cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Mühasib vakansiyaları

Mühasib vəzifəsi üzrə iş elanları, vakansiyalar

Ko'proq ko'rsatish
Reklama postlari
2 248
Obunachilar
+824 soatlar
+667 kunlar
+30230 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Mühasib tələb olunur - MAAŞ 1400 MANAT İşəgötürən: Efendiler Group Vəzifə öhdəlikləri: Mühasibat uçotu üzrə sənədləşmə işlərinin aparılması; Hesab fakturaların hazirlanması, E-Qaimə fakturaların yazılması, göndərilməsi; Satılmiş malların 1C proqramına işlənilməsi; Elektron hökümət portalları, Əmas ilə işləmə bacarığı; Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, əmək haqqı kartlarının sifarişi; Köçürmə müştəriləri ilə servis müqavilərinin bağlanımlası; Kassa və bank əməliyyatlarının həyata keçirilməsi; Debitor və Kreditor hesabatların hazırlanması; Müqavilələrin, əmrlərin hazırlanması; Sənədlərinin saxlanılması və qorunması; Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi; Namizədə tələblər: Maliyyə və ya mühasibatlıq sahəsi üzrə ali təhsil; Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi olan xanımlar; MS Office və 1C 8.3 proqramlarında işləmək bacarığı; Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı; Vergi Məcəlləsi,əmək məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli; Elektron hökümət portalı ilə işləmə qabiliyyəti İş şərtləri: Həftədə 6 iş günü, İş yeri: Babək pr.37 Əmək haqqı: gross 1400 manat AR ƏM əsasən rəsmiləşdirmə Karyera inkişafı imkanı Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur.
Hammasini ko'rsatish...
👍 3
Mühasib operator ( Kiçik mütəxəssis ) tələb olunur İşəgötürən: Zəhmət-Ruzi MMC İş barədə məlumat: Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili: Kassa mədaxil və məxaric sənədlərinin daxil edilməsi və dəyişikliklərinə nəzarət edilməsi: Elektron Qaimə fakturaların daxil edilməsi və yoxlanılması: Satışlar üzrə sənədlərin hazırlanması və qaimələrin təqdim olunması: Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək Namizədə tələblər: MS Office, xüsusilə Excel bilikləri Maliyyə və mühasibatlıq sahəsində zəruri ilkin biliklərin olması: Komandada işləmək bacarığı: Təhlil aparmaq qabiliyyətli: İnkişafa meyllilik: Müvafiq sahədə Ali təhsil: Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Təminatlar: • Nahar ilə təmin edilmə: • Servis xidməti: • Mobil nömrə və danışıq limiti: İş qrafiki: 5 günlük Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib operator” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Hammasini ko'rsatish...
👍 1
MÜHASİB tələb olunur İşəgötürən: Golden Pay Vakansiyanın tələbləri: Təhsil: Ali; İş təcrübəsi: müvafiq sahə üzrə 1-2 il; Azərbaycan dili: səlis (yazı və danışıq); MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər; 1C 8.3 proqram biliyi üstünlükdür; Analitik təhlil etmə qabiliyyəti; Kollektivdə işləmək bacarığı; Vergi Məcəlləsi üzrə biliklər. Vəzifə öhdəlikləri: Xərclərin və gəlirlərin uçotu, xərclərin və gəlirlərin hesabatını tərtib etmək; E-qaimələrin tərtib edilməsi qarşı tərəfə göndərilməsi; Bank çıxarışlarını və depozit hesabı üzrə hərəkətləri işləmək; Kreditor və debitor öhdəliklərin, material ehtiyyatlarının,pul vəsaitlərinin,dövriyyəsinin və xərclərin, göstərilən xidmətlərin, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin qeydiyyatını aparmaq; Elektron portallarında işləmə bacarığı (e-taxes, statistika); Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələrinin və son haqq-hesabın hesablanması; Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması; Əsas vəsaitlərin və mal-material ehtiyatlarının uçotunun aparılması, sənədləşmələrinin hazırlanması. İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində "mühasib" yazaraq müraciət edə bilərsiniz. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 20.07.2024
Hammasini ko'rsatish...
👍 1
AZERİMİNİNG GROUP şirkəti olaraq Mühasib vakansiyası aktivdir, Qeyd edilən vakansiyaya iddiaçı namizəd sadəcə aşağıda qeyd olunan tələblərə cavab versə yetərlidir: Tələblər: • İşdə dəqiqlik və detallara diqqətlilik; • Məsuliyyətlilik; • Ünsiyyətlilik; • Komandada işləmək bacarığı; • Konfidensiallıq. İş barədə məlumat: Vergi və elektron qaimələrə nəzarətin edilməsi və banklardan çıxarışların alınması; Maliyyə vəsaitlərinin hərəkətlərinin müvafiq elektron sistemə daxil edilməsi; Gündəlik təsdiqlənmiş ödənişlərin müvafiq elektron sistemə daxil edilməsi; Ödəniş aktlarının yoxlanılamsı, təsdiqlənmiş ödənişlərin icra edilməsi; Satış aktlarının yoxlanılması; Əməkdaşlarının əməkhaqqı xərclərinin qeydiyyata alınması; Elektron qaimələrin göndərilməsi; Tender üçün ehtiyyac olan maliyyə sənədlərinin yığılması; Müvafiq vergi hesabatlarının hazırlanması; Mühasibatlıq şöbəsinə daxil olan sənədlərin arxivləşdirilməsi gündəlik bank hesabatlarının müvafiq proqram təminatına daxil edilməsi. Təklif etdiyimiz iş şəraiti: - İş qrafiki: Tam iş vaxtı (Full-time) - İş yeri: Azure Biznes Mərkəzi (Xətai rayonu) -Əmək haqqı-700 AZN Komandamıza qoşulmaq istəyən namizədlərdən [email protected] ünvanına CV formalarını göndərərkən mövzu yerində "Mühasib" adını qeyd edərək göndərmələrini xahiş olunur.
Hammasini ko'rsatish...
👎 3 1😁 1
MÜHASİB tələb olunur Karton qutuların istehsalı ilə məşğul olan şirkətə mühasib tələb olunur İş barədə məlumat 1) Əmək haqqının hesablanması; 2) 1C mühasibatlıq proqramında aylıq standard və təkrarlanan əməliyyatların aparılması; 3) Bank və kassa əməliyyatlarının aparılması; 4) Dövlət orqanlarına verilən dövri hesabatların hazırlanması; 5) Elektron sənədlərin tərtibi və təqdim edilməsi 6) Daxili mühasibatlıq işlərinin görülməsi (hesab fakturalar, elektron qaimələr, bank köçürmələri və.s) 7)Microsoft Excell və Word proqramlarında cədvəllərin və müxtəlif sənədlərin (Məktub, etibarnamə, akt və s.) hazırlanması. Sadalanan bütün işlər baş mühasibin köməyi və nəzarəti altında görülür. Namizədə tələblər (yalnız kişi namizədlər) 1)Müvafiq sahədə 2 ildən çox təcrübəsinin olması; 2) Vergi və Əmək qanunvericiliyində baza biliklərinin olması ; 3) 1C mühasibatlıq proqramında azı 1 il təcrübəsinin olması; 4) Microsoft Excell və Word proqramlarını arzuolunan dərəcədə bilməsi; 5) Elektron sənədlərlə işləmə bacarığı 6) Ali təhsilinin olması; 7) İngilis və ya Rus dilini bilən namizədlərə üstünlük veriləcəkdir. Namizədlər CV-lərini "Mühasib" başlığı ilə [email protected] ünvanına göndərsinlər. İş yeri barədə məlumat - Müəssisəmiz 10 ildən artıqdır ki, karton qutuların istehsalı ilə məşğuldur. Müəssisənin ünvanı : Sabunçu rayonu, Maştağa qəsəbəsi, E. Məhərrəmli küçəsi 18. İş qrafiki Həftənin altı günü saat 08.00-dan 17.00 kimidir.
Hammasini ko'rsatish...
👍 1
“Mühasib” tələb olunur İşəgötürən: “Azertexnolayn” MMC-nin Polad Boru Zavodu Əsas vəzifə öhdəlikləri: E-Qaimələrin aiddiyatı üzrə proqrama işlənilməsi. Xarici mal alışları gömrük bəyannamələri ilə bağlı əməliyyatlar programa işlənilməsi, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. Şirkət daxili zavodlar, təhtəlhesablar və digər ölkə daxili tədarükçü şirkətlərlə hesabların üzləşmə edilməsi. E-portal proqramı ilə işləmək bacarığının olması Aylıq Xidmət alışları. Cari və təhtəlhesabların qalıqlarını yoxlanması, bu hesablar üzrə əməliyyatları icra edilməsi Köçürülən bank əməliyyatlarının sistemə tanıdılması. Xidmətlər və material sərfiyyatlarına birbaşa və dolayı xərclərə görə ayırd edilməsi. Seçim meyarları: İş təcrübəsi: 1 il Təhsili/ixtisası: Ali iqtisadi təhsil Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür Bacarıqlar: Excell , Logo bilməsi əlavə üstünlükdür Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə) İş şərtləri: Struktur: Polad Boru Zavodu / Maliyyə şöbəsi İş rejimi: 09:00 – 18:00, 5 günlük İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1 Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir. Əmək haqqı : 900-1100 manat Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini "Muhasib" başlığı altında [email protected] ünvanına göndərə bilərlər. Son müraciət tarixi :10.07.2024
Hammasini ko'rsatish...
👍 2
Mühasib tələb olunur (uçotçu, Ağdam) İşəgötürən: Kristal Abşeron Tələblər: Ali təhsil; Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi (Tikinti sahəsi üzrə təcrübə arzuolunandır); Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları); Azərbaycan dilini mükəmməl bilməli; Komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: Mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək; Debitor və kreditorlarla hesablaşmalarda əməliyyatların vaxtında və düzgün aparmaq; Şirkətə daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatları yoxlamaq, və müvafiq proqrama daxil etmək; Sənədləşmə işini aparmaq, müvafiq qaydada cari əməliyyatların, hesabatların və sənədlərin tərtibini həyata keçirmək; İşçi heyətinin əmək haqqı tabellərinin hazırlamaq; Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirmək. İş şəraiti: 6 günlük iş qrafiki; İş yeri: Ağdam Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını [email protected] e-mail vasitəsilə mövzu yerinə “Uçotçu-Ağdam” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Hammasini ko'rsatish...
Baş mühasib tələb olunur İşəgötürən: Azerbaijan United Carriers Namizədə olan tələblər: Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə təhsil üstünlükdür); Baş mühasib olaraq ən az 5 il iş təcrübəsi; Azərbaycan dili səlis, rus dili biliyi yaxşı, ingilis dili orta səviyyədə; Peşəkar mühasib sertifikatının olması üstünlükdür; MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə; 1C (8.3 ERP) proqramını yüksək səviyyədə bilmək. Vəzifə öhdəlikləri: MMİS-də günün açılması / gün sonunda bağlanması və balansın təmin olunması; Ezamiyyət əmrlərin təsdiqlənməsi; Mənfəət/zərər, balans hesabatlarının düzgünlüyünə nəzarət; Vergi portalında şəxsi vərəqəyə nəzarət; Əməkhaqqı və işçilərə digər ödənişlərin icrasına nəzarət; Debitor və kreditor hesablarına nəzarət; İşçilərin vəzifə öhdəliklərinin icrasına nəzarət; Müştərilər, təchizatçılar və sığorta ilə üzləşmələrə nəzarət; Mühasibatlıq strukturunda öhdəliyinə verilən bütün əməliyyatlara nəzarət; İnventarizasiyanın aparılmasına nəzarət; Mənfəət vergi bəyannaməsinin hazırlanması; Statistika hesabatlarının hazırlanması; Mərkəzi bankdan gələn sorğuların cavablandırılması və Mərkəzi bankın tələbi olan hesabatların hazırlanması; Büdcə, mənfəət və zərər hesabatlarının hazırlanması; Rəhbərliyin tələbi ilə digər hesabatların hazırlanması; Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi; Şöbə əməkdaşlarının iş hədəflərinin müəyyən edilməsi və əməkdaşların iş bölgüsünün aparılmasında şöbə rəhbərinə dəstəyin göstərilməsi; Uyğun şərtlərlə banklardan maliyyələşmənin cəlb olunması; Tenderlərdə iştirak üçün sənədlərin hazırlanması; Bank zəmanətlərinin alınması; Şirkətin əsas vəsaitlərinin inventarizasiyasının planlanması, həyata keçirilməsi və Ofis menecer tərəfindən yoxlanılmasına nəzarət edilməsi; Aylıq agent hesabatlarının hazırlanması və rəhbərlik tərəfindən təsdiq edilməsi. İş şərtlərimiz: Əmək haqqı: 3400 manat; İş qrafiki : Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz) ; Servis xidməti mövcuddur. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş mühasib” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Hammasini ko'rsatish...
👍 3
Mühasib köməkçisi tələb olunur İşəgötürən: Sirab Satış və Dağıtım MMC Əsas tələblər: - Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə, Müasibatlıq üzrə); - Komputer bilikləri: MS Office – Yaxşı; - Dil bilikləri: Azərbaycan – Əla; - Yaş həddi: 23 – 30 yaş; - Minimum təcrübə: 1 il (müvafiq sahə üzrə); - Riyazi biliklər və analitik düşünmə bacarığı; - Mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrləri haqqında biliklər; - Müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodları üzrə biliklər; - Maliyyə, vergi və digər hesabat formaları və onların tərtib edilməsi bacarığı; - Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları üzrə nəzəri biliklər. Fərdi keyfiyyət göstəriciləri: - İşdə dəqiqlik və detallara diqqətlilik; - Məsuliyyətlilik; - Ünsiyyətlilik; - Komandada işləmək bacarığı. Digər tələb və üstünlük göstəriciləri: - Rus və ya ingilis dili biliyi; - Mikro ERP və Günəş proqram bilikləri. İş barədə: - Hesabat sənədləri, mühasibat əməliyyatları üzrə sənədləşmənin rəsmiləşdirilməsi; - Bank əməliyyatlarının həyata keçirilməsi; - Müxtəlif mədaxil, məxaric orderlərinin, hesabat blanklarının və başqa rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi; - İş sahəsi üzrə uçot sənədlərinin vaxtında və düzgün tərtib və təqdim edilməsi; - Hesabat sənədlərinin qeydiyyatını aparılması; - Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada onların arxivə verilməsi; - Fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsi; - Vəzifə öhdəliklərinə daxil olan digər işlərin yerinə yetirilməsi. İş vaxtının norması: - 5 günlük iş rejimi; - İstirahət günü: Şənbə və Bazar günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: - Yemək şirkət tərəfindən; - Şirkət nömrəsi və danışıq paketi. İş yeri: - Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5). Müraciət forması: Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Mühasib köməkçisi” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Hammasini ko'rsatish...
👍 1
Mühasib tələb olunur İşəgötürən: Azərsun Holdinq MMC Müəssisə: AZ KAĞIZ VƏ KARTON MMC Tələblər: • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır); • Mühasib kimi ən azı 1-2 il iş təcrübəsi; • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli; • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır) • MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli; • Ezamiyyətə gedə bilməli İş haqqında məlumat: • Vergi, statistika və DSMF hesabatların hazırlanması; • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi; • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi; • Əsas vəsaitlərin qəbul və ləğv edilməsi • Yeni işə alınan xarici vətəndaşların dövlet rüsumlarının ödənilməsi və hesabtlarının təqdim edilməsi • İnkşaf etdirilən yeni iş proseslərinin və proqram təminatlarının mövcudda istifadəsinə dəstək vermək • Satınalama tərəfindən sənədlari qəbul etmek, yoxlamaq, təsdiq etmək və ödəniş üçün göndərmək • Kasa və bank əməliyyatlarının aparılması İş Qrafiki: • Həftə içi 5 gün, 09:00-18:00 İş Yeri: • Xırdalan şəhəri Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Mühasib” qeyd etməyiniz xahiş olunur.
Hammasini ko'rsatish...
2
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.