XƏBƏRLƏR l LİVE
Kanalga Telegram’da o‘tish
Gündəmi 1 mesajla izləyin! 📞Reklam və əməkdaşlıq üçün: @relvv9
Ko'proq ko'rsatish8 713
Obunachilar
-724 soatlar
-427 kunlar
-20530 kunlar
Postlar arxiv
8 710
❗Prezident: Söyüdlü ilə bağlı yaradılan komissiyaya bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır.
@xeberlerlive
8 710
⚡❗İlham Əliyev: Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir.
Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir
@xeberlerlive
8 710
❗️Prezident İlham Əliyev:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Gədəbəydə ən azı səhlənkarlığa yol verib, xarici investor bizim təbiətimizi zəhərləyib.
Gədəbəydəki hadisələrlə bağlı təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir.
@xeberlerlive
8 710
⚡Prezident: Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz.
Ermənistan Azərbaycan ərazisini Qarabağ və anklav kəndlərimiz daxil olmaqla rəsmən tanıyıb.
Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır.
@xeberlerlive
8 710
🇦🇿⚡İyul ayının 11-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
8 710
⚡❗ Hazırda qeyd olunan istiqamətdə Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
@xeberlerlive
8 710
❗️ Hərbi qulluqçumuz yaralanıb
🇦🇿⚡️🇦🇲İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.
▪️Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.
🚑Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
@xeberlerlive
8 710
❗Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.
@xeberlerlive
8 710
🔴🔴SON DƏQİQƏ : İyulun 11-i saat 10:05-dən saat 14:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
🔺 Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
@xeberlerlive
8 710
SON DƏQİQƏ❗️MN: İyulun 11-i saat 10:05-dən saat 14:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
8 710
BQXK Laçın yolu ilə qanunsuz daşınmaları etiraf edib.
⚡🔴BQXK: "İcarəyə götürülən və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulan dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıb və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib”
@xeberlerlive.
8 710
🔴⚡Dövlət Xidmətinin Xəzər rayon idarəsinin zabitləri həbs edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib.
@xeberlerlive
8 710
⚔️⚡⚡Azərbaycan Silahlı Qüvvələri Ermənistanın qanunsuz silahlı qüvvələrinin növbəti təxribatına cavab vermək qərarına gəlib. Sülhməramlı hadisəni nizama salmaq üçün Azərbaycan əsgərinə erməni terrorçularına atəş açmamağı xahiş edir.
8 710
🇦🇿😔Vətən müharibəsi qazisi vəfat edib
Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan Dadaşov İlham Şahmar oğlu vəfat edib.
O, 48 yaşında uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, İ.Dadaşov 1975-ci ilin iyulun 5-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.
O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə cəlb olunub. Bir neçə rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə tabeliyində olan hərbçilərlə birlikdə iştirak edib.
O, 2020-ci ilin oktyabrın əvvəlində şiddətli döyüşlərin birində travma alıb və müalicə üçün hospitala yerləşdirilib. Qısa müddət ərzində müalicəsini başa vuraraq yenidən döyüşlərə qatılıb.
İ.Dadaşov Vətən müharibəsi zamanı göstərdiyi igidliyə, şücaətə və qəhrəmanlığa, eləcə də döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə "Cəsur döyüşçü", "Vətən uğrunda" və digər medallarla təltif edilib.
O, ailəli idi və iki övladı var.
Allah rəhmət eləsin!
8 710
⚡⚡ MN :Naxçıvan , Xocalı, Xocavənd istiqamətində mövqelərimiz atəşə tutulub
MN: İyulun 10-u saat 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Ordubad rayonunun Nürgüt yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini də atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
@xeberlerlive
8 710
⚡⚡Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələri ermənilər tərəfindən qaçaqmalçılıq üçün istifadə edilib.
DSX-nın məlumatına görə 1, 3 və 5 iyul tarixində Ermənistan vətəndaşları Laçın sərhəd-keçid məntəqəsindən Xankəndiyə qaçaqmalçılıq yolu ilə mobil telefonlar və onun çox sayda ehtiyat hissələri, 1100 qutudan çox siqaret və 1500 litrə yaxın benzini keçirməyə cəhd edib.
Faktla bağlı cinayət işi açılıb. Laçın dövlət sərhədinin buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.
@xeberlerlive
8 710
⚡️DSX: Laçın keçid məntəqəsində BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb
@xeberlerlive
8 710
❗️Stoltenberq İsveçin NATO-ya üzvlüyü məsələsində Ərdoğanla razılığa gəlindiyini açıqlayıb.
@xeberlerlive
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
