Ormilitarism
الذهاب إلى القناة على Telegram
1)Söyüşlü rəy küçə jarqonu qadağandır 2)Yorumlara xəbər atmaq qadağandır 3)Siyasilərə qarşı qeyri etik üslub qadağandır 4)Mübahisə etmək qadağandır 5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır 6)Milliyətə qarşı təhqir qadağandır 7)Link atmaq qadağandır
إظهار المزيد7 302
المشتركون
-424 ساعات
-237 أيام
-6730 أيام
أرشيف المشاركات
7 302
Badexanın sözlərinə görə, Su-75-in hazırlanması həm Rusiya Müdafiə Nazirliyinin, həm də xarici sifarişçilərin maraqları çərçivəsində aparılır. Lakin bu, proqramın dövlət müdafiə sifarişinə daxil edildiyi demək deyil. Üstəlik, məlumata görə, yüngül qırıcı üçün sifarişçidən texniki tapşırıq hələ də verilməyib. Buna görə hazırda inşa olunanı tam mənada prototip adlandırmaq çətindir, bu daha çox eksperimental təyyarə və ya texnologiya nümayişdir.
2023-cü ildəki təsvirlərlə müqayisədə Su-75-in aerodinamik quruluşunda dəyişikliklər edilib. Bu dəyişikliklər qanadın ön hissəsi ilə fuselajın birləşmə zonasına, arxa kənarın formasına və quyruq hissəsinin quraşdırılma bucağına təsir edib. Ümumilikdə təyyarə daha qısa olub.
7 302
“Suhoi” şirkəti beşinci nəsil Su-75 Checkmate qırıcısının prototipinin inşasına başlayıb. Bu barədə Birləşmiş Aviasiya Korporasiyasının rəhbəri Vadim Badexa TASS-a müsahibəsində bildirib. Su-75-in istehsalına hazırlıq barədə rəsmi məlumat hələ bir il yarım əvvəl yayılmışdı. Hazırda real vəziyyətin necə olduğu məlum deyil, lakin şayiələrə görə təyyarənin istehsalına həqiqətən başlanılıb.
Su-75 Checkmate “Suhoi”nin layihəsidir və şirkətin öz vəsaiti hesabına hazırlanıb. Bəzi işlər hətta “podratçılar” tərəfindən barter əsasında görülüb. Rusiya Hərbi Hava Qüvvələri bu layihəyə maraq göstərməyib və hazırda da göstərmir.
7 302
Ukraynanın OSINT analizi üçün nəzərdə tutulmuş Ochi Analytics adlı süni intellekt platformasının məlumatları əsasında Rusiya ərazisi üzərindən FP-5 “Flamingo” qanadlı raketlərinin uçuş trayektoriyasının vizuallaşdırılması.
Platforma real vaxt rejimində yüzlərlə açıq mənbədən müxtəlif məlumatları toplayır, informasiyanı süzgəcdən keçirir və bunun əsasında hesabatlar yaradır.
Bu natamam məlumatlara əsasən, ümumilikdə təxminən 5 “Flamingo” raketi buraxılıb, onlardan ən azı 3-ü vurulub. İlk 2 raket Kazan ətrafında hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, daha 1-i isə Çeboksarı yaxınlığında vurulub. Digər 1/2-si “VNIIR-Proqress” zavodu ərazisinə zərbə endirib.
Rusiya Müdafiə Nazirliyi 4 raketin ələ keçirildiyini açıqlayıb.
Əgər gələcəkdə daha az görünən, daha uzaqmənzilli və daha mürəkkəb uçuş profilinə malik müasir qanadlı raketləriə, məsələn “Tomahawk” tipli raketlər olsa və onlar tək-tək deyil, eyni hədəfə onlarla sayda buraxılsa, nə baş verər?
7 302
Almaniyanın Diehl Defence şirkəti Berlində keçirilən ILA 2026 sərgisində ilk dəfə yeni IRIS-T SLS Mk 4 zenit-raket kompleksini nümayiş etdirib.
Bu avtonom kompleks vahid şassi üzərində yerləşdirilib və təqdim olunan variantda Daimler Zetros 6x6 avtomobili bazasında qurulub. Kompleksə səkkiz ədəd IRIS-T SLS zenit idarəolunan raket buraxılış qurğusu, 15 ədəd Cicada pilotsuz aparat əleyhinə raket, Saab Giraffe 1X 3D aşkarlama radarı və elektro-optik aşkarlama sistemi daxildir.
Zərurət olduqda kompleks əlavə sensorlar və ya yaxın məsafəli məhvetmə vasitələri ilə də təchiz edilə bilər. Bildirilir ki, kompleks hərəkət zamanı da atəş aça bilir.
İstehsalçıya görə, IRIS-T SLS Mk 4 sisteminin hazırlanmasının 2028-ci ildə tamamlanması planlaşdırılır.
7 302
ABŞ Mərkəzi Komandanlığı İrana qarşı “özünümüdafiə zərbələri” həyata keçirdiyini təsdiqləyib. Oman dənizindəki hərbi gəmilərdən buraxılan raketlərlə əsasən ölkənin cənub və sahil bölgələri hədəf alınıb. Sirik hərbi-dəniz bazası iki dəfə vurulub, Bəndər Abbas ətrafında ən azı üç zərbə qeydə alınıb, Qeşm və Hengam adaları da hücuma məruz qalıb. Həmçinin Bəndər Abbas hava limanı, Kəngan və digər hərbi obyektlərdə partlayışlar baş verib. Tehran ətrafı, Kərəc və Gərmsər istiqamətində də zərbələr davam edib.
İran hava hücumundan müdafiə sistemləri bir çox bölgədə, o cümlədən Tehran, Əsəluye və digər şəhərlərdə aktiv olub. Əsəluye bölgəsində qanadlı raketin vurulduğu, qəlpələrin neft-kimya obyektinin yaxınlığına düşdüyü, lakin ciddi zərər olmadığı bildirilir. İran aviasiyası da aktivləşib, Lorestan üzərində döyüş təyyarələri, Tehran üzərində isə helikopterlər müşahidə edilib.
Hörmüz boğazında ABŞ və İran qüvvələri arasında toqquşmalar baş verib, İran tərəfindən ABŞ gəmilərinə qarşı gəmiəleyhinə raketlər buraxılıb. İran boğazın tam bağlandığını elan edib və bütün keçidlərin hədəf alınacağını bildirib. Genişmiqyaslı dəniz minalama əməliyyatına başlanacağı qeyd olunub.
İran cavab olaraq regionda ABŞ və müttəfiq bazalarına raket zərbələri endirib. İordaniyadakı Muwaffaq Salti aviabazası əsas hədəflərdən biri olub, Amman üzərində hava hücumundan müdafiə sistemləri aktiv işləyib və bəzi zərbələrin hədəfə çatdığı bildirilir. İran tərəfi bu bazada çoxsaylı hərbi obyektlərin və döyüş təyyarələrinin məhv edildiyini iddia edir.
Eyni zamanda İran ərazisindən Zəncan, Təbriz, Urmiya və İsfahandan ballistik raket buraxılışları qeydə alınıb, hədəflər dəqiq məlum deyil. Bəhreyndə də həyəcan siqnalları verilib və ələ keçirmə cəhdləri aparılıb.
Paralel olaraq İran Ərbil şəhərinə qarşı həm PUA, həm də ballistik raket hücumlarını yenidən həyata keçirib. Digər tərəfdən Livandan Hizbullah İsrailin Kiryat Şmona şəhərinə raket zərbəsi endirib.
7 302
İran 3 gündür qəribə bir şəkildə Ərbili və kürdləri vurur. Deyəsə hələ ordan təhlükə gözləyirlər
7 302
+3
Çeboksarıda FP-5 “Flamingo” qanadlı raketi uçarkən.
Ukrayna ordusu əvvəlki uğursuz zərbədən sonra “VNIİR-Progress” zavoduna yenidən hücum edib.
7 302
Xerson vilayətinin Berislav rayonunda yerləşən T-22-07 yolunda Ukraynaya məxsus bitumdaşıyan maşın, avtogudronator və digər yol tikinti texnikası “Lancet” dronu ilə vurularaq məhv edilib.
7 302
Moskvanın cənub-qərbində avtomobilin altında aşkar edilən şübhəli predmet partlatma yolu ilə zərərsizləşdirilib. Bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, yoxlama tədbirləri zamanı avtomobilin altında şübhəli cism tapılıb. Xüsusi xidmət orqanları tərəfindən yoxlanıldıqdan sonra bomba nəzarətli partlayışla zərərsizləşdirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Fakt üzrə Moskva üzrə Baş İstintaq İdarəsi tərəfindən istintaq və prosessual tədbirlər aparılır.
Daha əvvəl məlumat verilmişdi ki, Konkovo rayonunda Zeekr markalı avtomobilin altında partlayış baş verib.
Bu, Moskvada avtomobillə bağlı baş verən ikinci partlayış hadisəsidir. Birinci partlayışda Balaşixada BMW X3 markalı avtomobil partladılıb və sürücü həlak olub. Rəsmi olaraq şəxsiyyəti açıqlanmasa da, bəzi məlumatlara görə onun general rütbəli yüksək vəzifəli hərbçi olduğu ehtimal edilmişdi.
7 302
+5
Krımda və işğal olunmuş ərazilərdə neft bazaları, benzin daşıyan maşınlar və yük avtomobillərinə zərbələrlə yanaşı, Ukrayna cəbhəyanı bölgələrin enerji sisteminə də fəal şəkildə zərbələr endirməyə başlayıb.
Yayımlanan görüntülərdə 8-dən 9-na keçən gecə idarə olunan kamikadze dronlarla eyni anda 9 elektrik yarımstansiyasına zərbələr endirildiyi göstərilir:
Aydındır ki, payıza doğru Ukrayna Rusiyanın sərhədyanı bölgələrində tez-tez elektrik kəsintilərinə nail olmaq imkanına malik olacaq.
Əgər bu vaxta qədər yanacaq təchizatı ilə bağlı problemlər həll olunmasa, yeni ərazilərdə daimi su, işıq və istilik kəsintiləri, həmçinin müntəzəm mal və yanacaq çatdırılmasının olmaması ilə müşayiət olunan lokal “təcrid zonası”nın yaranması riski var.
7 302
Ötən gecə Yaxın Şərqdə :
İran pilotsuz uçuş aparatları ilə İraqın Ərbil şəhərini hədəf alıb. Paralel olaraq ABŞ tərəfinin İran ərazisində bir neçə hərbi obyektə zərbə endirmək üçün ilkin hədəf siyahısı ortaya çıxıb. Siyahıda Sirik və Jask hərbi-dəniz bazaları, Bəndər Abbas hava hücumundan müdafiə mövqeləri və Qeşm adasındakı sahil raket sistemləri yer alıb.
Gecə saatlarında İran istiqamətində qanadlı raket buraxılışları qeydə alınıb. Xüsusilə Jask bölgəsində ardıcıl partlayışlar baş verib. Eyni zamanda qərbi İranda, Həmədan yaxınlığındakı Nəhavənd ətrafında hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.
Buşehr vilayətinin Cam şəhərində də zərbələr endirilib. Həmin ərazidə ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz aparatının vurulduğu qeyd olunub.
İran tərəfi də cavab addımları atıb. Xomeyn şəhəri istiqamətindən 4 raketin buraxıldığı bildirilir. İranın ballistik raketləri regionda ABŞ hərbi mövqelərini hədəf alıb.
Bəhreyndə yerləşən ABŞ-ın 5-ci Donanmasının qərargahının yerləşdiyi Manama şəhərində partlayış qeydə alınıb və bazaya zərbə ehtimalı vurğulanır.
Eyni zamanda İordaniyada yerləşən Muwaffaq Salti aviabazası da İran raketlərinin hədəfinə çevrilib. Hava hücumundan müdafiə sistemləri Amman yaxınlığında aktiv işləyib. İran İnqilab Keşikçiləri Korpusu bu bazada F-35 hangarları da daxil olmaqla dörd mühüm obyektin vurulduğunu iddia edir.
7 302
Təyyarə və ya helikopter yüksək sürətlə irəlilədiyi üçün vurulan dron və ya digər obyekt partlayanda yaranan qəlpə, alov və zərbə dalğasının içindən keçməyə məcbur qalır. Bu isə mühərrikin sıradan çıxmasına, gövdənin zədələnməsinə və idarəetmənin itirilməsinə səbəb olur.
Sonradan taktika dəyişdirildi və pilotlar hədəfə düz qarşıdan yox, yan bucaqdan yaxınlaşmağa başladılar, nəticədə hədəf vurulduqdan sonra uçuş trayektoriyası partlayış zonasından kənarda qalır, pilot dərhal manevr edib təhlükəli sahədən uzaqlaşa bilir və qəlpə ilə toqquşma riski ciddi şəkildə azalır.
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
