Tech.az Media
الذهاب إلى القناة على Telegram
A-dan Z-yə texnologiya Startap, İnnovasiya, Texnologiya FB, LN, İG, TW /techazmedia https://www.instagram.com/techazmedia
إظهار المزيد1 033
المشتركون
لا توجد بيانات24 ساعات
-17 أيام
-1330 أيام
أرشيف المشاركات
1 036
TƏQAÜDLÜ KİBERTƏHLÜKƏSİZLİK TƏLİMLƏRİNƏ QEYDİYYAT BAŞLADI
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yeni təlim dalğasına qeydiyyata başlayıb. 17 yaşdan yuxarı, ingilis dili və baza İKT bilikləri olan Azərbaycan vətəndaşları müraciət edə bilər. İmtahan və müsahibə mərhələlərindən sonra 60 nəfər 6 aylıq təlimdə tam təqaüdlə iştirak edəcək. “Red Team” və “Blue Team” istiqamətləri üzrə tədrisi “Technion” ekspertləri aparacaq. Proqramı bitirənlərdən ən yüksək nəticə göstərən 5 nəfər xarici şirkətlərdə təcrübə imkanı qazanacaq. Məzunlara “Technion” sertifikatı veriləcək. Qeydiyyatın son tarixi 8 noyabr 2026-cı ildir.
Qeydiyyat: https://forms.cloud.microsoft/pages/responsepage.aspx?id=grsTlB0d70m4ACkK1cL1-ajTFEOsHXROjBhLmlH7-2tURU5KMjUxNVlFQkZHTlNMTk03TVo3U1Q1MC4u&route=shorturl
1 036
AMAZON Sİ STARTAPINI 7 MİLYARD DOLLARA ALIR
Amazon süni intellekt üzrə ixtisaslaşan Decart startapını təxminən 7 milyard dollara almaq üçün danışıqlar aparır. WSJ-nin mənbələrinə görə, tərəflər razılığa yaxınlaşa bilər, lakin danışıqların pozulması və ya başqa alıcının ortaya çıxması ehtimalı qalır. 2023-cü ildə yaradılan İsrail şirkəti Sİ modellərinin təlimi və istifadəsi xərclərini azaltmaq üçün proqram təminatı hazırlayır. May 2026-da Decart 4 milyard dollar dəyərləndirmə ilə 300 milyon dollar investisiya cəlb edib. Bundan əvvəl Anthropic də startapı 6 milyard dollara almağı nəzərdən keçirsə də, yoxlamadan sonra bu plandan imtina edib.
1 036
MEGASEC VƏ MƏRKƏZİ ASİYA SÜNİ İNTELLEKT ASSOSİASİYASI ƏMƏKDAŞLIĞA BAŞLAYIR
MegaSec və Mərkəzi Asiya Süni İntellekt Assosiasiyası (AICA) 8 oktyabr 2026-cı ildə Daşkənddə keçirilən Cyber Security Summit Central Eurasia 2026 tədbirindən sonra Anlaşma Memorandumu imzalayıb.
Sənədi MegaSec MMC-nin direktoru Qabil Qasımov və AICA-nın sədri Vladimir Norov imzalayıblar. Əməkdaşlıq süni intellekt və kibertəhlükəsizlik, etibarlı Sİ həllərinin hazırlanması, rəqəmsal transformasiya və infrastrukturun qorunması istiqamətlərini əhatə edir. Tərəflər, həmçinin birgə layihələr, tədqiqatlar, bilik mübadiləsi, təlim proqramları və startaplara dəstək sahələrində əməkdaşlıq etməyi planlaşdırırlar.
Tərəfdaşlığın məqsədi MegaSec-in texnoloji təcrübəsini AICA-nın regional şəbəkəsi ilə birləşdirərək Azərbaycanda, Özbəkistanda və Mərkəzi Asiya regionunda təhlükəsiz və innovativ rəqəmsal ekosistemin inkişafına töhfə verməkdir.
1 036
STARLINK HƏR DƏVƏT EDİLƏN İSTİFADƏÇİYƏ GÖRƏ $100 BONUS VERİR
Starlink yeni referal proqramı ilə həm mövcud abunəçilərə, həm də şəxsi dəvət linki ilə qoşulan yeni müştərilərə 100 dollar bonus təklif edir. Proqram əksər ölkələrdə əlçatandır, lakin mükafatın məbləği bazardan asılı olaraq dəyişə bilər. Tətbiqdə istifadəçilər dəvət linklərini paylaşa, tanışlarını dəvət edə və topladıqları bonusları izləyə bilirlər. Şirkətin reklam videosunda altı nəfəri dəvət edən istifadəçi üçün ümumilikdə 600 dollar bonus göstərilir. Mükafat həm dəvəti göndərənə, həm də link vasitəsilə internetə qoşulan yeni abunəçiyə verilir.
1 036
SİMA İMZA DÖVLƏT SATINALMALARI PORTALINA İNTEQRASİYA EDİLİB
SİMA İmza dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib. Sahibkarlar artıq şirkətlərin maliyyə hesabatlarını və Dövlət Vergi Xidmətindən arayış almaq üçün müraciətləri portalda rəqəmsal imza ilə təsdiqləyə bilirlər. Proses mobil tətbiq vasitəsilə, xidmət mərkəzinə getmədən həyata keçirilir. Yenilik sənədləşməni sadələşdirir, əməliyyat yükünü azaldır və kiçik və orta sahibkarların dövlət satınalmalarında iştirakını asanlaşdırır. Bu addım dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlərin bir hissəsidir.
1 036
OPENAI CHATGPT-YƏ YENİYETMƏLƏR ÜÇÜN UNİVERSİTET PLANLAYICI ƏLAVƏ EDİR
OpenAI ChatGPT for Teens üçün College Planner funksiyasını təqdim edir. İlkin mərhələdə ABŞ-da 10–12-ci sinifdə oxuyan və dördillik universitetə hazırlaşan şagirdlər üçün nəzərdə tutulan funksiya müraciət tələblərini, son tarixləri və maliyyə yardımı ilə bağlı tapşırıqları vahid planda toplamağa imkan verəcək. Şagirdlər plan üzrə suallar da verə biləcəklər. OpenAI həmçinin Boston Children’s Hospital-ın Digital Wellness Lab və müstəqil Student Advisory Council ilə rəqəmsal rifah və Sİ üzrə üçillik əməkdaşlığa başlayır. Şirkət iOS üçün qeydlərin fotolarını PDF-ə çevirmək, flashcard və quiz funksiyalarını yeniləmək imkanlarını da elan edib.
1 036
YANDEX-İN DATA MƏRKƏZİNDƏ dron hücumu olub
Rusiyanın Ryazan vilayətinin Sasovo şəhərində Yandex-ə məxsus data mərkəzində dron hücumu nəticəsində yanğın baş verib. Şirkətin məlumatına görə, hadisə infrastrukturun bir hissəsinə zərər vurub və data mərkəzinin fəaliyyəti tam dayandırılıb. Bu səbəbdən Yandex-in bəzi xidmətlərində fasilələr yarana bilər. Şirkət problemin aradan qaldırılması üçün aidiyyəti xidmətlərin işlədiyini və hadisə zamanı xəsarət alan olmadığını bildirib. İstifadəçilər oktyabrın 8-dən etibarən Yandex və digər şirkətlərin bəzi xidmətlərində problemlər barədə məlumat veriblər. Sasovodakı data mərkəzi 2014-cü ildə fəaliyyətə başlayıb.
1 036
YAPONİYADA AES-LƏRİN YENİDƏN İŞƏ SALINMASINDA Sİ-DƏN İSTİFADƏ OLUNUR
Yaponiyanın TEPCO enerji şirkəti atom reaktorlarının yenidən işə salınması üçün tələb olunan sənədlərin hazırlanmasını sürətləndirmək məqsədilə Sİ sistemi hazırlayıb. Ölkədə dayandırılmış reaktorların yenidən işə salınması, yeni AES-lərin tikintisi və avadanlıqların modernləşdirilməsi üçün operatorlar tənzimləyicidən icazə almalıdır. Kacivazaki-Kariwa AES-in 7-ci enerji blokunun yenidən işə salınması üçün hazırlanan sənədlər təxminən 70 min səhifədən ibarət olub və bu işə 100-ə yaxın mütəxəssis aylarla vaxt sərf edib. Yeni sistem bu prosesi sürətləndirməyi və mütəxəssislərin iş yükünü azaltmağı hədəfləyir. TEPCO texnologiyanı digər iri enerji şirkətlərinə də təqdim etməyi nəzərdən keçirir. Fukusima-1 qəzasından əvvəl Yaponiyada 54 reaktor işləyirdi. Hazırda isə ölkədə 14 reaktor fəaliyyət göstərir.
1 036
HUAWEI ÇİPLƏRİ 50%-LİK BAZAR PAYINA ÇATIB
Huawei-nin süni intellekt üçün Ascend seriyalı çipləri Çində bazarın 50%-ni tutaraq Nvidia-nı geridə qoyub. Müxtəlif təşkilatların statistikası və Huawei Connect konfransında təqdim olunan məlumatlara görə, Nvidia-nın Çindəki payı 8%-ə düşüb. 2022-ci ildə Nvidia 95%, Ascend isə cəmi 3% paya sahib idi. Beləliklə, cəmi dörd il ərzində bazarda ciddi dəyişiklik baş verib. Dəyişikliyin əsas səbəblərindən biri ABŞ-ın yüksək məhsuldarlıqlı Sİ sürətləndiricilərinə tətbiq etdiyi ixrac məhdudiyyətləridir. 2023-cü ildən etibarən məhdudiyyətlərin sərtləşdirilməsi Çin şirkətlərinin Nvidia məhsullarına çıxışını çətinləşdirib. Nəticədə Ascend seriyası yaranan boşluğu dolduraraq Çin bazarında əsas alternativlərdən birinə çevrilib.
1 036
BLUE ORIGIN KOSMOSDA DATA MƏRKƏZLƏRİ QURUR
Blue Origin hesablama gücünü birbaşa orbitə çıxarmaq üçün «Voskod solntsa» adlı layihə üzərində işləyir. Şirkətin qurucusu Ceff Bezos bildirib ki, Blue Origin ABŞ Federal Rabitə Komissiyasına 50 mindən çox peykin buraxılması üçün müraciət edib. Şirkət kosmosda data mərkəzləri yerləşdirməklə yüksək enerji tələbatı problemini həll etməyi hədəfləyir. Orbital infrastruktur hesablama sistemlərinin Yer səthindən kənarda işləməsi üçün istifadə oluna bilər. Blue Origin bu sahədə SpaceX və Starcloud kimi şirkətlərlə formalaşan kosmik data mərkəzləri yarışına qoşulur. Beləliklə, peyk qruplaşmaları yalnız rabitə üçün deyil, hesablama infrastrukturu üçün də nəzərdən keçirilir.
1 036
GTA VI KONSOL RELİZİ İLƏ EYNİ GÜN PC-DƏ OYNANA BİLƏCƏK
GTA VI-nın konsol versiyasının 16 noyabr 2026-cı ildə satışa çıxacağı gözlənilir. The Verge-in məlumatına görə, Xbox Grand Theft Auto VI üçün Xbox Cloud Gaming üzərindən eksklüziv bulud yayımı hüquqları əldə edib. Razılaşmanın şərtləri dəyişməz qalsa, PC istifadəçiləri Xbox Series X/S və ya PS5 almadan oyunu konsol relizi ilə eyni gündə bulud üzərindən oynaya biləcəklər. Rockstar Games isə hələlik GTA VI üçün ayrıca PC versiyasını elan etməyib. Microsoft və Rockstar arasındakı razılaşmanın müddəti və digər detalları açıqlanmayıb. Buna görə PC istifadəçilərinin Xbox Cloud Gaming-dən nə qədər müddət asılı qalacağı məlum deyil. Sözügedən razılaşma Microsoft-un bulud oyun xidmətində tətbiq etdiyi yeni məhdudiyyətlərin GTA VI-nın çıxışı ilə eyni vaxta düşməsi fonunda diqqət çəkir.
1 036
APPLE İPHONE DUO ÜÇÜN TƏTBİQLƏRİ UYĞUBLAŞDIRMAĞI MƏCBURİ EDİR
Apple 2027-ci ilin aprelindən etibarən App Store-da yayımlanan bütün mobil tətbiqlərin iPhone Duo üçün uyğunlaşdırılmasını tələb edəcək. Apple Developer səhifəsində bildirildiyinə görə, qatlanan iPhone üçün uyğunlaşdırılmış versiyanın ilk 6 ay ərzində məcburi olması gözlənilmir. Mövcud tətbiqlər isə artıq Xcode 27.1 vasitəsilə yenidən kompilyasiya edilə bilər. Apple-ın yeni qatlanan iPhone modelini 23 oktyabrda təqdim edəcəyi gözlənilir. Apreldən etibarən isə tərtibatçılar tətbiqin iPhone Duo-da necə göründüyünü göstərən ekran görüntülərini təqdim etməli olacaqlar. Bu görüntülər olmadan tətbiqin App Store-da moderasiyadan keçməsi mümkün olmayacaq. Beləliklə, ilk istifadəçilər üçün uyğunlaşdırılmamış tətbiqlərlə bağlı bəzi problemlərin yaranması mümkündür.
1 036
Starlink-in növbəti dayanacağı Ay, daha sonra Mars olacaq
SpaceX gələcəkdə rabitə imkanlarını Ay, Mars və Günəş sisteminin digər hissələrinə qədər genişləndirməyi planlaşdırır. Şirkətin vitse-prezidenti Maykl Nikolls bildirib ki, ilkin mərhələdə Ay üçün yüksək sürətli rabitə sistemləri və lazer texnologiyaları hazırlanır. Daha sonra Ayın Starlink peyk şəbəkəsinə, ardınca isə Marsın bu infrastruktura qoşulması nəzərdə tutulur. Məqsəd Starlink texnologiyalarına əsaslanan planetlərarası rabitə şəbəkəsi yaratmaqdır. SpaceX bununla yanaşı, aşağı Yer orbitində təhlükəsizliyi və koordinasiyanı artırmalı olduğunu bildirir. Şirkət əvvəlcə orbitdə təhlükəsiz infrastrukturu formalaşdırmağı, daha sonra insan fəaliyyətini Ay və Marsa genişləndirməyi hədəfləyir.
1 036
.AI ÖLDÜ, İNDİ .SI DOMENLƏRİ TRENDDİR, SAYI 300 MİNİ KEÇDİ
Sloveniyanın milli domen zonasında qeydiyyatdan keçmiş .SI domenlərinin sayı 300 mini ötüb.
İlk 200 min domenə çatmaq üçün 30 ildən çox vaxt lazım olduğu halda, son 100 min domenin qeydiyyatı cəmi 10 gün çəkib. Bu, .SI domenlərinə tələbatın son günlərdə misli görünməmiş sürətlə artdığını göstərir. Artımın əsas səbəblərindən biri ABŞ Prezidenti Donald Trampın süni intellekt əvəzinə “SI” — “Super Intelligence” (Super intellekt) ifadəsindən istifadə edilməsini gündəmə gətirməsidir. Tramp bu termini sentyabrın sonunda ABŞ hökumətinin rəsmi kommunikasiya və sənədlərində istifadə etməyə başlayıb.
Nəticədə dünyada “SI” ilə əlaqəli domen adlarını əvvəlcədən qeydiyyatdan keçirmək istəyənlərin sayı kəskin artıb.
.SI domen zonası 1992-ci ildə istifadəyə verilib.
1 036
APPLE MAGSAFE 3 KABELİ ÜÇÜN YENİ YENİLƏMƏ YAYIMLADI
Apple USB-C – MagSafe 3 kabeli üçün 3.2.0 versiyalı yeni proqram təminatı yeniləməsi yayımlayıb. Yeniləmə kabel Mac və güc adapterinə qoşulduqda arxa planda avtomatik yüklənir. 3.2.0 versiyası MagSafe 3 dəstəkləyən MacBook Pro və MacBook Air modellərini əhatə edir. Apple yeniləmənin hansı dəyişiklikləri və ya yeni funksiyaları gətirdiyi barədə əlavə məlumat açıqlamayıb. İstifadəçilərin kabeli ayrıca əl ilə yeniləməsinə ehtiyac yoxdur; proses uyğun cihazlara qoşulduqda avtomatik həyata keçirilir.
1 036
AZƏRBAYCANLI MÜTƏXƏSSİS BEYNƏLXaLQ KİBERTƏHLÜKƏSİZLİK YARIŞININ QALİBİ OLUB
Azərbaycanı təmsil edən Ceyhun Cəfərov beynəlxlaq kibertəhlükəsizlik yarışında 1-ci yerə layiq görülüb. O Malayziyanın Kuala Lumpur şəhərində keçirilən CyberDSA 2026 tədbiri çərçivəsində təşkil olunan AI Security Capture the Flag (CTF) yarışında ölkəmizi təmsil edib. Yarış zamanı iştirakçılar süni intellekt təhlükəsizliyi ilə bağlı müxtəlif praktiki tapşırıqları həll ediblər. 20 ildən artıq kibertəhlükəsizlik təcrübəsinə malik Cəfərov hazırda Milli Kibertəhlükəsizlik Agentliyində Kiber Əməliyyatlar Departamentinin direktoru. O, AI Security üzrə praktiki challenge-lərdə iştirak etməyin maraqlı təcrübə olduğunu və Azərbaycanı beynəlxalq platformada təmsil etməkdən məmnun qaldığını bildirib.
1 036
AZƏRBAYCANLI MÜTƏXƏSSİS BEYNƏLXLAQ KİBERTƏHLÜKƏSİZLİK YARIŞININ QALİBİ OLUB
Malayziyanın Kuala Lumpur şəhərində keçirilən CyberDSA 2026 tədbiri çərçivəsində təşkil olunan AI Security Capture the Flag (CTF) yarışında Azərbaycanı təmsil edən Ceyhun Cəfərov 1-ci yerə layiq görülüb. Yarış zamanı iştirakçılar süni intellekt təhlükəsizliyi ilə bağlı müxtəlif praktiki tapşırıqları həll ediblər. 20 ildən artıq kibertəhlükəsizlik təcrübəsinə malik Cəfərov hazırda Milli Kibertəhlükəsizlik Agentliyində Kiber Əməliyyatlar Departamentinin direktoru. O, AI Security üzrə praktiki challenge-lərdə iştirak etməyin maraqlı təcrübə olduğunu və Azərbaycanı beynəlxalq platformada təmsil etməkdən məmnun qaldığını bildirib.
1 036
AZƏRBAYCANDA YENİ STARTAP STUDİYASI — PARVAZ FƏALİYYƏTƏ BAŞLADI
Azərbaycanda yeni startap studiyası — Parvaz fəaliyyətə başlayıb. Studiya məhsulun ilkin versiyasını özü qurur, daha sonra onu idarə edəcək təsisçini taparaq inkişafı ona həvalə edir. Parvaz ideyası olan, lakin komanda qura bilməyən şəxslərlə hazır məhsulu idarə etmək istəyən təsisçiləri bir araya gətirməyi hədəfləyir. Studiya seçilmiş ideya üzrə dizayn və kodlaşdırmanı hazırlayır, daha sonra founder ilə pay bölgüsünü razılaşdıraraq məhsulu mərhələli şəkildə təhvil verir. Founder zamanla şirkətdə daha böyük pay əldə edir, Parvaz isə pay saxlayır. Studiya hazır venture-u idarə etmək, öz ideyasını təqdim etmək, ilkin istifadəçiləri olan startap proqramına qoşulmaq və co-founder tapmaq imkanları təqdim edir. Hazır layihələr arasında Komissio, Rawuser və PropCraft yer alır. Parvaz həmçinin komandaların Mərkəzi Asiya və Yaxın Şərq bazarlarına çıxışına dəstək göstərir.
1 036
SPACEX 15 KQ-LIQ İKİ PEYKİ ORBİTƏ ÇIXARDI
SpaceX oktyabrın 1-də Transporter-18 missiyası çərçivəsində GHGSat üçün iki yeni peyki orbitə çıxarıb. Təxminən 15 kq çəkisi olan hər iki aparat Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr bazasından buraxılıb. Yeni peyklərlə GHGSat-ın istixana qazlarının monitorinqi üçün nəzərdə tutulan orbital qruplaşması 13 aparata çatıb. Peyklər Yer səthinin böyük ərazilərini ümumi şəkildə izləmək əvəzinə konkret sənaye obyektlərindən emissiyaları ölçmək üçün hazırlanıb. Yeni aparatları SFL Missions şirkəti NEMO platforması əsasında hazırlayıb. Peyklər təxminən 500 km yüksəklikdə fəaliyyət göstərir və istixana qazlarını ölçən xüsusi sensorlarla təchiz olunub. Yüksək dəqiqlikli istiqamətləndirmə sistemi sensorun konkret müəssisəyə yönəldilməsini təmin edir. Toplanan məlumatlar neft-qaz, energetika, mədənçıxarma, tullantıların idarə olunması və kənd təsərrüfatında emissiya mənbələrinin müəyyənləşdirilməsi üçün istifadə oluna bilər.
