ar
Feedback
Hebib Müntezir

Hebib Müntezir

الذهاب إلى القناة على Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

إظهار المزيد
أذربيجان410الفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام Hebib Müntezir

تُعد قناة Hebib Müntezir (@hebmun) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 16 874 مشتركاً، محتلاً المرتبة في فئة اخرى والمرتبة 410 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 16 874 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 02 ديسمبر, 2024، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 ديسمبر, 2024) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

16 874
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
"Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilən gizir Qadir Cəfərov: "Vətən müharibəsi zamanı Füzuli, Topxana və Cəbr
"Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilən gizir Qadir Cəfərov: "Vətən müharibəsi zamanı Füzuli, Topxana və Cəbrayılda vuruşmuşam. Düz iki dəfə yaralanmışam. Birinci dəfə ayaqlarımdan yaralanmışam. İkinci dəfə isə kəllə-beyin travması almışam. Gözlərim zəif görür, sağ qulağım zəif eşidir. 4 dişimi də əməliyyatla çıxarıblar. İndi də ağrılardan yaşaya bilmirəm. Qəlpə yaraları bədənimə zəhərlənmə verib. Dünən də getdim Əlillərin Bərpa Mərkəzinə ki, əlillik təyinatımı alım. Mənə dedilər ki, adım sistemdə yoxdur. Bunu eşidəndən sonra mən də qollarımı kəsdim. Hazırda qollarıma 9 tikiş qoyulub”. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi: "Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə ƏSAS VERMİR". Müharibədə ölmədilər, məmurların əllərində ölümə tərk ediliblər.

Almaniya hökuməti infilyasıyanı nəzər alaraq iyun, iyul və avqust aylarında (90 gün) ölkə daxilində ictimai nəqliyyat xərclərini, (avtobus, qatar, metro, tramvay) hər kəs üçün aylıq 9 avro edib (sürət qatarları və özəl şirkətlər xaric). İndi də Berlin üçün 3 aylıq pulsuz etmək istəyirlər. Dağılır da, xaraba.

Aeroport gömrüyündə İnformasiya-kommunikasiya şöbəsinin rəisi Bəhruz Məmmədyarov, Gömrük prosedurları və maliyyə şöbəsinin rəis müavini Namazi Orucov, prosedurlar və maliyyə şöbəsinin rəis müavini Elnur Quliyev, yük inspektoru Cavid Abbasov, Karqo Terminalın post rəisi Rövşən Mahmudov, gömrük deklarantı İsmayıl adlı şəxs DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsi əməkdaşları tərəfindən rüşvət alma məlumatı ilə əlaqədar saxlanılıblar. Mətbuatda da bu barədə xəbər gedib, amma işin üstünü bağlamaq üçün, generallar işə əl atıblar və saytlardan sildiriblər. Sonra da Səfər Mehdiyev mətbuata çıxıb deyir ki, “Gömrükdə rüşvət və inhisarçılıq olarsa, istefa verəcəm”. Ver görək. Bu arada İsmayıl Gömrük İdarəsində şöbə rəisi Ədalət Mehdiyevin bacısı oğludur. Hər ikisi də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun qohum və yaxınlarıdır. Bəhruz Məmmədyarov isə Sumqayıt Baş Gömrük İdarəsi rəis müavininin oğludur. Ölkəni ailə şirkəti kimi talayırlar, cəzalandırmağa gələndə isə, işdən sıyrılıb, davam edirlər.

Bir sıra ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz əlaməti olaraq 14 may, 2022-ci il tarixində, saat 15:00-da Fəvvarələr Meydanından başlayaraq Daxili İşlər Nazirliyinin qarşısına doğru dinc etiraz yürüşü təyin edib.

"Nərmin cinayəti"ni işıqlandırdığı üçün dünən gecə, evinin qabağında jurnalist Aytən Məmmədovanın boğazına bıçaq dirəyib hədələyiblər. Tofiq Yaqublu qaçırılır, vəhşicəsinə döyülür, cinayətkarlar tapılmırsa, Bəxtiyar Hacıyev qaçırılır, döyülür, hədələnir, cinayətkarlar tapılmırsa, kameraların önündə məmur motosklet sürücüsün vurur və cinayətkar cəzalanmırsa bütün məsuliyyət DİN, yəni dövlətin üzərindədir.

Sizə pandemiya dövründə izlədiyim, bəyəndiyim real hekayələr əsasında çəkilmiş 5 film və 5 serial məsləhət görüm, izləyin, peşman olmayacaqsınız: 1. Persian Lessons (2020) 2. Rose Island (2020) 3. Lion (2016) 4. Wasp Network (2019) 5. A Man Called Ove (2015) 1. The Spy (2019) 2. The Last Czars (2019) 3. When They See Us (2019) 4. Unorthodox (2020) 5. Kulüp (2021)

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutun 5 il direktoru olmuş Həqiqət Qədirova vəzifəsindən kənarlaşdırıldıqdan sonra oturduğu kreslonu götürüb özü ilə aparıb. 😃 Məncə müasir tibb Azərbaycandakı "kreslo aludəçiliyi" xəstəliyi diaqnozunu təsbit edib, onun müalicəsini tapmalıdır.

Ermənistan mənbələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində, Zod qızıl yatağı tərəfdə atəşkəsin pozulduğunu, bir erməni işçinin yaralandığını iddia edir. Hazırda atışmanın davam etdiyi bildirilir. Azərbaycan Müdafiə Nazirliyi hələlik rəsmi açıqlama verməyib.

Rusiya BMT-də Azərbaycanı üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsində ittiham edib. DTX isə bəyanat yayaraq bu cür məlumatları təkzib edib. Ucun qoyurlar.

Azərbaycanda bu da oldu: Tender elanından sonra yaranan şirkət 50 minlik tenderin qalibi oldu. Tenderdən 15 gün əvvəl, 1 ay ə
Azərbaycanda bu da oldu: Tender elanından sonra yaranan şirkət 50 minlik tenderin qalibi oldu. Tenderdən 15 gün əvvəl, 1 ay əvvəl yüzminlik tender qalibi olmuşdu amma bu dəfə ilkdir. Yeniavaz rəsmi mənbələrə istinadən yazır ki, Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Palma-Z” MMC olub. Qanuna əsasən satınalmalarda iştirak edən şirkətlərin mütləq şəkildə müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlılığı olmalıdır. Tenderin elanından sonra yaranan şirkətin nə təcrübəsi, imkanı, səriştəsi və bacarığı ola bilər ki? Sualın cavabını yəqin ki, Seymur Orucov bilər. Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi Ağstafa rayon İcra Hakimiyyətinə tabedir. Hazırda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Vaqif oğlu Orucovdur. İlham Əliyev tərəfindən "Tərəqqi" medalı alan icrabaşı, 2 il əvvəl təyin olunub. YAP Gənclər Birliyinin sədri olmuş Seymur Orucov eks deputat Şəmsəddin Hacıyevin kürəkəni, Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevin isə bacısı oğludur. Seymurdan əvvəlki icrabaşı rüşvətə görə həbs edilmiş və həbsxanada ölmüşdü. Seymur sələfinin aqibətindən nə üçün dərs çıxarmır?

Bu gün 164 nömrəli orta məktəbdə şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılaraq 9 may tədbiri keçirilib. Məktəbin direkto
Bu gün 164 nömrəli orta məktəbdə şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılaraq 9 may tədbiri keçirilib. Məktəbin direktoru seçkilərdə saxtakarlıq etməkdə ad çıxarmış Kəmalə Ənvər qızı Qədirovadır. O həmçinin İlham Əliyev tərəfindən “Tərəqqi” medalı almış, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun həyat yoldaşıdır. Məktəb 2010-cu ildə İlham Əliyevin Sərəncamı ilə “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub. "Georgi lenti" bugünkü gündə Rusiyanın imperiya simvollarından biri hesab edilir.

Dələduzluqda ittiham olunan, blogger kimi tanınan Maqsud Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edildi. Maqsud Mahmudov Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilmişdi.

Ukrayna mənbələri Qara Dəniz sahillərində Rusiya ordusuna məxsus “Admiral Makarov” freqatının Ukrayna ordusuna aid "Neptun" raketi vasitəsilə vurulduğunu iddia edir.

10 ildən artıqdır himayə olunaraq vətəndaşları aldadan ailəvi tikinti şəbəkəsi Bakıda 17 mənzili 36 nəfərə satan "Star-M", "Zamiq", "Hasil" və "Şans" MTK şirkətinin rəhbəri Məhərrəm Həsənqulu oğlu Məhərrəmov həbs edilib. O, həmçinin 7 qeyri-yaşayış sahəsini mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat pulun mənimsənilməsində ittiham olunur. Şirkətlərin 17 milyondan çox vergi borcu var. Bakıda ən yaxşı yerlərdə xeyli sayda binalar tikiblər. Hansısa məmurun, rəsmi qurumun himayəsi olmasa, bütün bunları edə bilərdimi? Vətəndaşlara bu qədər dələduzluq edən adamın, tikdiyi binaların nə qədər standartlara cavab verdiyi, keyfiyyətli olduğunu hardan bilək? Qardaşı “Birlik-İnşaat” MMC-nin direktoru Tağıyev Elman Həsənqulu oğlu da eyni üsulla vaxtiylə dələduzluq yolu ilə 600 nəfər zərərçəkmiş şəxsdən 11 milyon manat pulu alaraq mənimsədiyi üçün 14 illik həbs edilmiş, lakin məhkəmə onun həbsini ev dustaqlığına dəyişmişdi. Məhərrəmovlar 5 qardaşdır, Adil, Rafiq, Aqil, Elman və Məhərrəm. Hamısının adına onlarla tikinti şirkəti var və bu sahədə çalışırlar. Mütəmadi olaraq barələrində dələduzluq ittihamı ilə həbs qərarları çıxsa da, cəzalardan yayına bilirlər. Yəqin bu da elə olacaq, pulunu verib çıxacaq.

Bir neçə gün öncə Rusiya XİN rəhbəri Sergey Lavrov "Zelenski yəhudidir, amma Ukraynada nasist elementləri var. Mən inanıram ki, Hitler də yəhudi qanı daşıyırdı" deyə açıqlama vermişdi. İsrail də buna görə Rusiyaya nota vermişdi. Bu gün Putin Lavrovun Htler haqqındakı sözlərinə görə İsrailin Baş nazirindən üzr istəyib.

Fiqurlar dəyişir, sistem olduğu kimi davam edir Ötən il Təhsil naziri Emin Əmrullayevin əmri ilə Elnur Qəzənfər oğlu Əliyev nazirin müşaviri təyin olunub. O, bundan əvvəl Kaspi Təhsil Şirkətinin baş direktoru olub. Yəni prezidentin sabiq köməkçisi Əli Həsənovun təhsil üzrə kuratoru və Həsənovlar ailəsinin ən etibar etdiyi adamlardan olub. Gənc nazir isə Elnur Əliyevi Təhsil Nazirliyində həmçinin ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə də təyin edib. İndi bildinizmi dünən yazdığım tenderin qalibi niyə Ramiz Mehdiyevin oğlunun şirkəti udur? Onu da xatırladım ki, Kaspi liseyi ilə bağlı ötən illərdə yarım milyonluq mənimsəmə və yeyinti barədə cinayət işi açılmışdı.

Allahverdi Aydın bəy araşdırıb və məlum olub ki, Təhsil nazirliyinin 361 min manatlıq tenderinin qalibi “Şərq-Qərb” ASC olub. Şirkət kimindir? Bugünkü sistemin banisi Ramiz Mehdiyevin oğlu Fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyevin. Qanuna əsasən Fövqəladə hallar orqanları işçiləri heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Bundan əlavə bir il əvvəl Hesablama Palatası Baş Prokurorluğa müraciət edib ki, AMEA ilə “Şərq-Qərb” ASC arasında imzalanan 10,4 milyon manatlıq müqavilədə cinayət tərkibi olduğu üçün istintaq başlatsın. Avropa təhsilli yeni Təhsil nazirimizin başı 2-3 manatlıq “süpürgə pulu”nun adını dəyişib “könüllü ianə” qoymağa qarışanda belə olacaqdı. Bu arada bu həmin nəşriyyatdır ki, 2017- ci ildə "Rus bölməsi" üçün 7 min tirajla çap olunmuş 10-cu sinif "Всеобщая история" dərsliyində qondarma "Velikaya Armeniya" xəritəsini çap etmişdi.

Ermənistanda vəziyyət gərginləşir: Yerevanda minlərlə etirazçı Paşinyanın istefası tələbi ilə Ermənistan parlamentinin binasına doğru hərəkət edir.

Qərb xüsusi kəşfiyyat mənbələri bildirir ki, Rusiya Moldovaya hücuma hazırlaşır. Artıq Avropa İttifaqı Moldova silahlı qüvvələrini əlavə hərbi texnika ilə təmin etməyə hazırlaşır.

Rusiya Müdafiə naziri Sergey Şoyqu: “Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək”.

Hebib Müntezir - إحصائيات وتحليلات قناة تيليجرام @hebmun