XƏBƏRLƏR l LİVE
Kanalga Telegram’da o‘tish
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Ko'proq ko'rsatish8 778
Obunachilar
-824 soatlar
-487 kunlar
-21430 kunlar
Postlar arxiv
8 775
🇦🇿DİN: Kəlbəcərdə silah-sursat və tank əleyhinə raket aşkarlanıb
Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən 2 avtomat, 1 ədəd “Karabin”, 1 ədəd tank əleyhinə raket, 12 ədəd minaatan mərmisinin başlığı, 1 ədəd əl qumbarası və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.
t.me/xeberlerlive
8 775
☁️Bu gün respublika ərazisində yağmursuz hava şəraiti gözlənilir.
Səhər Abşeronda bəzi yerlərində qısamüddətli yağış yağacaq.
Bakıda və yarımadada gecə 3-6°, gündüz 6-11° isti olacağı ehtimal edilir.
Bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacaq, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır.
Bölgələrdə gecə 3-8°, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək
Gecə və səhər arabir duman müşahidə ediləcək.
t.me/xeberlerlive
8 775
SON DƏQİQƏ❗Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, Şəhriyar Nizami oğlu Musayevin odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub.
Bunu Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev bildirib.
“Daxil olmuş məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.
Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır” , - deyə o bildirib.
t.me/xeberlerlive
8 775
👍👍Bir musterimiz 70manat yatirim edib 800manat qazandi
30manat yatirim edib 500manat qazanmaq isteyenler @memmedovr yazin
Qumar deil bu pulunuzun batmaq riski yoxdur
8 775
‼️ Azərbaycanın təklifi ilə "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi məruzədən çıxarılıb
🔴 Belçika Krallığının Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib, yeni komitə sədrləri seçilib və növbəti məruzələrin mövzuları müəyyən edilib.
✅ Azərbaycan nümayəndə heyətinin təklif etdiyi və səs çoxluğu ilə qəbul edilən dəyişikliklər nəticəsində məruzədən "dondurulmuş Dağlıq Qarabağ münaqişəsi", "Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsində Alma-Ata deklarasiyasına istinad etmə", "sülh danışıqlarının yalnız Brüsselin vasitəçiliyi ilə aparılması" kimi ifadələr çıxarılıb.
Əvəzində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prossesinə hər kəsin dəstək verməli olduğu, bu prossesin beynəlxalq hüquq normalarına uyğun aparılması məruzədə öz əksini tapıb. Müzakirədə çıxış edən deputatlar - Tahir Mirkişili, Tural Gəncəliyev, Nurlan Həsənov regionda təhlükəsizliyin təşəkkül tapmasında Azərbaycanın müstəsna rolunu qeyd edərək, bunun möhkəmlənməsi üçün Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və regiinal kommunikasiyaların açılmasının vacibliyini qeyd ediblər.
t.me/xeberlerlive
8 775
🇦🇿Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səxavət Musayev və Xanlar Məmmədov saxlanılıblar.
Onlardan narkotik vasitə marixuana aşkar edilib. Saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Keçirilən əlavə tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər də saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.
t.me/xeberlerlive
8 775
❗️Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki Təbiət Tarixi Muzeyi Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
t.me/xeberlerlive
8 775
🎩Paşinyan:
"Bakı ilə delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina etsək nə olacaq? İndi imtina etsək, həftənin sonunda müharibə olacaq deməkdir. Bu müharibənin də sonunda nə olacağını mən bilirəm. Sonra siz (kəndlilər) meydanda deyəcəksiniz ki, biz sadə kənd adamlarıyıq, biz bilmirdik belə olacaq, siz bilirdiniz".
t.me/xeberlerlive
8 775
DSX: Mart ayının 19-da Xəzər dənizinin cənub istiqamətində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb.
Keçirilmiş tədbirlər nəticəsində Xəzər dənizinin cənub istiqamətində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində “BA-580” bort nömrəli “Yamaha-25” mühərriklə təchiz edilmiş qayıqda Lənkəran rayon Balıqçılar qəsəbə sakini 1989-cu il təvəllüdlü Ağayev Cəfər Bahadır oğlu sahilə yan alarkən sərhəd naryadı tərəfindən saxlanılıb.
Qayığa baxış zamanı yeddi bağlamada ümumi çəkisi 29 kiloqram 715 qram narkotik vasitə marixuana, “Baikal” ov tüfəngi, iyirmi dörd ədəd patron, həmçinin “Garmin” GPS cihazı, “Samsung Galaxy A5” və “KGTEL” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
t.me/xeberlerlive
8 775
🌍19 Mart - Azərbaycan Respublikası Miqrasiya Orqanları İşçilərinin Peşə Bayramı Günüdür.
Bu münasibətlə Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarını təbrik edir, işlərində uğurlar arzulayırıq!
t.me/xeberlerlive
8 775
Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu
- İlaxır çərşənbədir.
Torpaq Çərşənbəniz Mübarək!
8 775
⚡️Sabahdan başlayaraq, Novruz bayramı ilə əlaqədar 7 ardıcıl qeyri-iş günü olacaq
📌Bu il Novruz bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25 və 26-da iş olmayacaq.
27 mart rəsmi iş günüdür.
t.me/xeberlerlive
8 775
‼️‼️ MN: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir
Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq hərbi hissələrdə keçiriləcək silsilə tədbirlərdə hərbi qulluqçuların ailə üzvləri və yaxınlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı məhdudlaşdırılıb.
t.me/xeberlerlive
8 775
‼️ “Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə keçib.” - Paşinyan
t.me/xeberlerlive
8 775
❗️ Nikol Paşinyanla görüşdən sonra Əskipara və Bağanis Ayrım sakinləri Ermənistan hökumətinin Tavuş vilayətinin kəndlərini Azərbaycana geri qaytarmağa edəcəyi təqdirdə yolları bağlamağa və özünümüdafiə dəstələri təşkil etməyə hazır olduqlarını bildiriblər.
“Növbəti on gün ərzində, sabahdan etibarən mən kənddən 50-60 nəfərə təlim keçməyə, hər birinizə döyüş tapşırıqlarını yerinə yetirmək üçün yer ayırmağa cavabdehəm”, - Əskiparada qeyri qanuni yaşayan, keçmiş quldur qərargah rəisi, polkovnik Mehran Maqsudyan deyib.
t.me/xeberlerlive
8 775
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram
2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir.
t.me/xeberlerlive
8 775
🇬🇧Bukingem Sarayının yaydığı iddia edilən III Çarlzın ölümü ilə bağlı mesajın skrinşotunun saxta olduğu ortaya çıxıb.
▫️Kral III Çarlzın vəfat etdiyi ilə bağlı iddialar var. Rəsmi təsdiq və ya inkar yoxdur.
t.me/xeberlerlive
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
