"DAXİLİMDƏKİ SƏS"✍✍
Kanalga Telegram’da o‘tish
"Daxilimdəki səs" — Səssiz qaldığım hər anda yazmağa ehtiyac duydum… Bu kanal kimin üçünsə deyil… bu özüm üçün. Daxilimdəki mənlə tanış olmaq istəyənlər – xoş gəlmisiz 💫 Burada hər söz – mənim səsimdir.J.Q. https://t.me/resul2017
Ko'proq ko'rsatishOzarbayjon1 283Toif belgilanmagan
2 223
Obunachilar
-12724 soatlar
-6607 kunlar
-2 12830 kunlar
Postlar arxiv
2 223
“Qoy Allah səni səssizcə səni izləyən, amma tərəqqi etməyini istəməyən gözlərdən, sənə gülümsəyən, amma xoşbəxtliyinə sevinməyən qəlblərdən qorusun.
Qoy O, səni səmimi sevgi, təmiz niyyətlər və sənin uğurlarını öz uğurları kimi qeyd edən insanlarla əhatə etsin.”
2 223
O mükəmməl deyil. Sən də mükəmməl deyilsən və ikiniz də mükəmməl ola bilməzsiniz.
Amma sizi ən azı bir dəfə güldürə bilirsə, iki dəfə düşünmənizə səbəb olursa, ona tutunun və ona verə biləcəyiniz hər şeyi verin. Sizə şeir, hekayə yazmaya bilər amma sizə qıra biləcəyinizi bildiyi bir parçasını verəcəkdir “qəlbini”. Ona zərər verməyin, dəyişdirməyə çalışmayın. Verə biləcəyinizdən artığını gözləməyin. Sizi xoşbəxt etdikdə gülümsəyin, qəlbinizi qırdıqda fərqində deyilmişsən kimi davran. Və onun olmadığı hər yerdə onun üçün darıx.
Mükəmməl insan yoxdur. “Sizin” üçün mükəmməl olan bir insan vardır.
2 223
Çətin günlər insanı yıxmaq üçün deyil, ətrafındakı saxta insanları təmizləmək üçün gəlir."
2 223
Günün təsdiqi 💫
Mən özümə elə bir ssenariyə icazə verirəm ki, orada istədiyim real olsun!
Ən xoşbəxt dəyişikliyi etiraf edirəm!
Gözəl, heyrətamiz, gözəl hadisələrə dəvət edirəm!🥰
Sabahınız xeyir əziz izləyicilər☀️
2 223
Ata...
Bu gün səndən ayrıldığımızın bir ili tamam olur. Deyirlər zaman hər şeyə əlacdır. Amma mən bu bir ildə öyrəndim ki, zaman yalnız insanı yaşamağa alışdırır, yoxluğa yox.
Sənin üçün demək istədiyim o qədər söz var ki... Amma bu gün onların çoxu boğazımda düyünlənib. Əgər susuramsa, bu səni az sevdiyimdən deyil. Əksinə, ürəyimdə daşıdıqlarım sözlərdən daha ağırdır.
Sən mənim atam idin, arxam idin, gücüm idin. Sənin yoxluğunla yaşamağı öyrənməyə çalışsam da, səni unutmağı heç vaxt öyrənməyəcəyəm...
J.Q.
#daxilimdəkisəs
2 223
"Bəzən ən böyük uğur, bütün günün ağırlığını çiyinlərində daşıyıb, gecə rahatlıqla 'bu günü də bacardım' deyə bilməkdir..."
2 223
“Duman mütləq çəkiləcək. Səbir et, təslim olma. Nə üçün? Yeni görüşlər, yeni hisslər və sevdiyin insanlar üçün. Bütün bunlar səbrinin və möhkəmliyinin mükafatı olacaq.”
Elçin Səfərli “Mənə dənizdən danış”
2 223
İnsan əvvəlcə özündən sevməyə başlamalıdır. Tolstoy uşaqlığımızdan bizə aşıladığı kimi, “İnsan sevgi ilə yaşayır"
2 223
Xoşbəxtlik elədə uzaqda deyil
Allaha əl açmağı biləsən gərək
Xoşbəxtlik nəyisə axtarmaq deyil
Əlində olanı sevəsən gərək...
2 223
Kimsənin saçına "ağ" olmayın. Kimsənin könlünə "yük"olmayın. Kimsənin qəlbinə "yara"olmayın. Kimsənin gözünə "yaş" olmayın. Kimsənin dilinə "ah" olmayın.
Kimsənin baharına "qış"olmayın.
Ümid olun, hüzur olun, sevgi olun.
2 223
“İnsan tamamilə taqətdən düşdükdə, tükəndikdə və yorulduqda, gücü kiçik, amma səmimi sevinc gətirən işlərdən almaq lazımdır. Günbəgün, damla-damla insanın ruhu bərpa olunur, gücü geri qayıdır və yeni bir həyat başlayır.
Daxili həyat enerjisinin yenidən formalaşması aylar, hətta illər çəkə bilər. Əsas odur ki, ən doğru yol yoldaşını unutmayasan — kiçik, səmimi sevincləri.”
— Eva Mayer
2 223
Repost from 💧Qəlbimin Səsi 💧
Bəzən sadəcə bir ruhun varlığını hiss etmək istəyərsən. Səssizcə yanında oturan. Heç bir şey soruşmadan səni anlayan birini. Dünyanın bütün səs-küyünü bir kənara qoyub sənə 'keçəcək' deyən deyil... 'Birlikdə keçirəcəyik' deyən birini axtarır insan.
Çün sevgi fırtınada sığınacaq tapmaq deyil... O fırtınada eyni çətirin altında islanmağı seçməkdi...☕
2 223
Qəlbləri qırmaq üçün deyil, onları yaratmaq üçün sözlərdən istifadə edən xeyirxah insanlarla qarşılaşasınız...
2 223
Qadın, Tanrının bir sənət əsəridir; o qədər zərifdir ki, toxunanda qırıla bilər, amma o qədər güclüdür ki, dünyanı çiyinlərində daşıyar...
— Fyodor Dostoyevski
2 223
İnsan üçün ən əziz məkan ata evidir. İstər sarayda yaşa, istər təmtəraqlı evdə, ata evinin yerini heç nə verə bilməz. Uşaqlığımızın xatirələri, valideynlərimizin qayğısı, nəvazişi və nazımızı çəkdikləri o gözəl günlər.... Harada olsaq da, ürəyimizin bir guşəsi həmişə ata evində qalır.
2 223
Sabahınız xeyir olsun
İyul xoş gəldin
Hər birimiz üçün düşərli olsun
Yeni ay, yeni imkanlar, yeni ümidlər... Qəlbinə sevinc, həyatına xoşbəxtlik, yollarına uğurlar gətirsin. Hər günün gözəl, hər anın xeyirli olsun!
2 223
💖🗝️ Bəlkə də xoşbəxtlik düşündüyümüzdən daha sadədir…
*Biz uzun-uzadı uzaqlara baxırıq. Bizə elə gəlir ki, xoşbəxtlik mütləq uzaqları sevir və haradasa orada, taleyin növbəti döngəsinin arxasında bizi gözləyir.
Sonra isə evə qayıdırsan. Ayaqqabılarını qapının ağzında çıxarırsan. Tanış səsləri eşidirsən. Çayın və təzə bişmiş çörəyin qoxusunu hiss edirsən. Və birdən anlayırsan ki, qəlbin yeni bir şey tapdığı üçün deyil, özünə qayıtdığı üçün sakitləşib.
Sadə şeylərdə xüsusi bir mərhəmət var. Ananın səsində. Hissləri haqqında az danışsa da, ən vacib sözləri deməyi bacaran atada. Qonşu otaqdan gələn gülüşdə. Gecənin səssizliyində pıçıltı ilə edilən duada. Sənin ruhunu sözlərindən daha yaxşı tanıyan insanlarda.
Hər zaman böyük uğurlar axtardığımız o xoşbəxtliyi gətirmir. Hər zirvə də insana daxili rahatlıq vermir.
Biz xoşbəxtliyi elə axtarırıq ki, guya o haradasa uzaqlarda yaşayır. Halbuki bəzən uzaqlaşan xoşbəxtlik deyil, elə bizim özümüz oluruq…”
2 223
Seninle konuşabilecek kadar heybetli değildi belki kelimelerim.
Ama senin ruhunu yerinden
sallayacak kadar
derindi hissettiklerim. "
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
