Ormilitarism
الذهاب إلى القناة على Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
إظهار المزيد7 270
المشتركون
-224 ساعات
-287 أيام
-8030 أيام
أرشيف المشاركات
7 271
Yunanıstandakı Souda Bay bazasında çox sayda F-35, A-10, yanacaq dolduran tanker, nəqliyyat və xüsusi əməliyyat təyyarələri müşahidə olunub
7 271
+1
2024-cü ildə İsrail zərbələri nəticəsində İranın S-300 hava hücumundan müdafiə sistemlərinin məhv edildiyi iddia olunsa da, yeni peyk görüntüləri Tehran yaxınlığında bəzi S-300 buraxılış qurğularının yenidən göründüyünü göstərir
Lakin əsas radarlar hələ də yoxdur. Bu isə sistemlərin ciddi zəiflədiyini və ya sadəcə maket (aldadıcı hədəf) ola biləcəyini göstərir
Hətta işlək olsalar belə, İranın hava müdafiəsi əvvəlki ilə müqayisədə zəif inteqrasiya olunmuş görünür və mümkün gələcək münaqişədə daha həssas vəziyyətdədir.
7 271
İran İsfahan hava bazasında zədələnmiş S-300 hava hücumundan müdafiə sistemini köhnə S-200 qurğusu ilə əvəz edib. Peyk şəklində qurğunun hələki radar və komanda sistemlərinə bağlı olmadığı görülür. Yəni bu şəkilə əsasən işlək deyil
7 271
İsveç hökuməti Ukraynaya 1,2 milyard avro (12,9 milyard İsveç kronu) məbləğində 21-ci hərbi yardım paketini təsdiqləyib
400 milyon avro ZSU Tridon Mk2 komplekslərinin alışı və Ukraynaya təhvil verilməsinə yönələcək. Bu, Tridon Mk2-nin sınaqlardan çıxdığını və yaxın zamanda ilk çatdırılmaların başlaya biləcəyini göstərir
524 milyon avro Ukraynanın raket və uzaqmənzilli kamikadze dron istehsalının dəstəklənməsinə ayrılacaq
Qalan 280 milyon avrodan çox məbləğ İsveç ordusunun ehtiyatlarından qumbaraatanların çatdırılması, artilleriya mərmilərinin və ehtiyat hissələrinin alınması, həmçinin ukraynalı hərbçilərin təliminə sərf olunacaq
7 271
AvtoVAZ Rusiya Müdafiə Nazirliyinə 50 avtomobili pulsuz təqdim edib
Verilən avtomobillər arasında Largus, Niva Travel, Niva Legend və hərbi tələblərə uyğun xüsusi modifikasiya olunmuş pikaplar var
Yaxın günlərdə nazirliyin rəhbərliyi avtomobilləri qəbul edəcək
7 271
Ukraynanın 5 fevralda “Flamingo” raketləri ilə iddia edilən hücumundan sonra Kapustin Yar poliqonunun peyk görüntüsü
Poliqonun özündə və infrastrukturunda heç bir zərbə izi yoxdur, yalnız bir neçə on metr aralıda diametri təxminən 6 metr krater var
Dörd raketdən yalnız biri poliqon yaxınlığına çata bilib, ya vurulub, ya da ciddi nəticə vermədən düşüb.
7 271
Ukrayna Hərbi Hava Qüvvələrinin 456-cı briqadasına məxsus, radioelektron mübarizə sistemi ilə təchiz olunmuş Mi-8PPA helikopterinin nadir fotosu.
7 271
Ümumi say
Döyüş təyyarələri (qırıcı və hücum)
310 ədəd
(F-35, F-15, F-16, F-22, A-10, F/A-18)
Elektron müharibə qırıcıları
18 ədəd
(E/A-18G)
Havadan erkən xəbərdarlıq / idarəetmə (AWACS)
14 ədəd
(E-2, E-3)
Kəşfiyyat və müşahidə təyyarələri
12 ədəd
(P-8, U-2, E-11)
Yanacaq dolduran tanker təyyarələri
102 ədəd
(KC-46, KC-135)
7 271
Ukraynanın fevralın 20-də gecə saatlarında Rusiyanın Udmurt Respublikasında yerləşən Votkinsk Maşınqayırma Zavoduna zərbə endirdiyi bildirilir. Müəssisə Ukrayna sərhədindən təxminən 1300 kilometr məsafədə yerləşir.
Zavod “İskander-M” ballistik raketlərini və qitələrarası ballistik raketləri istehsal edir.
7 271
Türkiyənin Bayraktar TB3 pilotsuz uçuş aparatı NATO-nun Steadfast Dart-2026 təlimləri çərçivəsində Eurofighter qırıcıları ilə birgə məşq uçuşu həyata keçirib. Uçuş 8 saat davam edib və təxminən 1,700 km məsafə qət olunub.
7 271
ABŞ Müdafiə Nazirliyi bu həftə Avropa və Yaxın Şərqdə çoxsaylı hava qüvvəsini cəmləyib.
Hazırda Avropa/U.S. Avropa Komandanlığı üzrə:
36 F-35
24 F-15
28 F-16
12 F-22
18 KC-46
57+ KC-135
USS Gerald R. Ford (CVN-78) üzərində:
48+ F/A-18
6+ E/A-18
4+ E-2
2 P-8 (tabeçilikdə)
Hazırda Yaxın Şərq/U.S. Mərkəzi Komandanlığı üzrə:
36 F-15
36 F-16
30 F-35
12 A-10
6 E/A-18G
6 E-3
5 E-11
7 KC-46
20 KC-135
1 U-2
USS Abraham Lincoln (CVN-72) üzərində:
12 F-35
36 F/A-18
6+ E/A-18G
4+ E-2
4+ P-8 (tabeçilikdə)
Davam edir…
7 271
Məlumata görə, ABŞ Şimali martın əvvəlindən ortalarınadək Norveçdə keçiriləcək NATO-nun illik Cold Response 2026 təlimindən planlaşdırılan hava gücünün böyük hissəsini, o cümlədən F-35 Lightning II qırıcılarını və digər hava vasitələrini təlimə göndərməyəcək.
7 271
+2
ABŞ Hərbi Hava Qüvvələri son günlər Avropa məkanında tanker və döyüş aviasiyasını müxtəlif nöqtələrə yayaraq genişmiqyaslı dislokasiya həyata keçirir.(listi atmışdım)
Bolqarıstanın Sofiya Beynəlxalq Hava Limanı (Vrajdebna aviabazası) ərazisində ABŞ-a məxsus tanker təyyarələrinin bir neçə gündür gözləmə rejimində olduğu bildirilir. Oxşar şəkildə Yunanıstanın Korfu hava limanında da ABŞ tanker və döyüş təyyarələri müşahidə edilib.
ABŞ aviasiyanı müxtəlif sivil hava limanlarına bölüşdürərək cəmləşməni dağıdır və operativ elastikliyi artırır. Bu tip limanların müvəqqəti olaraq mülki uçuşlara bağlanması adətən hərbi fəaliyyətin artmasına və mümkün əməliyyat hazırlığına işarə kimi qiymətləndirilir.
Eyni zamanda Portuqaliyanın Azor adalarındakı Lajes aviabazasında hazırda təxminən 15 tanker təyyarəsi cəmləşib. Coğrafi mövqeyinə görə Lajes Atlantik okeanı üzərindən strateji uçuşların, xüsusilə bombardmançı və uzunmənzilli aviasiyanın keçidi üçün əsas tranzit nöqtələrdən biri kimi istifadə olunur.
7 271
Bolqarıstandakı Sofiya Beynəlxalq Hava Limanı (Vrajdebna aviabazasının yerləşdiyi ərazi) üçün pilotlara bildiriş (NOTAM) yayımlanıb. Bildirişə görə hava limanı 23 fevral saat 01:15–02:50 və 24 fevral saat 01:05–03:35 aralığında hərbi uçuşlar istisna olmaqla bütün reyslər üçün bağlı olacaq.
7 271
Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) bildirir ki, 19 fevral cümə axşamı Rusiya Hərbi Hava Qüvvələrinə məxsus iki Tu-95, iki Su-35 və bir A-50 təyyarəsi Alyaska Hava Hücumundan Müdafiə Tanıma Zonası (ADIZ) daxilində aşkar edilib. Buna cavab olaraq NORAD həmin təyyarələri təqib etmək, dəqiq identifikasiya etmək və Alyaska ADIZ-ini tərk edənədək müşayiət etmək üçün iki F-16, iki F-35, bir E-3 və dörd KC-135 təyyarəsini havaya qaldırıb.
7 271
Əziz izləyicilər Ormilitarism kanalında yazılan hər bir yazının başka bir hadisəyə bilavasitə əlaqəsi var. Sizdən xahişim yazılan yazıları göz ardı etməməyiniz və oxumağınızdır.
İranla baş verəcək müharibənin təsirləri barədə dəfələrlə soruşursuz. Bu barədə isə biz daha öncədən yazmışıq.
