XƏBƏRLƏR l LİVE
Kanalga Telegram’da o‘tish
7 593
Obunachilar
-1024 soatlar
-347 kun
-16530 kun
Postlar arxiv
7 593
❗️Ermənistan Milli Arxivindən materiallar Azərbaycana təhvil verilib, dövlətə xəyanət və casusluq maddələri ilə cinayət işi başlanıb
“Milli Arxivdən bəzi materialların Azərbaycana təhvil verilməsi ilə bağlı dövlətə xəyanət və casusluq maddələri ilə cinayət işi açılsa da, hüquq-mühafizə orqanları bu materialların nə vaxt ötürüldüyünü və hansı materiallardan söhbət getdiyini açıqlamırlar”.
Bu barədə Ermənistanın “News.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, mətbuatda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Milli Arxivin rəhbər qrupunu rəqibə material təqdim etdiyinə görə həbs etməsi ilə bağlı məlumatlar yayılmışdı.
Ermənistan İstintaq Komitəsi “Pastinfo” nəşrinə cinayət işinin olduğunu təsdiqləyib.
“Mənbənin məlumatına görə, bu proseslər çərçivəsində Milli Arxivin heç bir əməkdaşı həbs edilməyib və saxlanılmayıb. Lakin cinayət prosesində təqsirləndirilən şəxs var, görünür Milli Arxivin keçmiş əməkdaşıdır, amma İstintaq Komitəsi hələ də işi açmayıb, üstəlik, işin konkret nə vaxt başlandığı, nə vaxt və hansı materialların Azərbaycana təhvil verildiyi məlum deyil”, - deyə nəşr bildirib.
t.me/xeberlerlive
05 Iyun 2025, 04:31
7 593
Şərti sərhəddə Azərbaycan əsgərlərinə tapança tuşlayan erməni SAXLANILDI
Ermənistanda Azərbaycan əsgərlərinə tapança tuşlayan vətəndaş saxlanılıb. Bu barədə Ermənistan KİV-i məlumat verib. Qeyd olunur ki, bir neçə həftə əvvəl Gorus şəhər polis şöbəsinə Teh icmasının inzibati ərazisində yerləşən şərti sərhəddə "Nissan" markalı avtomobilin sürücüsünün Azərbaycan əsgərlərinə tapança tuşlaması barədə siqnal daxil olub. Polis əməkdaşları əməliyyat yoxlamasından sonra Gorusda üç nəfəri saxlayaraq şöbəyə aparıblar. Eçmiədzində yaşayan 32 yaşlı kişi bildirib ki, şərti sərhəddə olarkən ədavət və qorxutmaq məqsədi ilə pnevmatik tapançanı çıxararaq Azərbaycan əsgərlərinə tuşlayıb. Ermənistan İstintaq Komitəsi bildirib ki, sözügedən hadisə ilə bağlı cinayət işi başlanıb, ibtidai istintaq aparılır.t.me/xeberlerlive
04 Iyun 2025, 08:45
7 593
Bir neçə ildən sonra çoxmərtəbəli binalara təbii qaz verilişi dayandırılacaq və mərkəzləşdirilmiş istilik təchizatı sistemləri yaradılacaq.
Bu barədə energetika nazirinin müavini Elnur Soltanov bildirib.
t.me/xeberlerlive
04 Iyun 2025, 07:28
7 593
🇦🇿🇮🇱Netanyahu Azərbaycana İsrail-Türkiyə dialoquna təkan verilməsindəki roluna görə təşəkkür edib
Bu fikirlər İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda yer alıb.
"Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə HƏMAS-ın ötən il oktyabrın 7-də hücumundan sonra İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir", - məktubda, həmçinin bildirilir.
t.me/xeberlerlive
03 Iyun 2025, 17:16
7 593
Kürdəmirdə 3 ayın gəlini qaynı ilə qoşulub qaçıb. Ər boşanmaq və qardaşını da qohumluqdan çıxarmaq üçün müraciət edib.
Bu hadisəni eşidən anasının ürəyi gedib, deyir boşanma məsələsinə razıyam, amma qardaşı qardaşlıqdan çıxarmaq istəyirsənsə ölümü gör.
t.me/xeberlerlive
03 Iyun 2025, 11:40
7 593
Repost from Miriyev TV
BELƏ ❗"Azercell” 1 iyul 2025-ci ildən fakturasız nömrələr (SimSim) üçün yeni şərtlər tətbiq edəcək.
Bildirilir ki, iyul ayının 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndiyi zaman nömrənin aktiv qalma müddəti 1 gün olacaq.
1-1,99 manat – 1 gün;
2-2,99 manat – 2 gün;
3-4,99 manat – 3 gün;
5-9,99 manat – 5 gün;
10-24,99 manat – 10 gün;
25-49,99 manat – 25 gün;
50-99,99 manat – 50 gün;
100 + manat – 50 gün.
Əgər nömrədə tarif varsa, həmin tarifin istifadə müddəti bitənə qədər nömrə aktiv qalacaq
t.me/miriyevtv
02 Iyun 2025, 11:45
7 593
❗️ "МАТЧ! ФУТБОЛ 1", "МАТЧ! ФУТБОЛ 2", "МАТЧ! ФУТБОЛ 3", "МАТЧ! ПРЕМЬЕРА", "МАТЧ! ИГРА", "МАТЧ! АРЕНА", "МАТЧ! СТРАНА", "МАТЧ!"
Kanalların Azərbaycanda yayımı dayandırılıb
t.me/xeberlerlive
02 Iyun 2025, 09:21
7 593
ÖLKƏ ❗Həbsdən yeni çıxmış şəxs Ağsuda qəribə oğurluq edib.
Dəfələrlə oğurluq cinayətinə görə həbs edilən, Hövsan qəsəbə sakini Səbuhi Əliyev (soyad şərtidir) bir müddət əvvəl azadlığa çıxıb.
Səbuhi qalmağa yeri olmadığı üçün Ağsu rayonuna - xalası Rayanın evinə gedərək onunla yaşamağa razılıq alıb.
Bir neçə gün xalasının evində qalan Səbuhi Rayanın telefonundakı mobil tətbiq vasitəsilə xalasının pensiya kartındakı 164 manat pulu tanışının kartına, oradan isə öz kartına köçürüb.
Hadisənin səhəri gün Səbuhi evdən çıxaraq Bakıya qayıdıb və paytaxtda yaşamağa başlayıb.
Kreditini ödəmək istəyən Raya kartında pul olmadığını görüb polisə müraciət edib.
Keçirilən əməliyyat nəticəsində pulun Səbuhi tərəfindən oğurlandığı müəyyən edilib və faktla bağlı cinayət işi başlanıb.
Məhkəmənin qərarı ilə Səbuhi 2 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub
t.me/xeberlerlive
02 Iyun 2025, 09:08
7 593
Repost from Miriyev TV
🏆İlham Əliyev: Mən oyunlarınızın son dördünü izləmişəm və tam əminliklə deyə bilərəm ki, bu qələbə ədalətli mübarizədə qazanılmış qələbədir. Siz bu qələbəyə layiqsiniz. Arzu edirəm ki, bu qələbələrin davamı olsun.
t.me/miriyevtv
02 Iyun 2025, 09:07
7 593
Repost from Miriyev TV
$15,000-a qədər 100% bonus əldə edin
🔥 XM 15 illik yubileyi şərəfinə kampaniyaya start verdi!
4 həftə. 4 şans. 15.000 dollara qədər bonuslar.
Hər zamankindən daha çox qazanmağa hazırsınız?
📌 XM ən böyük beynəlxalq ticarət platformalarından biridir: milyonlarla istifadəçi, 1000+ alət, sürətli pul yatırma və çıxarma, ödənişsiz təlim.
Qeydiyyatdan keçin və ticarətə başlayın və XM əmanətinizi ikiqat edəcək
#15ilXM #15YearAnniversaryPromo #DahaÇoxTicarətDahaÇoxQazanc #XM #XMGlobalPromo
02 Iyun 2025, 09:02
7 593
🆕 İçərişəhər qoruğunda parklanma üçün yalnız 300 avtomobilə icazə veriləcək.
😀 Parking ödənişi yalnız nağdsız olmalıdır.
💸 Qiymətlər: İlk 15 dəqiqə üçün 3 AZN, sonrakı hər saat üçün 5 AZN
t.me/xeberlerlive
02 Iyun 2025, 06:43
7 593
Repost from Miriyev TV
⚡⚡Messi Azərbaycan minifutbol millisini qələbə münasibətilə təbrik edib
t.me/miriyevtv
02 Iyun 2025, 05:14
7 593
🇦🇿Azərbaycan minifutbol üzrə dünya çempionatının qalibi oldu.
Yığmamız finalda Macarıstan komandasını 4:2 hesabı ilə məğlub edib.
Təbriklər!
t.me/xeberlerlive
01 Iyun 2025, 13:18
7 593
🇦🇿 İyun ayında ölkə ərazisində 10 gün qeyri-iş günü olacaq.
Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən 6,7,8 və 9 iyun tarixlərində Qurban bayramı ilə əlaqədar 4 gün təqvimə əlavə edilib.
t.me/xeberlerlive
01 Iyun 2025, 09:21
7 593
Repost from Miriyev TV
FANTASTİKA ❗️ Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.
🇦🇿 Azərbaycan 2-1 Monteneqro 🇲🇪
t.me/miriyevtv
30 May 2025, 15:03
7 593
❗️Ermənistanda hakimiyyətlə kilsə arasında qalmaqal dərinləşir
Baş nazir Nikol Paşinyanın partiyasının parlament fraksiyasının katibi Artur Ovanisyan, ölkənin dini rəhbərlərinə qarşı sərt bəyanat verib. O, “pozğun və rəzil həyat tərzi keçirib bunu cübbə ilə ört-basdır edən” bütün keşişlərin maskasını cırmaqla hədələyib. Jurnalistlərin “hakimiyyət bu məlumatları haradan alır?” sualına isə Ovanisyan cavab verib ki, “maskaların cırılacağı zaman hər şey açıqlanacaq”. Xatırladaq ki, bu gərginliyin əsası Baş nazir Paşinyanın arxiyepiskop Baqrat Qalstanyanın tənqidlərinə sərt reaksiya verməsi ilə qoyulub. Qalstanyan Paşinyanın əxlaqi və şəxsi keyfiyyətlərini şübhə altına alaraq onu dəfələrlə ictimai şəkildə tənqid edib. Paşinyanın rəsmi nikahda olmaması isə bu tənqidlərin əsas mövzularından biri olub. Paşinyanın həyat yoldaşı Anna Akopyan isə sosial şəbəkədə erməni ruhanilərini “riyakarlıqda, əxlaqsızlıqda və saxta dini təqvada” ittiham edib, hətta bəzi yazılarında keşişləri uşaqbazlıqda günahlandırıb. Ermənistanda siyasi hakimiyyət və kilsə arasında açıq qarşıdurma artıq gündəmin əsas mövzusudur.t.me/xeberlerlive
30 May 2025, 09:51
