7 523
🇺🇲🗣️ "Rusiya, Prezident Trampın Ağ Evdə Prezident Navrockini qəbul etməsindən cəmi bir həftə keçməmiş, İran istehsalı olan “Shahed” dronları ilə NATO müttəfiqi Polşaya hücum edir. Bu, müharibə aktıdır və biz NATO müttəfiqlərinə müharibə cinayətkarı Putinin azad və məhsuldar xalqlara qarşı davam edən əsassız təcavüzünə verdikləri sürətli cavaba görə minnətdarıq. 🔸 Mən Prezident Trampı Rusiyanın hərbi maşınını iflasa uğradacaq məcburi sanksiyalar tətbiq etməyə və Ukraynanı Rusiyanı vurmağa qadir olan silahlarla təchiz etməyə çağırıram. Putin artıq yalnız Ukraynada anaları və körpələri bombalayaraq uduzmaqla kifayətlənmir, indi birbaşa NATO ərazisindəki qətiyyətimizi sınağa çəkir. Putin bəyan edib ki, “Rusiya üçün sərhəd yoxdur”. Azad və firavan xalqlar isə Rusiyaya sərhədlərin nə demək olduğunu öyrədəcək". - Respublikaçı senator, Helsinki komitəsinin sədri Co Vilson| t.me/xeberlerlive
09 Sen 2025, 20:41
