359
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
#müzakire_2
Sağ mədəcik infarktında xəstəyə nitroqliserin və diuretik verməkdən niyə çəkinirik, amma kiçik maye bolusunu niyə düşünə bilərik?
#müzakire1
Uşaqda AED istifadə edərkən, əgər cihazda pediatrik rejim/uşaq elektrodları yoxdursa, böyüklər üçün nəzərdə tutulmuş elektrodları istifadə etmək olarmı?
#klinik_hal_1
Aşağıdakı preparatlardan hansının bu xəstəyə vurulması HƏYATİ TƏHLÜKƏLİDİR?
#Klinik_hal_1
Xəstə: 58 yaşlı kişi.
Şikayət: Döş qəfəsində kəskin göynədici ağrı və təngnəfəslik (45 dəqiqədir başlayıb). Ağrı sol qola və çənəyə radiasiya edir.
Anamnez: Hipertoniya, Şəkərli Diabet (Tip 2).
📊 Vital göstəricilər:
• ƏB: 85/55 mm Hg (Hipotoniya)
• Puls: 48 v/d (Bradikardiya)
• SpO₂: 93%
• Auskultasiya: Ağciyərlər təmizdir. Boyun venalarında dolğunluq (qabarma) var.
📈 EKG: II, III, aVF-də ST elevasiyası, V1-V3-də ST depresiyası.
Klinik Test
45 yaşlı kişi xəstə təcili yardım briqadası tərəfindən gətirilib. Şikayətləri 1 gün əvvəl başlayıb: əvvəlcə görmədə bulanıqlıq və cüt görmə, bir neçə saat sonra ağızda həddindən artıq quruluq, danışığının ağırlaşması, bərk qidaları uda bilməmə. Son 6 saatda qollarında gücsüzlük yaranıb, əşyaları qaldıra bilmir.
Anamnezdən: Xəstə subyektiv olaraq nəfəs darlığı hiss etmir. Qızdırması olmayıb. İshal və ya qusma olmayıb, lakin 2 gündür qəbizlikdən əziyyət çəkir. 3 gün əvvəl evdə hazırlanmış göbələk konservi yeyib. Ailədə onunla eyni yeməyi yeyən digər şəxsdə də yüngül ağız quruluğu və halsızlıq var.
Fiziki müayinə: Şüur açıqdır, tam orientasiyalıdır. Dəri örtüyü quru, turgoru azalmış kimi görünür. AT 120/80 mmHg, nəbz 88/dəq, tənəffüs sayı 18/dəq, SpO2 97%. Nevroloji müayinədə: ikitərəfli ptozis, midriazis (hər iki bəbək geniş, işığa zəif reaksiya), oftalmoplegiya. Üz əzələlərində zəiflik, "təbəssüm" əmri zəif yerinə yetirilir. Dizartriya və dizfoniya aşkar edilir. Udma qabiliyyəti zəifləyib – tüpürcəyi udmaqda çətinlik çəkir. Yuxarı ətraflarda simmetrik əzələ gücü 3/5, aşağı ətraflarda 4/5 səviyyəsindədir. Dərin tendon refleksləri diffuz azalıb, lakin tam itməyib. Yana əyri duran xəstə başını qaldıra bilmir. Meningeal simptomlar mənfi, sensori normaldır.
Bu klinik mənzərə üçün ən ehtimal olunan diaqnoz hansıdır?
