cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Marketinq, reklam və mətbuat işləri

İşlər, vakansiyalar

Ko'proq ko'rsatish
Reklama postlari
626
Obunachilar
+1024 soatlar
+577 kunlar
+16630 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

HR analitik tələb olunur İşəgötürən: Sirab Satış və Dağıtım MMC Əsas tələblər: - Ali təhsil (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s); - Data sahəsində 1+ il təcrübə (İR və ya biznes data analitikasında təcrübə üstünlükdür); - Power BI vizuallaşdırılması alətləri ilə təcrübə; - Yüksək səviyyədə excel biliyi (Power Query, Pivot Table işləmə bacarığı); - Əmək qanunvericiliyi üzrə nəzəri biliklər; Fərdi keyfiyyət göstəriciləri: - Analitik düşünmə bacarığı; - Komandada işləmə bacarığı; - Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı; - Planlaşdırma və problem həll etmə bacarığı. - Yenilikçi və proaktiv yanaşma; - Məsuliyyətli. İş barədə: - İşçilərin tabel uçotunu aparmaq, onların işə davamiyyətinə nəzarəti həyata keçirmək; - İR datanın, göstəricilərin və statistikanın toplanması, qruplaşdırılması və təhlil edilməsi; - Platformada İR datanın keyfiyyətinin qorunması; - Mövcud daxili datanın kənar statistik məlumatlar və meyarlar ilə müqayisə edilməsi; - Əsas statistik təhlilin aparılması, biznes təhlillərinin yazılması və datanın təhlili əsasında tövsiyyələrin verilməsi, tələb olunan halda daha dərin tədqiqatların aparılması; - İşçi datasının toplanması və sorğunun tərtibatı və təhlili; - Nəticələri İR komandasına və rəhbərliyə çatdırmaq üçün tablolar, hesabatlar və təqdimatların hazırlanması. İş vaxtının norması: - 09:00-18:00 / 5 günlük iş həftəsi Vəzifə üzrə əmək haqqı: - Namizədin bilik və bacarığına uyğun olaraq Müraciət forması: Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “HR analitik” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Hammasini ko'rsatish...
İnsan resursları üzrə mütəxəssis tələb olunur Şirkət: “Spark” MMC Əmək haqqı: 800-1000 azn. (Namizəddən asılı olaraq təyin ediləcək) Vəzifə öhdəlikləri: - Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir; - İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir; - İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçalarını əmrlər əsasında doldurur; - Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edir; - Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini, işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir; - İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edir; Kadrlar üzrə hesabatları tərtib edir; - Ezamiyyələrin sənədləşdirilməsi; - Kadr sənədləşməsinə mütəmadi nəzarət; - İnsan resursları şöbəsinə aid olan digər tapşırıqları yerinə yetirmək; Namizədə tələblər: - Ali təhsil (müvafiq sahə üzrə) - Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi - MC Office proqramlarında işləmək bacarığı - Əmək məcəlləsi biliyi - Analitik və məntiqi təhlil bacarığı - Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq İş yeri: Bakı şəh., Binəqədi ray., Əhməd Rəcəbli 276 İş şərtləri: Şirkət tərəfindən nahar pulu ödənilir. İş qrafiki: I-V günlər İş saatı: 09:00-dan 18:00-a Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “İnsan resursları üzrə mütəxəssis” adını qeyd edərək [email protected] ünvanına CV-ni göndərməkləri xahiş olunur.
Hammasini ko'rsatish...
👍 1
Milli Kibertəhlükəsizlik Şirkətində Yay təcrübə müddəti İşəgötürən: Cybernetics Academy VƏZİFƏLƏR: 1. Ofis meneceri 2. SMM 3. Kopirayter 4. Mentor (Kibertəhlükəsizlik üzrə) - Üstünlük köhnə məzunlarımıza verilir. Buna təkcə Cybernetics Academy məzunları deyil, həmçinin universitetlərdə tədris verdiyimiz gənclər də şamil edilir. Maraqlı və inkişafa meyilli bir komandada irəliləmək və karyera başlanğıcı etmək istəyən gəncləri gözləyirik! Keyfiyyətlər: ✅Pozitiv və gülərüz ✅Öyrənməyə və öyrətməyə meyilli ✅Komanda ilə işləməyi bacaran ✅Yenilikləri təqib edən və tətbiq etməyə can atan ✅Səlis danışıq qabiliyyəti olan ✅Azərbaycan dilini təmiz danışmağı bacaran (rusdilli ifadələri az işlədən) ✅Özünə, iradəsinə və gücünə inanan Yay aylarında təcrübə müddətini bizim komandayla məhsuldar keçirmək istəyənlər qeyd edilən [email protected] mail ünvanına vəzifənin adını qeyd edib CV və ya portfoliolarını əlavə edə bilərlər 📨 [email protected]
Hammasini ko'rsatish...
👍 1
Kontent menecer tələb olunur İşəgötürən: Redmark Agency Öhdəlikləri: Brifə uyğun olaraq sosial media postlarının kontentlərinin hazırlanması; Video çəkilişlərin ssenarilərinin yazılması; Kopiraytinq; Kreativ və marka konseptinə uyğun materialların hazırlanması; Bazar trendlərini və yenilikləri izləyərək, işə tətbiq etmək; Reklam postlarının mətnlərinin hazırlanması. Tələblər: Azərbaycan dilində səlis yazma bacarığı; Araşdırma bacarığı; Minimum 1 il agentlik təcrübəsi; Kreativlik; Ssenari yazma bacarığı; Komanda ilə işləmə bacarığı. İş barəsində: Həftə içi 5 gün, 9:00-18:00 Maaş: 550 manat Portfolio və CV-nizi "Kontent Menecer" başlığı ilə [email protected] mail ünvanına göndərə bilərsiniz
Hammasini ko'rsatish...
"Təchizat Sənədləşmələri üzrə Kiçik Mütəxəssis" tələb olunur İşəgötürən: RAM Holdinq Namizədə olan tələblər: · Ali təhsil; · Azərbaycan dili səlis, ingilis dili bilikləri yaxşı səviyyədə olmalı; · Minimum 1 il iş təcrübəsi olmalı; · 1C bilikləri orta səviyyədə olmalı. Vəzifə öhdəlikləri: · Daxili sifarişə əsasən xarici satınalmalarla bağlı müqavilə və əlaqəli sənədlərin hazırlanması, təchizatçıya sifarişin verilməsi və izlənilməsi; · Tədarükçülərlə tələb olunan sənədlər və s. şərtlərlə bağlı danışıqların aparılması; · Tədarükçü ilə əldə edilmiş razılaşmaya və invoice sənədinə əsasən ödəniş şərtlərinə uyğun olaraq ödənişin mühasibatlıq tərəfindən icrasına nəzarət edilməsi; · Invoice və Packing listdə olan məlumatların yoxlanılması, idxal edilməsi məqsədi ilə sifarişin müvafiq logistika əməkdaşına təqdim edilməsi; · Satınalma sifarişlərinin 1C proqramına daxil edilməsi və 1C-də müvafiq əməliyyatların icra edilməsi; · Təchiz olunan malların keyfiyyətinə nəzarət və kompensasiya məsələlərinin həll edilməsi; · Təchiz olunmuş mallarda uyğunsuzluq olarsa, kompensasiya prosesinin başlanılması və müvafiq struktura ötürülməsi. İş şərtlərimiz: · Əmək haqqı: 731-842 AZN; · İş qrafiki : Həftə içi 5 gün; · İş saatları: 08:30-17:30; · İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz). Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təchizat Sənədləşmələri üzrə Kiçik Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Hammasini ko'rsatish...
Marketinq Müdiri tələb olunur İşəgötürən: Crystal Group İşin təsviri: Şirkətin kommersiya və satış strukturlarının hədəflərinə nail olması istiqamətində müvafiq marketinq kommunikasiyaları işlərinin təşkili və büdcənin idarə edilməsi; Bazarın vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq; İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirməklə hazırkı və gələcək məhsullara təsir göstərmək; Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışların aparılması və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verilməsi; Bazarın inkişaf statistikasının analizinə uyğun olaraq mövcud olan məhsulların istifadəsinin inkişafı; Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırıb, problemlərin səbəblərini araşdırıb və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirlərin həyata keçirlməsi; CRM proseslərinin səmərəliliyinin təmin edilməsi. Tələblər: Ali təhsil (marketinq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür); Biznes danışıqları aparmaq bacarığı; Marketinq sahəsi üzrə 5 il iş təcrübəsi(rəhbər olaraq 3 il); Analtik düşünmə, tez qərar qəbul etmək qabiliyyəti; Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyəti; Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır; Marketinq sahəsi üzrə sertifikatların olması üstünlükdür; Kompüter bilikləri: Microsoft Office, Outlook əla səviyyədə bilmək. Əlavə məlumatlar: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:00-17:00; Nahar və servis şirkət tərəfindən təmin olunur; Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq; Ünvan: Xırdalan şəh, Sumqayıt şossesi döngə 1, nömrə 50 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq Müdiri” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Hammasini ko'rsatish...
SMM üzrə mütəxəssis tələb olunur İşəgötürən: Mobifon Electronics Öhdəliklər: Şirkətin sosial mediasının idarə edilməsi Maraqlı məzmunun təbliği və yerləşdirilməsi (mətn, foto, video və s.) Detallara diqqət yetirərək social mediadan gələn bütün gələn ismarıcları qrammatik yazı qaydalarına uyğun cavablandırılması Dizaynerlə sıx əməkdaşlığın yaradılması Sosial vərəqlərin məşğulluq və cavab statistikasının izlənilməsi Müştərilər ilə güclü ünsiyyət bacarıqları Müştəri cəlb edilməsi üçün bacarıqların olması Tələblər: Audio və yazılı məzmunu idarə etmək üçün texniki bacarığ; Müştərilər ilə güclü ünsiyyət bacarıqları Müştəri cəlb edilməsi üçün güclü bacarıqların olması Yüksək təqdimat etmə bacarığı SMM üzrə ən azı 1 il iş təcrübəsi; Azərbaycan dilini şifahi və yazılı əla səviyyədə bilmək, Rus diliyi biliyi üstünlükdür; İş şəraiti: İş günləri: 6 gün/1 gün istirahət günü; Əmək haqqı müsahibə zamanı bildirilir Qeyd olunan tələblərə uyğun namizədlər [email protected] e-mail ünvanına “SMM üzrə mütəxəssis” başlığı ilə CV-ni göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Hammasini ko'rsatish...
“Könüllülər üzrə mütəxəssis” tələb olunur İşəgötürən: Qaradağ Gənclər evi Namizədə dair əsas tələblər: - Ali və ya orta ixtisas təhsilli olmalı; - Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dilləri arzuolunandır; - İşində məsuliyyətli və dəqiq olmalı; - Komandada işləmə qabiliyyəti və idarəetmə bacarığı olmalı; - Microsoft Office proqramlarını bilməli; - Təşkilatçılıq bacarığı olmalı; - İnsan toplusu ilə işləməyi bacarmalıdır. Vəzifə təlimatları: - Təhsil alan və işləyən gəncləri Gənc Könüllü proqramına cəlb etmək - Könüllülüyün yerli səviyyədə inkişaf proqramını hazırlamaq - Könüllünü öz potensialına uyğun istiqamətləndirmək - Gənc Könüllülərin dövlət və ictimai mədəni-kütləvi tədbirlərdə iştiraklarını təmin etmək - Könüllünün yerli və beynəlxalq layihələrdə iştirakını təmin etmək: CV-nizi [email protected] -mail adresinin mövzu hissəsində "Könüllülər üzrə mütəxəssis" yazaraq göndərə bilərsiniz.
Hammasini ko'rsatish...
Marketinq Komandasına Fotoqraf & Videoqraf tələb olunur. İşəgötürən: Rossmann Azərbaycan Vəzifə öhdəliyi: • Şirkətin sosial şəbəkə üçün foto-video materialların çəkilişini həyata keçirtmək • Verilmiş ideyalara əsasən konseptin qurulması • Reels və ya tiktok üçün video kontentlərin hazırlanması • Mağaza açılışları və tədbirlərin fotoçəkilişlərinin edilməsi Tələblər: • Ali/Orta • 1-2 il • Azərbaycan • Adobe premiere, After Effect, Capcut və ya digər başqa montaj proqramları; • Yaradıcı düşüncə qabiliyyəti; Təminatlar: • Nahar və servis ilə təmin edilmə; • Əmək bazarına uyğun rəqabətli əmək haqqı; • 5 gün tam iş qrafiki; • Korporativ mobil nömrə. Aşağıdakı tələb və şərtlər əsasən, uyğun namizədlər CV və portfoliosunu [email protected] mailinə “Fotoqraf & Videoqraf” başlığı ilə göndərə bilər.
Hammasini ko'rsatish...
1
QRAFİK DİZAYNER tələb olunur İşəgötürən: "İndiqo" MMC poliqrafiya şirkəti İş barədə məlumat - Poliqrafiya və çap məhsullarının (kitab,kataloq, buklet,flyer, vizitkart və s.) dizaynı, montajı və çapa göndərilməsi. - Ofset çaplarında dizayn işlərinin rəngayırma prosesini hazırlanması. İş saatı : - Həftə içi 09:00- dan - 18:00 -dək - Nahar fasiləsi 13:00- dan - 14:00 -dək - Şənbə günü növbəli - Bazar günü və dövlət bayramları istirahət günüdür. - Əmək haqqı danışıq əsasında Namizədə tələblər - Qrafik dizayner tələb olunur. - Dizayn proqramlarını bilməli ( Corel draw, Photo shop, Adobe Illustrator proqramları) kreativlik, yeniliklərə açıq - Məsuliyyətli, verilən tapşırıqları vaxtında yerinə yetirməyi bacaran, , işgüzar, diqqətli, ünsiyyətcil və yaradıcı düşünmə qabiliyyəti olmalı - Öyrənməyə və yenilikləri araşdırmağa marağı olan, sürətli işləmək bacarığı olan şəxslərə üstünlük veriləcək. - Mətbəə sahəsi üzrə təcrübə olmağı əsas deyil lakin olması üstünlükdür. - Ünvan : Yasamal ray. Şəfaət Mehdiyev 133C "CV"-nizi mövzu yerinə " Dizayner " yazaraq [email protected] elektron poçt ünvanına göndərməyiniz tələb olunur
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.