🌺QƏDİM TƏBABƏTLƏ SAGLAM OL 🌺
الذهاب إلى القناة على Telegram
Bunu yaxşı deyib bir dərman satan, Sağalmaq istəsən iç acı dərman ! Xəstəyə qənd vermək xoş deyil, inan Xəstə fayda görər acı dərmandan .. ✍️Sədi Şirazi . https://t.me/+IG7TyxAsM4w5MzNi
إظهار المزيد1 584
المشتركون
لا توجد بيانات24 ساعات
-27 أيام
-3230 أيام
أرشيف المشاركات
Ailədə Xoşbəxtliyin Qızıl Qaydaları: Qadın Əqli və Şirin Dilin Gücü
Evini cənnətə çevirmək, həyat yoldaşının qəlbini fəth etmək hər bir qadının öz əlindədir. Ailə münasibətlərində düzgün yanaşma ilə ən çətin məsələləri belə asanlıqla həll edə bilərsiniz:
Kişi evə gələndə əsəbidirsə, üstünə getməyin: Qapıdan girən kimi evin problemlərini, çətinliklərini yığmayın. Buraxın bir az dincəlsin, sakitləşsin. Məsələləri sonradan — gülə-gülə, mülayimliklə və incə bir manipulyasiya ilə yavaş-yavaş dilə gətirin. Əsəbi halda üstünə getsəniz, haqlı olsanız bile mübarizədə uduzan tərəf olacaqsınız.
Şirin dil və zarafat hər qapını açır: Yoldaşınızla tez-tez zarafat edin, gülün, xoş sözlərinizi əsirgəməyin. Keçmişdə olanları hər dəfə üzünə vurub onu bezdirməyin. Unutmayın, xoş dillə yanaşsanız, bir kişi sizin üçün hər şeyi edər.
Mübahisə edəndə heç vaxt küsülü qalmayın: Araya soyuqluq salmaq və uzun müddət küsülü qalmaq böyük səhvdir. Çünki aradakı məsafədən kənar şəxslər istifadə edə bilər.
Tənqidləri zarafata salın: Məsələn, sizə "Yeməyi pis bişirmisən" deyirsə, hemen cinlənməyin. Məsələni zarafata vurun: "Gələn dəfə sən hazırlayarsan, ürəyim!" deyin və gülün. Belə dedikdə həm sözünüzü demiş olacaqsınız, həm də heç kimin xətri dəyməyəcək.
Ağılla hərəkət edin: Başqalarının ailəni necə idarə etdiyinə baxın — hər şey tamamilə sizin elinizdədir.
Bu dediklərimi cəmi 1 həftə yoxlayın. Evinizin necə sakit, hüzurlu və cənnət kimi bir məkana çevrildiyini öz gözlərinizlə görəcəksiniz
#Depressiya_nədir?
Depressiya — hər zaman həzz aldığınız fəaliyyətlərə qarşı marağın itməsi və ən azı iki həftə ərzində gündəlik işləri yerinə yetirə bilməməklə müşayiət olunan davamlı kədər və qəm hissidir. Depressiya gündəlik həyatın çətinliklərinə qarşı yaranan müvəqqəti kədərdən və ya adi əhval-ruhiyyə dəyişikliklərindən fərqlənir.
Depressiya yayılmış bir xəstəlikdir; dünyada 300 milyondan çox insan depressiyadan əziyyət çəkir. Depressiya hər kəsə və hər yaşda təsir edə bilər. İnsan bunu həyatında bir dəfə təcrübə edə bilər, yaxud xəstəlik xroniki (davamlı təkrarlanan) xarakter ala bilər.
#Depressiyanın_ümumi_əlamətləri_və_simptomları
Depressiyanın həm psixoloji, həm də fiziki simptomları olur. Bu simptomlar yüngül və ya ağır dərəcədə ola bilər; hətta insanın həyatın yaşamağa dəymədiyini hiss etməsinə və nəticədə intihara gətirib çıxarmasına səbəb ola bilər.
Psixoloji simptomlara daxildir: kədər, tənhalıq, ümidsizlik, xoşunuza gələn işlərə marağın itməsi, ağlamaq istəyi, təqsirkarlıq və ya dəyərsizlik hissi, aşağı özünəhörmət, təfəkkürün ləngiməsi, unutqanlıq, diqqəti toplamaqda çətinlik, özünə zərər vermə və intihar fikirlləri.
Fiziki simptomlara daxildir: daimi enerji çatışmazlığı, yuxu pozuntusu (həddindən artıq və ya çox az yuxu), iştahasızlıq və ya həddindən artıq yemək, cinsi həvəsin azalması, ağrılar, hər hansı müəyyən fiziki xəstəlik olmadan zəiflik/yorğunluq və ya həzm problemləri.
Gənclərdə müşahidə olunan digər simptomlar: məktəbdə və evdə fəaliyyətə mane olan davranış problemləri, ailə üzvləri və dostlarla münasibətlərdə münaqişələrin artması və ya təhlükəli davranışlara əl atmaq. Bu şəxslər məktəbə getməkdən imtina edir, özlərinə zərər vurur (məsələn, bədənlərini kəsməklə), narkotik və alkol aludəçiliyi edir və qorunmayan cinsi əlaqədə olurlar.
Yaşlı insanlarda digər simptomlar: yaddaş problemləri, çaşqınlıq, şəxsiyyət dəyişiklikləri (Altsheymer xəstəliyini təqlid edən), fiziki ağrılar, yorğunluq, yuxu problemləri və cəmiyyət arasına çıxmaq və ya yeni işlər görmək əvəzinə daha çox evdə qalmaq meyli. Depressiya şəkər, xərçəng, ürək xəstəlikləri və Parkinson kimi digər tibbi problemlərlə yanaşı da üzə çıxa bilər.
#Qadınlarda_və_kişilərdə_depressiya
Depressiya qadınlar arasında kişilərə nisbətən daha yayğındır və qadınlar yardım almaq üçün daha çox müraciət edirlər. Qadınlar həyatlarında onları depressiyaya daha meylli edən mərhələlərdən keçirlər (məsələn, hamiləlik və ya menopozdan əvvəlki dövr). Qadınlar kişilərə nisbətən daha çox intihara cəhd edirlər, lakin ölümə aparan intihar nisbəti kişilərdən daha azdır.
Kişilərdə depressiya özünü təcridolunma davranışları ilə göstərə bilər (işdə və ya idmanda həddindən artıq vaxt keçirmək, alkol və narkotik maddələrdən sui-istifadə, zorakı davranışlar, səbəbsiz əsəbilik/qıcıqlanma, ehtiyatsız sürmə kimi təhlükəli davranışlar). Kişilər yardım istəməyə daha az meyllidirlər.
Kişilər intihar fikirlləri yarandıqda daha impulsiv davrana və daha ölümcül üsullardan (məsələn, silah) istifadə edə bilərlər və bu, daha çox ölümcül nəticələnir.
#Depressiyanın_ümumi_səbəbləri
Bir çox amillər depressiya riskini artıra bilər: kasıblıq, işsizlik, yaxınların itirilməsi və ya münasibətlərin bitməsi kimi həyat hadisələri, fiziki xəstəliklər, alkol və narkotik istifadəsindən yaranan problemlər. Genetik amillər də depressiyaya səbəb ola bilər (məsələn, bəzi ailələrdə depressiyanın irsi xarakter daşıması).
#Nə_zaman_kömək_istəməli!
Əgər ən azı iki həftə ərzində demək olar ki, hər gün və günün çox hissəsində depressiya simptomları yaşayırsınızsa, depressiyada ola bilərsiniz. İşdə və ya münasibətlərinizdə problemlər yarandıqda və ya başqaları dəyişdiyinizi söylədikdə kömək istəmək çox vacibdir. Bir dost və ya ailə üzvü ilə danışmaq yaxşıdır. Bəzi insanlar icmalarındakı mütəxəssislərdən və ya dini şəxslərdən kömək istəyirlər. İnsanların çoxu etibarlı şəxslərlə danışdıqdan sonra müvəqqəti rahatlıq hiss edir, lakin effektiv müalicə üçün yerli səhiyyə işçilərinə, həkimə və ya psixi sağlamlıq mütəxəssislərinə müraciət etmək lazımdır
PSİXİKANIN MÖHKƏMLƏNDİRİLMƏSİ
Günü təbəssümlə başlayın. Səhərlər ayna qabağında
dayanın, xoş bir əhvalatı yada salın, üzünüzə xoş ifadə verin,
əhvalınızı yaxın adamlarla və iş yoldaşlarınızla yaxşı
münasibət üstündə “kökləyin”.
Sizi qıcıqlandıran hər bir hala “qapalı gimnastika” ilə
cavab verin: çiyinlərinizi bir neçə dəfə arxaya tərəf dartın,
başınızı xəyalən sol çiyin üzərindən geri çevirin, sağ dabana
“baxın”, nəzərinizi dabandan yuxarı (qıç üzərində) sürüşdürün,
sonra da büzdümdən boyunadək “baxın”. Eyni şeyi sağ çiyin
üzərində də edin. Pəncənin ucunda azca qalxın və dabanın
üstünə enin – bu hərəkəti bir neçə dəfə təkrar edin. Fəqərə
sütununu dartıb “uzadın”, dincəlin.
Özünüidarəni öyrənmək mümkündür. Bunun üçün,
birinci növbədə, zəhləniz gedən “qəliz”,”murdar” adamlardan
uzaq olmaq çox vacibdir.
Hər hansı “döyüş meydanına” atılmazdan öncə yaxşı-
yaxşı fikirləşin: “Döyüşməyə dəyərmi?”
Sizi hər hansı xoşagəlməz iş gözləyirsə, onu tez həll
etməyə çalışın, mətləbi uzatmayın, özünüzü üzməyin. Hətta,
dəhşətli məğlubiyyətə uğrasanız belə, keçmiş uğurlarınızı
xatırlayaraq, sizi əzən fikirlərlə mübarizə aparın. Bu, sizə gələn
qələbələr üçün güc verəcək.
Diqqətinizi həyatın işıqlı tərəfi üzərində cəmləyin,
narahatlıq doğuran söhbətlərdən uzaq olun.
Stresi azaltmağın ən gözəl üsulu fikiri yayındırmaqdır.
Nişi sistemi, kontrast su vannası (duş) və yaxşı həmsöhbət -
sizə köməkçi ola bilər. “Döyüş arsenalına” maraqlı kitabları,
filmləri, tamaşaları və musiqini də əlavə edə bilərsiniz.
Doyunca yatın (uşaqlar 10, qadınlar 9, kişilər 8 saat) və
hər yeni günü yeni enerji ilə başlayın.
Baxın görün, harda doyunca gülə bilərsiniz. Yumor –
bütün dərdlərin çarəsidir, mənfi emosiyalardan ən güclü və
Bir çox insan hipertoniyadan, yəni yüksək arterial təzyiqdən əziyyət çəkir. Vaxtında müalicə olunmayan hipertoniya xəstəliyi insanın sağlamlığı və hətta həyatı üçün təhlükəli hesab olunur. Belə ki, Uzun müddət müalicə olunmayan yüksək təzyiq miokard infarktına, insulta, ürək çatışmazlığına, qulaqcıqların səyrici aritmiyasına, aşağı ətraf damarlarının xəstəliklərinə, görmə qabiliyyətinin itirilməsinə və böyrək çatışmazlığı kimi fəsadlara yol aça bilər. Bu məqsədlə insanlar daha çox həblərdən istifadəyə üz tuturlar. Amma unutmayın ki, bir qutu dərman içməklə siz bu xəstəliyi müalicə etmiş sayılmırsınız. Bəzən xəstələr hətta 2 və daha çox hipotensiv dərmanlar içirlər. Bu dərmanların bir qrupu sidikqovucudur, kaliumun bədəndən xaric olmasına səbəb olur, bir qrupu qanda sidik turşusunun miqdarını artırır, artroz və oynaq ağrılarına səbəb olur. Bir qrupu isə qaraciyəri, mədəni və mədəaltı vəzi zədələyir. Yəni bu dərəcədə sintetik həblərə bağlanmaq düzgün deyil. Həm də bilmək lazımdır ki, istifadə olunan nə qədər keyfiyyətli dərmanlar olsa da, orqanizmdən asılı olaraq fərqli reaksiya verilir. Və xəstənin özbaşına bu preparatlardan, eləcə də bitkilərdən istifadə etməsini məsləhət görmürəm. Çünki əslində yüksək təzyiq orqanizmimizin çağırış simptomudur, o ayrıca bir xəstəlik deyildir. Yəni onun kökündə hansısa bir problem, xəstəlik durur. İlk növbədə yaxşı olar ki, yüksək təzyiqdən əziyyət çəkənlər artıq çəkilərini qaydaya salsınlar, aktiv həyat tərzi sürsünlər, xörək duzundan çox istifadə etməsinlər. Hipertoniyada bu orqanları yoxlatmaq lazımdır: beyini, ürəyi, böyrəyi və böyrəküstü vəzi. Qeyd etdiyimiz kimi ilk olaraq bu orqanlar zədələnir, ona görə də, bunları yoxlamaq lazımdır. Eləcə də qanda xolesterinin yüksək səviyyəsi təzyiqin də yüksəlməsinə səbəb olur. Osteoxondroz və fəqərəarası disk yerdəyişmələri baş beyni qidalandıran vertebral arteriyaları sıxır və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Hipertoniyanın digər səbəbi isə əsəb, stress və gərginlikdir.Təzyiqi normallaşdırmaq üçün təkrar olaraq qeyd edirəm ki, mütləq şəkildə qidalanmaya diqqət edilsin. Hər gün balqabaq şirəsi içməyi tövsiyyə edərdim. Bu şirə qaraciyər, böyrək və ümumiyyətlə orqanizm üçün çox gözəl bir detoksdur. Hər yemək və salatlarınızda limon və sirkədən istifadə edin. Təzyiqə qarşı reseptlər:1 litr siya 1 limonu sıxırsınız, 1 çay qaşığı sürtkəcdən keçirilmiş təzə zəncəfil , 1 çay qaşığı bal və 1 xörək qaşığı alma sirkəsi əlavə edirsiniz. Və bu suyu gün ərzində içirsiniz. 2 xörək qaşığı yemişan meyvələrini 3 stəkan 80 dərəcəlik suda termosda dəmləyirsiniz. Sabahısı gün isə gündə 3 dəfə olmaqla yeməkdən 1 saat öncə 1 stəkan içirsiniz. Bəzən yüksək təzyiqli xəstələrin ayaqlarında şişkinlik olur. Bu zaman yemişanla birlikdə ayirica sidikqovucu bir bitkidən məsələn: gilas saplaqlarından və qarğıdalı saçaqlarından istifadə edə bilərsiniz. Hər bitkidən bir xörək qaşığı olmaqla yuxarıdakı qaydada dəmləyib, qəbul edirsiniz. Yunan lavandası və ballı nanə bitkilərindən hərəsindən bir xörək qaşığı olmaqla 3 stəkan suda 15-20 dəqiqə dəmləyib, əvvəlki reseptdə qeyd olunan qaydada içirsiniz. Hipertoniyanın ən xeyirli müalicələrindən biri də hirudoterapiya və mütəmadi olaraq həcəmət etdirməkdir. Bütün bu bitkiləri kompleks şəklində qəbul etsıniz bir neçə həftə ərzində təzyiqiniz normal vəziyyətə düşəcəkdir. Bundan sonra bitkilər azaldılır və yalnlz yemişan dəmləməsinə davam edilir
RESEPET Fizuli Huseynov.
Səhf bilinən duzlər kitabi ndan bir parca. İstəyən şəxslər bu nomrə ilə əlaqə saxlaya bilər. Catdirlma var. 055 604 09 97
Bizi Biz Edən Dəyərlər Və Müasir Ziddiyyətlər
Hər bir xalqı yaşadan, onu digərlərindən fərqləndirən və ayaqda saxlayan onun kökləri, mənəvi dəyərləri və namus-qeyrət anlayışıdır.
Tarix boyu Azərbaycan qadını təkcə gözəlliyi ilə deyil, həm də mənəvi ucalığı, həyası, isməti və xanımlığı ilə seçilib. Bizim analarımız, bacılarımız ailənin dirəyi, iffətin və məğrurluğun simvolu olublar.
Lakin bu gün sosial şəbəkələrin sürətli inkişafı və virtual aləmin gətirdiyi bəzi meyllər bizi dərin düşüncələrə və təəssüfə sövq edir. Günü-gündən artan açıq-saçıqlıq, şəxsi həyatın və bədənin virtuallıqda nümayiş etdirilməsi milli düşüncəmizlə üst-üstə düşmür.
Bu Torpaq Və Bu Qan Nəyin Naminə Verildi?
Bu torpağın hər qarışı uca tutulan dəyərlərimiz, namusumuz, bayrağımız və azadlığımız uğrunda canından keçən minlərlə igid oğulun qanı ilə suvarılıb. Şəhidlərimiz canlarını qurban verərkən:
Ana-bacılarımızın isməti tapdanmasın,
Milli kimliyimiz və ləyaqətimiz qorunsun,
Düşmən qarşısında başımız həmişə dik olsun deye döyüşdülər.
Bu gün sosial şəbəkələr sadəcə öz aramızda olan bir mühit deyil. Ora geniş bir meydandır dost da baxır, düşmən də. Bizim hər bir hərəkətimiz, paylaşımımız bütöv bir xalqın mədəniyyətini və mənəviyyatını təmsil edir. Düşmən elinə keçməsin deyilən o müqəddəs dəyərləri öz əlimizlə virtual aləmə çıxarmaq, bədən üvlərini nümayiş obyektinə çevirmək babalarımızın ruhuna, şəhidlərimizin əmanətinə sayğısızlıqdır.
Mənəvi İrs və Məsuliyyət Azərbaycan xanımına yaraşan xanımxatunluqdur, ailəcanlılıqdır, naməhrəmdən həya etməkdir. Müasirləşmək və ya azad olmaq mənəviyyatdan, həyadan imtina etmək demək deyil. Əsl kübarlıq və gözəllik açıq-saçıqlıqda deyil, əxlaqi ucalıqda və mənəvi zənginlikdədirBiz öz köklərimizə, milli-mənəvi kəramətimizə qayıtmalı, virtuallığın gətirdiyi müvəqqəti bəzəklərə aldanmamalıyıq. Çünki Azərbaycan qadını hər zaman öz ləyaqəti ilə dünyada tanınıb və bundan sonra da elə kalmalıdır
Telegramın ən gözəl elmi və dini kanalları ilə qarşınızdayıq. Adlarını qeyd etdiyimiz və etmədiyimiz bir çox kanala abunə ola bilərsiniz.
@toplu_admini
Bir həkim üçün ən çətin, adamı ən çox çarəsiz qoyan xəstə öz valideynidir. Çünki heç sözə baxmırlar, nə deyirsən eləmirlər, hər şeyə bir inad tapırlar. Xəstə yad olanda, söz eşitməyəndə 'özü bilər' deyib birtəhər baş qoşmaya bilirsən. Amma canından bir parça, öz valideynin olanda və sənə qulaq asmayanda adam əsəbdən, o çarəsizlikdən az qala başını divara vurmaq istəyir
İlahi Qadağanın Hikməti
Alkoqolun Dünyadakı Dəhşətli Fəsadları
Uca Allahın haram buyurduğu hər bir qadağanın arxasında insanı qoruyan böyük bir hikmət dayanır. Bu gün bəzilərinin nə olacaq ki, boş ver deyərək özlərinə halal etməyə çalışdıqları içki (alkoqol), əslində həm bədəni, həm ruhu, həm də cəmiyyəti daxildən məhv edən bir zəhərdir. Gəlin, bu haramın dünyada törətdiyi dəhşətli fəsadlara nəzər salaq:
🔴 1. Sağlamlığın və Orqanların Məhvi
İçki bədənə daxil olduğu andan etibarən başda qaraciyər olmaqla, bütün daxili orqanları çürüdür. Qaraciyər sirrozu, beyin hüceyrələrinin ölməsi və ürək çatışmazlığı alkoqolun bədənə vurduğu ən ağır zərbələrdəndir. Allahın bizə əmanət etdiyi bu canı öz əlimizlə zəhərləməyin bədəli çox ağır olur.
🔴 2. Ağlın İtirilməsi, Namus və İffətin Tapdanması
İçkinin ən qorxulu tərəfi insanın ağlını başından almasıdır. Ağıl gedəndə isə insanı heyvandan ayıran heç bir sərhəd qalmır. İffət, namus və mənəviyyat hissləri korşalır. İçki insanı elə bir rəzil hala salır ki, gözü heç nəyi görmür, vəhşiləşir və hətta öz doğmalarına belə zərər yetirəcək, təcavüz edəcək qədər alçalır.
🔴 3. Cinayət və Bəlalara Yol Açması
Alkoqol bütün pisliklərin açarıdır. Ağlı başında olmayan insan ən ağır cinayətləri belə saniyələr içində törədir. Üstəlik, içkili mühitlərdə olmaq insanı etmədiyi cinayətlərin belə şübhəlisi və günahkarı edir, başqalarının günahı onun boynuna yıxılır. Həyatlar bir saniyəlik sərxoşluq ucbatından dəmir barmaqlıqlar arxasında məhv olur.
Görürsünüz, Allahın buyurduğu haramdan heç vaxt xeyir gəlmir
Bu gün bu zəhərə əyləncə deyənlər, sabah iş işdən keçəndə, sağlamlıqlarını, ailələrini və mənəviyyatlarını itirəndə başlarına döyüb ağlayırlar. Amma onda artıq çox gec olur...
Bu post bəyəndisə ətrafinla paylaş Əziz dost.
Gəlin Allahın hüdudlarını aşmayaq, həm bu dünyamızı, həm də axirətimizi öz əlimizlə atəşə atmayaq
Hicab uşağın hüququnu pozur, yoxsa başqa amillər?
Gəlin, uşaqların hüquqlarını və həyatlarını əslində nələrin alt-üst etdiyinə nəzər salaq:
Valideynlərin məsuliyyətsizliyi və pis rəftarı,
Ananın xəyanət edib başqa biri ilə qaçması (bu zaman hüquq sadəcə pozulmur, uşağın dünyası alt-üst olur),
Atanın başqa bir qadına görə uşağını və ailəsini atması, uşağa təhqir və söyüş rəva görməsi,
Valideynlərin narkotik və ya alkoqol aludəçisi olması,
Valideynlərin ciddi psixoloji problemlərinin olması və uşağa travma yaşatması,
Əxlaqsız qohumların mühitində böyümək,
Uşağın doğmaları və ya qohumları tərəfindən (Allah uzaq etsin) təcavüzə və istismara məruz qalması,
Maddi imkansızlıq ucbatından uşağın günlərlə evdə ac qalması,
Köhnə geyimlə məktəbə getdiyi üçün həmyaşıdları tərəfindən lağa qoyulması və sıxışdırılması,
Müəyyən səbəblərdən təhsildən geri qalması və s.
İndi siz deyin
Hicab uşağın hüququnu necə və hansı əsasla pozur?
Biz hicab bağlayıb, ən yüksək səviyyədə təhsil alan, uğur qazanan neçə-neçə xanımın şahidiyik. Allahın buyurduğu qanunlardan insana heç vaxt ziyan gəlməz. Amma Onun haram buyurduğu hər bir əməldə mütləq bir zərər və bəla gizlənmişdir
Simalardakı Gizli Həqiqət: Nur və Zülmət
Heç dinin, müqəddəs dəyərlərin əleyhinə danışan insanların simalarına diqqətlə baxmısınızmı?
Bir anlıq dayanın və baxın... Onların üzlərindəki o kini, nifrəti, daxili hiddəti aydınca görmək mümkündür. Zaman keçdikcə, ömür ötdükcə sanki o simaların rəngi tündləşir, kömür rənginə çalır. Allah hər kəsə yaşlandıqca onun daxili aləminin, kimliyinin haqq olan real görüntüsünü elə üzündəcə əks etdirir. İnsanın qəlbindəki qaranlıq, gec-tez onun zahirinə sızır.
Amma indi də dönün və bir möminin simasına diqqətlə baxın... Söhbət əsl mömindən, qəlbi Allah sevgisi ilə döyünən şəxsdən gedir. Onun üzünə baxanda daxildən gələn bir işıq, bir parıltı görərsiniz.
Burada söhbət standart zahiri gözəllikdən getmir; söhbət simanın nurundan, o ilahi işıqdan gedir. Bir insan danışanda onun gözlərinə və süzülən ifadəsinə diqqət yetirin. Çünki sima və əsasən də gözlər — insanın daxili dünyasının, ruhunun güzgüsüdür. Qəlbi təmiz olanın üzü nurlu, qəlbi kinlə dolu olanın siması isə zülmət olar
