XƏBƏRLƏR l LİVE
Kanalga Telegram’da o‘tish
7 590
Obunachilar
-324 soatlar
-287 kun
-16330 kun
Postlar arxiv
7 589
⚡⚡YAP Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezidentə müraciət edəcək
t.me/xeberlerlive
20 Iyun 2024, 09:12
7 589
🇦🇿 DTX: Kibercinayət yolu ilə Azərbaycan Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə SOCAR, Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yayan kibercinayətkar şəbəkə ifşa olunub.
t.me/xeberlerlive
20 Iyun 2024, 02:37
7 589
⚡ UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi:
Qarabağın rəqibi - "Hamrun" (Malta) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi:
Sabahın rəqibi - "Makkabi" Hayfa
Sumqayıtın rəqibi - "Fehervar"
t.me/xeberlerlive
19 Iyun 2024, 08:36
7 589
Azərbaycan XİN:
- Ermənistan tərəfinin bəyanatını qətiyyətlə rədd edirik.
- Ermənistanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq siyasəti heç bir nəticə verməyəcək
- Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.
- Ermənistan tərəfi əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir.
t.me/xeberlerlive
19 Iyun 2024, 07:54
7 589
Repost from Miriyev TV
NƏDİR BU "CAESAR" ❓
CAESAR Fransa istehsalı olan zirehli haubitsadır.
İstehsalçı: Fransa/GIAT
Lülə diametri: 155 mm
Lülə uzunluğu: 52 kalibr
Uzunluğu: 10 m
Döyüş çəkisi: 17.7 t
Hündürlük: 3.7m
Eni: 3.4m
Yüksəlmə: -3º +66º
Yanlara dönmə bucağı: 34º sağa və ya sola
Mərmisinin çəkisi: 43,25 kq HE
Sürəti: 100 km/saat asfalt örtüklü yolda, 60 km/saat off road yolda
Ekipaj: 5 nəfər
⚠️ 40-55km arası dəqiq atəş aça bilir.
İstifadə edilən döyüşlər:
Əfqanıstan müharibəsi,
Rusiya - Ukrayna müharibəsi
t.me/miriyevtv
19 Iyun 2024, 07:39
7 589
TƏCİLİ❗️Bakıda 5 nömrəli doğum evində güclü yanğın başlayıb
t.me/xeberlerlive
19 Iyun 2024, 07:09
7 589
🤦🏻 Yenə başladılar
Azərbaycan 2024-cü ildə Ermənistanla sülh sazişinin bağlanması prosesini pozmaq üçün hər şeyi edəcək. Noyabrda Bakıda keçirilən COP29 sammitindən sonra Ermənistana qarşı yeni təcavüzə başlayacaq.
Ermənistan Xarici İşlər Nazirliyi
t.me/xeberlerlive
19 Iyun 2024, 05:58
7 589
🇦🇿 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlaması:
Media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat verilir.
Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.
Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.
Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.
Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.
Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir. Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır.
Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır.
t.me/xeberlerlive
18 Iyun 2024, 10:16
7 589
Repost from Bütöv Azərbaycan Tarixi🇦🇿𒀭
🇦🇿 Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhidlik zirvəsinə yüksəlməsindən 14 il ötür.
t.me/MutluTurkum
18 Iyun 2024, 02:32
7 589
Repost from Miriyev TV
Nə deyəsən beləsinə...
❗DİN: Qusarda tanıdığı şəxslərin qəbirlərini dağıdan şəxs həbs edilib
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qəbir daşlarını bilərəkdən dağıdan Pərviz Eldarova cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
t.me/miriyevtv
18 Iyun 2024, 01:27
7 589
⚡️Ermənistan və Fransa müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında yeni saziş imzalayıblar.
t.me/xeberlerlive
17 Iyun 2024, 16:27
7 589
🇦🇲⚡️🇦🇿 Nikol Paşinyan Azərbaycanla sərhədin demarkasiyası prosesində referendumun keçiriləcəyini istisna etməyib.
t.me/xeberlerlive
17 Iyun 2024, 08:12
7 589
⚡Gürcüstanda 4,5 maqnitudalı zəlzələ olub.
Zəlzələ Türkiyənin bir sıra sərhəd bölgələrində hiss edilib
t.me/xeberlerlive
16 Iyun 2024, 14:32
7 589
⚡️Bugün Azərbaycanda Qurban bayramı qeyd olunur.
Bayramınız mübarək!
t.me/xeberlerlive
15 Iyun 2024, 17:21
7 589
💥 💥 Kürdə dəhşətli hadisə: Qayıq yandı, xəsarət alanlar var.
❗️ Mingəçevirdə qayıqda yanğın baş verməsi səbəbindən xəsarət alanların sayı artıb, onların kimliyi məlum olub.
Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kamilə Əhmədova, 1982-ci il təvəllüdlü Emil Şirinov, 1990-cı il təvəllüdlü Nəzakət Orucova, 2011-ci il təvəllüdlü Həsən Şirinov, 2018-ci il təvəllüdlü Afət Orucova, 2014-cü il təvəllüdlü Ə.Orucov, 2006-cı il təvəllüdlü Sahil Məhərrəmov, 1990-cı il təvəllüdlü Nəzakət Orucova, 1984-cü il təvəllüdlü İntiqam Kamalov və 1982-ci il təvəllüdlü Ehtiram Kamalov xəsarət alıblar.
🔴 Zərərçəkənlərin bir neçəsi yanq, bir qismi isə travma və kəsik xəsarətləri alıblar.
🚤 Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.
t.me/xeberlerlive
15 Iyun 2024, 15:38
7 589
SON DƏQİQƏ ❗️
Mingəçevirdə Kür çayında qayıqda yanğın zamanı 10 nəfər xəsarət alıb
Mingəçevirdə qayıqda yanğın baş verməsi səbəbindən xəsarət alanların sayı artıb, onların kimliyi məlum olub.
"@sosialmediatv"nin məlumatına görə, hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kamilə Əhmədova, 1982-ci il təvəllüdlü Emil Şirinov, 1990-cı il təvəllüdlü, Nəzakət Orucova, 2011-ci il təvəllüdlü Həsən Şirinov, 2018-ci il təvəllüdlü Afət Orucova, 2014-ci il təvəllüdlü Ə.Orucov, 2006-ci il təvəllüdlü Sahil Məhərrəmov, 1990-cı il təvəllüdlü Nəzakət Orucova, 1984-cü il təvəllüdlü İntiqam Kəmalov və 1982-ci il təvəllüdlü Ehtiram Kamalov xəsarət alıblar.
Zərərçəkənlərin bir neçəsi yanq, bir qismi isə travma və kəsik xəsarətləri alıblar.
Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərinin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.
t.me/xeberlerlive
15 Iyun 2024, 15:37
15 Iyun 2024, ~15:38
7 589
❕Nikol Paşinyan “Mülki Müqavilə” partiyasının təşəbbüs qrupunun Kapanda keçirilən iclasında Azərbaycan Müdafiə Nazirliyinin top atəşinə tutulması ilə bağlı açıqlamalarına münasibət bildirib:
“Mən təklif edirəm ki, Azərbaycan atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırsın.”
t.me/xeberlerlive
15 Iyun 2024, 13:28
7 589
🇦🇿Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib.
t.me/xeberlerlive
15 Iyun 2024, 13:15
7 589
🇹🇷 Türkiyə XİN başçısı: “Bir millət, iki dövlət” devizi ilə qardaşlığımız əbədi qalacaq
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanı Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü münasibətilə təbrik edib.
Bu barədə o, "X" hesabında paylaşım edib.
t.me/xeberlerlive
15 Iyun 2024, 07:28
