cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Xəbər AKM

🌐 Dünyada və 🇦🇿 ölkəmizdə baş verən bütün hadisələri və son xəbərləri buradan öyrənin !

إظهار المزيد
مشاركات الإعلانات
360
المشتركون
-124 ساعات
-47 أيام
-1530 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
DİQQƏT❗️Şəhidimizin Anasına təcili 1+ və ya 2+ qan lazımdır 099-819-91-29 Cavid
إظهار الكل...
SON DƏQİQƏ❗️DSX: Sərhəd naryadımız Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan açılan atəş nəticəsində yaralanıb Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb. Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub. Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
إظهار الكل...
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
إظهار الكل...
SON DƏQİQƏ❗️Naxçıvan tərəfdə mövqelərimiz atəşə tutulub. Aprelin 7-si saat 17:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
إظهار الكل...
👍 1
Antiterror əməliyyatı zamanı ağır yaralanaraq komaya düşən Azərbaycan Ordusunun zabiti tibb müəssisəsində şəhidlik zirvəsinə ucalıb. Allah rəhmət eləsin!
إظهار الكل...
03:43
Video unavailableShow in Telegram
Şanlı Aprelin il dönümüdür. Qələbəyə cığır açan, qəhrəmanlıq səlnaməsini qəlbimizdə yenidən alovlandıran tarix. Nə qədər ki, bu can bu bədəndə bu qan bu damardadır əbədi olaraq qəlbimizdəsiniz. Hər şey Vətən üçün! Hər bir igidin əziz xatirəsinə həsr olunur… 🌐@GSSR44
إظهار الكل...
0331 (1)(3).mp489.46 MB
Məlum görüntü Naxçıvan-Arazdəyən istiqamətinə bənzəyir və Kərkiyə gedən yoldur. Xatırladaq ki, qeyri rəsmi ortaya çıxan görüntüdür dəqiq tarixi məlum deyil. Azərbaycan Ordusu hər şeyi dəqiq bilir və nəzarət altında saxlayır. Ermənistan hərbi siyasi rəhbərliyi olası təxribatlara zəmin yaratmaq üçün informasiya bazası hazırlaya da bilər. Erməni KİV-lərini müşahidə edərək bu qənaətə gəlmək olar. Bu görüntülərin bir digər məqsədi cəmiyyəti narahat vəziyyətdə və sual altında qoymaqdır. Rusiya mediasının bunu ilk paylaşması isə digər müzakirə olunmalı məsələdir... Konvoylarda BMP-2 PDM-ləri, BRDM-2 zirehli kəşfiyyat avtomobilləri, 122 mm-lik haubitsa 2A18 (D-30), Kamaz və Ural yük maşınları görünür. Hörmətlə: 🌐@GSSR44
إظهار الكل...
❕“Crocus”dakı teraktda Azərbaycan izini axtarmaq yönümlü mülahizələri jurnalist Vladimir Slovyovun Azərbaycana qarşı ənənəvi qərəz ritorikasının sərhədlərini aşır. V.Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır. Hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun konsprioloji təfəkkürünü işə salmasına heç bir ehtiyac yoxdur. Mətbuat Şurası
إظهار الكل...
❤‍🔥 1
Photo unavailableShow in Telegram
Britaniyalı deputat David Duguid: “Erməni işğalı nəticəsində 800 min Azərbaycanlı Qarabağdan didərgin düşüb. Azərbaycan İngiltərənin çox yaxın dostudur. Fransanın baş naziri Qabriel Attalın Azərbaycan əleyhinə bəyanatlarını pisləyirəm. Azərbaycan Ermənistanı işğal etməyib. Ermənistan Azərbaycanı işğal etdi. Fransa bunu unutmamalıdır.”
إظهار الكل...
👍 6
Paşinyan: "Bakı ilə delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina etsək nə olacaq? İndi imtina etsək, həftənin sonunda müharibə olacaq deməkdir. Bu müharibənin də sonunda nə olacağını mən bilirəm. Sonra siz (kəndlilər) meydanda deyəcəksiniz ki, biz sadə kənd adamlarıyıq, biz bilmirdik belə olacaq, siz bilirdiniz".
إظهار الكل...