Klinik Psixoloq Fuad Əsədov
الذهاب إلى القناة على Telegram
1 202
المشتركون
-124 ساعات
-57 أيام
-1430 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
سبتمبر '26
سبتمبر '26
+3
في 0 قنوات
أغسطس '26
+12
في 0 قنوات
Get PRO
يوليو '26
+27
في 0 قنوات
Get PRO
يونيو '26
+24
في 0 قنوات
Get PRO
مايو '26
+30
في 0 قنوات
Get PRO
أبريل '26
+26
في 0 قنوات
Get PRO
مارس '26
+30
في 0 قنوات
Get PRO
فبراير '26
+21
في 0 قنوات
Get PRO
يناير '26
+26
في 0 قنوات
Get PRO
ديسمبر '25
+21
في 0 قنوات
Get PRO
نوفمبر '25
+28
في 0 قنوات
Get PRO
أكتوبر '25
+10
في 0 قنوات
Get PRO
سبتمبر '25
+4
في 0 قنوات
Get PRO
أغسطس '25
+17
في 0 قنوات
Get PRO
يوليو '25
+15
في 0 قنوات
Get PRO
يونيو '25
+23
في 1 قنوات
Get PRO
مايو '25
+20
في 1 قنوات
Get PRO
أبريل '25
+15
في 0 قنوات
Get PRO
مارس '25
+17
في 1 قنوات
Get PRO
فبراير '25
+19
في 0 قنوات
Get PRO
يناير '25
+10
في 0 قنوات
Get PRO
ديسمبر '24
+17
في 0 قنوات
Get PRO
نوفمبر '24
+31
في 0 قنوات
Get PRO
أكتوبر '24
+33
في 0 قنوات
Get PRO
سبتمبر '24
+64
في 0 قنوات
Get PRO
أغسطس '24
+101
في 0 قنوات
Get PRO
يوليو '24
+95
في 0 قنوات
Get PRO
يونيو '24
+64
في 0 قنوات
Get PRO
مايو '24
+38
في 0 قنوات
Get PRO
أبريل '24
+50
في 0 قنوات
Get PRO
مارس '24
+54
في 0 قنوات
Get PRO
فبراير '24
+70
في 0 قنوات
Get PRO
يناير '24
+81
في 0 قنوات
Get PRO
ديسمبر '23
+45
في 0 قنوات
Get PRO
نوفمبر '23
+68
في 0 قنوات
Get PRO
أكتوبر '23
+64
في 0 قنوات
Get PRO
سبتمبر '23
+31
في 0 قنوات
Get PRO
أغسطس '23
+96
في 0 قنوات
Get PRO
يوليو '23
+82
في 0 قنوات
Get PRO
يونيو '23
+129
في 0 قنوات
Get PRO
مايو '23
+51
في 0 قنوات
Get PRO
أبريل '23
+78
في 0 قنوات
Get PRO
مارس '23
+57
في 0 قنوات
Get PRO
فبراير '23
+79
في 0 قنوات
Get PRO
يناير '23
+107
في 0 قنوات
Get PRO
ديسمبر '22
+107
في 0 قنوات
Get PRO
نوفمبر '22
+72
في 0 قنوات
Get PRO
أكتوبر '22
+61
في 0 قنوات
Get PRO
سبتمبر '22
+75
في 0 قنوات
Get PRO
أغسطس '22
+94
في 0 قنوات
Get PRO
يوليو '22
+132
في 0 قنوات
Get PRO
يونيو '22
+61
في 0 قنوات
Get PRO
مايو '22
+60
في 0 قنوات
Get PRO
أبريل '22
+66
في 0 قنوات
Get PRO
مارس '22
+50
في 0 قنوات
Get PRO
فبراير '22
+36
في 0 قنوات
Get PRO
يناير '22
+120
في 0 قنوات
Get PRO
ديسمبر '21
+44
في 0 قنوات
Get PRO
نوفمبر '21
+37
في 0 قنوات
Get PRO
أكتوبر '21
+43
في 0 قنوات
Get PRO
سبتمبر '21
+39
في 0 قنوات
Get PRO
أغسطس '21
+110
في 0 قنوات
Get PRO
يوليو '21
+74
في 0 قنوات
Get PRO
يونيو '21
+61
في 0 قنوات
Get PRO
مايو '21
+96
في 0 قنوات
Get PRO
أبريل '21
+53
في 0 قنوات
Get PRO
مارس '21
+30
في 0 قنوات
Get PRO
فبراير '21
+82
في 0 قنوات
Get PRO
يناير '21
+594
في 0 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 06 سبتمبر | 0 | |||
| 05 سبتمبر | +1 | |||
| 04 سبتمبر | 0 | |||
| 03 سبتمبر | +1 | |||
| 02 سبتمبر | +1 | |||
| 01 سبتمبر | 0 |
منشورات القناة
| 2 | Bu həyatda heç bir qayda, heç bir qanun hər zaman keçərli və doğru deyil. İstənilən məsələ ilə bağlı çoxlu istisnalar tapmaq mümkündür.
Məsələn, ailədə insanlar ortaq qərar verməlidirlər deyə bilərik, amma bir çox durum ola bilər ki, orada bir nəfər liderliyi öz üzərinə götürməlidir. Və yaxud da ciddi iş görüşmələrinə klassik geyimlə getmək lazımdır deyə bilərik, amma bir çox məqamda klassik geyinməmək səmimiyyət göstəricisi olaraq sizin xeyrinizə işləyə bilər. Bu siyahını uzatmaq olar.
Sözümün canı budur ki, nəsihət və qayda olaraq qurduğumuz hər bir cümlənin doğru olmadığı çoxlu sayda istisnalar var. Amma işin mürəkkəbliyi burada başlayır ki, insan təbiəti qayda əsasında öyrənməyə meyillidir.
İnsana istisnalar verdikdə o, o istisnalara söykənərək səhvlər eləyə bilər. Məsələn, bir insana ilk dəfədən ailədə bəzən kimsə liderliyi əlinə almalıdır cümləsini qursaq, o bu cümləyə arxalanaraq diktator ola bilər.
Ona görə də birinci ailədə hər kəs bir-birini dinləməlidir cümləsini qurmalıyıq və qarşımızdakı insan bunu etdikdən sonra deməliyik ki, bəzi hallarda bu qayda pozulur.
Buna görə də sabit fikirli insanlar yanılırlar, istisnalara çox arxalanan insanlar da yanılırlar. İstisnaları sabit qaydalarla vəhdət halında hər şeyi yerli-yerində istifadə edə bilən insanlar ən kamil insanlardır.
Bəzən cəmiyyət onlara ikiüzlü desə də.
Fuad Əsədov | 95 |
| 3 | Yəqin ki, insanları ən çox narahat edən problemlərin təməlində ailə yatır. Bir dəfə bir məqalədə belə bir statistika oxumuşdum. Dünyada olan ailələrin sadəcə 20 faizi funksionaldı. Digərləri bu və ya digər şəkildə fərdlərə zərər vericidir. Ailə problemlərini əsasən iki qrupa bölə bilərik. Valideyn-övlad və ər-arvad problemləri. Çox maraqlıdır ki, hər iki növ konflikt üçün belə bir cümlə işlənir.
Hər ailədə olur belə şeylər. Əvvəla dediyim kimi hər ailədə olmur, 80 faiz ailədə olur. Digərləri anlaşmazlıqları sivil və sakit şəkildə həll edə bilirlər. Amma, lap tutaq ki, hər ailədə olur. Yəni? Nə olsun indi? Hər zaman deyirəm. Hər şey sözdə başlayır. Bir problemi "hər yerdə olur belə şeylər" deyərək normallaşdıranda, o problemi həll etməkdən uzaqlaşırsınız. O problem artıq sizin normanız, həyatınızın ayrılmaz parçası olur. Bu eynən ona bənzəyir ki, imtahandan aşağı yığan tələbə "amma sinifdə hər kəs aşağı bal toplayıb" deyir. Tamam, sinifdə hər kəs aşağı bal toplamış ola bilər, amma sən niyə aşağı topladın, söhbət ondan gedir. Eləcə də, hər ailədə ya da səksən faiz ailədə problem ola bilər, amma sənin ailəndə niyə problem var, bunu düşünməlisən. Bu problem niyə var və onu necə həll etmək olar? Ya da ola bilər ki, bu problemi həll etmək sənin əlində deyil. Atan alkoqolikdi, anan kobuddu, baban narsistdi və s. Bu zaman da bunu qəbul etməlisən. "Bu məni incidir" deməyi bacarmalısan. Qəbul etmədiyin problemlər bir gün daha ağır fəsadları ilə qarşına çıxacaq. Problemlərini normallaşdırma və hislərini etiraf et. Freud demiş, zamanında ifadə edilməmiş heç bir hiss əsla ölməz.
Fuad Əsədov | 118 |
| 4 | Ağıl bir bütün deyil, fərqli növləri var və fərqli faktorlardan asılıdırlar. Məsələn, futbolçular adətən riyazi fənlərdən kəsilirlər amma futbol meydançasında yüksək səviyyəli məkan qavrayışı, topu vurarkən dəqiq güc və bucaq hesablamasını tətbiq edə bilirlər. Yaxud da ki, Rainman filmində Raymond Babbitt autizm xəstəsi olduğu üçün yeməyini belə kontrol altında olmadan yeyə bilmir amma yerə dağılan diş çöplərinin dəqiq sayını bir baxışda hesablaya bilir. Belə insanlara bəzən axmaq dahilər deyilir. Yeri gəlmişkən o film real həyatdakı Kim Peek adlı əqli gerilikdən əziyyət çəkən insandan ilhamlanaraq çəkilmişdi. Kim Peek mənasını anlamasa da 12000 kitabı sözbəsöz əzbər bilirdi.
Fuad Əsədov | 135 |
| 5 | Keçmişə gedib özünüzün 12 yaşlı halınızla qarşılaşsaydınız, ona nə deyərdiniz? Nəzərə alın ki, o hələ uşaqdı və sizin dedikləriniz onun həyatını şəkilləndirə bilər | 166 |
| 6 | Yenilik hər zaman beyin üçün təhlükəlidir. Biz əgər xüsusi aqressiv qruplaşmaların üzvü deyiliksə, gün ərzində çox vaxt mədəni davranmağa çalışırıq. Çünki mədəniyyət norma və standartdı. Məsələn, marketdən alış-veriş etdikdən sonra, kassirə təşəkkür etməyimiz. Baxmayaraq ki, kassir bizim pulumuzu almaqdan başqa bir iş görmədi, amma yenə də nəzakət xətrinə " çox sağol " deyirik. Eləcə də bir çox insan gün ərzində mədəni davranır. Buna görə mədəniyyətsiz bir davranış bizim gözləntilərimiz doğrultusunda deyildi. Məhz bu səbəbdən, tənqid və təhqir hər nə qədər fiziki cəhətdən təhlükəsiz olsa da, bizim xoş qılıqla qarşılayacağımız bir şey deyil. Və biz daima sosial bəyənilməməkdən qorxub qaçırıq. | 197 |
| 7 | Tarixin bizə qədərki dövründə təhsil sisteminin birinci vəzifəsi insanlara bilgi vermək idi. Çünki, son dönəmlərə qədər məktəblər və kitabxanalar bilik əldə edə biləcəyimiz yeganə yerlər idi. Amma indi internet və smartfonlar var. Ucqar bir dağ kəndində yaşayıb Wikipediaya, Nature şəbəkəsinə, pubmedə və Tedx videolarına daxil ola bilərsiniz. Bilgi öyrənə biləcəyiniz çox yerlər var. Facebookda, Instagramda elmi səhifələri izləməyiniz kifayətdir ki, siz heç bir əziyyət çəkmədən bilgi telefonunuzda peyda olsun. Hər tərəfdən bilgi bombardmanına məruz qalırıq. Və heç bir güc bunun qarşısını ala bilməz. Ən pisi də odur ki, bu gün internetdə çoxlu sayda yalan yanlış məlumatlar da tüğyan etməkdədir.
Belə bir dövrdə müəllimlərin birinci vəzifəsi bilgi öyrətmək deyil. Kifayət qədər bilgini biz başqa yerlərdən də əldə edə bilərik. Müəllimlər artıq şagirdlərə bilgini analiz etməyi, nəyin lazımlı nəyin lazımsız olduğunu ayırd edə bilməyi və dünyanı anlamaq üçün bu bilgiləri bir - biriylə tutuşdurub nəticə çıxartmağı öyrətməlidirlər. Əgər bu olsa və şagirdlər düzgün istiqamətdə düşünə bilsələr bir çox problemlər kökündən həll olacaq.
Fuad Əsədov | 208 |
| 8 | Yaxşılaşma necə baş verir? | 208 |
| 9 | İrrasional Qurtuluş İnancı #fuadəsədov #psixoloq #psixologiya #psixoloqmesleheti #psixolojisağlamlıq | 224 |
| 10 | Özünüzə "hər şeyi bacarmalıyam" desəniz, bir çox hallarda hüsrana uğrayacaqsınız və bu, sizdə özgüvən əksikliyinə səbəb olacaq. Ona görə də, gözləntilərinizi real tutun. Bir çox şey sizdə çətin alınacaq, bir çox isə ümumiyyətlə alınmayacaq. Amma, əgər, bu həqiqəti qəbul etsəniz, qazanacağınız rahatlıq sizi daha uğurlu birinə çevirə bilər.
Fuad Əsədov | 221 |
| 11 | Hətta axmaq adamlar belə susanda müdrik görünürlər. Bunu Sokrat deyib. Biz bu gün çox danışırıq. Həm də həddindən çox. Danışmaqla qalmayıb, sosial şəbəkələrdə də daim nəsə yazırıq. Bu, əlbəttə ki, öz-özlüyündə pis bir şey deyil. İnsan fikirlərini ifadə etməyi və bölüşməyi bacarmalıdır. Amma... Burda bir "amma" var. Danışdıqlarımız dinlədiyimizdən çox olmamalıdır. Yazdıqlarımız oxuduğumuzdan çox olmamalıdır. Daha çox öyrənməliyik, sonra fikir bildirməliyik.
Fuad Əsədov | 254 |
| 12 | Canınız sağ olsun | 265 |
| 13 | Psixologiyada “məruz buraxma” deyə bir anlayış var. İnsan qorxduğu şeylə üzləşməyənə qədər onu məğlub edə bilməz. Amma məsələ burasındadır ki, bəzi insanlar, hətta bəzi psixoloqlar belə məruz buraxmanı yanlış anlayırlar.
Məruz buraxma texnikaları elə sistemsiz şəkildə istifadə olunacaq texnikalar deyil.
Birincisi, unutmaq lazım deyil ki, məruz buraxma texnikaları psixologiyada olan yüzlərlə texnikadan biridir. Dolayısıyla, məruz buraxma texnikaları hər dəfə istifadə olunan texnikalar deyil. Bəzi psixoloqlar yeri gəldi-gəlmədi məruz buraxma texnikalarından istifadə edirlər və bəzən insanlarda da belə bir şübhə yaranır ki, “Mən məruz buraxılmağa hələ ki hazır deyiləm, ona görə də psixoloqa getməyim”. Bu yanlışdır. Çünki dediyim kimi, məruz buraxma texnikaları tək çarəmiz deyil, başqa texnikalar da mövcuddur.
İkincisi, məruz buraxmanın müxtəlif növləri var. Məsələn, koqnitiv məruz buraxma deyilən, şüurda məruz buraxma texnikaları mövcuddur. Yəni biz bir çox qorxumuzla reallıqda deyil, beynimizin içində üzləşməliyik və beynimizin içində onları məğlub etməliyik. Hər zaman real həyatda onlarla üzləşmək məcburiyyətimiz yoxdur. Hətta bir çox hallarda problemli nöqtələrdən uzaqlaşmağımız daha məsləhətlidir, nəinki onlarla üzləşmək. Yəni qorxularla üzləşmək hər zaman ən yaxşı yol deyil.
Üçüncüsü, məruz buraxma texnikaları sistemli şəkildə istifadə olunur. Pasiyenti məruz buraxmaya hazırlamaq, əvvəlcədən ondan qiymətləndirmələr aparmaq, başqa texnikalardan istifadə etmək lazımdır ki, bu da bəzən dörd-beş seans sürür. Yəni məruz buraxma texnikaları bir çox texnikadan və bir çox seansdan sonra gələn şeydir. Bəzi psixoloqlar pasiyenti ilk seansdan məruz buraxmağa, qorxuları ilə üzləşməyə itələyirlər. Hansı ki, bu yanlışdır. Hər zaman hər insan qorxusu ilə üzləşməyə bu qədər hazır deyil. Əvvəlcədən hazırlamaq lazımdır.
Dördüncüsü, məruz buraxma texnikaları məntiqli olmalıdır. Yəni pasienti rəzil etməyə, ya da məntiqli olmayan hərəkətlər etməyə yönləndirmirik. Bəzən olur ki, Instagramda görürəm ki, psixoloq tövsiyə edir ki, əgər sizdə utancaqlıq varsa, küçənin ortasında qışqırın. Bu absurddur, çünki küçənin ortasında qışqırmaq normal bir hərəkət deyil və biz pasiyentə bunu öyrətməməliyik. Və psixoloqun özü də heç küçənin ortasında qışqırmaz. Yəni küçənin ortasında qışqırmaq utancaqlığı məğlub etmək deyil. Bu, əslində başqa bir problemdir. Və yaxud da başqa bir utancaqlıq problemi olan pasiyentə bir psixoloq “aptekə gedib toyuq istə” deyə məsləhət vermişdi. Bu yanlışdır. Çünki bu da ağıllı bir hərəkət deyil və pasiyenti pis vəziyyətdə qoya bilər.
Məruz buraxma texnikaları pasiyenti rəzil etməyə və pis vəziyyətdə qoymağa fokuslanmır. Tam əksinə, başqalarının normal həyatda edə bildiyi, amma pasiyentin edə bilmədiyi davranışı etməyə cəsarətləndirir.
Dolayısıyla, məruz buraxma texnikaları və bütün digər texnikalar da sistemsiz, kor-koranə istifadə edilməməlidir. Hər birinin istifadə edilmə yeri və zamanı vardır.
Fuad Əsədov | 278 |
| 14 | Beyninizdəki gələcək haqqında düşüncələrinizi və qayğılarınızı kənara atın. Onlar sizi həyatdakı yeganə önəmli şeydən uzaq tuturlar. İndidən. Bu andan.Sadəcə burada və indi prinsipinə fokuslanın. Burada və indi birləşdikdə etdiklərinizi nə qədər yaxşı bir şəkildə etdiyinizi görüb təəccüblənəcəksiniz. | 239 |
| 15 | " Olmalıdır " sözü ingiliscə should mənasına gəlir və anglo - sakson mənşəli scolde yəni danlamaq ifadəsindən yaranmışdır. "Olmalıdır" dediyiniz halda əslində özünüzü və ya başqasını danlayır, mövcud vəziyyəti bəyənməyib, başqa bir vəziyyətin olmasının vacib olduğunu deyirsiniz. Bu isə beyninizə içində olduğunuz vəziyyətlə bağlı neqativ mesajlar göndərərək özünüzü pis hiss etmənizə səbəb olur. Bunun yerinə " digər vəziyyət olsaydı daha yaxşı olardı " deyə bilərsiniz. Bu zaman beyinə ötürülən mesaj budur ki, bundan daha yaxşısı ola bilərdi, amma bu da pis deyil. Bu texnika koqnitiv biheoverial terapiyada semantika metodu adlanır. Çox sadə kimi görünə bilər, amma əsas odur ki, insana özünü daha yaxşı hiss etdirir. Sınaya bilərsiniz. Bu gündən etibarən lüğətinizdən olmalıdır, olmamalıdır və ya belə olmamalıydı ifadələrini çıxardın.
Fuad Əsədov | 280 |
| 16 | Keçənlərdə 44 yaşlı bir pasiyentimlə danışırdım və belə bir cümlə qurdu:
- Ən çox ona təəssüflənirəm ki, həyatım boş-boşuna keçib.
Ondan nə demək istədiyini soruşduqda belə bir cavab verdi:
- İndiyədək Bakıdan çölə çıxmamışam, nə bir şəhər görmüşəm, nə rayon, nə kənd. Hətta Bakının içində belə çox yerdə olmamışam. Məktəb vaxtı ailəm deyirdi, ancaq dərs oxu, sonra evləndim, otur evdə uşağa bax, ərini gözlə, yemək bişir. Niyə? Çünki, mən qadınam.
Pasiyenti dinlədikcə öz-özümə düşünürdüm ki, bu coğrafiyada neçə-neçə qadın bənzər, hətta daha pis həyat yaşayır. Bu həyata bir dəfə gəlirik və həyatı kəşf etmək, gözəlliklərindən zövq almaq varkən bəzi insanların bəxtinə məhdudiyyətlər içində yaşamaq düşür. Sadəcə, qadın olduqları üçün. Bəs bu niyə belədir?
Mən inanmıram ki, qadınlara qoyulan bütün məhdudiyyətlər qısqanclıqla bağlıdır. Ölkədə bu qədər paranoyak və patoloji qısqanc insan ola bilməz. Burda tək bir səbəbkar var. "Kim nə deyər?" mentaliteti. İnsanlar başqalarının ən kiçik pis şeyi belə düşünməsinə əngəl olmaq üçün qadınlara maksimum məhdudiyyət tətbiq edirlər. Bir baxıma onların özlərinə görə haqlı səbəbləri var. Çünki, bizdə başqalarının işinə qarışmaq və başqaları haqqında çox asanlıqla pis fikir söyləmək tendensiyası var. Çox təəsüf. Bir psixoloq olaraq deyirəm, "kim nə deyər?" düşüncəsi və başqalarının işinə qarışmaq tendensiyası saysız-hesabsız bədbəxtliklərin, küçədəki aqressiyanın və üzlərdən yağan kədərin səbəbidir. Bizim başımıza bəla gələndə belə ona pis olmaq yerinə, "filankəs bilsə nə düşünər"in təşvişini yaşayırıq. Dolayısıyla, bu mentalitet insaniyyətimizə, insani hissləri yaşamağımıza da mane olur.
Təfəkkür, mədəniyyət və inkişaf üçün ilk növbədə başqaları haqqında danışmağa son verməliyik.
Fuad Əsədov | 298 |
| 17 | İmtahandan keçmək | 297 |
| 18 | Hüzuru yarada bilmək | 288 |
| 19 | Özünüzü yaxşı hiss etmək üçün qəbul etməniz lazım olan 13 həqiqət.
1. Hər zaman etdiyiniz işdə yaxşı olmayacaqsınız. Zaman-zaman işləri batıracaq və ortalamanın aşağısında qalacaqsınız.
2. Hər zaman gözəl görünə bilməzsiniz.
3. Hər şeyi kontrol edə bilməzsiniz. Bəzi şeyləri axışına buraxmanız lazımdır.
4. Özünüzü başqaları ilə müqayisə etmək həm mənasız, həm də zərərli davranışdır.
5. Sizə pis davranan insanların etdikləri sizlə yox, öz mənəviyyat və tərbiyələri ilə bağlıdır.
6. Hər insanla yola gedə bilməzsiniz. Nə etsəniz də, bəzi insanların xoşuna gəlməyəcəksiniz.
7. Tənqidçi insanların təqdirini qazanmağa çalışmaq beyhudədir. Onlar hər zaman tənqid edirlər.
8. Başqa insanları dəyişməyin bir yolu yoxdur. Özümüzü dəyişə bilərik və bu zaman möcüzəvi şəkildə başqaları da dəyişir.
9. Zaman-zaman pis şeylər yaşayacaqsınız. Bu normaldır və hər kəsin başına gəlir.
10. Bir reallığın olduğundan fərqli olmasını tələb etmək və belə bir gözlənti qurmaq əzabı artırır.
11. Bir probleminiz varsa onu, yaşadığınız emosional halda həll edə bilməzsiniz. Rasional və soyuqqanlı yanaşma lazımdır.
12. Heç bir insan və heç bir şey tamamilə pis və tamamilə yaxşı deyil.
13. Dəyişdirə bilmədiyiniz şeylərlə mübarizə aparmaq vaxt itkisidir.
Fuad Əsədov
#13siyahı | 310 |
| 20 | Bəlkə də heç mövcud olmayan düşmənlərlə savaşırsınız | 284 |
