uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Kanalga Telegram’da o‘tish

Gündəmi 1 mesajla izləyin!

Ko'proq ko'rsatish
7 588
Obunachilar
-324 soatlar
-287 kun
-16330 kun
Postlar arxiv
🇫🇮🇷🇺 Finlandiyanın Baş naziri: ➖ "Rusiya Qərblə uzunmüddətli müharibəyə hazırlaşır". Əlavə edək ki, Rusiya bu gündən etibarən Finlandiya ilə sərhədə ağır silahlar və raketləri göndərməyə başlayır. t.me/xeberlerlive
14 Mar 2024, 07:52

Zəngəzur dəhlizi mütləq açılmalıdır. (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın sözlərinə görə, Ermənistan Qarabağ münaqişəsinin həllindən sonra blokadadan çıxmaq üçün fürsət əldə edib: "Bu ölkənin konstitusiyası dəyişməli, Ermənistan separatçı məqsədlərindən əl çəkməlidir. Eyni zamanda gerbdən Ağrı dağının simvolu çıxarılmalıdır". t.me/xeberlerlive
14 Mar 2024, 05:49

🇦🇲 Tavuşdakı ərazilərinin təslim olması Ermənistanı strateji üstünlüyündən məhrum edəcək - Ermənistanın sərhəd qoşunlarının birinci komandanı Levon Stepanyan t.me/xeberlerlive
14 Mar 2024, 05:35

❗Rişi Sunak: Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün tarixi fürsət var "Azərbaycan özünün gələcəyi il bağlı yol kəsişməsindədir. Hazırda Ermənistanla münaqişəyə son qoymaq üçün tarixi fürsət var. Bu ilin noyabrında sülh sazişi imzalandığını görmək sevindirici olardı. Dünyanın təlatümlü olduğu dövrdə fürsətdən yararlanaraq Azərbaycana nəzər salırıq. Azərbaycanla Böyük Britaniya münasibətləri inkişaf etməkdədir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Britaniya Azərbaycanın yanında olacaq”. t.me/xeberlerlive
14 Mar 2024, 04:10

🇦🇿 İlham Əliyev: Azərbaycan indi Ermənistanla əvvəlkindən daha çox sülhə yaxındır (TASS) ❗İlham Əliyev: Fransanın Qarabağla bağlı mövqeyi dünya birliyinin mövqeyi ilə ziddiyyət təşkil edir. İlham Əliyev: Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir. t.me/xeberlerlive
14 Mar 2024, 04:01

Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşən Tavuş bölgəsində həyəcan siqnalı veriləcək. Bu barədə erməni KİV məlumat yayıb. Qeyd olunub ki, həyəcan siqnalı bölgənin Vazaşen (Lələkənd - red.) qəsəbəsində eşidiləcək. Həyəcan siqnalının təlim məqsədi daşıdığı deyilir: "Hər hansı bir təhlükə yarandıqda əhalinin xəbərdar edilməsi, sığınacaq və təxliyə əməliyyatlarının təşkili mövzusunda təlim keçiriləcək". Qeyd edək ki, Azərbaycan bu və digər 3 kəndin kəndin təcili qaytarılması ilə bağlı İrəvana müraciət edib. t.me/xeberlerlive
14 Mar 2024, 02:36

🇦🇿🇬🇪Gürcüstan XİN rəhbəri bu gün Azərbaycana səfərə gələcək. İliya Darçiaşvili martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. Eyni zamanda Hakan Fidanın bu gün Bakıya səfərə gələcəyi gözlənilir. t.me/xeberlerlive
14 Mar 2024, 01:43

🍿Ermənistanın paytaxtı İrəvanda “Azadlıq” meydanında etiraz mitinqi keçirilir. Aksiya iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Mitinqin təşkilatçısı "Miatsum" (Birləşək) hərəkatıdır. t.me/xeberlerlive
13 Mar 2024, 11:08

🇦🇿🇹🇷Hakan Fidan sabah Azərbaycana səfərə gələcək. Türkiyə XİN rəhbəri Bakıda azərbaycanlı və gürcüstanlı həmkarları ilə IX üçtərəfli iclasında iştirak edəcək. t.me/xeberlerlive
13 Mar 2024, 10:31

⚡️Vahid Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. t.me/xeberlerlive
13 Mar 2024, 09:53

🇦🇱Albaniyanın Prezidenti Bayram Beqay Azərbaycana gəlir O, sabah keçiriləcək XI Qlobal Bakı Forumunda iştirak edəcək. t.me/xeberlerlive
13 Mar 2024, 07:42

✈️"Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib. t.me/xeberlerlive
13 Mar 2024, 05:23

‼️Fransa dünyanın əsas silah ixracatçıları siyahısında Rusiyanı qabaqlayaraq 2-ci yeri tutub. t.me/xeberlerlive
13 Mar 2024, 03:38

‼️DTX-dən əməliyyat - Transmilli kibercinayətkarlar saxlanıldı İon Sekrieru və xaricdə fəaliyyət göstərən dəstənin digər üzvl
‼️DTX-dən əməliyyat - Transmilli kibercinayətkarlar saxlanıldı İon Sekrieru və xaricdə fəaliyyət göstərən dəstənin digər üzvləri Azərbaycan banklarının kompyuter sistemlərinə elektron məktubla daxil etdikləri ziyanverici proqram vasitəsilə bank şəbəkə subyektlərinin adları, şifrləri və digər açar funksiyalar barədə məlumatları ələ keçirib. Bundan sonra müxtəlif saxta identifikasiya metodlarından istifadə edən dəstə üzvləri ölkəyə gələrək Bakı və Sumqayıt ərazisində quraşdırılmış bankomatlara yaxınlaşıb heç bir kart daxil etmədən və fiziki müdaxilə etmədən internet vasitəsilə kənardan verdikləri komanda nəticəsində bankomatların təqdim etdiyi pul vəsaitlərini götürərək ölkəni tərk ediblər. t.me/xeberlerlive
13 Mar 2024, 02:50

‼️ Polis əməkdaşları işğaldan azad olunan ərazidə silahla ehtiyatsız davranışa görə həyatlarını itiriblər DİN: Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar. Polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib. Araşdırma aparılır. t.me/xeberlerlive
13 Mar 2024, 01:47

🇹🇷🇷🇺Prezident Ərdoğan: ▫️”Rusiya prezidenti Putini seçkidən sonra Türkiyədə qonaq edəcəyik” t.me/xeberlerlive
12 Mar 2024, 16:40

⚡#SONDƏQİQƏ: DTX: Sosial şəbəkələrdə dezinformasiya yayan şagird istintaqa cəlb edilib Sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunur. Xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycanla heç bir əlaqəsinin olmadığı müəyyən edilib. Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanmış və vətəndaşlarımız arasında narahatlığa səbəb olmuşdur. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur. Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapmış, xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycan Respublikası ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir. Həmçinin eyniadlı “Telegram” səhifəsində yerləşdirilmiş, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin 12.03.2024-cü il tarixində çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilmiş, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilmişdir. Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk. t.me/xeberlerlive
12 Mar 2024, 09:27

🇦🇲🇷🇺 Ermənistanın baş naziri Paşinyan deyib ki, təşkilat “İrəvanın verdiyi suallara cavab verməsə” Ermənistan KTMT-dən çıxacaq. t.me/xeberlerlive
12 Mar 2024, 06:05

❗️🇦🇿🇹🇷🇬🇪Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü Bakıda 15 martda baş tutacağı gözlənilir. t.me/xeberlerlive
12 Mar 2024, 05:38

🇦🇲Paşinyan: Ermənistanın yeni konstitusiyaya ehtiyacı var. Konstitusiyaya dəyişikliklər konsepsiyası hazırdır, amma əhəmiyyəti yoxdur. Yeni konstitusiyaya gəlincə, burada nə konsepsiya var, nə də mətn, siyasi söhbətlər, siyasi gündəm var. t.me/xeberlerlive
12 Mar 2024, 05:13