Dövlət Proqramı
الذهاب إلى القناة على Telegram
Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin maliyyələşdirilməsi və beynəlxalq ikili diplom proqramları haqqında məlumatlar
إظهار المزيد1 783
المشتركون
-224 ساعات
+17 أيام
+630 أيام
أرشيف المشاركات
1 783
+4
🇬🇧🇦🇿 28 may 2024-cü il tarixində “London School of Economics and Political Science” ali təhsil müəssisəsində LSESU Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfirliyi, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə və Məzunlar Platformasının dəstəyi ilə “Azərbaycan COP29: Yaşıl Gələcək üzrə Strategiyalar” adlı tədbir keçirilb
Daha ətraflı👇🏻
https://dp.edu.az/az/news/4776
1 783
📢 31 may 2024-cü il tarixində “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı canlı məlumat sessiyası həyata keçiriləcək.
ℹ️ Qeyd edək ki, məlumat sessiyasında “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.
✅ Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.
✍🏻Məlumat sessiyasına dair detallar:
Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili
Saat: 16:00
👉🏻QEYDİYYAT LİNKİ
1 783
ℹ️✍🏻 Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova Anews.az xəbər portalına müsahibə verib
Daha ətraflı👇
https://dp.edu.az/az/news/4774
1 783
🇦🇿 Bu gün Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür.
Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.
Xalqımızı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik!
Müstəqilliyimiz əbədi olsun!
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətəhsil #bakalavriat #magistratura #dpiq #dövlətproqramı #28may #MüstəqillikGünü #Azərbaycan
1 783
🇦🇿📚 Dövlət Proqramı iştirakçısı Qlazqo universitetində Azərbaycan dili dərsi keçib
14-23 may, 2024-cü il tarixində Qlazqo universitetində UNESCO-nun ənənəvi “Yay məktəbi” layihəsi keçirildi. Bu münasibətlə 17 may UNESCO-nun təşkilatçılığı, Azərbaycan Diasporasının və Qlazqo Azərbaycan Cəmiyyətinin dəstəyi ilə cəmiyyətin üzvü, Dövlət Proqramı çərçivəsində Qlazqo universitetində təhsil alan doktorant Samirə Həsənzadə tərəfindən iştirakçılar üçün Azərbaycan dili dərsi keçirilmişdir. Tədbirin əsas məqsədi ana dilimizin, zəngin mədəniyyət və tariximizin xarici tələbələr və elm nümayəndələrinə daha geniş tanıdılması idi.
👉🏻DAHA ƏTRAFLI
1 783
📚🅰️ "2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatları "University of Michigan-Ann Arbor" ali təhsil müəssisəsində "Dövlət siyasəti" ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Raul Məmmədov 2024-cü ilin qış semestrini yüksək göstəricilərlə ("A”) başa vurmuşdur.
Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!
👉🏻DAHA ƏTRAFLI
1 783
📢 24 may 2024-cü il tarixində “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı canlı məlumat sessiyası həyata keçiriləcək.
ℹ️ Qeyd edək ki, məlumat sessiyasında “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.
✅ Vebinar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.
✍🏻Məlumat sessiyasına dair detallar:
Mövzu: Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili
Saat: 16:00
QEYDİYYAT LİNKİ👇🏻
https://forms.gle/hs1hGSB2LFWHtALn7
#ElmVəTəhsilNazirliyi #EduAz #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #məlumatsessiyası
1 783
+3
📚🎓 ADPU-CVU ikili diplom proqramının məzunları Corc Vaşinqton universitetinin məzun tədbirində iştirak ediblər
👉🏻Daha ətraflı
1 783
ℹ️📚 "2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "Universsity of Minnesota" ali təhsil müəssisəsində "Təchizat zəncirinin idarə olunması (Supply Chain Management)" ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Cavid Əliyev 2024-cü ilin yaz semestrini yüksək göstəricilərlə ("A") başa vurmuşdur.
Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!
👉🏻ƏTRAFLI
1 783
+3
ℹ️📚 Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Krallığa səfəri çərçivəsində Britaniya universitetlərində dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
👉🏻Daha ətraflı
1 783
📚✍🏻 "2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "Georgia Institute of Technology" ali təhsil müəssisəsində "İctimai siyasət (Public policy)" ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Əsmər Bayramova 2023-cü ilin payız semestrini yüksək göstəricilərlə ("A") başa vurmuşdur.
Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!
1 783
+5
📚 Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr üçün növbəti karyera görüşü təşkil olunub
👉🏻Daha ətraflı
1 783
Dövlət Proqramına müraciət etmək istəyənlərin nəzərinə!📢
ℹ️ 2024–2025-ci tədris ili üzrə “2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinə sənəd qəbulunun başa çatmasına son 30 gün qaldı.
📌Qeyd edək ki, hazırda 2024–2025-ci tədris ili üzrə “2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu davam edir.
📌Xatırlatmaq istərdik ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024–2025-ci tədris ili üzrə 1 mart 2024-cü il tarixindən sənəd qəbuluna start verilib.
ℹ️ Sənəd qəbulu üçün son tarix 15 iyun 2024-cü il saat 23:59 müəyyən edilib.
#ElmVəTəhsilNazirliyi #EduAz #DövlətProqramı #DPİQ #XaricdəTəhsil #bakalavriat #magistratura #sənədqəbulu
#son30gün
1 783
"2019-2023 Dövlət Proqramı" doktorantı tezis müsabiqəsinin qalibi seçildi
"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Westminster” ali təhsil müəssisəsində humanitar və sosial ixtisas istiqaməti üzrə doktorantura səviyyəsində təhsil alan Fərid Ədilov tezis müsabiqəsinin qalibi seçilib.
👉🏻DAHA ƏTRAFLI
1 783
🔴 17 may saat 16:00-da Təhsil TV-nin rəsmi “Facebook” və "YouTube" səhifələrində “2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinə dair məlumat sessiyası baş tutacaq və suallar cavablandırılacaq.
Dövlət Proqramı" çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı suallarınızı bu postun “Rəy” bölməsində, eləcə də canlı yayım zamanı qeyd edə bilərsiniz.
#ElmVəTəhsilNazirliyi #EduAz #dpiq #DövlətProqramı #xaricdətehsil #bakalavriat #magistratura #dpiq #məlumatsessiyası #canlıyayın
1 783
+3
📚🥇 BMU-İNHA İkili diplom proqramı tələbələri “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsində qalib oldular
👉🏻DAHA ƏTRAFLI
1 783
+6
ℹ️📚 Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramının akademik heyəti Şəki şəhərinə səfər edib
👉🏻Ətraflı
1 783
ℹ️📚 29 aprel - 3 may 2024-cü il tarixlərində “Warwick” Universitetinin "WMG" departamentinin əcnəbi-professor müəllim heyətindən olan dosent Maria Tareen Bərpa olunan enerji mənbələri ixtisası üzrə İkili Diplom Proqramı çərçivəsində "Advanced Renewable Energy Technologies" modulu üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunmuş intensiv tədris sessiyasına rəhbərlik etdi. Tələbələr külək enerjisi, günəş enerjisi, bioenerji, hidrogen enerjisi və hibrid enerji də daxil olmaqla, bərpa olunan enerji texnologiyalarının müxtəlif istiqamətləri ilə bağlı olan bu fənni maraqla qarşıladılar.
👉🏻ƏTRAFLI
1 783
🇦🇿📚✍🏻 Dövlət Proqramı iştirakçısı Kolumbiya Universitetində keçirilmiş sərgidə Azərbaycanla bağlı magistr tədqiqat işini təqdim edib
"2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının “Columbia University” ali təhsil müəssisəsində “Beynəlxalq Təhsilin İnkişaf etdirilməsi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Günay Məmmədovanın müəllifi olduğu “Tarix dərsliklərində milli kimlik məsələsinin (re)konstruksiyası: Azərbaycan Respublikası timsalında” tədqiqat işi Kolumbiya Universitetinin 7-ci Tədqiqat Sərgisində nümayiş etdirilib.
👉🏻ƏTRAFLI
1 783
ℹ️ Koreyada təhsil alan BMU-İNHA İDP tələbələri üçün magistraturaya qəbul imtahanı keçirilib
Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında birgə icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində hazırda Koreya Respublikasında təhsil alan IV kurs tələbələri üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib. Bu, xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya ilk dəfə onlayn formada həyata keçirilən qəbul imtahanı kimi tarixə düşüb.
👉🏻DAHA ƏTRAFLI
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
