Ormilitarism
الذهاب إلى القناة على Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
إظهار المزيد7 270
المشتركون
-224 ساعات
-287 أيام
-8030 أيام
أرشيف المشاركات
7 271
+1
İranın BMT-dəki nümayəndəliyi Təhlükəsizlik Şurasına rəsmi məktub ünvanlayıb
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani 19 fevral 2026-cı il tarixində BMT Təhlükəsizlik Şurasına və Baş Katibə rəsmi müraciət göndərib.
Sənəddə qeyd olunan əsas faktlar:
Məktubda ABŞ tərəfinin 18 fevral 2026-cı il tarixində Dieqo Qarsiya və Fairford aviabazalarından istifadə etməklə güc tətbiqi barədə bəyanatları beynəlxalq hüququn və BMT Nizamnaməsinin 2(4)-cü maddəsinin pozulması kimi qiymətləndirilir.
İran tərəfi nüvə proqramı ilə bağlı danışıqlarda iştirak etdiyini, lakin bunun qarşılığında ölkəyə tətbiq edilən birtərəfli sanksiyaların ləğvini tələb etdiyini bildirir.
Sənəddə qeyd olunur ki, İran hərbi münaqişə tərəfdarı deyil, lakin hərbi təcavüz baş verərsə, BMT Nizamnaməsinin 51-ci maddəsinə (özünümüdafiə hüququ) əsasən cavab tədbirləri görəcək.
Məktubda mümkün hərbi qarşıdurma zamanı regiondakı müvafiq hərbi obyektlərin və aktivlərin legitim hədəf hesab ediləcəyi vurğulanır.
7 271
İran mümkün münaqişə baş verəcəyi halda Livandakı Hizbullah qruplaşmasını İsrail və ABŞ-a qarşı müharibəyə qoşulmağa təşviq edir.
7 271
Nə deyim bilmədim bu gözlər paraşuta Kornet atılmağını da gördü.
Sudanda “Sürətli Reaksiya Qüvvələri” Sudan ordusu tərəfindən paraşütlə endirilən yükləri “Kornet” tank əleyhinə idarəolunan raket kompleksi ilə vurmağa cəhd edir.
7 271
+2
Ukraynanın Müdafiə Sənayesi Milli Assosiasiyası (NAOPU) World Defense Show 2026 sərgisində “Şerşen” zenit-raket kompleksini təqdim edib.
NAOPU raketlərin tuşlama və idarəetmə sistemlərinə, həmçinin radar və buraxılış qurğularının inteqrasiyasına cavabdeh olan bir neçə Ukrayna şirkəti ilə əməkdaşlıq edir.
Buraxılış qurğusu həm xarici, həm də sovet istehsalı raketləri eyni platformadan buraxmaq imkanına malikdir.
Yayımlanan fotolarda qurğu yerüstü hava hücumundan müdafiə sistemlərində istifadə üçün uyğunlaşdırılmış iki ədəd R-27 “hava-hava” tipli idarəolunan raketlə təqdim olunub.
Hazırlayıcıların sözlərinə görə, kompleksə müxtəlif istehsalçıların — məsələn, Thales, Hensoldt, Teledyne, Girafe və digərlərinin — radarlarını inteqrasiya etmək mümkündür.
7 271
ABŞ və Çin qırıcı təyyarələri bu həftə Koreya yarımadası yaxınlığında, Sarı dəniz üzərində beynəlxalq hava məkanında qısa müddətli hava qarşıdurması yaşayıb.
ABŞ-ın Koreyadakı qüvvələrinə məxsus 10-a yaxın F-16 qırıcısı Sarı dəniz üzərində Çinin hava hücumundan müdafiə identifikasiya zonasına (ADIZ) yaxın ərazidə uçuş həyata keçirib.
Təyyarələr ADIZ-ə yaxınlaşdıqda Pekin cavab olaraq qırıcılarını havaya qaldırıb.
7 271
Böyük Britaniya beynəlxalq hüquqla bağlı narahatlıqları əsas gətirərək ABŞ-ın İrana mümkün zərbələr üçün RAF bazalarından (Diego Qarsiya və RAF Fairford) istifadə etməsinə icazə vermir.
Bildirilir ki, bu mübahisə Prezident Trampın Böyük Britaniyanın Mavrikiy ilə Çağos adaları üzrə razılaşmasına dəstəyini geri çəkməsinin səbəblərindən biridir.
7 271
Məlumata görə bölgəyə, İranla bağlı əməliyyatlara dəstək məqsədilə 100 ABŞ hərbi yanacaq doldurma təyyarəsi yerləşdirilməsi planlanıb. Onların bir çoxsu artıq yaxın şərqdədir. Say arta bilər.
7 271
Çinin yüksək keyfiyyətli peyk görüntüləri İordaniyadakı Muvaffaq Salti Hərbi Hava Bazasının parkında 6 ədəd E/A-18G və 18 ədəd F-35 qırıcı təyyarəsinin yerləşdirildiyini görüntüləyib.
7 271
+3
Bu gün Hind okeanının şimalında keçirilən Rusiya-İran birgə dəniz təlimi çərçivəsində girovların azad edilməsi əməliyyatı.
7 271
Çin sınaq gəmisinə yeni 155 mm-lik dəniz artilleriya qurğusu — indiyədək müasir gəmilər üçün hazırlanmış ən böyük top — quraşdırıb.
Bu silah desant əməliyyatları zamanı uzaq məsafədən güclü atəş dəstəyi verə, həmçinin quru, dəniz və mümkün hallarda hava hədəflərinə zərbə endirmək üçün raketlərlə müqayisədə daha ucuz vasitə rolunu oynaya bilər.
7 271
İran Hərbi Hava Qüvvələrinə ait Həmədan vilayətindəki Şəhid Nojeh Hərbi Hava Bazasından gecə təlim uçuşu zamanı havaya qalxan bir təyyarə qəzaya uğrayıb.
Bir pilot həlak olub, ikinci pilot isə sağ qalıb.
Təyyarənin tipi açıqlanmayıb. Bazada F-4 qırıcılarının yerləşdiyi məlumdur.
7 271
"Sülh Şurası"nın 7 milyard dollar məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur.
- Prezident köməkçisi Hikmət Hacıyev
7 271
Böyük müharibə qaçınılmazdır.
Baş verəcək əməliyatın konkret məqsədi hələki bilinmir. ABŞ-ın heç bir quru qoşunu və ya piyada digər qoşun növləri əraziyə gəlməyib.
Sadəcə Delta və CSAR personalları ərazidədir.
7 271
Sonuncu ultimatomda gəldi
Qısaca : İran ya razılaşmaya qoşulmalıdır, ya da fərqli və riskli bir yol seçəcək.
7 271
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki E-3 Aralıq dənizi üzərindən şərq istiqamətində Yaxın Şərqə doğru uçur. Onların gəlişi ilə bölgədə yerləşdirilmiş E-3 təyyarələrinin ümumi sayı 6-ya çatacaq. Artıq üçü İordaniyadakı Muwaffaq Al Salti Hava Bazasına, biri isə Səudiyyə Ərəbistanındakı Prince Sultan Hava Bazasına enib.
