XƏBƏRLƏR l LİVE
Kanalga Telegram’da o‘tish
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Ko'proq ko'rsatish8 726
Obunachilar
-324 soatlar
-397 kunlar
-21130 kunlar
Postlar arxiv
8 728
❗️🔥Ermənistan tərəfi vəziyyəti gərginləşdirməyə çalışır.
Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov İsmət Ramiz oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb.
Yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
http://t.me/xeberlerlive
8 728
🇦🇿🇺🇿Azərbaycan və Özbəkistan 2023-2025-ci illər üzrə enerji əməkdaşlığı inkişafının yeni Yol Xəritəsini imzalayıb.
http://t.me/xeberlerlive
8 728
SON DƏQİQƏ Qeyri-qanuni erməni silahlı dəstələrinin texniki müşahidə vasitələri sıradan çıxarılır
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb.
Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb.
Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir.
t.me/xeberlerlive
8 728
🇦🇿🇺🇿 Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb
t.me/xeberlerlive
8 728
❗ Separatçı rejim İddia edir ki, Ağdərə və Xocavənd istiqamətlərində atəşkəs pozulub.
http://t.me/xeberlerlive
8 728
⚡️⚡️Bu səhər 30-a yaxın erməni əsilli şəxs Xankəndidən Gorus istiqamətinə hərəkət edib.
Onlar Laçın buraxılış məntəqəsində yoxlanıldıqdan sonra yollarına davam ediblər.
Bu gün daha 60 erməninin Qarabağı tərk edəcəyi gözlənilir.
t.me/xeberlerlive
8 728
⚡️Naxçıvan istiqamətində atəşkəs pozulub.
⚡️Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri mühəndis-istehkam işləri görməyə cəhd göstəriblər. Görülən işlərin qarşısı alınıb.
t.me/xeberlerlive
8 728
Repost from Miriyev TV
⚡⚡⚡Ermənistan MN: “Avqustun 21-də saat 15:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi nəticəsində hərbçi Qazaryan Vanik Aramoviç ölüb"
t.me/miriyevtv
8 728
SON DƏQİQƏ❗️
Qeyri-qanuni erməni silahlı dəstələrinin gücləndirmə tədbirlərinin qarşısı alınıb
Avqustun 21-də saat 19:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsədilə Ural markalı hərbi nəqliyyat vasitəsində yerdəyişmə fəaliyyəti müşahidə edilib.
Bölmələrimizin sayıqlığı nəticəsində qeyd olunan istiqamətdə qəti tədbirlər görülüb, yerdəyişmənin qarşısı alınıb.
t.me/xeberlerlive
8 728
🛑 Azərbaycanla Ermənistanın sərhəd bölgəsində zəlzələ olub
Yeraltı təkanlar Gədəbəy və digər rayonlarda hiss edilib.
@xeberlerlive
8 728
⚡️MN: Avqustun 21-i saat 10:25-dən 10:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
@xeberlerlive
8 728
SON DƏQİQƏ❗️Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi yenidən intensivləşib.
Hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə təhdid yaratmaq məqsədilə qanunsuz silahlı birləşmələr növbəti təxribata əl atıb.
Belə ki, avqustun 21-i saat 10:15-dən 10:23-dək Füzuli-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.
@xeberlerlive
8 728
🟥Xocalıda qeyri-qanuni erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb.
@xeberlerlive
8 728
GƏRGİNLİK DAVAM EDİR❗️
⚡️MN: Saat 09:30-dan 10:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
8 728
⚡️ Separatçılar Azərbaycandan çıxır
Bu səhər 60-a yaxın erməni Xankəndi-Gorus istiqamətində getmək üçün “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçib. Əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.
Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır.
@xeberlerlive
8 728
⚡️MN: **avqustun 21-i saat 06:20-dən 08:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Ağdam, Füzuli və Şuşa rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
**Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
@xeberlerlive
8 728
88⚡️MN:** Avqustun 20-si saat 23:55-dən avqustun 21-i saat 06:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu, Çəmbərək rayonunun Cil, Gorus rayonunun Brun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd və Novoivanovka, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
@xeberlerlive
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
