ar
Feedback
Hebib Müntezir

Hebib Müntezir

الذهاب إلى القناة على Telegram

Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

إظهار المزيد
أذربيجان410الفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام Hebib Müntezir

تُعد قناة Hebib Müntezir (@hebmun) في القطاع اللغوي الأذربيجانية لاعباً نشطاً. يضم المجتمع حالياً 16 874 مشتركاً، محتلاً المرتبة في فئة اخرى والمرتبة 410 في منطقة أذربيجان.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 16 874 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 02 ديسمبر, 2024، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 ديسمبر, 2024) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

16 874
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
“Sərhədsiz Reportyorlar”ın dünya üzrə 2022-ci ilin Mətbuat Azadlığı İndeksi açıqlanıb. Hesabatda 180 ölkə arasında Azərbaycan 154-cü yerdə qərarlaşıb. Azərbaycanın ən yaxın qonşuları Belarus (153), Rusiya (155), Əfqanıstan (156) olub. Gürcüstan 89, Ermənistan isə 51-ci yeri bölüşür.

Nexta Telegram kanalı bildirir ki, Azərbaycan da Türkiyənin ardınca Suriyaya uçan Rusiya hərbi təyyarələri üçün hava məkanını bağlayıb. Nəticədə Suriyadan gələrək Ermənistandan Rusiyaya hərbi yük daşıyan Rusiya hərbi təyyarələri Rostov istiqamətində İran və Xəzər Dənizi üzərindən uçmağa məcbur olub.

İlham Əliyev Ukrayna ilə bağlı sualı cavablayarkən deyib ki, ən vacib məsələ heç vaxt işğalla barışmamaqdır. Həmçinin Ukrayna, Moldova və Gürcüstanın da ərazi bütövlüyünü dövlət olaraq dəstəklədiyini bildirib. Qarabağdakı Rusiya sülhməramlıların da fəaliyyətini tərifləyib.

2 saatdan artıqdır ki, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindəki "Azərsun Sənaye Parkı”nda qida anbarı geniş miqyaslı şəkildə yanır. Hələ də yanğın kontrol altına alınmayıb.

Aprelin 30-u "Rus Evi"nin dəstəyi ilə "Azərbaycan Rus Gəncləri Assosiasiyası" Bakıda “Müqəddəs Georgi lenti” beynəlxalq kampaniyası keçirməyə hazırlaşır. Şənbə saat 13:00-da Üzeyir Hacıbəyov küçəsi, 77B (Hökumət evi ilə üzbəüz) ünvanında "Rus Evi"nin yeni binasının qarşısında hər kəsə lentləri pulsuz paylayacaqlar. Georgi lenti — Rusiyanın imperiya simvollarından biri hesab edilir.

Dünən Nikol Paşinyanın avtomobil kortejinə aid olan polis maşını 29 yaşlı hamilə bir qadını vuraraq öldürüb. Bildirilir ki, hadisə zamanı kortej dayanmadan hərəkət edib. Avtomobili idarə edən sürücü artıq saxlanılıb. İndi xalq, əsasən müxalif qruplar küçələrdə Paşinyanın istefasını tələb edirlər, hətta onun tərəfdarlarından biri olan jurnalisti çox pis döyüblər.

DİN moped sürücünü döyən, Prezident Administrasiyasının işçisi Sultan Dadaşovun 25 sutka həbs olunmasını təkzib edib.

Motosiklet sürücüsünü döyən Sultan Dadaşov saxlanılaraq barəsində xuliqanlıq maddəsi ilə 25 sutka inzibati həbs cəzası verildiyi deyilir. O, 2022-ci ilin əvvəlinə qədər Prezident Sarayının təminat şöbəsinin müdiri olsa da İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilmişdi, ordan da çıxarıldığı bildirilir.

Reuters yazır ki, İlon Mask Twitteri 44 milyard dollara aldı.

Lexusla vətəndaşı vuran Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Sarayının təminatı şöbəsinin müdiri, dövlət qulluğunun baş müşaviri, 1959-cu il təvəllüdlü Sultan Tofiq oğlu Dadaşov imiş. "ARPİA" MƏNZİL TİKİNTİ KOOPERATİVİ adlı tikinti şirkəti də var. Nazirlər Kabineti ilə üzbəüz, 6 mərtəbəli binada yaşayır. Telefon nömrəsi də var. Lazımdırsa DİN verim, vəzifələrini yerinə yetirsinlər.

Bu kadrlarda gördüyünüz "LEXUS GX460" markalı, 10VX707 dövlət nişanlı bu avtomobilin sahibi və sürücüsü Sultan Tofiq oğlu Dadaşov adlı şəxsdir. 2 il əvvəl İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Nə səbəbə? Sərəncamda qeyd edilib ki, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə. Yəqin camaatı tapdalayıb, qapazlamaq, şillələmək fəaliyyətidir. Polisin və hüququn fəaliyyətini ən qısa zamanda görmək ümidi ilə...

⚡️Türkiyə Suriyaya uçan Rusiya hərbi və mülki təyyarələri üçün hava məkanını bağladı

Avropa İtifaqı ölkələri öz sanksiyalarını pozaraq 2015-2020-ci illərdə Rusiyaya silah satıblar. Belə ki, Avropa Birliyi təhlil sənədinə görə, Fransa və Almaniya 2015-2020-ci illərdə Rusiyaya 273 milyon avroluq silah satıb. Ümumilikdə isə Aİ ölkələri 350 milyon avroluq silah satıblar. Bu silahlar hazırda Ukraynanın işğalında istifadə olunur.

3 şəhid ailəsindən 178 min manat mənimsəyən, DİN-lə əməkdaşlıq edərək, müxalifətçiləri mütəmadi təhdid edən Fərid Abdinov ictimai qinaqlardan sonra, axır bu gu gün saxlanılaraq barəsində cinayət işi başlandı.

Siyasi-ictimai fəal Bəxtiyar Hacıyev 4 naməlum maskalı şəxs tərəfindən oğurlanıb, işgəncələrə məruz qalıb, videoya çəkilib, təhdid olunub, Facebookda Vilayət Eyvazovla bağlı yazdığı statusları silinib və sonra sərbəst buraxılıb. O, bu işin arxasında Daxili İşlər Nazirliyinin olduğunu bildirir. Bunun adı dövlət terrorudur, bu işi görənlər mütləq cəzalandırılmalıdır.

Azərbaycanın İcbari Tibbi Siğorta saytına xaricdən kiber hücum olub. Nazirlər, dövlət rəsmiləri də daxil, milyonlarla şəxsin 40 milyon məlumatının ələ keçirildiyi bildirilir. Bura şəxsi telefon nömrələri, şəkillər, vəsiqələr, sürücülük vəsiqələri, vətəndaşların şəxsi məlumatları və s. daxildir. Həklənmiş məlumatlar arasında Nazirlər Kabineti, DİN, DTX, Miqrasiya Xidməti, Ədliyyə nazirliyi və digər rəsmi qurumlara məxsus məlumat bazaları var.

Azərbaycanda mayın 1-dən etibarən maskadan istifadə tələbi ləğv edildi, karantin rejimi isə 1 iyul saat 06:00-dək uzadıldı.

Rusiya Mark Zuckerbergə sanksiya tətbiq etdi

O boyda Rusiya Federasiyasının deputatlarının, DUMA-nın bütün əməkdaşlarının rəsmi email hesabları Gmail xidməti ilə təchiz olunurmuş. Gmail dünən Rusiya müştərilərinə blok qoydu, bununla da bütün emaillər getdi "Русский военный корабль"ın yanına. Ölkənin rəsmi şəxsləri xarici, özünə düşmən bilən bir ölkənin xidmətindən yararlanırlar. Öz təhlükəsizliyini qoruya bilməyənlər, başqalarını qorumaqdan dəm vururlar.

Rusiyanın Dövlət Dumasına Rusiya bayrağının SSRİ bayrağı ilə əvəz edilməsi təklif olunub.🤦‍♂️