənin olmadığı Qiyamət günü kölgələnəcək olan yeddi sinifdən biri də xəlvətdə Allah üçün göz yaşı axıdan kəsdir. Bu uca bir mükafatdır
Baxırsan ki, ağlamaq nədir ki, insanı bu məqama qaldırır??...
Məsələ burasındadır ki, insanın Allah üçün göz yaşı tökməyi yalnız ixlaslı olduğu zaman işə yarıyır. İnsanların yanında göz yaşı axıtmaq onu bu sinfə daxil etmir. Məhz ixlaslı şəkildə bunu edən o sinfə daxil olur. Bu da insanın xəlvətində olur. Təsəvvür et, ətrafında heç kəs yoxdur, yalnızca Rəbbin ilə baş-başasan, beləcə günahlarını xatırlayıb ağlayırsan. Səni buna məcbur edən yalnız və yalnız qəlbində olan ixlasdır.
▫️Sələflərdən Rəbbi ilə sadiq olan neçə insan vardı ki, bu xəlvətlərinin dəyərini anlamışdılar. O xəlvətlərinə heç kəsi buraxmırdılar. Qorxurdular ki, əməllərin puç olar. Əgər kimsə onların istəyi olmadan gizli əməllərinin üstünü açarsa, o zaman qəzəblənirdilər. Sevinmirdilər! Qorxurdular ki, birdən o ixlası itər, saleh əməlləri yayılar, bərəkəti qaçar, qəbul olunmaz, Allah ilə olan dostluq itər, ona görə çox qəzəblənirdilər ki, kimsə onların xəlvətini açmasın.
Sələflər gecənin gəlməsinə sevinərdilər Kİ, insanlar yatacaqlar, onlar Rəbləri ilə xəlvətdə qalacaqlar
🎙️"Xəlvətini islah et dərsindən" fayda.
https://t.me/al_badr_fawaid0101
399
Peyğəmbərimiz 📿 belə buyurmuşdur:
▫️Kim insanları qəzəbləndirmə bahasına olsa belə Allahın razılığını axtararsa Allah ondan razı olar və insanları da ondan razı edər. Kim də Allahı qəzəbləndirmə bahasına insanların razılığını axtararsa, Allah ona qəzəblənər və insanların da ona qəzəblənməsini təmin edər.▫️
🪶 ət-Tirmizi 2414, Albani səhihləşdirmişdir.
399
Repost from Taifatul Mansura
İnsanın elmi artdıqca, inkarı azalır...
Yalnız alim bilir cahilliyin necə pis olduğunu.
Bilirsiz niyə? Bəzən bir şeyi eşitdiyimizdə həmin an ani qərar verib "bu dində yoxdu", "bu yanlışdır", "xətadır" və s. deyirik. Amma heç vaxt "BİLMİRƏM" demirik. Ehtiyat etməkdə fayda var, çünki ola bilsin kiminsə etdiyi əməl və ya işlətdiyi söz hər hansısa fiqhi, əqidə, təfsir və s. kitablarında ola bilər lakin sən onu bilməzsən. Bu baxımdan kiminsə sözünü inkar etməmişdən öncə araşdırmaq lazımdır, əgər bilmirsənsə de ki bilmirəm. Yaxud görürsənsə kimsə hər hansısa sözü deyir və ya əməli edir, ondan bu əməlin və ya sözün mənbəsini, haradan öyrəndiyini soruş.
T.me/taifatull_mansura
399
🔥 Peyğəmbər 🤍 dedi:
« Kim bir qövmə bənzəyərsə, o da onlardandır »
📚 Səhihul-Cəmi, 2831
🖋 T.me/muminuntelegram
399
Repost from • العربية/الأذرية •
📍Şeyx ibn Useymin رحمه الله
📍Şeyx AbdurRazzəq əl-Bədr حفظه الله
➖Təravih namazı nemətindən
özünü məhrum etmə!
• T.me/arabiazeri •
399
Repost from Sual Cavab və Faydalar📚📚📚
🎉 DƏYƏRLİ HƏDİYƏLİ BAYRAM YARIŞMASI.
🪶 Əssələmu aleykum və rahmətullah dəyərli kanal takipçiləri. Allahın izni ilə kanalda bayram yarışması keçiriləcək Allahın izni ilə, Allah sizlərə bərəkət versin.
🎁 Yarışmanın qalibinə (qadın və ya kişiyə) istədiyi namaz vaxtlarını göstərən saat və videoda olanlar hədiyə olunacaq.
📆 Yarış 29 Marta keçiriləcək Allahın izni ilə.Yarışa qoşulmağın şərtləri: 🔢https://t.me/karajala Telegram kanalımıza abonə olmaq. 🔢 https://whatsapp.com/channel/0029VanZwoxICVff7ttsdC1x WhatsApp kanalımıza abonə olmaq. 🔢Elanı paylaşmaq. 🤲 Allah kanalı ümmət üçün faydalı etsin.
399
Münasibətlərdə Allahın rizasını gözləmək 🖋Bu, həqiqətən də, olduqca önəmlidir. İstər dostlarla, istər valideynlərlə və digər insanlarla münasibətlərdə ilk növbədə ixlaslı olmalıyıq. İşin əsas sirri də məhz buradadır. Yəni sevdiyimiz insanları Allah üçün sevməliyik. Bu, həqiqi sevgidir. Peyğəmbər 🕋 hədisində buyurur: "Yeddi qism insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə Öz kölgəsində kölgələndirəcəkdir." Hədisdə gələn bu yeddi qisim insandan biri də bir-birini Allah üçün sevən, Onun yolunda birləşib və Onun yolunda ayrılan iki nəfərdir. Buxari, 1423, 1334 | Muslim, 1712, 2427. Həmçinin, Ənəs ibn Məlikdən 🇧🇳 rəvayət olunan hədisdə Peyğəmbər 🕋 belə demişdir: "Üç xislət vardır ki, kimdə bunlar olarsa, imanın şirinliyini dadar: Allah və Onun elçisi hamıdan çox ona sevimli olarsa; birini sevdiyi zaman yalnız Allah üçün sevərsə; Allah onu küfürdən qurtardıqdan sonra oda düşməyi xoşlamadığı kimi, küfrə qayıtmağı da xoşlamazsa." Muslim, 43 Öz həyatımda bunun təsirini və nəticəsini müşahidə etdiyim üçün bunu bilirəm. Məsələn, dostluq münasibətlərində nə zaman ki niyyətim ixlaslı olmayıb və başqa məqsədlərə yönəlib, həmin andan etibarən münasibətdə müəyyən çətinliklər və narahatlıqlar yaranıb. İbn Teymiyyə 🇧🇬 belə buyurmuşdur: "Bil ki, Allah üçün olan sevgidən başqa bir sevgiylə kimisə sevən elə bir insan yoxdur ki, sevdiyi ona zərər verməsin və bu, onun əzab çəkməsinə səbəb olmasın." Məcmu əl Fətəva, 6/38
