uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

XƏBƏRLƏR l LİVE

XƏBƏRLƏR l LİVE

Kanalga Telegram’da o‘tish

Gündəmi 1 mesajla izləyin!

Ko'proq ko'rsatish
7 590
Obunachilar
-324 soatlar
-287 kun
-16330 kun
Postlar arxiv
🇦🇿🇹🇷 Bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür. Azərbaycan paytaxtının azadlığından 106 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. t.me/MutluTurkum
14 Sen 2024, 16:01

Ermənistan silahlanır 🇦🇲🇮🇳 Ermənistan Hindistan raketlərinin, o cümlədən yerli “Astra” raketlərinin alınması, həmçinin özünün “Su-30” təyyarələrinin mümkün təkmilləşdirilməsi ilə bağlı Hindistana müraciət edib. t.me/xeberlerlive
14 Sen 2024, 15:44

🇦🇿 Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Nurbala Asif oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub. Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. t.me/xeberlerlive
14 Sen 2024, 10:17

🤑💰Binance son dönəmin ən populyar oyununa çevirilən Hamster Kombat oyununu öz birjasınsa listing (satış) olacağını rəsmi ol
🤑💰Binance son dönəmin ən populyar oyununa çevirilən Hamster Kombat oyununu öz birjasınsa listing (satış) olacağını rəsmi olaraq elan edib. Satış tarixi: 26 sentyabr Oynamaq üçün toxunun
13 Sen 2024, 06:54

Sabahdan Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayır. Gün ərzində 3 dəfə həyata keçiriləcək reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşəcək. Xankəndi-Bərdə reysi üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib. Bərdə-Xankəndi istiqamətində biletin qiyməti 2.80 manat, Bərdə-Xocalı istiqamətində 2.50 manat təşkil edir. t.me/xeberlerlive
13 Sen 2024, 06:38

Repost from Miriyev TV
⚡⚡The Economist: Azərbaycan manatının məzənnəsi 2029-cu ilə kimi sabit qalacaq. t.me/miriyevtv
13 Sen 2024, 03:49

🇦🇲🇪🇺 Ermənistanın Aİ-yə daxil olması məsələsi üzrə referendumun təşkili üçün Ermənistanda imza toplanması keçiriləcək, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. 🆘 Ukraynanı bu məsələyə görə xarabaya çevirən Rusiya isə susur. t.me/xeberlerlive
13 Sen 2024, 03:33

🇦🇲🇮🇷Ermənistan Zəngəzur dəhlizi məsələsində mövqeyinə görə İrana təşəkkür edib. t.me/xeberlerlive
12 Sen 2024, 15:03

🇦🇲🇺🇸 Paşinyan və Blinken arasında telefon danışığı olub. Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesi müzakirə olunub. t.me/xeberlerlive
12 Sen 2024, 14:54

❗️3000 şəhidimizin məqaləsi Vikipediyadan silindi Aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar olan 3000 şəhid məqaləsi Vikipediadan tamamilə silinib.
Bu barədə bloger və Mətbuat Şurasının idarə Heyətinin üzvü Fərid Pərdəşünas sosial şəbəkədə yazıb. O bildirib ki, müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediaçılar tərəfindən təmamilə silinib. “Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər. Qlobal vikipediaya fondundan heç bir istək və məhdudiyyət olmadan illərdir məqaləsi olan şəhidlər silinib. Bu birbaşa azərbaycanlı vikipediaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, vikipediadan silinir”. Bloger qeyd edib ki, bu işi edənlərin adlarını bilir və Baş prokrorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edəcək.
t.me/xeberlerlive
12 Sen 2024, 13:06

🇦🇿 Binance Azərbaycanda Blockchain Təhsilini Təşviq etmək üçün Dördüncü Sənaye İnqilabının Təhlil və Koordinasiya Mərkəzi (4SIM) ilə Anlaşma Memorandumu İmzaladı t.me/xeberlerlive
12 Sen 2024, 06:53

🇦🇿🥀 Sentyabr döyüşlərinin 2 ili tamam olur 12-14 sentyabr (2022) döyüşləri zamanı Ordumuzun 80 hərbi qulluqçusu şəhid olub
🇦🇿🥀 Sentyabr döyüşlərinin 2 ili tamam olur 12-14 sentyabr (2022) döyüşləri zamanı Ordumuzun 80 hərbi qulluqçusu şəhid olub, 282 döyüşçümüz isə yaralanıb. t.me/MutluTurkum
12 Sen 2024, 06:06

🔴Sentyabrın 12-i gecə saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvvəlüdlü N. Qasımov “Hovo” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişin, Daşkəsən rayon sakini, 1992-ci il təvvəllüdlü İ.Qasımov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir. © Qafqazinfo t.me/xeberlerlive
12 Sen 2024, 03:53

🇦🇿🇷🇺 Azərbaycan nümunəvi dövlətdir - Moskvanın və bütün Rusiyanın Patriarxıdır Azərbaycan mənim çox bağlı olduğum ölkədir. Və ilk növbədə, Prezidentinizlə şəxsi, səmimi, səmimi dostluq vasitəsilə. Onunla görüşüb söhbət edəndə dünyagörüşümüzdə, tarix anlayışımızda, indi baş verənləri başa düşməkdə çoxlu oxşarlıqlar var idi. Ona görə də mən dünyada heç bir prezident kimi sizin prezidentinizlə və onun ailəsi ilə dostam. Bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill “XXI əsrin mədəniyyəti: suverenlik, yoxsa qlobalizm?” mövzusunda mühazirə oxuduqdan sonra jurnalistlərin sualını cavablandırarkən deyib. X Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunda.
“Azərbaycan müasir dövlətdir. Çox dinli deyə bilərsiniz. Ölkədə islam və pravoslav icmaları var. Dinlərarası münaqişə yoxdur. Dövlət dini icmaların daxili həyatına qarışmadan bu münasibətləri tənzimləyir”. “Hesab edirəm ki, Azərbaycan nümunəvi dövlətdir. Üstəlik, iki güclü icma var - ilk növbədə, daha çox olan müsəlman və pravoslavlar. Və eyni zamanda, bu qüvvələrin qarşılıqlı əlaqəsi çox uyğunlaşdırılıb. Sizi ancaq təbrik edə bilərəm ki, sizin belə gözəl Prezidentiniz var. Mən həm də şadam ki, prezidentlərimiz arasında şəxsən çox yaxın münasibətlər var və bu, o deməkdir ki, xalqlar arasında dostluq möhkəmlənir”, - deyə Patriarx Kirill yekunlaşdırıb.
t.me/xeberlerlive
11 Sen 2024, 15:44

🇦🇲🇷🇺🇦🇿 Ermənistan baş naziri Paşinyan: — "Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yola nəzarət etmək üçün Rusiya sərhədçilərinin iştirakı ilə bağlı öhdəlik götürməyib." t.me/xeberlerlive
11 Sen 2024, 11:18

🇷🇺🇦🇿Rusiya XİN: - "BRİCS-ə üzvlük məsələsində Bakıya yardım göstərməyə hazırıq." t.me/xeberlerlive
11 Sen 2024, 10:38

❗️Rusiya XİN: Zəngəzur dəhlizi ilə bağlı İranın narahatlıqlarına görə öz mövqeyimizi ətraflı şəkildə diplomatik kanallar vasitəsilə rəsmi Tehrana çatdırmışıq. t.me/xeberlerlive
11 Sen 2024, 09:59

🇦🇲❗️🇦🇿Paşinyan Azərbaycanı sülh müqaviləsi imzalamağa çağırır: "Əvvəllər sülh layihəsində 18 maddə var idi, indi bəzi maddələr çıxarılıb, məsələn, Azərbaycan özü kommunikasiya maddəsinin çıxarılmasını elan edib. Biz deyirik ki, nə razılaşdırılıbsa, sülh müqaviləsi kimi imzalayaq, başqa məsələlərlə bağlı müzakirəni davam etdirək. İndi Azərbaycan tərəfi deyir ki, yox, vacib məsələlər var ki, onları müzakirə etmək lazımdır. Sualımız belədir: bu məsələləri dilə gətirəndə yenə vacib məsələlər qalmayacaq? Bununla vacib məsələlər bitəcək? Əgər bütün vacib məsələləri həll edib, sülh müqaviləsini sonra imzalamaq lazımdırsa, o zaman biz heç vaxt imza ata bilməyəcəyik. Çünki 4 vacib məsələdə razılığa gəlsək, hələ razılaşdırılmalı olan 4 vacib məsələ ortaya çıxır. Onları razılaşdıranda da yeniləri çıxacaq. Ona görə də, gəlin, nəyi razılaşdırmışıqsa, imzalayaq". t.me/xeberlerlive
11 Sen 2024, 09:50

Repost from N/a
☄️ Sentyabrın 12-13-də Yer kürəsində geomaqnit qasırğası olacaq, radiosiqnalların ötürülməsində kəsilmələr müşahidə edilə bil
☄️ Sentyabrın 12-13-də Yer kürəsində geomaqnit qasırğası olacaq, radiosiqnalların ötürülməsində kəsilmələr müşahidə edilə bilər. t.me/vefadarmuallim
11 Sen 2024, 06:11

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub. t.me/xeberlerlive
11 Sen 2024, 04:28